B i b l i o q r a f i y a
27
Ustad səni çəkib manəndi-mələk –
Bundan artıq həqqü say ola bilməz,
– deməklə gözəlliyin (görünən gözəlliyin) plastikasına (eyni
zamanda onun tamlığına, kamilliyinə...) işarə edir. XVIII əsr
Azərbaycan mədəniyyəti daha çox dil mədəniyyətidir, ona görə
də Vaqif rəssam işini də görür; rənglərin nisbətini professional
həssaslıqla (intibah professionallığı səviyyəsində) müəyyən edir.
Göründüyü kimi, Vaqifin dilində belədir: predmet var, hadisə
var, yanında da əlaməti, eyni zamanda əlamət predmeti əvəz edir
(bu intibah
təfəkkürünün göstəricisidir, aparıcı fəlsəfi dünyagörü-
şün keyfiyyətidir ki, predmetə, hadisəyə mücərrəd şəkildə baxıl-
mır, idrak həmin predmetə, həmin hadisəyə onun görülən, bilava-
sitə hiss edilən tərəfindən daxil olur, – metaforalaşma bundan
sonra gedir), məsələn:
Gedən, getmə, bir bəri bax, ay gedən,
Gözüm doymaz sən tək gözəl kimsədən.
Yaxud:
Ey niqab altından gizli baxışlım,
Gözlərin apardı sərdən ağlımı...
“Gedən” həqiqətən gedir; mətləb isə bundadır ki, o, eyni za-
manda, ideal olaraq aşiqin taleyindən gedir – birinci halda proses
konkret şəkildə, ikinci halda mücərrəd şəkildə dərk edilir; hər iki
halda isə mətləb poetikdir...
“Ey niqab altından gizli baxışlım” – burada da konkretliklə
mücərrədlik arasında genetik əlaqə var; niqab altında gizli baxış”
həm aşiqin, həm də onun xəyalının (idrakının)
gözü ilə görünə bi-
lər... Beləliklə, hər iki misalda metaforlaşma natural konkretlik
əsasında оlur, heç zaman da əlaqə qırılmır, – Vaqifin ən ideal me-
taforası da natural dayağa malikdir.
Vaqifin leksikası kəmiyyətcə o qədər də zəngin deyil; elə şa-
irlər var ki, istedadının səviyyəsinə görə Vaqiflə heç müqayisə də
M o l l a P ə n a h V a q i f
28
oluna bilməz, lakin ondan daha çox söz işlədir. Səbəbi ondadır ki,
Vaqifin sənətkarlığını nə qədər söz işlətməsi deyil, sözdən necə
istifadə etməsi aşkarlayır, məsələn:
Durub qurban olmaq sən tək qonağa
Nuşdur canımıza, qurban olduğum.
Burada “nuşdur canımıza” ifadəsinə diqqət yetirək; şair “nuş
(olmaq)” sözünün semantikasını stlizasiya hesabına genişləndirir,
– eyni zamanda həmin sözü keyfiyyətli poetik materiala çevirir....
Halbuki, məsələn, aşağıdakı kontekstdə “nuş (etmək)” klas-
sik üslub üçün xarakterik şəkildə işlənir, – elə bir poetik funksi-
yaya malik deyil;
Səndən ki cüda nuş edərəm sağəri-gülnar,
Tünd olma, dönüm güzlərinə, özgə səbəb var!
Burada isə “tünd olma” ifadəsi mətnin obraz sistemini əlaqə-
ləndirir; “sağəri-gülnar”ın – şərabın tündlüyü ilə gözəlin ağır xa-
siyyəti – tündlüyü arasında assosiasiya yaradılır...
Yaxud:
Sözləri qənd, ağızları piyalə,
Şəkər əzmiş dilə, dodağa qızlar.
“Şəkər əzmək” ifadəsində “əzmək” –
məişət məzmunlu feil-
dir, lakin şair onu az qala poetizm kimi normativləşdirir; yaxud
“qaynamaq” feilindən düzələn “qaynar” feili sifətini götürək:
Qaynar gözlərinin şux baxışından
Əcayib fitnələr, feillər görünür.
Göründüyü kimi, söz hissinin özü də natural təfəkkürə, onun
prinsiplərinə tabe olur; ən çox etnoqrafik-məişət leksikası metafo-
ralaşır.
