“Dədə Qorqud”un möcüzələr dünyası
211
gəlmişkən, “Dədə sözü işığında” kitabında Banıçiçəyin dilindən
verilmiş “...bir yasduqda baş qoduğım!” ifadəsinin (mətndən aydın
olur ki, toydan 16 il əvvəl deyilib) “ər-arvad” mənasında işləndiyi-
ni əsaslandırmaq üçün bir neçə arqument gətirmişdik: Banıçiçə-
yin xristian qızı olması və ya qeyri-müsəlman həyat tərzi keçir-
məsi; Beyrəyi öz çadırında qəbul edərkən özünü sərbəst aparması
və s. Bu sıraya yuxarıdakı cümlənin semantikasından doğan bir
fikri də əlavə etmək olar: Banıçiçək Beyrəklə öz toyunu həmin an,
dərhal, lap tez etdirmək fikrində israrlıdır. Bu da həmin cümlədən
əvvəl təhkiyəçinin dilindən verilmiş “Beyrək üç öpdi, bir dişlədi”
cümləsinin semantik yükü ilə birbaşa bağlanır. Deməli, “həman
imdi” ifadəsində Beyrəklə Banıçiçəyin toydan əvvəl ər-arvad mü-
nasibətində olmaları üstüörtülü şəkildə canlandırılıb. Bu da “Ki-
tab”ın poetik strukturundakı başqa detallara işıq sala bilər: Banı-
çiçəyi istəyənlərin Dəli Qarcar tərəfindən öldürülməsi; Beyrəyin
Dəli Qarcardan ehtiyat etməsi; Banıçiçək Beyrəyin göbəkkəsmə
adaxlısı olsa da, elçiliyə heç kimin yox, məhz müdriklər müdriki
Dədə Qorqudun göndərilməsi kimi məsələlərə məhz həmin hadisə
kontekstində aydınlıq gətirmək olar.
Gələcək zaman məzmunlu zərflər
Andan. “Ol+dan” modelinin inkişafı əsasında yaranmış “an-
dan” zərfi “Kitab”da həm ayrılıqda, həm də “sonra” qoşması ilə
birlikdə işlənib: “Andan öldürərsəη, mərə kafər, öldür məni...” (D-
281); “Andan soηra Qazan ilə işümiz xeyir ola!” (D-295). Birinci
cümlədəki “andan” sonra mənasında çıxış etmişdir.
Sabah. Ərəb mənşəli bu söz “Kitab”da “yarın” mənasında
müşahidə olunur: “Mərə, sabah şahinləri al, xəlvətcə ava binə-
lim!” (D-272). “Alar sabah” (Alar sabah sapa yerdə dikiləndə ağ-
ban evli...) birləşməsində isə günün başlanğıcı, sübh vaxtı məna-
sında işlənmişdir.
Soηra. Türkoloji ədəbiyyatda “son+ğaru” modelinin inkişafı
əsasında yarandığı göstərilir. “Kitab”da “soηra” şəklindədir: “Soη-
“Dədə Qorqud”un möcüzələr dünyası
212
ra oğlana gərək olur, a bəglər!” (D-126). Bu cümlədə temporal-
lığın leksik və qrammatik ifadə vasitələri eyni semantik şaxədə
birləşir: soηra (gələcək zaman anlayışlı zərf), -ur qeyri-qəti gələ-
cək zamanın qrammatik forması; gərək olur=gərək olar).
Taηla. “Kitab”da həm ayrılıqda, həm də birləşmə daxilində
işlənib: taηla (sabah, yarın...). “Taηla qızıηı maηa verərsən” (D-
183); ala taηla (sübh tezdən). “Ala taηla yeriηdən turı gəldiη, oğulı
tutdurduηmı? (D-194). Dialektologiyaya dair ədəbiyyatda taη,
taηla sözlərinin şivələrimizdə müxtəlif fonetik variantlarda müha-
fizə olunduğu göstərilir: danna (Bakı şivəsi) danna//dannarı (Göy-
çay şivəsi), daη, dəηzü – dan üzü (Qazax-Borçalı şivəsi). Yeri
gəlmişkən, “Kitab”ın dilində “səhər tezdən”, “sübhdən” anlamlı
“erkən” sözünə də rast gəlinir (cəmi bir dəfə işlənib): “Erkən bin-
dilər, av yerinə vardılar” (D-272). O.Ş.Gökyayın fikrincə, “Ki-
tab”da “erkən” sözü ayrılıqda yox, birləşmə daxilində işlənib: “er-
ken binmek – erkenden atlanmak, erkenden atlara binmek, erken-
den atlanıp yola çıkmak”
1
. Bizə görə, “erken” sözü “Kitab”da tam
müstəqil şəkildə işlənib. Yəni həmin cümlədə “erkən” sözü zaman
zərfliyi, “bindilər” isə feli xəbər vəzifəsindədir. Konkret desək,
“erkən bindilər” vahidi bir sintaktik suala cavab vermədiyi üçün
bir cümlə üzvü kimi götürülə bilməz. Bu isə “erkən” sözünün
“Kitab”ın dilində müstəqil şəkildə işləndiyini təsdiqləyir.
