Beləliklə, firmaların istehsal etdikləri məhsulların ən yüksək qiymətləri tələbatla müəyyən olunur Firmalar özlərinin xərclərini, habelə oxşar əmtəələr üzrə rəqiblərini öyrəndikdən sonra istehsal etdikləri əmtəələrə qiymət qoyur və bu məqsədlə hər hansı bir metodu seçir.
Qiymətin müəyyən edilməsinin isə aşağıdakı metod-ları vardır: 1) Orta xərclər, üstəgəl mənfəət; 2) Zərərsizliyin təhlili və məqsədli mənfəətin təmin olunması; 3) Qiymətin, əmtəənin dəyərliliyinə əsasən qoyulması; 4) Qiymətin, cari qiymətlərin səviyyəsi əsasında müəyyən edilməsi; 5) Qiy-mətin, qapalı sövdələşmələr əsasında müəyyən edilməsi.
Qiymət müəyyən edilərkən istifadə olunan metodlardan biri «orta xərclər, üstəgəl mənfəət» metodudur. Bu üsulun mahiyyəti ondan ibarətdir ki, əmtəənin başa gəldiyi istehsal xərcinin üzərinə müəyyən əlavələr edilir.
Qiymətin xərclər əsasında müəyyən olunması me-todlarından biri də onun, məqsədli mənfəətin təmin olun-ması yolu ilə hesablanmasıdır. Firma qiyməti müəyyən edərkən çalışır ki, bu qiymət onun nəzərdə tutduğu qədər mənfəət əldə edilməsinə imkan versin.. Firmalar əmtəə və xidmətlərinə qoyulan qiymətlərin onların dəyərliliyinə əsasən müəyyən edilməsi metodundan getdikcə daha çox istifadə etməyə çalışırlar.
Firmalar bəzi hallarda qiymətləri rəqiblərin qiymət-lərinə istinad etməklə müəyyən edirlər ki, buna da «qiymə-tin, cari qiymətlərin səviyyəsi əsasında müəyyən edilməsi» metodu deyilir. Bu metoddan istifadə olunduqda, firma özünün xərclərinə və tələbat göstəricilərinə az əhəmiyyət verir. O, özünün əmtəələrinə rəqiblərin eyni əmtəələrinin qiymətlərindən aşağı və ya yuxarı qiymət qoya bilər. Bu metod başqa metodlara nisbətən daha geniş yayılmışdır.
Qiymətlər, həmçinin qapalı sövdələşmələr əsasında müəyyənləşdirilə bilər. Bu metoddan əsas etibarilə qiymət-lər rəqabət yolu ilə müəyyən edildiyi, yaxud da sövdələş-mələrin gedişində firmalar sifarişlər uğrunda mübarizə apa-rarkən istifadə olunur. Lakin təbiidir ki, bu qiymətlər isteh-sal xərclərindən aşağı ola bilməz, çünki belə olarsa, firma özü-özünə ziyan vurmuş olar və o, müflisləşməyə doğru gedər.
Bütün bu metodlardan istifadə etməkdə məqsəd əmtəələrin son qiymətinin müəyyən edilməsidir Lakin satıcılar aşağıdakı fəndlərdən istifadə etməkdən çəkinməlidirlər: 1) Qiymət-lərin rəqiblərlə məsləhətləşməklə müəyyən edilməsi; 2) Pərakəndə satış qiymətlərinin sabit saxlanılması; 3) Qiymət ayrı-seçkiliyi; 4) Yol verilən ən aşağı qiymətlərlə satış; 5) Qiymətlərin heç bir əsas olmadan qaldırılması; 6) Qiymət-lərin düşünülmüş surətdə, alıcıların imkanlarına uyğun gəlməyən tərzdə qaldırılması.
Qiymətlərin məsləhətləşməklə müəyyən edilməsi o deməkdir ki, satıcılar qiymətləri müəyyən edərkən qabaq-cadan həmin məhsulların digər satıcıları ilə dilbir olmama-lıdırlar. Istehsalçının öz əmtəəsini hər hansı bir qiymətə satmağı dilerdən tələb etməyə ixtiyarı yoxdur. Satıcı diler-lərə yalnız istehsalçının məsləhət gördüyü qiyməti təklif edə bilər. Başqa Qeyd etmək lazımdır ki, istehsalçının dilerə əmtəə satmaqdan imtina etmək, yaxud da onun mənafeyinə qəsd etmək hüququ yoxdur.
Satıcıların öz rəqiblərini sıxışdırmaq üçün əmtəə-lərin istehsal xərclərindən aşağı qiymətə satmağa səlahiy-yətləri çatmır.
Dövlət müəyyən dövrlərdə qiymətlərin səviyyəsi üzərində nəzarəti həyata keçirir. Elə sahələr də vardır ki, onların fəaliyyəti üzərində nəzarət və ya necə deyərlər «dövlət inhisarı» qoyulur. Bunlar əsas etibarılə kommunal təsərrüfatlarıdır.
2. Qiymətlərin müəyyən edilməsi prinsipləri və dəyişməsinə təsir edən amillər.
Qiymətlərin müəyyən edilməsi ilə əlaqədar məsələlər hamı tərəfindən birmənalı qarşılanmır. Burada bir çox nöqteyi-nəzərlər mövcuddur. tərəfdən
Firmalar ilkin qiymətləri müəyyən etdik-dən sonra digər amilləri də nəzərə almaqla onu dəyişdirir və bu zaman qiymətlərin müəyyən edilməsi ilə əlaqədar müxtəlif nöqteiy-nəzərlər meydana çıxır ki, bunlardan da geniş yayılmışları aşağıdakılardır: 1) Yeni istehsal olunan əmtəələrə qiymət qoyulması; 2) Qiymətlərin əmtəə nomenklaturu çərçivəsində müəyyən edilməsi; 3) Əmtəələrə coğrafi prinsip əsasında qiymət qoyulması; 4) Əmtəələrə güzəştli qiymətlərin müəyyən edilməsi; 5) Əmtəələrə satışın stimullaşdırılması üçün qiymət qoyulması; 6) Əmtəələrə ayrı-seçkilik qaydasında qiymət qoyulması.
«Yeni əmtəələr» dedikdə mövcud əmtəələrin yaxşılaşdırıl-mış variantları nəzərdə tutulur.
Yenilikçilik istehsalçıdan çox böyük məsuliyyət və risk tələb edir. Çünki yeni əmtəələr istehlakçıların xoşuna gəlmədikdə reallaşdırılmamış qalır və firma böyük məbləğ-də zərər çəkir. Aparılmış tədqiqatlar göstərir ki, yeni əmtəələrin istehlak malları bazarında 40%-i, sənaye təyinatlı əmtəələr bazarında 20%-i, xidmətlər bazarında isə təqribən 18%-i uğursuzluqla nəticələnir. Geniş istehlak mallarının uğursuzluğu daha acınacaqlı nəticələrə gətirib çıxarır. Ona görə yeni əmtəələrin istehsalına başlamazdan əvvəl istehsalçı, necə deyərlər, düşünüb-daşınmalı, yüz ölçüb bir biçməlidir ki, sonra peşimanlıq çəkməsin. Yeni əmtəələrin uğursuzluğa düçar olmasının isə bir neçə səbəbi vardır. Bunlar ondan ibarətdir ki, bəzən ideyanın özlüyün-də yaxşı olmasına baxmayaraq bazarın tutumu düzgün qiy-mətləndirilmir, əmtəənin mövqeyi bazarda düzgün müəy-yən edilmir, pis reklamlaşdırılır, yeni əmtəələrin işlənib ha-zırlanmasına nəzərdə tutulduğundan qat-qat çox xərc çəki-lir, rəqiblərin cavab zərbəsi gözlənildiyindən güclü olur və s.
