“Dədə Qorqud”un möcüzələr dünyası
114
– “Kitab”da Oğuz cəmiyyətinin idarəçilik sistemi obrazlı şə-
kildə canlandırılıb. Qazanın dilindən verilmiş sintaktik bütövdəki
bəzi misralara nəzər salaq:
“Bəri gəlgil, qulunum oğul!
Sağım ələ baqduğımda
Qartaşım Qaragünəyi gördim, -
Baş kəsübdir, qan dökipdir,
Çöndi alubdır, ad qazanubdır.
Solım ələ baqduğımda
Tayım Uruzu gördim, -
Baş kəsübdir, qan dökipdir...” (D-124, 125)
Bu misraların qarşılaşdırılması onu göstərir ki, sağ tərəfdə
oturanlar qan qohumları (ata xətti ilə qohumluq), sol tərəfdə otu-
ranlar isə süd qohumlarıdır (ana xətti ilə qohumluq).
Deməli, Qazan xanın Qaragünə, Qarabudaq kimi ata qohum-
ları onun sağ tərədində, Aruz, Qıyan Səlcik kimi ana qohumları
isə sol tərəfində əyləşiblər. Burada “Kitab”ın poetik strukturunda-
kı sağ və sol məsələsini sistemli şəkildə, həm də tarixi-linqvistik
müstəvidə araşdırmış A.Hacıyevin fikirlərini təqdim etməklə kifa-
yətlənirik: “...sağ bəglər birləşməsində “ağıllı, düşüncəli bəylər”
anlamının ifadə olunduğunu söyləmək daha məntiqi səslənir...
“sol” arxaizmi türk dilinin erkən formalaşma dövründə geniş əks
olunmuş y - s əvəzlənməsi yolu ilə məhz həmin “yol” arxaizmin-
dən törəmiş və eynilə “əmrə müntəzir, hazır, əməl edən,, yerinə
yetirən” anlamlarını bildirmişdir... “Dədə Qorqud kitabı”nda ...
sağda oturanlar öz ağlı, düşüncəsi ilə xaqana məsləhət verən, solda
oturanlar isə onun əmrini yerinə yetirənlər, yəni “buyruq bəyləri”
kimi səciyyələndirilmişdir”
1
. Bu izahlar Bayındır xanın nəvəsi
Uruza, eyni zamanda vəziri Qazlıq qocanın oğlu Yegnəyə olan
münasibətlərini müəyyənləşdirməyə imkan verir: “... Bayındır
xanıŋ ... sağ yanında Qazan oğlı Uruz oturmış idi. Sol yanında
1
A.Hacıyev. “Dədə Qorqud kitabı”: oxunuşlar, açımlar. Bakı, 2007, səh.144-145.
“Dədə Qorqud”un möcüzələr dünyası
115
Qazlıq qoca oğlı Yeynək turmışdı” (D-67). Bu parçanın semantik
yükü Uruzu ağıllı və düşüncəli, Yeynəyi isə əmri yerinə yetirən,
əmrə hazır olan bir obraz kimi səciyyələndirməyə imkan verir.
Burada onu da qeyd edək ki, III boyun əvvəlində təhkiyəçinin
dilindən verilmiş yuxarıdakı parça”Kitab”ın sonrakı boylarında
inkişaf etdirilib, hətta bu, bütöv bir boyun ümumi semantik yükü
ilə üzvi şəkildə bağlanır. Konkret desək, Yeynəyin III boydakı
statusu VII boyda (“Qazlıq qoca oğlu Yeynək boyu”nda), yaxud
Uruzun III boydakı statusu XI boyda (“Salur Qazanın dustaq
olduğu və oğlu Uruzun onu xilas etdiyi boy”da) tam şəkildə
reallaşır. Yeri gəlmişkən, bu cür detallar “Kitab”dakı boylararası
əlaqə baxımından da əhəmiyyətlidir;
– sağ və sol tərəf məsələsi Oğuzların döyüş səhnələrinin təs-
virində də özünü göstərir. Amma burada sağ cinahda süd qohum-
ları (ana xətti ilə qohumlar), sol cinahda isə qan qohumlarının (ata
xətti ilə qohumluq) vuruşması təsvir olunur: “Taş Oğuz bəglərilə
Dəli Tondaz sağdan dəpdi. Cılasun yigitlərlə Qaragünə oğlı Budaq
soldan dəpdi. İç Oğuz bəglərilə Qazan dopa dəpdi...” (D-64).
