Onunla görüşlərimizdən sonra mən hər dəfə evə qayıdıb ssenarini yenidən yazırdım,
çünki anlayırdım ki, aktyor daha dərin oynaya bilər. Mənim öncə düşündüyümdən
daha dərin. Hesab edirəm ki, “Şam ağacları altında yer” filminin uğurunun səbəbi
Bredli və Rayanın məşhur və istedadlı film ulduzları olmaqları deyil, onlar sözün həqiqi
mənasında izləyiciləri fəth edirlər. Hər biri ekran əsərinə özünəməxsus enerji verərək
filmdə lazımi balans yaradırlar.
– Bu filmi yaratmaq üçün sizi nə ilhamlandırdı?
– İllər öncə kinoteart məktəbinin tələbəsi olduğum illərdə Abel Qansın “Napaleon
Bonapart” ("Napoleon Bonaparte") filminə baxmışdım və məndə elə o zaman triptik
film yaratmaq arzusu yarandı. O illərdə avanqard kinematoqrafiyanın əfsanəvi
nümayəndələri Sten Brekic (Stan Brakhage) və Fil Solomondan (Phil Solomon) ustad
dərsləri alırdım. Məhz onların sayəsində məndə estetizmin və formalizmin dərin
anlayışları kök saldı. Lakin Fil həmişə deyirdi ki, “forma məzmunu işıqlandırmalıdır”.
Mən hesab edirdim ki, 3 fərqli səsi səsləndirə bilərəm, ancaq hansı mahnını
seçəcəyimi bilmirdim. Triptik haqqında ideya mənim beynimdə uyğun hekayə tapana
qədər yaşamağa davam etdi. Və nəhayət, 2007-ci ildə, ikinci oğlum Koudinin dünyaya
gəlməyinə bir neçə ay qalmış qəfildən ağlıma bu filmin süjet xətti gəldi. Mən təkrar
yaşayacağım atalıq və onunla birlikdə gələcək olan məsuliyyət hissi barədə çox
düşündüm. Bu uşağa necə ata olacağım, ona nə verə biləcəyim barədə fikirləşirdim.
Daxilimdə yanan o alov barədə düşünürdüm. Özümü tanıyandan bütün həyatım boyu
yanan alov. O mənə həyatda bir çox şeyin öhdəsindən gəlməyə kömək etmişdi. Ancaq
bəzən o, dağıdıcı gücə çevrilirdi. Bilirəm ki, atamın da daxilində eyni ilə bu cür alov
yanırdı. Mənə maraqlı gəlməyə başladı ki, görəsən, bizim ailədə neçə nəsli bu alov
daxildən isidib. Mən istəyirdim ki, hələ dünyaya gəlməmiş oğlum bu həyata təmiz, bu
irsi xislətə malik olmadan gəlsin. Mən ona öz ağrılarımı və yanlışlarımı ötürmək
istəmirdim. O öz yolu ilə getməli idi. Həmin vaxtlarda mən Cek Londonun romanları,
onun qan mirası və əcdadların harayı barədə ideyaları ilə maraqlanırdım. Hər şey çox
tez baş verdi. Mənim beynimdə izlə
yicil
ərə anlatmaq istədiyim süjet anidən yarandı.
Mənimlə birlikdə bu süjet üzrə ssena
ri ya
zmaq üçün adam axtarmağa başladım, çünki
mən rejissor idim və komanda ilə işləməyə öyrəşmişdim, ona görə də bu ideyamı
təklikdə reallaşdıra bilməzdim. Əgər təklikdə işləməyi sevsəydim, yəqin ki, rəssam
olardım. Bu zaman agentim məni tamaşaçılar tərəfindən layiqi dəyəri görməyən
möhtəşəm “Sıfır gün” ("Zero day") filminin rejissoru və ssenaristi Ben Kossio ilə tanış
etdi. Biz onunla Nyu-Yorkun “Donat Pub” barında görüşdük və o mənə əslən
Skenektadidən olduğunu danışdı. Biz tezliklə xeyli ortaq nöqtələrimizi tapdıq. Çünki,
biz oxş
ar m
ühitlərdə, eyni filmlərin təsiri ilə böyümüşdük, sevdiyimiz film "
Good
fell
as"
idi, biz eyni kitabları oxumuşduq və hər ikimiz bir şəkildə Skenektadi şəhər
ciyi ilə
ba
ğlı
idik. O mənim ideyamı çox bəyəndi və onu reallaşdırmağa kömək etdi. Beləliklə, m
ən
“Mavi Valentin” filmini çəkdiyim müddətdə o, biz
im ortaq
işimiz olan “Şam ağacları
altında yer” filminin ssenarisini yazmağa başladı.