Firmaların qiymətqoyma probleminə yanaşmaları əmtəələrin həyat dövrünün mərhələlərə bölünməsi ilə sıx surətdə bağlıdır. Əmtəələrin bazara çıxarılması mərhələsi daha məsuliyyətli hesab olunur və qarşıya ciddi tələblər qoyulur. Ona görə də həqiqətən yeni olan əmtəələrə qiymət qoyulmasını bir-birindən fərqləndirmək lazımdır. Yeni əmtəələri bazara çıxaran firmalar iki strategiya ilə üzləşir və bunlardan birini seçməlidirlər. Bunlardan biri obrazlı ifadə ilə desək «qaymağın yığılması», digəri isə «bazara əsaslı surətdə daxil olmaq və öz mövqeyini qoruyub saxlamaq» strategiyasıdır.
Birinci strategiyanın mahiyyəti ondan ibarətdir ki, yeni əmtəə istehsal edən firmalar ilk vaxtlar həmin əmtəəyə yüksək qiymət qoyur və bununla da daha çox mənfəət əldə etməyə cəhd göstərirlər. Burada məqsəd ondan ibarətdir ki, yeni malları bazarın bütün seqmentləri deyil, yalnız bəzi seqmentləri qəbul edə bilsin. Firmalar bir müddətdən sonra qiymətləri aşağı salmaqla özlərinə daha çox müştəri cəlb edirlər. Çünki qiymətlərin aşağı salınması firmaların guya öz mənfəətlərinin bir hissəsindən imtina etməklə adamlarda onların qayğısına qalmaq psixologiyası aşılayır. Belə hərə-kət edən firmalar bununla da bazarın ən yüksək maliyyə «qaymağı»nı götürürlər.
Bazara əsaslı surətdə daxil olmaq, necə deyərlər ona «yiyələnmək» strategiyasının mahiyyəti ondan ibarətdir ki, bəzi firmalar öz əmtəələrinə rəqiblərinə nisbətən aşağı qiy-mət qoyurlar. Əmtəələrə aşağı qiymət qoyulması bazarın böyük bir hissəsini ələ keçirməyə, istehsal xərclərini aşağı salmağa və deməli, tədriclə qiymətləri ucuzlaşdırmağa imkan verir. Bundan başqa bazar çox həssas olduğuna və ucuz qiymət onun genişlənməsinə şərait yaratdığına, görə aşağı qiy-mətlərin müəyyən edilməsi qanunauyğun sayıla bilər.
Məhsul, əmtəə nomenklaturunun tərkib hissəsi ol-duqda qiymətin müəyyən edilməsinə yanaşma metodu dəyişir. Bu zaman firmalar yüksək mənfəət əldə edilməsinə imkan verən qiymət sistemi işləyib hazırlamağa çalışırlar. Müxtəlif əmtəələr tələbat və xərc nöqteyi-nəzərindən bir-biri ilə qarşılıqlı əlaqədə olduqlarına və rəqabətlə qarşılaşdıqlarına görə qiymətlərin müəyyən edilməsi olduqca çətindir. Bununla əlaqədar olaraq aşağıdakı halları nəzərdən keçirək.
Məlum olduğu kimi, hər bir firma bütöv əmtəə çe-şidi yaradır. Eyni bir əmtəə çeşidi hazırlandıqdan və satışa buraxıldıqdan sonra bunun təkmilləşdirilməsi prosesi baş-lanır və hər sonrakı modelin qiyməti əvvəlkindən kəskin surətdə fərqlənir. Məhz bunlara əsasən istehlakçılarda əmtəənin sonrakı modelinin yüksək keyfiyyətə malik olması barədə təsəvvür yaranır.
Firmaların əksəriyyəti əsas məhsullarla yanaşı, əlavə və ya yardımçı məhsullar da istehsal edirlər. Ona görə də firmalar həm də əlavə məhsulların qiymətlərini müəyyən etməlidirlər. Bu isə çox mürəkkəb məsələdir. Çünki belə məhsulların qiymətləri bir qayda olaraq yüksək olur və alıcıların tədiyə qabiliyyətinə uyğun gəlmir.
Sənayenin bəzi sahələrində elə ləvazimatlar da buraxılır ki, bunlar olmadan əsas məhsullardan istifadə etmək mümkün deyildir. Belə məcburi ləvazimatlara üzqır-xan üçün ülgüclər misal ola bilər. Çox vaxt əsas məhsulların istehsalçıları onlara aşağı qiymət, məcburi ləvazimatlara isə yüksək qiymət qoyurlar. Aydın məsələdir ki, məcburi ləvazimatlar olmadan əsas məhsuldan istifadə edilməsi qeyri-mümkündür. Eyni sözləri «Kodak» firmasının fotoapa-ratları haqqında da demək olar. Belə ki, firma fotoapa-ratlar üçün aşağı, plyonka üçün yuxarı qiymət qoyur və bu yolla daha çox mənfəət əldə edir.
Qiymətlər coğrafi prinsip üzrə də müəyyən olunur. Bu, o deməkdir ki, firma ölkənin müxtəlif regionlarından olan istehlakçılar üçün müxtəlif qiymətlər müəyyən edil-məsinə dair qərarlar qəbul edir. Çünki əmtəələrin uzaqda yerləşən istehlakçıya çatdırılması ilə əlaqədar olan tədavül xərcləri yaxın məsafələrə çatdırılması ilə əlaqədar olan tə-davül xərclərindən çox olur. Ona görə də əmtəənin istehsal xərcləri eyni olduğu şəraitdə tədavül xərcləri müxtəlif oluduğu üçün uzaq ərazilərdə yerləşən istehlakçılara satılan əmtəələrə qanunauyğun surətdə yüksək qiymət qoyulur və bu, müştərilərin itirilməsinə gətirib çıxarmır.
Əmtəələrə bölgə qiymətləri də müəyyən edilir.Bu vaxt, firma iki, yaxud da bir neçə bölgəyə mal göndərməyi və oradakı bazarda «məskunlaşmağı» qarşısı-na məqsəd qoyur. Hər hansı eyni bir bölgənin hüdudların-da yaşayan istehlakçılar və sifarişçilər əmtəələri eyni qiy-mətlə satın alırlar. göstərir.
Qiymətqoymada istifadə olunan metodlardan biri də qiymətin bazis məntəqəsi nəzərə alınmaqla müəyyən edilməsidir. Bunun mahiyyəti ondan ibarətdir ki, hər hansı bir şəhər bazis kimi qəbul edilir və göndəriş yerindən asılı olmayaraq bütün sifarişçilər üçün nəqliyyat xərcləri eyni məbləğdə – bazis məntəqəsi üzrə olan məbləğ qədər olur.
