“Dədə Qorqud”un möcüzələr dünyası
468
yığanağı görcək ibrət aldı. Gerü döndi. Sapan taşına tutdı), faydası
olmur, Oğuz elinə Təpəgöz kimi bir qaniçəni, daha doğrusu, “Bir-
cə dəfə adam ətindən doyum”, – deyən bir vəhşini “bəxş” edir,
Oğuz elinin başına bəla gətirir. Bu isə o deməkdir ki, təkcə Qazan-
la Aruz yox, həm də onların çobanları – Qaraca çobanla Qonur
qoca Sarı çoban əks qütblərdə dayanan obrazlardır; nə qədər qəri-
bə görünsə də, “çoban” və “sapan” sözləri zəngin qafiyələri xatır-
ladır: çoban-sapan; oban – apan.
“Sapan” sözü, eyni zamanda onun assosiativliyi ilə yaradıl-
mış bədii təsvir və ifadə vasitələri “Kitab”da xüsusi çəkiyə malik-
dir. Bu zənginliyi bir cümlə ilə ifadə etmək imkan xaricindədir.
Bu mənada aşağıdakılara diqqət yetirək:
Epitet. ala qollu sapan. “...ala qollu sapanın əlinə aldı” (D-
39). Bu epitet sapandın növünü ifadə etmək baxımından maraq
doğurur. Digər tərəfdən, qorqudşünaslıqda həmin epitetdəki “ala”
sözünə müxtəlif prizmalardan yanaşılıb. Dəqiq desək, “ala” sözü
gah rəng, gah da “uzun”, “böyük” mənasında izah olunub. Burada
B.Abdullanın bir fikrini eynilə təqdim etmək yerinə düşür:
“...Çox-çox hallarda “ala”nı düzgün mənalarında izah edən
prof.S.Əlizadə də “ala qollu sapan”dakı “ala”nı sadələşdirilmiş
mətndə olduğu kimi saxlamaqla, görünür, onu rəng hesab etmiş-
dir... “Ala qollu sapan”dakı ala rəngi yox, uzunluğu bildirir. Bunu
belə düşünməyə mətn də haqq qazandırır. Boydan oxuyuruq:
Qaraca Çobanın “...üç yaşar dana dərisindən sapanının ayası, üç
keçi tükündən sapanın qolları idi”
1
. Düzdür, müəllifin arqument
kimi gətirdiyi nümunələrdə “sapan” mübaliğə tərkibində işlənib.
Amma nəzərə almaq lazımdır ki, sapandın qolları keçinin, həm də
məhz ala rəngli keçinin tükündəndir, yəni burada “ala keçinin tükü
= ala qollu sapand” modeli açıq-aydın şəkildə görünür. Bu
mənada “ala”nı rəng anlamlı söz hesab edən S.Əlizadə haqlıdır.
Təsadüfi deyil ki, V.V.Bartold da “ala”nı rəng anlamlı söz kimi
başa düşüb: “пестрой” (göstərilən mənbə: səh.24).
1
B.Abdulla. “Kitabi-Dədə Qorqud”da rəng simvolikası. Bakı, 2004, səh.87.
“Dədə Qorqud”un möcüzələr dünyası
469
Təşbeh. “Beligiηdə toqsan oqıη nə ögərsəη, mərə kafər?
Ala qollı sapanımca gəlməz maηa” (D-41). Sonuncu misrada epi-
tetlə (ala qollı) təşbehin (...sapanımca gəlməz maηa) sintezi açıq-
aydın şəkildə görünür. Qorqudşünaslıqda bu tipli təşbehlərin
poetik çəkisi ilə bağlı kifayət qədər yazılar yazılıb. Burada yalnız
bir fikri xatırladırıq: “Qarşı tərəfin gücünü azaltmaq, zəiflətmək
məqsədilə “gəlməz maηa” birləşməsi ilə verilən müqayisələr daha
orijinal və təsirlidir. Belə müqayisələr bənzədilənin təsir gücünü
artırmaq deyil, əksiltmək üçündür (litotalarda olduğu kimi – Ə.T.).
Qaraca Çoban üzərinə gələn düşməni bu cür müqayisələrlə sındı-
rır, onun qüvvəsini heçə endirir...”
1
. Müqayisə və qarşılaşdırmalar
“sapan” sözünün assosiativliyi ilə yaradılmış mübaliğə və təşbeh-
lərin bir sintaktik bütöv daxilində sintez şəklində işləndiyini, həm
də semantika baxımından birinin digərini tamamladığını qabarıq
şəkildə göstərir. Həmin sintaktik bütövün bir hissəsinə diqqət ye-
tirək: “...Çobanıη üçyaşar tana dərisindən sapanıη ayasıydı, üç ke-
çi tüyindən sapanınıη qollarıydı. Bir keçi tüyindən çatlağucıydı.