Qeyd etdiyimiz kimi, Daş Oğuz bəyləri Qazanın dayısı tərəf-
dir, Dəli Dondaz da dayısı nəvəsidir. Dəli Budaq (Qarabudaq) isə
qardaşı oğlu və kürəkənidir. “Kitab”dakı bu cür hadisələrə qədim
türk mənbələri kontekstində münasibət bildirən Anar yazır: “...bu
iki qismlə bərabər sağ və sol bəyləri bölünmək sistemi də vardır.
Kökləri hələ Atillaya gedib çıxan bu sağ-sol məsələlərinin Oğuz
təfəkküründə böyük əhəmiyyəti olub... “Kitabi-Dədə Qorqud”da
da bu sağ və sol məsələsinə riayət olunur. Döyüşdə hansı igidin
sağdan, hansının soldan təpdiyi göstərilir...”
1
. Bu qeydlərə təkcə
onu əlavə edirik ki, istənilən döyüşdə sağ və sol tərəfdən hücum
etmə şərtidir və bu nisbət situasiyadan asılı olaraq tez-tez dəyişə
bilər;
– qohumların birlikdə yürüşü diqqətçəkən detallardan biri
kimi görünür: “Beyrək, Yegnək, Qazan bəg, Qarabudaq, Dəli
1
Anar. Dədə Qorqud dünyası. Sizsis. Bakı, 1992, səh.45.
“Dədə Qorqud”un möcüzələr dünyası
116
Tondaz, Qazan oğlu Uruz bəg – bunlar hasara yüriş etdilər” (D-
120). Burada adları çəkilən qəhrəmanların əksəriyyəti Qazanın
qohumlarıdır.
Dəqiq desək, Uruz – oğludur, Qarabudaq – qardaşı oğlu və
kürəkənidir, Dəli Ton-daz – dayısı nəvəsidir, Beyrək – şərti olaraq
dayısı kimi götürdüyümüz Baybican məlikin kürəkənidir. Bu
sistemdən yalnız “Yegnək” kənarda qalır ki, o da Qazanın qayına-
tası Bayındır xanın vəziri Qazlıq qocanın oğludur;
– yaxın qohumların münasibətlərində etik qaydaları gözləmə,
həm də bir-birlərinə dərin hörmət və məhəbbət bəsləmə müşahidə
olunur (bu sistemdə Qazanla Aruzun, Beyrəklə Aruzun ... mü-
nasibətləri istisnadır). Bu aşağıdakı detallarda daha aydın görünür:
– baba (Bayındır) nəvəsini sağ yanında - ən hörmətli, ən
mötəbər yerdə oturdur: “Bayındır xanıŋ ... sağ yanında Qazan oğlı
Uruz oturmuş idi” (D-67);
– nəvə (Uruz) babanın (Bayındırın) yanında böyüdüyü üçün
atasını tanımır, daha doğrusu, babasını atası hesab edir: “Uruz
qaqdı, aydır: “Mərə qavat, mənim babam Bayındır xan degilmi-
dir?” Ayıtdı: “Yox, ol, ananıŋ babasıdır, səniŋ dədəŋdir” (D-282);
– ata oğluna “evimin dayağı”, gözümün işığı” kimi sözlər
deyərək oxşayır, onu bütün Oğuz elinin sevimlisi kimi dəyərlən-
dirir:
“Oğul! Dünlügü altun ban evimiŋ qəbzəsi oğul!...
Görər gözüm aydını oğul!
Tutar belüm qüvvəti oğul!
Qalın Oğuz imrəncisi, canım oğul!” (D-119);
– oğul atasının namusu , qeyrəti üçün başını qurban verməyə
hazırdır: “Oğul da qılıc quşanur baba ğeyrətiçün, Mənim də başım
qurban olsun sənüŋçüŋ – dedi” (D-131);
– ana yaralı oğlunu sağaltmaq üçün döşündən (əmcəyindən)
südlə qanı qarışıq çıxarır: “...Sıqdı südlə qan qarışıq gəldi” (D-29);
Oğlunun darda olduğunu düşünən ananın qurumuş sinəsində südü
oynayır: “Qurumışca köksimdə südim oynar” (D-137);
Dostları ilə paylaş: |