Alıcı və ya satıcı daşınma xərclərini öz üzərlərinə götürməklə qiymətqoyma metodundan da istifadə edirlər. Bunun mahiyyəti ondan ibarətdir ki, satıcı və ya alıcı daha çox sifariş daxil olmasını təmin etmək üçün əmtəələrin daşınması ilə əlaqədar olan xərclərin bir hissəsini və ya onu tamamilə öz öhdəsinə götürür. Firmalar bu metoddan başlıca olaraq yeni bazarlara girmək, habelə rəqabətin kəskinləşdiyi bazarlarda özlərinin mövqelərini qoruyub saxlamaq üçün istifadə edirlər.
.
Alıcı daha çox əmtəə satın aldığı hallarda da ona mü-əyyən güzəştlər edilir. Buna iqtisadi ədəbiyyatda miqdara görə güzəşt deyilir.
Istehlakçılar üçün mövsümi güzəştlər də edilir. Mövsümi güzəştlər, mövsümdən kənar bazarlıq edən alıcılar üçün qiymətin aşağı salınması deməkdir. Bu güzəştlər istehsalın səviyyəsini il ərzində nisbətən sabit saxlamaq üçün satıcıda stimul yaradır. Mövsümi güzəştlərə ən çox təyyarə, avtobus və qatarlarla sərnişindaşıma biletlərinin qiymətlərinin ilin fəsillərindən asılı olaraq aşağı salınmasında istifadə olunur. Bu üsul uzunmüddətli istifadə üçün nəzərdə tutulan əmtəələrə daha çox aid edilir.
Firmalar konkret şəraitdən asılı olaraq öz əmtəələrinin qiymətlərini onun istehsalına çəkilən xərcdən aşağı da müəyyənləşdirirlər. Bu zaman qarşıya satışın stimullaşdırıl-ması vəzifəsi qoyulur və bu müxtəlif formalarda olur. Bun-lardan bəzilərini nəzərdən keçirək. Univermaqlar və uni-versamlar alıcıları özlərinə cəlb etmək məqsədilə, məsələn, hər il yanvar ayında qış satışı, may ayında yaz satışı, sen-tyabr ayında payız satışı təşkil edir, istehsalçılar dilerlərdən mal alan istehlakçılara nəqd güzəştlər edirlər.
Firmalar xüsusi qiymət sistemi və qiymətqoyma strategiyası işləyib hazırlamalarına baxmayaraq, həm də qiymətləri vaxtaşırı aşağı salır və ya qaldırırlar.
Firmaların qiymətləri aşağı salmaq qərarına gəlmə-ləri bir sıra səbəblərlə əlaqədardır. Bunlar istehsal gücləri-nin tam yüklənməməsi, şiddətli qiymət rəqabətinin təsiri ilə bazar payının azalması, ucuz qiymətlər hesabına bazarda hakim mövqe tutmaq uğrunda gedən rəqabət və s. ibarət-dir. Bunlara uyğun olaraq firmalar öz dövriyyələrini artır-mağa, istehsal etdikləri məhsulların qiymətlərini aşağı sal-mağa, istehsalın həcminin genişləndirilməsi hesabına xərc-lərin azaldılmasını təmin edə bilən bazar payına sahib ol-maq niyyəti ilə qiymətləri hamıdan tez aşağı salmağa çalışırlar.
Firmalar qiymətləri təşəbbüskarlıqla aşağı saldıqları kimi, onu təşəbbüskarlıqla qaldırmağa da səy göstərirlər və buna, demək olar ki, məcburdurlar. Bunun isə səbəbləri ol-duqca müxtəlifdir. Bunlardan biri xərclərin artması ilə əla-qədar olan ümumdünya inflyasiyasıdır
Qiymətlərin qaldırılmasına təsir göstərən səbəblər-dən biri də həmin məhsula olan tələbin artmasıdır. Qiymət-ləri, həmçinin güzəştləri ləğv etmək, çeşidi əmtəənin bahalı variantları ilə əvəz etməklə ya gizli, yaxud da açıq-aşkar da yüksəltmək olar.
Qiymətlərin dəyişməsinə istehlakçılar və rəqiblər də biganə qalmır, onlar da öz münasibətlərini bildirirlər. Buna onlar bir qayda olaraq satıcıların sayı azaldıqda və onların əmtəələri bir-birinə oxşadıqda, alıcılar isə bundan yetərincə xəbərdar olduqda reaksiya verirlər bu əmtəənin nə kimi əhəmiyyət kəsb etməsi ilə əlaqədar problemləri öyrənməli, rəqibin niyyətini, lazım gəldikdə isə işə sala biləcəyi ehtiyat mənbələrini aşkara çıxarmalıdır. Bütün bunlar firmaya bazarda öz mövqeyini nəinki qoru-yub saxlamağa, həm də onu daha da möhkəmləndirməyə imkan verir.
-
Qiymət sistemi. Qiymətin növləri.
İqtisadiyyatda fəaliyyət göstərən bütün qiymətlər qarşılıqlı əlaqədə olub, müxtəlif bazar amillərinin təsiri altında daim inkişafda olan sistemi əmələ gətirir. Bu sistem sıx, qarşılıqlı əlaqədə, fəaliyyətdə olan ayrı- ayrı bloklardan ( topdansatış qiymətləri, satınalma qiyçətləri, pərakəndəsatış qiymətləri və s.) ibarətdir.
Verilən sistemi əsas bloklarının birində qiymətin dəyişməsi tez bir surətdə digər bloklara da ötürülür.
Bütün qiymət sistemində sənayenin baza sahələrinin məhsullarının qiymətləri əsas rol oynayır. Onlara yanacaq energetika( kömür, neft, qaz, elektrik enerjisi) , metallurgiya sahələri aiddir.
Qiymət sistemini təşkil edən qiymət növləri aşağıdakı əlamətlərinə görə təsrifləndirilirlər:
a) xidmət etdiyi iqtisadi dövriyyənin xarakterinə görə;
b) franko növlərinə görə;
v) fəaliyyət müddətinə görə;
q) ərazi əlamətlərinə görə;
ğ) təsbit olunması qaydalarına görə.
Xidmət etdiyi iqtisadi dövriyyənin xarakterinə görə qiymətlər aşağıdakı növlərə bölünür:
Sənaye məhsullarına görə topdansatış qiymətləri;
Tikinti məhsullarının qiymətləri;
Yük və sərnişin nəqliyyatı tarifləri;
Pərakəndəsatış qiymətləri;
Kənd təsərrüfatı məhsullarının satınalma qiymətləri;
əhaliyə pullu xidmətə olan tariflər.
Sənaye məhsullarının topdansatış qiymətləri öz növbəsində iki yarımnövə6 müəssisənin topdansatış qiymətinə və sənayenin topdansatış qiymətlərinə bölünür.
Müəssisənin topdansatış qiymətlərinin tərkibi aşağıdakı növlərə bölünür:
-
xərclər( maya dəyəri)
-
mənfəət
-
qiymətə əlavələr( güzəştlər)
-
əlavə dəyər vergisi.
