B i b l i o q r a f i y a
23
sında müəyyən münasibət şərtiliyi var: nə qəzəli, nə də müxəm-
məsi XIII-XVI əsrlərdəki normativ məzmununda çıxış etmir və
bu da onların dilinə təsir edir.
Vaqif şeir dilinə danışıq “ədası” gətirdi; bu, ədəbi-bədii dildə
realizmin mühüm faktı idi;
Əbəs-əbəs neçin qaçırsan məndən,
Mən ki, zalım, adam yeyən deyiləm.
Yaxud:
Ol Xədicə haqqı, Səkinə haqqı,
Xeyrannisə haqqı, Əminə haqqı,
Kəbə, Məkkə haqqı, Mədinə haqqı,
Dərdin bu Vaqifi aldı, sevdiyim!
Danışıq ədası o yerə çatdı ki, şair deyilməsi
mümkün olma-
yan sözü də dedi,– Vaqifin dili bu baxımdan naturalizmə varacaq
qədər təbii məzmun (və intonasiya) əldə etdi:
Ara xəlvət ikən etmə qilü qal,
Tez ol, çıxdı canım, naz vaxtı deyil.
Vaqif şeir dilini o qədər sadələşdiridi ki, məsələn, inanmaq
olmadı ki, aşağıdakılar sənət faktıdır:
Sənə peşkəş etmənəmmi can-başı,
Neçin bir gəlməzsən bizə, Fatimə?..
Yaxud:
Mən cahan mülkündə mütləq doğru halət görmədim...
Göründüyü kimi, sadələşmə iki istiqamətdə gedir, birinci nü-
munədə etnoqrafik konkretləşdirmə (qonağa
can-başla qulluq
edərlər), ikinci nümunədə fəlsəfi ümumiləşdirmə (cahan mülkün-
də hər cür deyil, mütləq doğru halətin olmamağından söhbət ge-
M o l l a P ə n a h V a q i f
24
dir) var; hər iki təfəkkür prosesi nitqi sadələşdirir, aşkarlaşdırır, –
çünki bu sadalanan əlamətlər eyni zamanda nitq təzahürünün
(F.de Sossürün ifadəsi ilə daha dəqiq desək, “nitq fəaliyyəti”nin)
arxasında dayanan təfəkkür prosesinin əlamətləridir... Vaqif poe-
tik ifadə tərzini orta əsrlərə məxsus ədadan məhrum etdi, müb-
həmliyi aradan qaldırdı; nəinki qoşmalarında, hətta
qəzəllərində,
müxəmməslərində də ifadə konkretliyinə riayət etdi:
Mərhəba, Tiflis imiş cənnəti dünya yerinin,
Yığılıbdır ona cəmiyyəti hurü pərinin,
Mən bu şəhrin nə deyim vəsfini dilbərlərinin,-
Filməsəl, şəklü şəmildə, bəli, hər birinin
Mahi-təbanə bərabər sərü simaları var.
Göründüyü kimi, təkcə bir yerdə klassik təşbihə müraciət
olunur – Tiflis gözəllərinin “sərü simalar”ı” “mahi-təban”a bəra-
bər” tutulur; bu “bərabər”liy”in şərtiliyi isə bir yox, bir neçə vasi-
tə ilə xatırladılır, hər şeydən əvvəl, “mən bu şəhrin nə deyim (yə-
ni görəsən necə deyim...) vəsfini dilbərlərinin”
ifadəsini işlətmək-
lə kontekstdəki metafora şərtiliyini hazırlayır, bərabər”liyin “şək-
lü şəmil”də” olduğunu xüsusi şəkildə qeyd etməklə bir də şərtili-
yə işarə vurur, nəhayət, şərtilik “filməsəl”, “bəli” ara sözləri vasi-
təsilə möhkəmləndirilir.
Vaqif “san ki” (elə san ki)” ifadəsini kifayət qədər tez-tez iş-
lədir, – bunun məntiqi var; məsələ burasındadır ki, “san ki” (elə
san ki)” şairin təfəkküründə real olanı metaforik olandan ayırır,
real ifadə ilə metaforik ifadə arasındakı semantik tipoloji sərhədi
müəyyən edir:
Sanasan ki, iki qəndü şəkərdir
Qoynundakı qoşa narı, şamama!
Yaxud:
Sanki bir guşədir cənnət bağından,
Açılıbdır güli-əlvan evində.
B i b l i o q r a f i y a
25
Vaqif təkcə dövrünün poetik fiqurlarını yaradıb normativləş-
dirmir, XV-XVI əsrlərin məhsulu olan klassik obrazları da şərh
edir, – həmin obrazlar yеni dövrün məntiqi ilə yenidən dərk olu-
nur, mənalandırılır.
