67
“Acı dərmanın şəfası şirin olar.”
(Atalar sözü).
Zəhərli bitkilər
Zəhərli bitkilər- tərkiblərində (gövdə, yarpaq, çiçək və s.) zəhərləyici maddələr olan bitkilərdir. Bu
cür bitkilər göbələklər, qıjılar, çılpaqtoxumlu və örtülütoxumlulardır.
Bitkilərin
zəhəri
insan və heyvan orqanizmi üçün təhlükəlidir.
Azərbaycanda (o cümlədən də Muxtar Respublikada) otlaq sahələrdə 300-dən artıq zəhərli bitki
növləri yayılmışdır ki, onlardan güclü təsirli, zəhərli bitkilər aşağıdakılardır;
1)
İtboğan (Colchicum antumnale)
2)
Xaş-xaş (Papaver somniferum)
3)
Qaymaqçiçəyi (Ranunculusacer)
4)
Çöl qərənfili (Agrostemma Githago)
5)
Canavar gözü (Daphne mezereum)
6)
Küstüşam (Bryonia dioica)
7)
Bat-bat (Hgoscyamus niger)
8)
Qaraçöhrə (Taxus baccata)
9)
Dəlibənd (Datura stramonium)
10)
Kəpənək çiçək (Aconitum napellus)
Muxtar Respublika ərazilərində zəif təsirli
zəhərli bitkilər də, vardır ki, onlar
öldürgən, acılıq,
qatırquyruğu, kəkrə, çobanyastığı, cil, acı yonca, qızıl sarmaşıq (küc), yapışqan otu, mahmız çiçək,
ayı döşəyi, süddüyən, acı biyan, süsən, lalə, üzərlik, birə otu, qaytarma, asırqal, həlməd,
dəmirtikan, xaçgülü, ardıc, sarı kol, kərməşov, şümşad və.s göstərmək olar.
Göbələklər- (Mycetes və ya Fungi)- İbtidai bitkilər qurupuna məxsus olaraq, xlorofilsiz olduğundan,
parazit və ya saprofit şəkildə qidalanırlar.
Göbələklərin növü dünyada 100 mindən çoxdur. Əsasən sporları ilə çoxalan göbələkləri öyrənən
elmə
mikologiya deyirlər.
Göbələklər təbiətdə maddələr dövranında iştirak etdiyindən onlardan antibiotik
kimi müxtəlif dərman
maddələrinin alınmasında və çörək-pendir sənayesində istifadə edirlər.
Göbələklərin bir qismi yeyildiyindən onları təbiətdə yığaraq, duza qoyularaq və suni yolla da
çoxalırlar.
Zəhərli göbələklər. Azərbaycanda (Muxtar Respublikada) zəhərli göbələklər də yayılmışdır. Onlar
əsasən kənd təsərrüfatı bitkilərindən üzümdə
(mildum və oidium göbələkləri), taxıl bitkilərində
(pas,
sürmə göbələyi), kartofda
(fitoftora göbələyi) və.s insan və heyvan orqanizmində zəhərlənmə verir.
Otlaq sahələrində, kol və meşələrdə olan
zəhərli göbələklər aşağıdakılardır;
1)
Solğun amanita (Amanita phalloides)
2)
Çəhrayılı Lepiota (Lepiota brunneo-incarnata)
3)
Oyuqlu entoloma (Entoloma sinuatum)
4)
Qırmızı amanta (Amanita muscaria)
5)
Yalançı kötük göbələyi (Hupholoma sublateritium)
Yeməli göbələkləri tanımaq üçün, şirin göbələklərdən
böcək (Muketophagidae) vardır ki, 3-6 mm
uzunluğunda olaraq üstündə açıq qonur-qara rəngli ləkələri vardır. Həmin böcəklər yalnız yeməli
göbələklərlə qidalanırlar.
68
“Quşları quşla tutarlar,heyvanı çuvalda saxlarlar.”
(Atalar sözü)
Mədəni bitkilərin zərərvericiləri və onlarla mübarizə
tədbirləri
Bitkiçilik kənd təsərrüfatının əsas sahələrindəndir. Mədəni bitkilər insanlara qida, heyvanlara yem,
sənaye sahələrinə isə xammaldır.
Yüksək keyfiyyətli məhsul götürmək üçün mədəni bitkilərin becərilmə üsullarını bilmək gərəkdir.
Bitkilərə uşaq kimi qayğı və nəvaziş bəsləməklə onlardan istənilən məhsuldarlığı əldə etmək mümkündür.
Mədəni bitkilərin məhsuldarlığını artırmaq üçün bitki seleksiyası və toxum əsas şərtlərdəndir.