Müəssisənin topdansatış qiyməti – məhsul istehsalçılarının istehsal etdikləri məhsulu istehlakçılara- digər müəssisə və təşkilatlara satdıqları qiymətlərdir.
Sənayenin topdansatış ( buraxılış) qiymətləri istehlakçı müəssisələrin və yaxud satış ( topdansatış) təşkilatlarının məhsullarına görə ödədikləri qiymətlərdir.
Sənaye topdansatış ( buraxılış) qiymətinin tərkibi aşağıdakı kimidir:
1. Müəssisənin topdansatış qiyməti
2. Təchizat- satış əlavələri( güzəştləri)
a) təchizat- satış və yaxud topdansatış müəssisələrinin xərcləri;
b) təchizat- satış və yaxud topdansatış müəssisələrinin mənfəəti;
3. Aksiz
4. Əlavə dəyər vergisi( ƏDV)
Pərakəndəsatış qiymətləri qiymətlərin əmələ gəlməsi prosesinin son mərhələsinin nəticələri və xalq istehlakı məhsullarının faktiki satış qiymətləridir. Bu qiymətlərlə satılan məhsullar birbaşa istehlak sferasına daxil olur. Pərakəndəsatış qiyməti kəmiyyətcə sənaye topdansatış ( buraxılış) qiyməti ilə ticarət əlavələrinin ( güzəştlərinin) cəmindən ibarətdir.
Qiymətlərin frankolaşdırılması dedikdə, məhsulun istehsalçılardan istehlakçılara çatdırılması xərclərinin qiymətlərdə uçotu qaydaları başa düşülür. Franko növlərinə aşağıdakı qiymət növləri fərqləndirilir:
1. Franko- anbar- istehsalçı( malgöndərən) və ya istehsal yerində FOB qiyməti. Bu qiymət növünün tətbiqi zamanı məhsulun göndərilməsi xərcləri qiymətlərə daxil edilməyərək istehlakçı tərəfindən ödənilir.
2. Franko- vaqon göndərmə stansiyası. Onun tətbiqi zamanı məhsulun göndərmə stansiyasına çatdırılması xərcləri qiymətlərə daxil edilir, qalan xərclər istehlakçı tərəfindən ödənilir.
3. Franko- vaqon təyinat stansiyası.
4. Franko- anbar – istehlakçı. Bu qiymət növünün tətbiqi zamanı bütün tədavül xərcləri qiymət elementinə çevrilirlər.
Fəaliyyət müddətlərinə görə qiymətlərin aşağıdakı növləri fərqləndirilir:
Sabit qiymətlər- müəyyən müqavilə üzrə məhsul göndərişi müddətində dəyişmirlər.
Cari qiymətlər- müəyyən vaxt dövründə məhsul göndərişinin həyata keçirildiyi qiymətlərdir.
Onlar bir müqavilənin yerinə yetirilməsi müddətində bazar konyukturasından asılı olaraq dəyişə bilərlər.
Sürüşkən qiymətlər- uzunmüddətli istehsal dövrünə malik olan məhsullarla ticarət sövdələşmələrində müəyyən edilir.
Mövsümi qiymətlər- müəyyən vaxt dövründə fəaliyyət göstərirlər.
Mərhələli qiymətlər- əvvəlcədən müəyyən edilmiş şkala üzrə məhsulların ardıcıl aşağı salınan qiymətləridir.
Müəyyən edilməsi qaydalarına görə aşağıdakı qiymət növləri təsnifləşdirilir:
1. Təsbit edilən qiymətlər- dövlət tərəfindən təyin olunurlar.
2. Müqavilə qiymətləri- tərəflərin razılığı ilə müəyyən edilirlər.
3. Tənzimlənən qiymətlər- dövlət tərəfindən müəyyən təsir göstərilməklə tələb və təklif nisbətləri əsasında formalaşırlar.
4. Sərbəst qiymətlər- bazarda tələb və təklifin təsiri altında formalaşırlar. Dövlət bu qiymətlərin dəyişilməsinə yalnız bazar konyukturasına təsir etməklə nail ola bilər.
Qiymət sistemini mühüm tərkib elementlərindən biri də dünya bazar qiymətləridir. Dünya bazarında xarici ticarət fəaliyyətini həyata keçirərkən aşağıdakı əsas qiymət növlərini fərqləndirrlər:
1. FAS və ya FOB ixrac qiymətləri. Bu qiymətlər üzrə ixracatcı firma idxalçıya əmtəəni gəmiyə qədər nəqliyyat xərclərini daxil etməklə FAS qiymətinə, ya da gəmiyə yükləmə xərclərini daxil etməklə FOB qiymətinə satır.
2. SİF idxal qiymətləri özündə FOB qiymətindən əlavə yüklərin idxalçı və ya ixracatçı ölkələrin sərhədlərinə qədər daşınması və sığorta xərclərini birləşdirir.
3. Kontrakt qiymətləri tərəflərin razılığına görə bir qayda olaraq dövlətlərarası və ya hökumətlərarası ticarət müqavilələri əsasında müəyyən edilir.
4. Birjada təyin edilən qiymətlər.
5. İri firmaların təklif qiymətləri və faktiki sövdələşmə qiymətləri.
6. Beynəlxalq sövdələşmələrdə iştirak edən ölkələrin daxili topdansatış qiymətləri.
4.Qiymətin dövlət tətəfindən tənzimlənməsi.
Konkret təsərrüfat quruluşundan ( konyukturasından) asılı olara q qiymətlərin tənzimlənməsi mahiyyət etibarı ilə böhrana ( durğunluğa) qarşı və ya inflyasiyaya qarşı xarakterli ola bilər.
Qiymətlərin əmələ gəlməsi prosesində yaranma sferası və təsir mexanizmi nöqteyi- nəzərdən qiymətlərin tənzimlənçəsinin aşağıdakı bir neçə formasını ayırmaq olar:
- əmtəələrin istehsalı və tədavülü sferasında dövlətin birbaşa iştirakı ilə qiymətlərin tənzimlənməsi;
- antiinhisar qanunvericiliyi ilə tənzimləmə;
- gəlirin tənzimlənməsi siyasəit ilə;
- pul tədavülü sferası vasitəsilə təsərrüfat konyukturasının yənzimlənməsi ilə.
Dövlətin qiymətin əmələ gəlməsi prosesinə təsiri qiymətlərin tənzimlənməsinin birbaşa və dolayı metodların üzvi əlaqəsi ilə reallaşır. Bu metodların ölkələr və ayrı- ayrı dövlətlər üzrə nisbətləri müxtəlifdir.
Qiymətlərin birbaşa tənzimlənməsi başlıca olaraq ictimai istifadə ( istehlak) sahələrində ( elektroenergetika, nəqliyyat, rabitə, su təchizatı və s.) tətbiq olunur. Bu sahələrdə qiymət və tariflər adətən inhisarlarla münasibətdə aşağı və ya yüksək mənfəət normaları əsasında müəyyən olunur.