Universal zaman məzmunlu zərflər
Dünli-günli (gecəli-gündüzlü). “Kitab”da yan-yana işlən-
miş antonimlərdəndir, daha çox zaman müddətinin uzunluğunu
ifadə edən vahidlər sırasında verilir. Dünli-günli sözünün “Ki-
tab”dakı antonimliyinə mətn daxilində diqqət yetirək: “Üç gün
dünli-günli yortdı” “Kitab”da bu antonimliyin sinonim variantları-
na təsadüf olunur ki, bu da “Dastan”ın zənginlik göstəricilərindən
biri kimi dəyərləndirilə bilər: “Gecə-gündüz deməyüb yüridilər”
1
O.Ş.Gökyay. Dedem Korkudun kitabı. İstanbul, 2000, səh.205.
“Dədə Qorqud”un möcüzələr dünyası
213
(D-95). Ə.Rəcəbli göytürk dilində işlənmiş tünli-künli (gecəli-
gündüzlü) sözünü həm sifət, həm də zərf kimi səciyyələndirib:
“...bu şəkilçi ilə əmələ gələn sözlər istər ayrılıqda, istərsə mürək-
kəb söz kimi sifətin öz funksiyasında – təyin kimi işlənmir, daha
çox mürəkkəb zərf səciyyəsi daşıyır, hər halda, cümlənin zərfliyi
vəzifəsində çıxış edir”
1
. Deməli, müəllif “tünli-künli” sözünü
şərti olaraq zərf hesab edir ki, bu da dilçiliyimizdəki uyğun nə-
zəriyyələrlə üst-üstə düşür.
Daim. Ərəb dilinə məxsus olan bu söz türkologiyada, əsasən,
zaman müddətinin daimliyini, uzunluğunu ifadə edən sözlər
sırasında izah olunur, “Kitab”da cəmi dörd dəfə işlənib: “Həmişə
Qazanın başına buηlu gəlsün, tayısı Aruzı daim aηa tursun” (D-
293). Bu cümlədə həmişə və daim temporal zərflərin sinonimliyi
ilə poetik mənanın qüvvətləndirilməsi də özünü göstərir (fars
mənşəli həmişə temporal zərfi “Kitab”da cəmi bir dəfə işlənib).
Genə//yenə. Türkologiyada etimologiyası, əsasən, belə gös-
tərilir: yenə (yan – qayıtmaq, geri dönmək + -a//ə feli bağlama şə-
kilçisi; lüğəti mənası – geri dönərək, qayıdaraq)
2
. “Kitab”da iki
variantda müşahidə olunur: genə. “Genə toy edib, atdan–ayğırdan,
dəvədən buğra, qoyundan qoç qırdırmışdı” (D-10); yenə. “Yenə
evini dikdi” (D-65). “Kitab”ın dilində “genə” sözünün ardıcıl ve-
rilmiş cümlələrdə üç dəfə təkrarlanması ilə ahəngdarlığın yaradıl-
masına, eyni zamanda poetik mənanın qüvvətləndirilməsinə təsa-
düf olunur: “Zamanla Oğuz genə yaylaya köçdi. Çoban genə bu
binara gəldi. Genə qoyun ürkdi” (D-215). Bu cümlələrdəki “genə”
sözünün işlənmə yeri də maraq doğurur. Belə ki, “genə” sözü bi-
rinci cümlədə üçüncü, ikinci cümlədə ikinci, üçüncü cümlədə isə
birinci söz kimi işlənib. Heç şübhəsiz ki, bu cür sıralanma mətn-
dəki “genə” sözünün semantik yükünün qabardılması ilə bağlıdır.
Bir cəhəti də qeyd edək ki, “Kitab”ın dilindəki “genə” sözü müasir
ədəbi dilimizdə “yenə” formqasında sabitləşib. Semantik yükü isə
1
Ə.Rəcəbli. Göytürk dilinin leksikası. Bakı, 2004, səh.222.
2
Müasir Azərbaycan dili. II cild, Bakı, “Elm”, 1980, səh.394.
Dostları ilə paylaş: |