Bitkilər günəş enerjisindən istifadə etməklə torpaqdan qidalanaraq fotosintez və biokimyəvi proseslər
nəticəsində böyüyərək məhsul verməklə digər canlılardan fərqlidir. Bunun üçün ali bitkiləri (çiçəkliləri)
saxlamaq üçün təbiətdəki zərərverici bitki xəstəliklərindən (bakteriozlardan) və bitki zərərvericilərindən
aqrotexniki üsullarla qorunmalıdır.
Bitki zərərvericiləri mədəni bitkilər ilə qidalanaraq onların böyüyüb inkişaf etməsinə maneçilik
törədirlər. Nəticədə mədəni bitkilərin məhsuldarlığı nəinki aşağı düşür, həmçinin meyvə,
yarpaq və
toxumları zədələnərək (hətta kök sistemlərini də) məhv olur.
Bitki zərərvericilərinin əksəriyyəti buğumayaqlılar tipinə məxsusdur. Bu tipə yer üzərində 5 mindən
çox həşəratlar daxildir. Onlardan kələm kəpənəyi, böcəklərdən noxud böcəyi və.s göstərmək olar.
Bundan başqa bitkilərə zərərverən düzqanadlı, torqanadlı, ikiqanadlı böcəklər də vardır ki, onların
sürfələri torpaq altında, bitki yarpağında, gövdə və bəzən də meyvələrin içərisində qalaraq yaşayır.
Bitki zərərvericiləri arasında gənələr, sapvari qurdlar, qarınayaqlılar, gəmirici bitlər və.s ilə yanaşı
bir çox quş növləri də vardır.
Bitki zərərvericiləri elmidə 3 qrupa bölünmüşlər ki, onlar aşağıdakılardır;
1)
polifatlar (çəyirtkələr),
2)
oliqofaqlar (bağacıqlar),
3)
monofotlar (milçəkkimilər) aiddir.
Bitki zərərvericilərinin bəziləri bitkidəki məhsulu viruslarla xəstələndirir və nəticədə keyfiyyət aşağı
düşür.
Mədəni bitkilərə qarşı zərərvericilərlə mübarizə aparılmaqla məhsuldarlığı artırmaq mümkündür.
Bitkiləri mühafizə etmək üçün aqrotexniki, bioloji, kimyəvi və mexaniki üsullardan istifadə olunmalıdır.
Ən əlverişli mübarizə kimyəvi-zəhərli maddələr və təbii (bioloji) üsullardır. Hər növ zərərvericiyə qarşı
mübarizə aparmaq üçün bunların yayıldığı bitkilər müəyyən edilməlidir.
Kimyəvi üsulla aparılan mübarizə tədbirləri məhsuldarlığı artırsa da, məhsulların
içərisində qalaraq
insan orqanizminə keçməklə sonradan fəsadlar törədir.
Təbii (bioloji) mübarizə məqsədi ilə bağ və bostanlarda zərərvericilərə qarşı quş yuvaları
düzəltməklə, sanitar quşlar tərəfindən zərərverici həşəratlar məhv edilməlidir.
Naxçıvan MR ərazilərindəki meyvə və bostan bitkilərinə zərər vuran ziyanvericilərdən
Asiya
çəyirtkəsi, Afrika çəyirtkəsi, İtaliya çəyirtkəsi və danadişi (buzovburnu), ilbizlər və s. göstərmək
olar.
Taxıl ziyanvericilərindən
ziyankar bağacıq, taxıl böcəyi, taxıl mənənəsi və s.-dir.
Paxlalı bitki ziyanvericilərindən
yonca uzunburunu, noxud dənyeyəni, paxla odlucası və s.-dir.
Bostan bitkiləri ziyanvericilərindən
kələm kəpənəyi, soğan milçəyi və s.-ni göstərmək olar.
Meyvə ağaclarında olan ziyanvericilərdən
alma çiçəkqurdu, albalı uzunburunu, yemişan (ərik)
kəpənəyi və s.-ni göstərmək olar.
Üzüm və giləmeyvə ziyanvericiləri
filloksera, mərmər böcəyi, tənək yarpaqbükəni və s.-dir.
Naxçıvan Muxtar Respublikası ərazilərində yayılmış bitki zərərvericiləri aşağıdakı kimidir;
1)
Asiya çəyirtkəsi- (Locusta migratoria) Düzqanadlılar dəstəsindən olan həşərat Azərbaycanda
(Qafqazda) yayılaraq tək-tək və dəstə halında yaşayırlar. Əsasən onlar taxıl bitkilərinə zərər vururlar.
Göllərdəki qamışlıqlarda yaşayıb çoxalırlar. Dişi çəyirtkənin qoyduğu 2-3 yumurta kisəciyində 50-100
yumurta olur.
Çəyirtkələr əsasən may ayında yumurtlayırlar, sürfələri 40-50 gündən sonra yetkin olur.