Hər atanda on iki batman taş atardı. Atdığı taş yerə düşməzdi. Ye-
rə dəxi düşsə, toz kibi savrılardı, ocaq kibi oyrulardı. Üç yıladaq
taşı düşdigi yeriη otı bitməzdi. Simüz qoyun, arıq toqlı bayırda
qalsa, qurt gəlib yeməzdi sapanıη qorqusından...” (D-57). Görün-
düyü kimi, mübaliğələrlə başlanan semantik dinamika təşbehlərlə
davam etdirilsə də, yenə də elə mübaliğə ilə tamamlanır. Sonuncu
cümlədə diqqəti o qədər də cəlb etməyən maraqlı bir müqayisə
var: sapan və qurd. Sapand o dərəcədə “vahiməlidir” ki, hətta qurd
da ondan qorxur, vahimələnir. Bu mənada ala qollu sapandın dox-
san oxdan üstün hesab edilməsi olduqca təbii qarşılanır (yuxarı-
dakı şərhlərə bax).
Ellipsis. “...bu çoban bizim həpimiz qırar, olamı?” (D-42).
Bu cümlədəki “həpimiz” sözündən sonra “sapanla” sözünün ellip-
sisə uğraması açıq-aydın şəkildə görünür. Bu da təsadüfi deyil.
Çünki “sapanla” sözünün funksiyası özündən əvvəl işlənmiş cüm-
1
E.Əlibəyzadə. Kitabi-Dədə Qorqud. Bakı, 1999, səh.279.
“Dədə Qorqud”un möcüzələr dünyası
470
lələrdə konkret olaraq ifadə olunub: “Qoyun diməz, keçi diməz,
sapanıη ayasına qor atar, kafəri yıqar” (D-42).
“Kitab”ın dilindəki “sapan” sözü Azərbaycan dili şivələ-
rinin, demək olar ki, hamısında ilkin forma və semantikasına uy-
ğun şəkildə işlənməkdədir. Burada dialektologiyaya dair tədqiqat-
lardan götürdüyümüz iki nümunəni eynilə təqdim etməyi gərəkli
hesab edirik: “Sapandıηı maηa ver, kuşu vurom” (Azərbaycan
dilinin qərb şivələri); “Nizam sapadnan quş vuradu” (Quba şivəsi).
Yuxarıda qeyd etdik ki, “sapan taşına tutmaq!” ifadəsi “sapandla
daş yağdırmaq” mənasındadır. Maraqlıdır ki, “Kitab”ın dilindəki
bu ifadə Azərbaycan dili şivələrində, xüsusən də qərb şivələrində
tam sabitləşmiş frazeoloji vahid kimi işlənməkdədir. Məsələn, bir
adam çox tənqid ediləndə, yaxud ona çoxlu suallar yağdırılanda
əksər hallarda belə bir cümlə işlədilir: “Səni sapand daşına tut-
muşdular”. Bu isə onu vurğulamağa əsas verir ki, “sapan” (sa-
pand) müasir dilimizdə həm də frazeoloji vahid (sapand daşına
tutmaq) daxilində mühafizə olunur. Yeri gəlmişkən, “sapand”
sözü şivələrimizdə təşbehlər daxilində də işlənməkdədir: “sapand
daşı kimi atmaq”. Vəzifədən çıxarılmış və ya tutduğu vəzifə-
sindən zorla uzaqlaşdırılmış şəxslər barədə belə deyilir: sapand
daşı kimi atdılar; sapand daşı kimi tulladılar; “sapanda qoyub daş
kimi atmaq”. Bir sıra hallarda mübahisə edən tərəflərdən biri digə-
rini qıcıqlandırmaq, əsəbiləşdirmək üçün bu cür sözlər işlədir: Sə-
ni sapanda qoyub daş kimi ataram; Səni sapand daşı kimi ataram...
Bu tipli təşbehlər şivələrimizin əksəriyyəti, xüsusən də qərb şi-
vələri baxımından səciyyəvidir. Burada o da vurğulana bilər ki,
“sapand” sözü müasir poeziyamız üçün də xarakterikdir: “ən qor-
xulu silahımız sapand idi, ağac idi” (Ülvi Bünyadzadə); “Hər sa-
panda daş oldum” (Məhəbbət Nizam)... Bu cür misralarda təkcə
“sapan” arxaizmi yox, həm də “Dədə Qorqud”un ruhu yaşayır.
Cida. “Kitab”ın dilində süngü, nizə anlamlı “cida” sözü
intensivliyi ilə fərqlənir. Amma bu da var ki, “Kitab”da işlənmiş
cida, sügü, köndər kimi sözlər semantika baxımından biri digərinə
çox yaxındır. Burada O.Ş.Gökyayın müxtəlif mənbələrə istinadən
Dostları ilə paylaş: |