Qiymətlərin dövlət tənzimlənməsi inhisarların marağına və onların dünya bazarında konkret mövqelərinə, ümumən ölkənin tələbatına cavab verə bilən iqtisadiyyatın yüksək inkişaf sürətinin və struktur irəliləyişlərin stimullaşdırılması üçün tətbiq edilir.
Qiymətlərin tənzimlənməsinin dolayı metodları qiymətlərin özünə deyil, qiymətlərin əmələ gəlməsi ilə bağlı olan amillərə təsir dairəsinədə ortaya çıxır. Buna misal olaraq, pul vəsaitlərinin emissiyası sa daxil olmaqla, vergi, kredit və valyuta siyasətinin köməyi ilə məcmu tələbin tənzimlənməsini göstərmək olar. Belə tədbirlər nəticəsində bir çox sahələrdə istehlak və məşğulluqla bağlı məsələlər stimullaşdırılır ki, bu da öz növbəsində istehlak malları bazarına və əhalinin tədiyə qabiliyyətli tələbinin həcminə təsir göstərir.
İnkişaf etmiş bazar iqtisadiyyatı şəraitində olan ölkələrin təcrübəsi qiymətlərin dövlət tənzimlənməsinin iki üsulunun mövcudluğunu göstərir: iqtisadi və inzibati. Tənzimlənmənin iqtisadi üsulu daha üstündür və dövlət orqanlarının vergi, maliyyə- büdcə, kredit, valyuta, gömrük siyasəti vasitəsilə həyata keçirilir. Qiymətlərin dövlət tərəfindən tənzimlənməsi bazar mexanizminin fəaliyyətini pozmur, qiymətin iqtisadi əsaslandırılmasını və onların dünya bazar qiymətləri ilə əlaqəsini saxlayır.
Bazar şəraitində qiymətlərin inzibati üsullarla tənzimlənməsi isə fövqəladə hallarda, iqtisadiyyatın böhran keçirdiy, sürətli inflyasiya, təsərrüfat kompleksinin bütün sahələrində tənəzzül baş verdiyi şəraitdə dövlət üçün strateji əhəmiyyət kəsb edən ayrı- ayrı malların, digər məhsulların qiymətlərinin sürətli artımından əhalini sosial- müdagiə etmək məqsədilə də həyata keçirilə bilər.Bu halda hökumət özü inzibati qaydada istehlak səbətinə daxil olan ilkin tələbat mallarının qiymətini müəyyənləşdirir və dəyişdirir.
Qiymətlərin iqtisadi üsullarla tənzimlənməsinə gəldikdə isə qetd edilməlidir ki, bu dövlət büdcəsinin mənafeyinin ayrı- ayrı əmtəə istehsalçılarının, ən vacibi isə son istehlakçıların, vergi ödəyən adi vətəndaşların mənafeyi ilə üst- üstə düşməsinə təmin edən vergi siyasəti vasitəsilə həyata keçirilir.
Dolayı metodların köməyi ilə dövlət tələb və təklif arasında tarazlığın əldə edilməsinə və saxlanmasına,. Bununla da bütün iqtisadiyyat miqyasında qiymətlərin uyğun və tədricən artımına nail olmağa çalışır.
İnkişaf etmiş ölkələrdə qiymətin tənzimlənməsinin dolayı metodlarına, dövlət tərəfindən torpaq rentasının , uçot dərəcələrinin, əmək haqqının( əgər qiymətlərin birbaşa tənzimlənməsi ilə əlaqədar deyilsə), eləcə də qiymətlərin əmələ gəlməsinə təsir göstərən digər amillərin tənzimlənməsinə yönəldilmiş fəaliyyətlər də aid edilir.
Son illərdə qiymətlərin dolayı metodlarla tənzimlənməsi təcrübəsi öz mahiyyətini itirməkdədir. Bu, hər şeydən əvvəl onunla əlaqədardır ki, müasir bazar inhisar tənzimlənməsi ilə yüksək dərəcədə bağlıdır və onunla məhdudlaşır. Bu vəziyyət inkişaf etmiş ölkələrə də xasdır.
Mövzu 12. Aqrar münasibətlər(4 saat )
Plan
1.Aqrar münasibətlər və onun xarakterik xüsusiyyətləri.Torpaq istehsalın başlıca amilidir.
2.Aqrar- sənaye kompleksi və inteqrasiyası.
3.Torpaq rentası və onun formaları.
4.İcarə haqqı və torpağın qiyməti.
1.Aqrar münasibətlər və onun xarakterik xüsusiyyətləri. Torpaq istehsalın başlıca amilidir.
Torpaqdan iqtisadiyyatın bütün sahələrində istifadə olunur və o, özünün sərvətləri, meşələri, suları ilə birlikdə istehsal prosesinin maddi ilkin şərtini və təbii əsasını təşkil edir. Lakin iqtisadiyyatın ayrı-ayrı sahələrində torpaq eyni əhəmiyyətə malik deyildir. Belə ki, torpaq sənayedə (hasilat sənayesi istisna olmaqla) və ticarətdə müəssisələrin, obyekt-lərin yerləşdirilməsi üçün məkan, tikintidə binaların inşa olunması, nəqliyytda şose və dəmir yollarının çəkilməsi üçün ərazi rolunu oynayır və bu sahələr üçün onun münbit-liyinin heç bir əhəmiyyəti yoxdur. Kənd təsərrüfatında isə torpaq məhsul istehsalının əvəzolunmaz təbii-iqtisadi amili-dir və onun münbitliyinin müstəsna əhəmiyyəti vardır. Baş-qa sözlə, torpaq olmadan kənd təsərrüfatı məhsullarını istehsal etmək mümkün deyildir. Həm də bunun üçün hər cür torpaq deyil, münbit torpaqlar olmalıdır.
Torpaq iqtisadiyyatın ən mühüm sahələrindən biri olan kənd təsərrüfatında oynadığı rola görə istehsalın başlı-ca təbii-iqtisadi amili olmaqla, həm də investisiya əmtəə-lərinə aid edilə bilər. Çünki insanlar bir tərəfdən, məhsul is-tehsal etmək üçün torpağı əkib – becərməklə öz əməkləri ilə ona təsir göstərir, digər tərəfdən isə istehsal prosesində ondan vasitə kimi istifadə olunur. Lakin torpağın insanların öz-ləri tərəfindən yaradılan investisiya əmtəələrindən–bina-lardan, maşınlardan, avadanlıqlardan və s. – fərqləndirən bir sıra xüsüsiyyətləri vardır.