Klassik janrlardakı əsərlərində də Vaqif
hər cür nəsr dilinin
qibtə edə biləcəyi bir ifadə forması verir: Ya budur ki, Tiflisi qərq
eylərəm göz yaşına, Ol sənəm vəsli mənimçün ya kəlisadan çı-
xır... Hansı qəmli könlü kim, sən edər olsan şadiman, O sənə, əl-
bəttə ki, bədguluq eylər biguman... Vaqifə, ya rəbbəna, öz lütfünü
eylə pənah, Səndən özgə kimsədə lütfü inayət görmədim...
XVII-XVIII əsrlərdə nəsr dilinin təşəkkülü prosesi gedir,
“Şəhriyar” dastan-povesti yaranır; əlbəttə, şeir dilində nəsr təhki-
yəsi məqamlarının artması da,
prinsip etibarilə, həmin prosesin
təzahürüdür, çünki nəsr dili şeir dili əsnasında təşəkkül tapır, şeir
dilinin həm tam, həm də yarımçıq nəsrləşən (yarımçıq nəsrləşdi-
yinə görə elə şeir dili faktı kimi qalan) formaları meydana çıxır...
Nəticə etibarilə, nəsr dilinin şeir dili əsasında təşəkkülü (forma-
laşması) həm nəsr dilinin, həm də elə şeir dilinin keyfiyyətinə tə-
sir edir; nəsrdə şeir ladları olduğu kimi, şeirdə də nəsr ladları
faktlaşır.
Vaqifin klassik janrlardakı şeirlərində (xüsusilə müxəmməs-
lərində) nəsr təhkiyəsi məqamlarının meydana çıxması eyni za-
manda janrın özünün daxili inkişafı ilə şərtlənir, – şair bu inkişa-
fın məntiqinə uyğun olaraq eksperimentlər aparır, janrların satirik
ifadə potensiyasını aşkara çıxara-çıxara nəsr ladını qüvvətləndirir.
Ümumiyyətlə, Vaqifin klassik janrlardakı şeirlərində postpozisiya
satirik (prozaik) ifadə üçün daha tipikdir; müxəmməslərində,
müstəzadlarında ovqat lirik ladla başlayır,
getdikcə prozaik lada
çevrilir.
Əlamət həssaslığı Vaqifin təfəkkürü üçün aparıcı hadisədir,
ona görə də şairin dilində əlamət bildirən sözlərin kəmiyyətcə üs-
tünlüyü müşahidə edilir, məsələn:
O şux qəmzələrin, xəncər kipriyin,
Gündə olur yüz min qan qabağında,
Xumar-xumar baxan ala gözlərin
Gərəkdir verəsən can qabağında.
M o l l a P ə n a h V a q i f
26
“Şux”luq” – “qəmzə”nin”, “xəncər” “kipriy”in, “xumar-xu-
mar baxmaq” isə “ala gözlər”in təyinidir, – bu əlamət həssaslığı-
nın birinci səviyyəsidir; “gündə olur yüz min qan qabağında” –
“şux qəmzə”yə, “xəncər” “kipriy”ə, “gərəkdir verəsən can qaba-
ğında” isə “ala gözlər”ə aiddir, funksional definisiya faktlarıdır, –
bu, əlamət həssaslığının ikinci səviyyəsidir;
mətn özü bütövlükdə
“gözəl”i müəyyən edir,... bu isə əlamət həssaslığının üçüncü sə-
viyyəsidir... Göründüyü kimi, Vaqifin dilində (eləcə də təfəkkü-
ründə) əlamət bildirən ifadələrin (eləcə də məfhumların) iyerarxi-
yası mövcuddur; bu cür iyerarxiyalılıq isə, prinsip etibarilə,
pоеtik-üslubi qanunauyğunluq deməkdir, – Vaqifin təqdimində
əlamət əlaməti açır, hətta predmet kimi götürülən “gözəl”in özü
də nəticədə əlamət kimi çıxış edir.
Şübhəsiz, əlamət bildirən sözlərin təkrarı da əlamət həssaslı-
ğının faktıdır:
Qərib-qərib durduq biganələr tək,
Soyuq-soyuq baxdıq divanələr tək…
Naqis-naqis çəkər üzünə niqab,
Yüngül-yüngül qaçar, etiraz eylər...
Əlamət həssaslığı – Vaqif dilinin həm lüğət tərkibinə, həm
də sintaksisinə təsir edir; hər şeydən əvvəl, ifadə paralelizmi
güclənir:
Dəhanın sədəfdir, dişlərin inci,
Sən məni eylədin ellər gülüncü,
Libasın əlvandır, çarğat narıncı,
Saçaqlar yaraşır qıraqlarından
Burada təyin olunanla təyin edənin simmetriyası var; sim-
metriya isə predmetin natural mövcudluğuna əsaslanır... Vaqif elə
bil sözlə italyan intibah rəssamlarının — L.da Vinçinin, Mikelan-
celonun gördüyü işi görür…