¹2(3) èéóí 2012
46
O, Çiçək üçün altı dərman,
iştah iynələri, sistem üçün vitaminlər yazdı, hər gün qan yaradan
qırmızı çaxır içməsini tövsiyə elədi. Bunların hamısını kağızda yazıb Xalidəyə verdi. Xalidə bir
kəlmə də danışmırdı. Bu, həkimin diqqətindən yayınmadı və o başa düşdü ki, həddən artıq danışır,
bir az özünü yığışdırdı və Xalidə ilə mehribanca sağollaşıb getdi.
Xalidə Çiçəyi qaldırıb çarpayısında uzandırdı. Səhər yuxudan duranda qız lap key kimi idi. O,
əvvəlki kimi fikirləşə bilmirdi, heç nəyə marağı yox idi, ancaq ağırlaşmış başını yastığa qoyub
dincəlmək istəyirdi. Bir də yadına yuxusu düşürdü. Hər gözünü açanda özünü qaranlıq palatada
görür, uzaqdan kiminsə qətiyyətli ayaq səslərini eşidirdi.
Həkim işdə rəisinin tapşırdığı kimi rəyini rus dilində və çox sərt yazdı. Çiçəyin nədən qan
itirdiyini bilmədiyi üçün yazdı ki,
xəstə ciddi qulluq olmasa, ölə də bilər. Onun rəisi də təşvişə
düşdü və həkimin rəyini Nərağa müəllimə göndərdi.
Bu iş həm Nərağa müəllimə aid idi, həm də aid deyildi. O rəyi oxuyub xeyli fikirləşdi. İstədi
Çiçəyi hökumət bağına göndərsin. Amma fikrindən daşındı. Oradaki nazir arvadları qeybət
mövzusu axtarır. Qərara gəldi ki, Çiçək üçün kənar bir yerdə, amma dənizə yaxın bir bağ tapılsın və
qanı normaya gələnəcən qız orda qalsın. Bu qərara gəlib Novruzu yanına çağırdı: bir həftəyə dənizə
yaxın yaxşı və sakit yerdə bağ tapmağı tapşırdı.
XIX
Xanəgahlı generalın yanından çıxanda saat üçə işləyirdi. Binadan çıxıb maşına oturdu:
Nərağa müəllimin idarəsində işin açılması pis xəbər idi. Bu o demək idi ona “sağ ol”– deyib bu
işdən kənar edə bilərdilər.
Amma bu güman idi, bəzi hallarda olduğu kimi, işi orda açıb istintaqı
ona tapşıra bilərdilər. Özünə təskinlik üçün düşündü: yəqin elə belə də olacaq. Çünki Məhər
Məhərov boyda generalın qızına görə açılan iş başqa adla aparılacaqdı.
Xanəgahlı əsas işi görmüşdü: bu hadisədə ona yaxın iştirakçı vardı, o isə Nərağa müəllimlə
ancaq ikisinə həbs cəzası vermək haqda razılığa gəlmişdi. Qalan səkkiz, bəlkə də çox iştirakçı onun
cəngində qalırdı – onları cinayət işi ilə qorxudub hərəsindən bir şey qopara bilərdi. Axı neçə adamın
işi məhkəməyə gedəcək?– bunu ancaq o və Nərağa müəllim bilirdi. Ona görə fikirləşdi: sən işini
gör, ruzi allahdandı, qapı özü açılacaq.
Kapitan Könülün sahə müvəkkilinə zəng vurdu, tapşırdı ki, saat dördə işləmiş qadını otağına
çağırsın. Müvəkkil “baş üstə” dedi. Sonra mühafizə polkunun növbətçisinə zəng vurdu: Qızıldaş
Zöhrəvi xəstəxanasında növbəli mühafizə xidməti aparan Tarix adlı serjantı yerin
dibindən də olsa
tapmağı və saat 6-nın yarısında Könülün Sahə müvəkkilinin otağına – kapitan Xanəgahlının
hüzuruna yollamağı tapşırdı. Müsəllimə isə özü zəng vurdu. Sonra günorta yeməyə getdi.
Qırx dəqiqə sonra Xanəgahlı sahə müvəkkilinin kabinetində idi. Könül orada onu gözləyirdi.
Qara paltar, yaşıl gödəkcə geymişdi, bir az yaşlı görünürdü. Sahə müvəkkili ilə birgə iki-üç
dəqiqəlik söhbətdən sonra Xanəgahlı müvəkkilin onları tək qoymasını xahiş etdi. Müvəkkil getdi.
Xanəgahlı qara qovluğunu açıb Könülün izahatını almağa başladı. İşin ümumi mənzərəsini
ancaq bu qadın bilirdi. Serjantların evində axtarış aparmamış onun izahatı lazım idi. Xanəgahlı saat
yarım ərzində Könüldən ətraflı ifadə aldı. Könül epizodları bir-bir nəql edirdi. Sonra onun dedikləri
əsasında Xanəgahlı epizodu cümlə-cümlə Könülə imla edirdi ki, vaxt itməsin. Həm də özünü
maraqlandıran adamların qanunsuz hərəkətlərinin vurğulanmasına çalışırdı. Qızın
ifadəsi bitəndə
Xanəgahlı öz işindən razı idi: Müsəllimin sürücü yoldaşının, A3 bölmə növbətçisinin, rəisinin,
Qızıldaşdakı işçilərin hamısının, xüsusilə polislərin hərəkətlərində formal cinayət tərkibi var idi.
Axırda Xanəgahlı Könüllə vidalaşanda ona on manat pul verdi, əl telefonunu götürdü və dedi:
–Haçan səni şərriyib eləsələr, mənə zəng vur...