Əvvəla, qeyd etmək lazımdır ki, torpaq təbiətin məh-suludur, yer kürəsində onun hüdudu məhduddur, süni su-rətdə yaradıla və deməli artırıla bilməz. Insanlar öz əməkləri ilə yalnız onun təbii xassələrini dəyişdirə və zənginləşdirə bilərlər. Digər investisiya əmtəələrini isə istənilən qədər artırmaq mümkündür. Ikinçisi, insanların özləri tərəfindən yaradılan investisiya əmtəələri, yəni istehsal olunan maşın və avadanlıqlar, yetişdirilən heyvanlar və çoxillik əkmələr istehsal prosesində istifadə olunduqça aşınır, köhnəlir və müəyyən müddətdən sonra təkmilləşdirilmiş, mütərəqqi və yüksək məhsuldarlıqlı "nüsxələrlə", yaxud da tamamilə yeniləri ilə əvəz olunur. Torpağı isə heç bir şeylə əvəz etmək olmaz, başqa sözlə, onun əvəzediçisi yoxdur. Üçünçüsü, torpaq sahələri keyfiyyətlərinə, birinçi növbədə münbitliklərinə körə bir–birilərindən fərqlənirlər. Bu isə öz növbəsində tor-paq sahəsi vahidinə bərabər məbləğdə sərf olunan vəsaitin müqabilində müxtəlif miqdarda məhsul əldə edilməsinə və deməli, gəlirliliyin qeyri-bərabər olmasına gətirib çıxarır. Insanlar öz əməkləri ilə bu fərqi ya azalda, ya da dərinləşdirə bilərlər. Dördünçüsü, torpaqdan düzgün istifadə olun-duqda ondakı kimyəvi birləşmələrin miqdarı və onun mün-bitliyi artır, düzgün becərildikdə faydalı xassələri qorunub saxlanır, sahənin özü və fiziki vəziyyəti yaxşılaşır, məhsul-darlığı yüksəlir. Beşinçisi, torpaq sahəsi müəyyən ölçüyə ma-likdir, daimi məkanda yerləşir. Digər investisiya əmtəələrini isə istənilən vaxt bir yerdən başqa yerə aparmaq, yəni yerini dəyişdirmək, artırmaq, genişləndirmək mümkündür. Altın-cısı, torpaq təbiətin məhsulu olduğuna görə ondan istifadə olunarkən amortizasiya ayırmaları hesablanmır və deməli, o, istehsal xərçlərinin formalaşmasında iştirak etmir.
Torpağın başlıça xüsusiyyətlərindən biri onun mün-bitliyidir. Hər şeydən əvvəl torpağın qida maddələrinin miqdarı, onların bitkilər üçün faydalılığı, fiziki, mexaniki xassələri ilə müəyyən olunan təbii münbitliyini qeyd etmək lazımdır. Torpaq sahələri təbii münbitliyə görə bir-birindən kəskin surətdə fərqlənir. Lakin torpağın dəyərliliyi təkçə onun təbii münbitliyi ilə müəyyən edilmir. Insanların özləri tərəfindən torpağın münbitliyi artırıla bilər ki, buna da süni münbitlik deyilir. Deməli, aqrokimyanın, meliorasiyanın, bir sözlə, elmi-texniki tərəqqinin təsiri ilə torpağın süni münbitliyi daim dəyişir. Torpağın təbii münbitliyi ilə süni münbitliyi ikisi birlikdə onun iqtisadi munbitliyini əmələ gətirir. Torpağın iqtisadi munbitliyinin formalaşmasında mexanikləşdirmə vasitələri başlıça rol oynayırlar. Tarixdən məlumdur ki, torpağı xışla 12 sm, ata qoşulan kotanla isə 16 sm dərinlikdə şumlamaq mümkün olmuşdur. Bu, o deməkdir ki, torpağın təbii münbitliyindən qismən istifadə edilmişdir. Çünki torpağın üst qatı şumlanır, o, həddən çox xırdalanır, ondakı qida maddələrinin ehtiyatı kəskin surətdə azalırdı. Torpağın traktorla şumlanması isə onun dərinliyini 25-30 sm-ə çatdırmağa imkan vermiş və bu da öz növbə-sində onun təbii münbitliyindən istifadənin yaxşılaşdırıl-masına səbəb olmuşdur. Hazırda xüsusi texniki vasitələrdən istifadə olunması torpağın külək və su eroziyalarından qorunmasında, kol-kos basmış sahələrin təmizlənməsi və yararlı hala salınmasında, meliorasiya işlərində (torpaqların suvarılması və ya qurudulması) böyük səmərə verir. Bunun nəticəsidir ki, məhsuldarlığı az olan torpaq sahələrinin münbitliyi artırılır, istifadə olunmayan torpaqlar əkin dövriyyəsinə cəlb edilir.
2. Aqrar-sənaye kompleksi və inteqrasiyası.
Aqrar–sənaye kompleksi (ASK) kənd təsərrüfatı məhsullarının istehsalı, saxlanması, emalı və istehlakçılara çatdırılması ilə məşğul olan sahələrin toplusudur. ASK özündə aşağıdakı dörd sahəni birləşdirir: 1) Kənd təsərrüfatı üçün maşın, avadanlıq, nəqliyyat vasitələri, zərərvericilərə qarşı mübarizə vasitələri və digər investisiya əmtəələri ünsürlərini istehsal edən və ona texniki xidmət göstərən sənaye sahələri; 2)Kənd təsərrüfatının özü; 3) Kənd təsərrüfatı məh-sullarının tədarükü, emalı, saxlanması, daşınması və satıl-ması ilə məşğul olan sahələr; 4) Istehsalın inkişaf etdirilmə-sinin ümumi şərtlərini və insanların həyat fəaliyyətlərini təmin edən infrastruktur sahələri. ASK-nın tərkibində infrastruktur xüsusi yer tutur və onu həmin üç sahənin hər hansı birinə aid etmək düzgün deyildir. Infrastrukturun özü də iki yerə bölünür: 1) Istehsal infrastrukturu; 2) Sosial infrastruktur. Bunlar bu və ya digər dərəcədə eyni vaxtda yuxarıda göstərilən sahələrin hamısına aiddir. Həm də istehsal infrastrukturuna istehsala bilavasitə xidmət edən sahələr (yol-nəqliyyat, anbar və tara təsərrüfatları, texniki xidmət və s.), sosial infrastruktura isə adamların həyat fəa-liyyətlərini təmin edən sahələr (mənzil-kommunal təsərrü-fatı, mədəni-məişət xidməti, ticarət, iaşə və s.) daxildir.
Kənd yerlərində yol-nəqliyyat sistemi bərbad vəziy-yətdə olan ölkələrdə kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan iqtisadi vahidlərə böyük ziyan dəyir, təkrar istehsalın normal ahəngi pozulur və bütün bunlar nəticə etibarılə məhsulların istehsalına çəkilən xərclərin və onların kapitaltutumunun artmasına səbəb olur. Yolların pis vəziyyətdə olması kəndi şəhərdən ayırır, kənd əhalisinin yaxın şəhərlərdəki mədəni - məişət potensialından istifadə etmək imkanlarını, kənddə yaşamağa marağı azaldır. Kəndin is-tehsal infrastrukturu sistemində aqroservis xüsusi yer tutur. Zəhmətkeş kəndli özünə məxsus olan inventarları həmişə yaxşı mühafizə olunan yerlərdə saxlamış, onlara əsl təsərrüfatçı qayğısı ilə yanaşmışdır. Belə olduqda inventar və texnikadan etibarlı şəkildə və uzun müddət istifadə etmək mümkündür. ASK-nın intensiv inkişaf etdirilməsində sosial infrastruktura üstünlük verilməsi, onun təkrar istehsalın intensiv tipinə cavab verə bilən tələblərə uyğunlaşdırılması da mühüm rol oynayır. ASK-nı səciyyələndirərkən nəzərə almaq lazımdır ki, kənd təsərrüfatı həmişə sənaye, ticarət və digər sahələrlə əlaqədar olmuşdur. Həm də ASK anlayışı elmi anlayışlar sisteminə bu yaxınlarda daxil olmuş və onun meydana gəlməsi kənd təsərrüfatı ilə əlaqədar olan və hazırda vahid təkrar istehsal prosesində birləşmiş digər sahələr arasındakı əlaqə və qarşılıqlı asılılıqların keyfiyyətcə yeni səviyyəsi deməkdir. Çünki kənd təsərrüfatı məhsulları istehsalının artırılması, əhalinin ərzaq, sənayenin isə xam-mallara olan tələbatının ödənilməsi təkcə kənd təsərrüfatın-dan deyil, həm də ASK-nın bütün hissələrinin əlaqəli şəkildə inkişaf etdirilməsindən asılıdır.