59
60
– Gəlin, Eva Mendesdən danışaq, o, bu filmə və Romina xarakterinə öz
ifası ilə nə gətirə bildi?
– Mən Eva ilə “Mavi Valentin” filminin çəkilişləri bitdikdən bir az sonra tanış oldum.
Etiraf edim ki, mən həmişə onun istedadının heyranı olmuşam, xüsusilə Ceyms Qreyin
“Gecələrin sahibi” ("We own the Night") filmindəki rolunun. Onun ekran işləri həmişə
izaholunmaz bir cəlbediciliklə zəngin olub. Ancaq ona, əsasən, cinsi cazibə
obyektindən uzaq olmayan rollar verilirdi. Lakin qeyd etməliyəm ki, “Ehtiyat polislər”
("The Other Police") filmində yaratdığı obraz mənim çox xoşuma gəlmişdi. “Şam
ağacları altındakı yer” filminin çəkilişlərini planlaşdırdığım zaman Eva Mendesi
diqqətdən kənar buraxmayaraq, baş rol üçün qadın aktrisa axtarmağa başladım.
Məndə elə bir hiss var idi ki, əgər ona belə bir imkan verilsə, o, quşu gözündən vura
biləcəkdir. O, ilk seçimlərə makiyajsız gəldikdə həmişəki kimi gözəl idi. Baxmayaraq ki,
bütün gücü ilə gözəlliyini gizlətməyə çalışırdı. Onun bu davranışı mənim üçün çox şey
ifadə edirdi. Və onu dinləmək əvəzinə, ondan məni Los-Ancelesdə böyüdüyü yerləri
gəzdirməsini xahiş etdim. Sərnişin kreslosunda onunla yanaşı oturaraq mən Evanın
dərin, mənalı, isti, mərd və gözlənilməz kimliyini görə bildim. O, səmimiyyətlə özü,
həyatı, keçmişi barədə danışdı və bütün bunlardan sonra mən bu rolu ona təklif
etməyə bilməzdim. Onun ilk səhnəsi Rayan ilə sevişmə səhnəsi oldu. Mən bilirdim ki,
o çox narahat idi: onu titrəmə tutmuşdu. Ancaq bu qız çox cəsarətli bir xarakterə malik
imiş. O, qorxularına qalib gələrək kamera önündə ruhunu göstərə bildi. Həmin gün
çəkiliş meydançasında elə də çox adam yox idi. Ancaq biz hamımız bu gözəlin
cəsarətinin qarşısında donmuşduq. Onun komandamız üzərində yaratdığı təəssürat
çəkilişin sonuna qədər bizi tərk etmədi. Rayan ilə filmdən öncə də tanış idilər, bu da
onların qəhrəmanlarının münasibətlərinə həyatilik qatmışdı.
– İndi də oğlanlardan danışaq. Onların hekayəsi 15 il sonra baş verir.
– Əslində ilk iki hissə üçüncü hissənin bir növ girişi hesab oluna bilər. Burada
mirasdan söhbət gedir. Üçüncü hissə əslində filmin əsas mahiyyətidir. Rayanın oğlu
(Deyn DeXaan) çox isti bir ailə mühitində böyüyüb, yaxşı valideynləri var və
uşaqlığında kifayət qədər sevgi görüb. Çox yaxşı atalığı, sevgi dolu anası olub, ancaq
buna baxmayaraq, həyatında nəsə çatışmır və o bunu hiss edir. Uzun müddət onu
qorumaq üçün ondan bir sirri gizlədirlər və məhz bu sirr onun beynindən çıxmır. O,
möhtəşəm gəncdir, ancaq həqiqəti öyrənməlidir. O, əsl qəhrəmandır, çünki həqiqətin
axtarışına çıxır, bu onun həyatını məhv etsə belə.
