_____________________________________________
1
______________________
MÜSTƏQİLLİYİMİZ
ƏBƏDİDİR
______________________
_____________________________________________
2
MÜSTƏQİLLİYİMİZ
_________________________
ƏBƏDİDİR
_________________________
i y i r m i i k i n c i k i t a b
_________________________
sentyabr, 1999 -noyabr, 1999
_________________________
AZƏRNƏŞR
BAKI-2007
_____________________________________________
3
ç ı x ı ş l a r
•
n i t q l ə r
__________________________________
b ə y a n a t l a r
•
m ü s a h i b ə l ə r
___________________________________
m ə k t u b l a r
•
m ə r u z ə l ə r
____________________________________
m ü r a c i ə t l ə r
•
f ə r m a n l a r
__________________________________
AZƏRNƏŞR
BAKI-2007
_____________________________________________
4
BBK32
Ə56
Buraxılışına məsul
RAMİZ MEHDİYEV
ƏLİYEV HEYDƏR
Ə 56 Müstəqilliyimiz əbədidir. В., Azərnəşr, 2007, 528 səh.
Görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əlirza oğlu
Əliyevin oxuculara təqdim olunan növbəti cildində Naxçıvan MR-nin 75 illik yubiley
tədbirlərində iştirak etməsi, keçirdiyi görüşləri, blokada şəraitində yaşayan diyarın
iqtisadi-sosial, elmi və mədəni inkişafına dair dərin məzmunlu nitqləri, çıxışları,
kütləvi informasiya vasitələrinə verdiyi müsahibələri toplanmışdır.
Kitabda, həmçinin, “Əsrin müqaviləsi”nin 5-ci ildönümünə həsr olunmuş
sənədlər, dünyanın bir çox dövlət və hökumət başçılarına, beynəlxalq təşkilatların
rəhbərlərinə və görkəmli şəxsiyyətlərə ünvanladığı məktublar, bir sıra xarici
dövlətlərin nümayəndə heyəti ilə, həmçinin, ədəbiyyat və incəsənət xadimləri ilə
görüşlərə aid materiallar öz əksini tapmışdır.
Bu cilddə dahi rəhbərin respublikamızın əldə etdiyi uğurlardan, iqtisadiyyatın
inkişafından, müstəqil, demokratik, hüquqi dövlət quruculuğu sahəsində ölkəmizin
nailiyyətlərindən, Azərbaycanın beynəlxalq aləmdəki artan nüfuzundan, dünya
dövlətləri arasında özünə layiqli yer tutmasından bəhs edən çıxışları və nitqləri daxil
edilmişdir.
Ə
2007
)
07
(
651
0801000000
−
−
M
BBK-32
© Azərnəşr, 2007
_____________________________________________
5
“ƏSRİN MÜQAVİLƏSİ”NİN
BEŞİNCİ İLDÖNÜMÜ ŞƏRƏFİNƏ
AZƏRBAYCAN PREZİDENTİNİN ADINDAN
TƏŞKİL OLUNMUŞ
RƏSMİ QƏBULDA NİTQ
“Gülüstan” sarayı
20 sentyabr 1999-cu il
Hörmətli xanımlar və cənablar!
Hörmətli qonaqlar, dostlar!
Mən sizin hamınızı bu möhtəşəm “Gülüstan” sarayında bir
daha salamlayıram və sizə bu bayram günündə xoş əhval-
ruhiyyə arzulayıram.
Bu gün “Əsrin müqaviləsi”nin beşinci ildönümunə həsr
olunmuş təntənəli mərasimdə bu müqavilənin siyasi, iqtisadi,
sosial, mənəvi əhəmiyyəti haqqında ətraflı danışıldı. Ancaq bu
gün bizi daha da çox sevindirən müqavilənin özü deyil, beş il
müddətində onun uğurla icra olunması və verdiyi müsbət
nəticələr, bizim müştərək işimizin böyük nailiyyətləridir.
Bu gün mən öz çıxışımda bildirdim ki, Azərbaycan neft
sənayesinin 150 illik tarixi var və deyə bilərəm ki, ölkəmiz öz
müstəqilliyini əldə edənə qədər Azərbaycan xalqı heç vaxt bu
sərvətlərin sahibi olmamışdır. Azərbaycan, Bakı öz nefti ilə
dünyanın şirkətlərini, iş adamlarını XIX əsrin ikinci yarısından,
XX əsrin əvvəllərindən cəlb etmiş və bir çox xarici şirkətlər
burada uğurlu fəaliyyət göstərmiş, neft hasilatını təmin etmişlər.
Bu prosesə Azərbaycanın yerli sahibkarları da, iş adamları da
qoşulmuş və onlar xarici neft şirkətləri ilə bərabər