–Allah eləməsin,– Könül müstəntiqin qara məntiqinə mat qaldı.
Onda doğrudan da məntiqlə məntiqsizliyin sərhədi bəlli deyildi. Amma Könül onu tanımırdı.
O müstəntiqin son sözündən lap əsəbiləşdi, otaqdan çıxanda hara gedəcəyini bilmədi. Yadına
memar Seyidin emalatxanası düşdü. Uzaqda deyildi. Piyada ora addımladı.
Mağazaya girib
Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè
47
Xanəgahlının puluna bir araq aldı. İçmək onun zəif yeri idi. O, üç-dörd gündə olan ağır hadisələri
yaddan çıxarmaq istəyirdi.
Könül çıxandan iki dəqiqə keçməmiş Xanəgahlının əl telefonuna zəng gəldi, nikbin səslə hal-
əhval tutdu, sonda dedi:
–Xanəgah müəllim, mən Nərağa müəllimin tapşırığı ilə zəng vururam, prokuroram, adım
Afətdi. O serjantların ad familiyası, ünvanı və doğum ilini bilmək istəyirəm. Axtarış orderlərini sizə
gətirəcəklər.
–Anladım Afət,– Xanəgahlının gözündə prokurorlardan pis adam yox idi,– on dəqiqəyə zəng
vurub deyərəm...
Telefonu söndürəndə qapı döyüldü, Xanəgahlı yerindən dəbərmədən “gəl” dedi. Qapıda
Müsəllim göründü, o irişir, iri qızıl dişlərini göstərirdi.
–Əleyk,– Xanəgahlı sallaqqarın serjantın salamın alıb
quru səslə dedi, –O biri hanı?
–Kim? Mənə tək deyiblər rəis...
–Bayırda Tarix adlı bir serjant da olmalıdı, bax bir...
Müsəllim bayıra çıxdı və yarım dəqiqə sonra özündən bir baş hündür, amma özü kimi kök o
biri serjantla içəri girdi. Hər ikisi polis formasında idi. Xanəgahlı Tarixin üzünə nifrətlə baxdı, dedi
ona:
–Sənin ağlın var?
–Kefli olmuşam rəis...
Xanəgahlı Tarixin ağ dərili, ətli üzünə baxdı. Bu üzdə qorxu və peşmançılıq yox idi.
–Vəsiqələrinizi verin...
Hər iki serjant həm polis, həm də şəxsiyyət vəsiqələrini Xanəgahlının stolunun üstünə
qoydular. O, vəsiqələrə baxdı və serjantlara dedi:
–Bayırda gözləyin..
Onlar çıxan kimi Xanəgahlı prokuror Afətə zəng vurdu: serjantların şəxsiyyət vəsiqələrini
ona imla elədi. Axırda dedi:
–Afət müəllim, mən cansız-çəlimsiz bir adamam... Arxayınlıq üçün bir alayı maşın göndərin...
–Problem yoxdur, göndərrəm...Orda gözləyin, düz deyirsiz..–
prokuror mehriban idi, onların
toqquşması sonralar olacaqdı.
İyirmi dəqiqə sonra 600 markalı göy mersedesdən iki mülki geyimli pəzəvəng düşüb
Xanəgahlının yanına girdi. Onların böyüyü özünü təqdim elədi. Xanəgahlı girişsiz-filansız dedi:
–Əvvəl Tarixi çağır qandalla, sonra o birsini çağırarsan... Mən obrabotkada iştirak
etməyəcəm. Növbətçinin yanında olacam. Elə eləyin ki, sonra yazılı ifadə ala bilim...– Xanəgahlı
serjantlardan Çiçəyə qarşı elədikləri cinayətin etitafı barədə yazılı ərizə almaq istəyirdi. Bu, işə
tikilməyəcəkdi, ancaq Xanəgahlının özünə lazım idi. Yazının ərizə kimi verilməsi də guya bu
hərəkətin könüllü olduğunu vurğulamalı idi.
–Baş üstə rəis,–mülki paltarda olan gizir Xanəgahlıya dedi, cibindən qara eynəyini çıxarıb
taxdı, sonra bayırdan Tarixi çağırdı.
Tarix içəri gəldi. Xanəgahlı onun üzünə baxmadan quru səslə dedi:
–Qandalla bunu!
Tarix bir an çaşdı, sonra gizirin əlindəki gümüşü qandala baxa-baxa əllərini gizirə uzatdı.
–Üzünü divara çevir,– gizir əmr elədi.
Tarix
müti idi, deyəsən şokda idi. Gizir onun əlini arxaya qandallayıb, stola oturtdu. Sonra
Müsəllimi çağırdılar, qandalladılar. İki dəqiqə sonra qara mersedes serjantları apardı.
İki saat sonra Xanəgahlı Təpəüstü idarənin istintaq hərəkətləri üçün olan iri boş otağında
Tarix və Müsəllimlə birgə görüşdü. Hər ikisi avtomobil qəzasından çıxmış adama oxşayırdı: üst-
başlarında qan ləkəsi, sifətlərində göy şişlər vardı. Fikirləşdi: Nərağa generalın qəddarlığı da
varmış. Xanəgahlı onların halına baxmadan qara qovluğundan ağ kağızlar və qələm çıxardı. Hər
ikisini oturdub izah eləməyə başladı:
–Başlığı dediyim kimi yazıb, dalını öz sözünüznən yazın. Qızı harada görübsüz, başına nə
oyun açıbsız, qısa, dəqiq yazın. Düzünü və səmimi yazsaz, rəis bəlkə sizi buraxdı...–Serjantlar