M.K.Atatürk – 135
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında
19
Nərgiz BABAXANİ
Bakı Dövlət Universiteti,
Tarix fakültəsi, II kurs tələbəsi
E-mail:babxaninergiz@gmail.com
TÜRKİYƏ VƏ PKK TERRORU
Elmi rəhbər: Səidə QULİYEVA
tarix üzrə fəlsəfə doktoru,
Bakı Dövlət Universitetinin
böyük elmi işçisi
Açar sözlər
: Türkiyə, terrorizm, mübarizə, PKK, geosiyasət,
təh-
lükəsizlik
Türkiyə 1970-ci illərdən etibarən terrorizmin ən acımasız
formalarıyla mübarizə aparmışdır. Terror hadisələri bir tərəfdən
xarici təsirlərin nəticəsində meydana gəlirsə, digər tərəfdən savad-
sızlıq, yoxsulluq, mədəni fərqlər, sosial dəyərlərin dəyişməsi və
digər daxili təsirlərlə əlaqədar baş verir. Bundan əlavə,
terror hadi-
sələrini şərtləndirən daxili səbəblərin başında etnik qruplar və on-
lar arasındakı fərqlər gəlir. Müəyyən qruplar etnik qaynaqlı ideo-
logiyadan terror məqsədiylə istifadə edirlər. Erməni milliyətçiliyi
və kürdçülük Türkiyədə görülən etnik qaynaqlı terror fəaliyyətlə-
rinin başında gəlir. Nəzərə alsaq ki, digər ölkələrdə də etnik qrup-
lar yaşayır və Türkiyədə yaşanan hadisələr müşahidə olunmur,
belə nəticəyə gəlmək mümkündür ki, Türkiyədə baş verən terror
hadisələri xarici təsirlərlə birbaşa bağlıdır.
Türkiyə Avropa, Asiya və Afrika qitələrinin birləşdiyi nöq-
tədə bir körpü rolunu oynamaqla, dünyanın güc tarazlığına daim tə-
sir edə biləcək bir mövqeyə malikdir. Bundan başqa, Türkiyə çox
yönlü çıxar və güc mübarizəsi meydanına çevrilən Yaxın Şərqin
neft yataqlarına yaxınlığı və eyni zamanda Mərkəzi Asiyadakı türk
dövlətləri ilə inteqrasiya ola bilmə üstünlüyü səbəbiylə önəmli geo-
politik və geostrateji mövqeyə sahibdir. Türkiyə Mərmərə dənizi və
Boğazları əlində cəmləşdirməsi, Yaxın Şərq, Bəsrə Körfəzindən
M.K.Atatürk – 135
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında
20
Egey dənizinə qədər Şərqi Aralığı idarə edəbiləcək
coğrafi mövqeyi
ilə bölgədəki bütün ölkələrin təhlükəsizliyini təmin edə bilən stra-
teji dövlətdir. Bu səbəblərə görə, bir çox ölkələr Türkiyənin geo-
strateji üstünlüyünü terrorla zəiflətməyə çalışılar.
Zəif dövlətlər gər-
gin siyasi oyunlar qarşısında öz mövqelərini qorumaq məqsədilə
terrordan istifadə edirlər. Bəzi güclü dövlətlər isə beynəlxalq aləm-
də öz siyasətini həyata keçirə bilməsi eləcə də, rəqiblərini özündən
asılı vəziyyətə sala bilmək üçün terrordan bir vasitə kimi istifadə
edirlər. Türkiyə kimi önəmli strateji mövqeyə malik ölkəni terror
ortamında saxlamaqla, ölkəni hədəf olaraq seçən dövlətlər və bəzi
qüvvələrin çıxarları baxımından terroru davam etdirmək zəruridir.
Buna görə də, terrorizm bir siyasi nəticə əldə etməkdən əlavə, bir
ölkənin digər ölkəni zəiflətmək və mövqeyini zədələmək üçün bir
vasitə kimi istifadə edilir.
Türkiyədə terror idealarının yayıldığı əsas mərkəz universitet-
lərdir. PKK terror təşkilatı tələbələr, gənclər arasında millətçilik,
ideoloji fikirlər yaymaqla öz fəaliyyətini təmin edir. Ölkədə fəaliy-
yət göstərən terror təşkilatlarının üzvlərinin yaşı 15-25 yaş arasında
dəyişir.
PKK dəfələrlə adını dəyişmişdir, lakin adını dəyişsə də, yenə
də terror fəaliyyətiylə məşğul olmuşdur. Bundan başqa PKK za-
man-zaman “atəşkəs” yaxud “silahı buraxmaq” adı ilə əslində bu
dövr ərzində terror fəaliyyətlərinin hazırlığında olmuşdur.
Terrorizimlə mübarizə mövzusunda beynəlxalq arenada birgə
fəaliyyət haqqında sənədlər qəbul olunmuşdur. Türkiyə də terror-
dan əziyyət çəkən bir dövlət olaraq beynəlxalq aləmdə anti-terror
fəaliyyətlərində iştirak edir. Türkiyə Birləşmiş Millətlər Təşkilatı-
nın “Terrorla Mübarizə Komitəsi”nin üzv dövlətlərdən biri olmaq-
la, terrorla mübarizədə beynəlxalq öhdəlikləri yerinə yetirir. Türki-
yə PKK ilə yanaşı İŞİD-lə və digər terror qrupları ilə mübarizə apa-
rır. Türkiyə İŞİD-lə mübarizədə başlıca olaraq, ABŞ-la müttəfiqlik
edir. Lakin bir çox dövlətlər öz maraqlarına uyğun olaraq terrorla
mübarizədə Türkiyəyə dəstək olmaq əvəzinə, terror qruplarını giz-
lədir və ya Türkiyəyə kömək etmirlər.