Aqrar-Sənaye Kompleksinin formalaşmasının əsasını aqrar sənaye inteqrasiyası təşkil edir. Aqrar-sənaye inteq-rasiyası (ASI) dedikdə kənd təsərrüfatının ona xidmət edən və onun məhsullarını istehlakçılara çatdıran müxtəlif sahə-lərlə istehsal əlaqələrinin güclənməsi nəzərdə tutulur. ASI əmək bölgüsü və ixtisaslaşdırmanın dərinləşməsinin nəticəsidir. Deməli, kənd təsərrüfatının onunla bağlı olan digər sahələrlə geniş münasibətləri olmalıdır. Bu, hər şeydən əvvəl kənd təsərrüfatı üçün əsas və dövriyyə kapitalı ünsürləri istehsal edən, habelə onun məhsullarının reallaşdırılmasına xidmət göstərən sahələrlə əlaqələrin güclənməsinə aiddir.
ASI çoxcəhətlidir və müxtəlif formalarda təzahür edir. Bu, hər şeydən əvvəl prosesin hansı səviyyədə (ölkə miqyasında, rayon, yaxud da müəssisə çərçivəsində) getmə-sindən asılıdır. ASI-nin formaları həmçinin əlaqədə olan sahələrin texnoloji və təşkilati cəhətdən bir-birilərinə nə dərəcədə yaxın olmalarından asılıdır. Inteqrasiya prosesinin xarakterinə ayrı-ayrı sahələrin xüsusiyyətləri, əldə edilən məhsulların və onların emal olunması texnologiyasının spesifikası da böyük təsir göstərir.
Ölkə miqyasında və böyük rayonlarda ASI öz ifadə-sini kənd təsərrüfatı ilə sahələrarası əlaqələrin güclənmə-sində, regional ASI-nın formalaşması və inkişaf etməsində tapır. Müxtəlif sahələr üzrə ASI kənd təsərrüfatının müva-fiq sahəsinə uyğun gələn sahələri birləşdirir. Taxılçılıq, tərə-vəzçilik, pambıqçılıq, südçülük üzrə ASI-lər dediklərimizə misal ola bilər. Aşağı, yəni müəssisə və rayon səviyyələrində ASI-nin formaları aqrar-sənaye müəssisələri, birlikləri və kombinatlarından, aqrofirmalardan, istehsal və elm-istehsal sistemlərindən ibarətdir.
ASI-nin formalaşması və böyük nailiyyətlər qazanılmasında inkişaf etmş ölkələrin təcrübəsi diqqətəlayiqdir. Belə ki, bu ölkələrdə sahələrarası kooperasiyanın inkişafı ona gətirib çıxarmışdır ki, ASK çərçivəsində yaradılan məh-sulların dəyərində birinci və üçüncü sahələrin xüsusi çəkisi fasiləsiz olaraq yüksəlir, kənd təsərrüfatınınkı isə azalır. Inkişaf etmiş ölkələrdə onların arasındakı nisbət təqribən 30:10:60-dır. Qərb ölkələrinin aqrobizneslərinin xüsusiyyəti, onların başlıca olaraq ərzaq istehsalına istiqamət götürmə-ləridir. ABŞ və Kanadada bitkiçilik və qarışıq yem məhsul-larında kənd təsərrüfatı xammallarının xüsusi çəkisi olduq-ca yüksəkdir. Bəzi ölkələrdə kənd təsərrüfatı texnikasının bir çox baza növləri (traktorlar, kombaynlar) idxal olunur, həmin ölkələrin özləri isə texnikanın digər növlərini ixrac edə bilirlər. Son ərzaq məhsulları və xammalların istehsalı sahəsində də müəyyən ixtisaslaşdırma müşahidə olunur. Bunlar ASK-da bütünlüklə təsərrüfat həyatının beynəlmiləl-ləşməsi prosesinin getdiyini göstərir. Bunun sayəsində inkişaf etmiş ölkələr ərzaq probleminin həll edilməsində çox böyük nailiyyətlər qazanmışlar. Şimali Amerika və Qərbi Avropa ölkələri keçən əsrin 80-ci illərində bir çox kənd təsərrüfatı məhsulları – taxıl, şəkər, yağ, ət ilə özlərini təmin etmək sahəsində yüksək nəticələrə nail olmuşlar. Bütövlükdə inkişaf etmiş ölkələr dünyada istehsal olunan yağlı və dənli bitkilərin 1/3 hissəsini, ətin demək olar ki, 40%-ni öz əllərində cəmləşdirmişlər. Həmin ölkələrdə digər kompleks-lərlə müqayisədə ASK-nın səciyyəvi cəhəti onun tərkibinə daxil olan və müxtəlif sahələrdə fəaliyyət göstərən, bir-biri ilə əlaqələndirilən istehsal vahidlərinin qeyri sosial iqtisadi yekcinsliyə malik olmasıdır. Bunu ondan görmək olar ki, ASK-nın birinci və üçüncü sahələrində istehsalın təmərküz-ləşməsi dərəcəsi kənd təsərrüfatı üzrə eyni göstəricidən xeyli yüksəkdir. Məsələn, ABŞ-da fermerlər üçün investisiya əmtəələrinin 75%-dən çoxunu 8 sənaye şirkəti göndərir. 100 firma yeyinti sənayesi məhsullarının 1/2 hissəsini öz əllərində cəmləşdirmiş, pərakəndə ərzaq marralı dövriy-yəsinin 1/3 hissəsi 20 ticarət şirkətinin payına düşür. Kənd təsərrüfatında isə ilkin istehsal vahidlərinin rolu tədriclə ənənəvi kəndli (fermer) təsərrüfatlarından aqrar-sənaye bir-liklərinə (ASB) keçir. Bu birliklər bitkiçilik və heyvandarlıq məhsullarının ilkin emalı və saxlanması ilə məşğul olmaqla üfuqi inteqrasiyanı həyata keçirirlər. Həvəskar mal göndə-rənlər və kənd təsərrüfatı üçün sənaye məhsullarının pəra-kəndə satışı ilə məşğul olan tacirlər də istehsal kooperasiyasına daxil olurlar. Bir sıra ASB-lər sənaye şirkətlərinin bilavasitə təşəbbüsü ilə ASK-nın kənd təsərrüfatına daha çox nüfuz edən birinci və üçüncü sahələrində formalaşır. Lakin kənd təsərrüfatı ilə sənayenin inteqrasiyasının digər iki yolu daha tipikdir. Bunlardan biri ondan ibarətdir ki, fermer təsərrüfatlarının özlərinin təmərküzləşməsi səviyyəsi yüksə-lir. ABŞ-da illik əmtəəlik məhsulu 100 mln. dollardan çox olan iri kənd