______________________________________________
7
xətti çəkmək, camaatı saxlamaq lazım idi, amma bizim nə vəsaitimiz var idi,
nə də blokadada olduğumuza görə, vəsait tapsaydıq da həmin məqbərəni inşa
etməyə imkan yox idi. Çünki bütün inşaat idarələrinin hamısı dayanmışdı.
Düzünü deyim ki, mən buraya gələndən bu planın həyata keçirilməsi fikri
daim qəlbimdədir. Bu müddətdə də göstərişlər vermişəm, xahişlər etmişəm
ki, layihələr hazırlasınlar. Ancaq bir çox ciddi problemlər buna imkan
verməyib. Nəhayət, hesab edirəm ki, indi bu məsələ ilə ciddi məşğul
olmalıyıq. Oktyabr ayında Hüseyn Cavidin anadan olmasının ildönümüdür. O
vaxtadək bu məqbərəni tikib başa çatdırmalıyıq. Yəni 1981-ci ildə qəbul
etdiyimiz qərarı heç olmasa 1995-ci ildə həyata keçirməliyik.
Birincisi, bu məsələyə görə sizi buraya dəvət etmişəm. Mənə dedilər ki,
burada bir neçə layihə var. Elçin Əfəndiyevə də, Fatma Abdullazadəyə də
tapşırmışdım ki, həmin layihələrə baxsınlar, sonra oturub fikirləşək,
məsləhətləşək. Ancaq eyni zamanda, bir halda ki, buraya yığışmışıq, əslində
qabaqcadan başqa məsələlər də nəzərdə tuturdum. Biz o vaxtlar Hüseyn
Cavidin ev-muzeyi haqqında da qərar qəbul etmişdik. Həmin ev-muzeyinin
təşkili də böyük bir çətinlik yaratdı.
Mən keçmiş təcrübədən bilirəm ki, hakimiyyətdə olan şəxslər, orqanlar
bir məsələni həll etmək istəsələr onu edə bilərlər. Vaxtilə, 1976-cı ildə biz
böyük şairimiz Səməd Vurğunun 70 illik yubileyinə hazırlaşanda onun ev-
muzeyini bir neçə ay müddətində təşkil etdik və bu muzey indi də fəaliyyət
göstərir. Ondan əvvəl, 1975-ci ildə böyük bəstəkarımız Üzeyir Hacıbəyovun
ev-muzeyini yaratdıq. Sonra Cəfər Cabbarlının 80 illik yubileyi ərəfəsində
onun həm böyük abidəsini, heykəlini qoyduq, həm də ev-muzeyini yaratdıq.
Böyük sənətkarımız, müğənnimiz Bülbülün də ev-muzeyini yaratdıq.
Demirəm ki, bunlar asan işdir. Amma respublika miqyasında bunlar o
qədər də böyük iş deyil ki, onu etmək mümkün olmasın. Buna sadəcə
münasibət, istək lazımdır. Məsələn, biz 70-ci illərdə
Cəlil
Məmmədquluzadənin ev-muzeyinin yaradılması haqqında da qərar qəbul
etmişdik. Amma bu o vaxtdan qaldı. Xatirinizdədir ki, həmin ev-muzeyi
açılanda mən oraya getdim, onun açılışında iştirak etdim. Xatırladım ki, biz
Cəlil Məmmədquluzadənin yaşamış olduğu evdəki vətəndaşlara, onların
qohumlarına hələ 1981-1982-ci illərdə başqa yerlərdə mənzillər verdik. Yəni
Cəlil Məmmədquluzadənin yaşadığı ev
______________________________________________
8
o vaxt boşaldılmışdı, ancaq bu muzey yaranmamışdı. Həmin muzeyi biz
keçən il yaratdıq. O, Azərbaycanın mədəniyyəti, tarixi üçün yeni bir səhifə
oldu və yeni bir abidədir. Böyük bəstəkarımız, dirijorumuz Niyazi 1983-cü
ildə vəfat edib, ancaq onun ev-muzeyini bir il bundan əvvəl yaratdıq. Yəni
istəyəndə eləmək mümkün olur. Bu, işə münasibətdən asılıdır.
Hüseyn Cavidin həyatı da çox çətin, faciəli olub. Ancaq biz Hüseyn
Cavidin tariximizdə, mədəniyyətimizdə, ədəbiyyatımızda tutduğu yeri
müəyyən etdik və o vaxt qərar qəbul etdik. Cəmiyyət bildi, ictimaiyyət bunu
qəbul etdi, alqışladı, bəyəndi. Bundan sonra Hüseyn Cavidin ev-muzeyinin
yaradılması da problemə dönüb. Mənə dedilər ki, bu muzey üçün iki-üç otaq
ayırıblar, ancaq bu, ev-muzeyi səviyyəsində deyil. Ev-muzeyi yoxdur. İndi
bununla razılaşmaq olmaz. Ona görə mən dedim ki, bu gün lazım olsa bir
neçə saat vaxt sərf edək, bu məsələlərin hamısını həll edək. Mən
akademiyanın, Əlyazmalar İnstitutunun rəhbərlərini də buraya dəvət
etmişəm. Bilirsiniz, elə məsələlər var ki, onları siz özünüz həll edə bilərsiniz.