B i b l i o q r a f i y a
29
Vaqifin sözə münasibəti ümumən dövrün təfəkkür tərzinin
münasibətidir, XVII-XVIII əsrlərdə ədəbi-bədii dilin funksional-
qnoseoloji məçmununu Vaqif qədər dərin əks etdirən ikinci bir
sənətkar yoxdur; o, sözü etnoqrafik — məişət təbiiliyindən çıxar-
madan obrazlaşdırır (təbii olanla poetik olan arasında boşluq ya-
ranmır), məsələn:
Sən rəqibin fitnəsinə uyubsan,
Neyləmişəm, məndən nə tez doyubsan…
Yaxud:
...Sanasan şəkkərə, qəndə bulanmış,
Məməsi, sinəsi, buxağı şirin.
Yaxud da:
Mənə gizlin bir nişanə göndərdin,
Aşkara başıma qaxmağın nədir?
“Doymaq”, “bulanmaq” (bulaşmaq), “başa qaxmaq” kimi
ifadələr XVII-XVIII əsrlərin poetik təfəkkürü üçün tipik anlayış-
ları ifadə edir, həmin anlayışlar mətnin aktiv ünsürləridir, aktivlik
isə, şübhəsiz, poetik təfəkkürün kordinatlarının dəyişməsi, – poe-
ziyanın xalqın həyatına daxil olması ilə bağlıdır; bu baxımdan
klassik janrlardakı şeirlərin dili də istisna təşkil etmir:
Şəninə dedim şirin söz, bir şey ondan dadmadım,
Bu səbəbdən ağzı şəkkər dilrübadan küsmüşəm.
D.S.Lixaçov göstərir ki, orta əsrlərdə ədəbi dilin vərdiş olun-
muş assosiasiyaları adi nitqdən təcrid edilir, – məişət dili ilə ədəbi
dil arasında nə qədər böyük məsafə olursa, varlığın mücərrədləş-
məsi o qədər təmin olunur... Və orta əsrlərdə ədəbi
dili müqəd-
dəsləşdirmək”, məişət üçün əlçatmaz etmək, elmiləşdirmək də
buradan irəli gəlir...
Vaqif həmin müqəddəsliyə” qarşı vuruşub, ona qalib gəldi, –
əvəzində yeni dövrün dil-üslub etalonunu yaratdı.
XVII-XVIII əsrlərdə ticarətin inkişafı milli ticarət münasibət-
M o l l a P ə n a h V a q i f
30
lərini yaradır, mədəni-ədəbi təfəkkür də həmin münasibətləri əks
etdirir; Vaqifin bir sıra obrazları bu baxımdan maraqlıdır:
Sərxoş durub bir nəzakət satan yox,
Heç sodəgər fayda bulmaz bu yerdə.
Yaxud:
Cəvahirlər xərc edərəm şanına,
Əgər müştaq olsan sözə, Fatimə!
XVII-XVIII əsrlərdə ictimai təfəkkür ticarət münasibətlərini
həm də pоеtik-fəlsəfi
münasibətlər kimi izah edirdi, milli mədə-
niyyətin formalaşdığı dövrdə tacirlərin ictimai həyatdakı rolu
göclənmişdi; ona görə də “nəzakət satmaq”, “fayda bulmaq”, “cə-
vahirlər xərc etmək” kimi ifadələr mətni lirik tondan salmır, – sə-
bəbi də odur ki, ticarət anlayışları prozaik anlayışlar deyildi, tacir
təfəkkürü perspektivi olan təfəkkür kimi özünün lirik arsenalını
müəyyən etmək imkanına malik idi.
Vaqif dilinin milliliyi təfəkkürün normativ milliliyindən gə-
lir; klassik janrlardakı şeirlərində işlətdiyi ifadə-obrazlar ilə folk-
lor janrlarındakı şeirlərində işlətdiyi ifadə-obrazlar bir-birinin ey-
nidir, – janrın üslubi mənsubiyyəti şairi tərksilah edə bilmir (mə-
sələn, Xətaidən fərqli olaraq); müqayisə edək:
Boyun sürahidir, bədənin büllur,
Gərdənin çəkilmiş minadan, Pəri!...
...Ağız nazik, dodaq nazik, dil nazik,
Ağ əllərin əlvan hənadan, Pəri!
Bu ifadələr şairin məşhur qoşmalarından birindəndir, həmin
ifadələr müxəmməslərindən birində də işlənir:
Nə əcəb təsvir olur ağ əllərə əlvan həna,
Məxmuri gözlər piyalə, gərdəni misli mina...