təsərrüfatı müəssisələri, təsərrüfatların ümumi sayının cəmi–cümlətanı 7%-i təşkil etdikləri halda, kənd təsərrüfatının əmtəəlik məhsulunun 80%-dən çoxu onların əlində cəmlənmişdir. Belə müəssisələr tədriclə fərdi təsərrü-fat olmaqdan çıxır, tərəfdaşlıq təsərrüfatına və ya aqrokooperasiyalara çevrilirlər. Ikincisi isə ondan ibarətdir ki, fermer təsərrüfatları arasındakı kooperasiyadan geniş istifadə olunur. Onlar məişət, istehlak, kredit ittifaqlarında, elektrikləşdirmə assosiasiyalarında, istehsal xidmətlərinin təmin və texnikadan birgə istifadə olunması və onun təmiri, hətta torpağın birgə becərilməsi üzrə kooperativlərdə birləşirlər. Kooperativ şirkətləri çərçivəsində kəndli (fermer) təsərrüfatları intensiv texnologiyaya yiyələnir və öz məhsullarının emalı ilə məşğul olan müəssisələrlə müvəffəqiyyətlə inteqrasiyaya girirlər. Doğrudur, kooperativlər xırda fermer təsərrüfatlarının vəziyyətinin sabitləşməsinə kömək edirlər, lakin onların müflisləşməsinin qarşısını ala bilmirlər. Məsə-lən, ABŞ-da fermer təsərrüfatlarının sayı keçən əsrin 50-ci illərinin əvvəllərindəki 5,4 milyondan 80-ci illərin ortalarında 2,2 milyona enmişdir. Əsrin 80-ci illərinin orta-larında borclarını ödəyə bilmədiklərinə görə fermer təsər-rüfatlarının hər il 900 milyon dollar məbləğində mülkiyyəti müsadirə olunmuş və hərraca qoyulmuşdur.
Inkişaf etmiş ölkələrdə fermer və qeyri-fermer təsər-rüfatlarının bir-biri ilə müqayisəsi göstərir ki, son illərdə onların gəlirlərindəki fərq azalmış və ikincilər birincilərə nisbətən daha sabitdirlər. Lakin bunlara baxmayaraq fer-mer təsərrüfatları ilə əlaqədar olan problemlər mövcuddur və onların həlli gəlirlərin çoxalmasında və nəticə etibarilə kənd təsərrüfatı məhsulları istehsalının artırılmasında müsbət rol oynaya bilər.
Inkişaf etmiş ölkələrin çoxunda kənd təsərrüfatı məhsullarına olan tələbin qiymətlərə görə elastikliyi aşağıdır. Təqribi hesablamalar göstərir ki, fermer təsərrüfatlarının məhsulları üzrə elastiklik əmsalı 0,20-0,25 arasında tərəddüd edir. Bu o deməkdir ki, kənd təsərrüfatı məhsullarının qiy-məti 40-50% aşağı düşməlidir ki, istehsalçılar bu məhsulların tədarükünü 10% artıra bilsinlər. Aydın məsələdir ki, istehlakçılar alternativ əmtəələrlə müqayisədə əlavə kənd tə-sərrüfatı məhsullarına az əhəmiyyət və aşağı qiymət verirlər. Ona görə ki, məlum olduğu kimi, tələbin elastikliyini müəy-yən edən əsas amil əvəzetmədir. Bu o deməkdir ki, hər hansı bir kənd təsərrüfatı məhsulunun qiyməti aşağı düşdükdə, istehlakçı onu qiyməti aşağı düşməmiş başqa bir məhsul ilə əvəz etməyə meylli olur. Lakin, varlı ölkələrdə kənd təsər-rüfatı məhsullarının qiymətləri aşağı düşdükdə, aydın məsə-lədir ki, insanlar gündə 3 dəfə yeməkdən 4-5 dəfə yeməyə keçmirlər. Insanların qida məhsullarını digər məhsullarla əvəz etmələri təbii – bioloji məhdudiyyətlərlə əlaqədardır. Kənd təsərrüfatı məhsullarına olan tələbin qeyri elastikliyi də azalan son faydalılıq anlayışının köməyilə aydınlaşdırıla bilər. Varlı və zəngin cəmiyyətlərdə əhali, ümumiyyətlə yeməkdən korluq çəkmir və yaxşı geyinir, yəni bir növ kənd təsərrüfatı məhsulları ilə yaxşı təmin olunmuşlar. Ona görə də əlavə kənd təsərrürfatı məhsullarının istehsalı son fay-dalılığın tez bir zamanda aşağı düşməsinə səbəb olur. Belə-liklə, istehlakın azacıq artmasını təmin etmək üçün kənd təsərrüfatı məhsullarının qiymətləri çox aşağı düşməlidir.
Inkişaf etmiş ölkələrdə müşahidə olunan meyllərdən biri də kənd təsərrüfatı məhsulları üzrə təklifin artmasıdır. Bunun başlıca səbəbi isə texniki tərəqqidir. Burada hər şey-dən əvvəl, fermer təsərrüfatlarının tamamilə elektrikləşdiril-məsi və mexanikləşdirilməsi, torpaqların becərilmə texnolo-giyasının, irriqasiya işlərinin yaxşılaşdırılması, gübrədən is-tifadə olunması, mal-qaranın yetişdirilməsi və onlara qulluq edilməsinin təkmilləşdirilməsi və s. nəzərdə tutulur. Bütün bunların nəticəsində, məsələn, ABŞ-da 1930-1980-ci illərdə bir işçiyə düşən kapital qoyuluşu 15 dəfə artmışdır. Bu isə öz növbəsində bir fermerə düşən becərilən torpaq sahəsinin 5 dəfə artmasına səbəb olmuşdur. Bu ölkədə bir nəfər kənd təsərrüfatı işçisi 1820-ci ildə 4 nəfərin, 1947-ci ildə 14 nəfərin, 1987-ci ildə isə 96 nəfərin təmin olunması üçün lazım olan qədər ərzaq məhsulları və xammallar istehsal etmişdir. Kənd təsərrüfatında əmək məhsuldarlığı xeyli yüksəlmiş və hazır-da aqrar sahədə təqribən 5,0 mln. nəfər məşğul olur ki, bu da əhalinin ümumi sayının 2%-ni təşkil edir.
Beləliklə, inkişaf etmiş ölkələrdə aqrar bölmənin in-kişaf etdirilməsində çox böyük nailiyyətlər qazanılmış və təcrübə toplanmışdır. Bu, kənd təsərrüfatı sahəsində yeridi-lən düzgün dövlət siyasəti nəticəsində mümkün olmuşdur.
3. Torpaq rentası və onun formaları.
Rentanın
Dostları ilə paylaş: |