Mən belə hesab edirəm. Gəlin açıq danışaq, lazım deyil ki, mən bu işə
qarışım. Əgər mənə qalsa, vəzifə borcumla əlaqədar 1981-ci ildə bütün
qərarlar qəbul olunmuşdu və bu qərarları yerinə yetirmək lazımdır. Hüseyn
Cavid bizim üçün doğrudan da əzizdir. O, tariximizdə böyük bir şəxsiyyətdir
və böyük bir irs qoyub. Xalqımız, tariximiz nə qədər yaşayacaqsa, Hüseyn
Cavidin irsi də o qədər yaşayacaq və xalqımız ondan istifadə edəcək. İndi
onun ev-muzeyini yaratmaq üçün bu onun üstünə, o bunun üstünə atır. İki-üç
otağın verilməsini həll etmək böyük bir məsələ deyil ki? Ona görə də mən bir
çox adamları da buraya dəvət etmişəm ki, bütün bunları həll edək.
1981-ci ildə qərar qəbul etmişdik ki, Bakıda Hüseyn Cavidin abidəsi
qoyulsun. Heykəltəraş Ömər Eldarov bu işə başlamışdı və o vaxt onun
emalatxanasında eskizlərlə tanış olmuşdum. Heykəlin yeri barədə də müxtəlif
fikirlər oldu. Nəhayət, heykəlin yeri müəyyən olunub və uzun müddətdən
sonra abidə də qoyulub. Ancaq mən Ömər Eldarovla görüşdüm, danışdım.
Mənə deyilənə görə, həmin abidə kompleksi hələ tamamlanmayıb. Hər halda,
bu da şəhərin sərəncamında olan işdir. İndi görürəm ki, bu məsələyə də mən
qarışmasam həll olunmur. İstəyirəm ki, bu gün həmin məsələni də həll edək.
______________________________________________
9
Bax, mən bütün bu məsələləri həll etmək üçün sizi buraya dəvət etmişəm.
Yəni mənim qəti fikrimdir ki, bu ilin oktyabr ayınadək Naxçıvanda Hüseyn
Cavidin qəbri üzərində möhtəşəm bir abidə, məqbərə qurulmalıdır. Ona görə
də biz bu gün burada olan layihələrə baxaq, onların hansı birini seçə biləriksə
seçək. Mən belə qərara gəlmişəm ki, hökumətin, dövlətin ehtiyat fondundan
vəsait ayrılsın, lazım olan materiallar qısa müddətdə tapılsın, inşaat işləri
aparılsın və məqbərə qurulsun. Mən bu gün buraya heykəltəraşları,
memarları, rəssamları da dəvət etmişəm ki, bu layihələrə hamımız birlikdə
baxaq. Ancaq məqbərənin bu ilin oktyabr ayınadək yaranması təmin
olunmalıdır. Fikrim qətidir, mən bu barədə sərəncam verəcəyəm və bunun
üçün lazım olan vəsaiti dövlətdən ayıracağam. Biz bu gün layihəni
müəyyənləşdirməliyik və mən bundan sonra inşaat işlərinə başlamaq üçün
müəyyən orqanlara lazımi tapşırıqlar verəcəyəm.
Mən burada hiss etdim ki, ev-muzeyinin təşkilində də müəyyən çətinlik
var. Deyilənə görə, Əlyazmalar İnstitutundakı həmin otaqların boşaldılması
üçün Dövlət İqtisad İnstitutunun onun yaxınlığında yerləşən binadakı
fakültəsi oradan çıxarılmalıdır. İndi bu barədə də kim lazımdırsa sözünü
desin. Ancaq mənim fikrim qətidir ki, layiqli ev-muzeyi yaradılmalıdır.
Çünki yarımçıq iş yaramaz. Biz ev-muzeyləri yaratmışıq və xalqımızın
görkəmli nümayəndələrinin ev-muzeylərini bundan sonra da yaradacağıq. Bu,
yaxşı ənənədir və onu davam etdirmək lazımdır. Mən yenə də deyirəm ki,
Cavidin yaşadığı yerdə ev-muzeyi yaradılmalıdır. Hüseyn Cavidin abidəsinin
ətrafında da lazımi işlər görülməlidir. Bu barədə Ömər Eldarov məlumat verə
bilər və biz də müvafiq qərar qəbul edərik ki, o işlər qısa müddətdə görülsün.
* * *
Biz indi bu layihələrə baxacağıq, ancaq mən ümumi fikrimi demək
istəyirəm. Əslində bu fikir 1981-ci ildə də var idi və həmin vaxtdan məndə
yaşayır. Nizami Gəncəvinin qəbri üzərində vaxtilə bir məqbərə düzəldilmişdi.
Dahi şairin 850 illik yubileyi münasibətilə həmin məqbərə yenidən quruldu.
Mən Gəncəyə gedəndə ona baxdım. O vaxt Gəncədəki alüminium zavodunda
istehsal prosesi elə idi ki, onun tozu Nizaminin məqbərəsini bərbad hala
qoyurdu. Xatirimdədir ki, Azərbaycanın görkəmli yazıçıları, mədəniyyət
xadimləri həmin məqbə-
Dostları ilə paylaş: |