İkinci oğlan, Eyverinin oğlu Ed Cey (Emori Koen) ilk baxışdan heç bir şeyə ehtiyac
duymur: evdə istədiyi hər şey var, anasının bütün sevgi və diqqəti oğlunun üzərindədir,
onun təkcə ataya ehtiyacı vardır. Hər iki oğlanın həqiqi ataları yoxdur, ancaq onların
hər biri bu boşluğu müxtəlif yollarla doldurmağa çalışırlar. Ey Ceyin atası ilə əlaqəsi
yoxdur və buna görə mənəvi əzab çəkir. Onun etdiyi bütün hərəkətlər atasının diqqətini
çəkir. Ey Cey çox faciəvi obrazdır. Varlı varisdir, qeyri-adi xarizması olan, cəlbedici,
məşhur və atasının bir çox xüsusiyyətlərini özündə daşıyan bir oğlandır. Əslində isə
çox dərin emosional yaralardan əzab çəkir. Bu isə onu özünə nifrət etməyə məcbur
edir.
61
– Uşaq rolları üçün aktyorları
necə seçdiniz?
– Rayan Goslinqin və Bredli Kuperin
uşaqlarını oynayacaq oğlanları seçmək
heç də asan məsələ deyildi. Bu rollar
üçün 500-ə yaxın müraciət dinləməli
olmuşdum. Demək olar ki, sona yaxın
mən Deyn DeXaanı və Emori Koeni
gördüm. Onlarla işləmək hədsiz
dərəcədə zövqverici idi, çünki çox
istedadlı və təmiz uşaqlar idi. Rayan və
Bredli kimi uşaqlar da aralarında
mükəmməl
qarşılıq
qurmuşdular.
Yadıma gəlir, ilk ortaq görüşdə
uşaqlardan sevdikləri aktyorların kim
olduqlarını soruşdum. İş o yerə çatdı, az
qala dava edəcəkdilər; Deyn bunun
Ceyms Din, ya da Al Paçino olduğunu
iddia edirdi, Emori isə Marlon Brando,
yaxud Robert De Nironun tərəfində idi.
Mən çəkiliş meydançasında da bu
dinamikliyi qorumağa çalışdım.
– Sizcə, tamaşaçı bu filmi
izlədikdən sonra nə etməlidir?
– Mən özümü rejissor-misyoner
hesab etmirəm. Sadəcə istəyirəm ki,
izləyicilər filmlərimdən zövq alsınlar və
onlardan yalnız öz həyatlarına yaxın
hesab etdikləri şeyləri götürsünlər. Bu
film haqqında ən yaxşı şərhi mənə,
adını demək istəmədiyim çox nüfuzlu,
görkəmli bir centlmen verib. O dedi ki,
filmə baxdıqdan sonra iş yeməyini
təxirə saldım və keçmiş həyat
yoldaşıma zəng edib dedim: – "Bilirəm,
mənim növbəm deyil, ancaq olar
oğlumu bu gün mən götürüm?" –
Bundan sonra o, şəhərin o biri başına
gedərək yeniyetmə oğlunu götürür, onu
öz evinə gətirir və onlar həmin gecəni
bir yerdə keçirdirlər.
62
Müəllif
Zaur Muxtarov
Kinoda
minimalizm:
Carlos
Reygadas
63
İnsanların, əsasən də,
tənqidçilərin film nümayişlərinə
hekayə görmək üçün gəlməsi
məni dəhşətli dərəcədə
qıcıqlandırır. Yaxşı hekayə
lazım olanda, mən bunu
nənəmdən istəyirəm. Hekayə
mənə ancaq çatdırmaq
istədiklərimi strukturlaşdırmada
yardımçı olur.
Karlos Reyqadas
64
Karlos Reyqadas – meksikalı rejissor, ssenarist və prodüser. Müasir müəllif
kinosunda öz minimalist tərzi ilə seçilən rejissorlardan biri olaraq tanınır. Karlos
Reyqadas 1971-ci ildə Mexikoda dünyaya göz açmışdır. Burada hüquq təhsili alan
Reyqadas sonralar təhsilini London və Brüsseldə davam etdirir. Elə həmin illərdə rus
ədəbiyyatı ilə maraqlanan Karlosun əlinə təsadüfən Andrey Tarkovskinin filmləri keçir.
Filmləri heyrətlə izləyən gənc gələcəkdə özünün rejissor olacağını anlayır. Tarkovski ilə
yanaşı, Luis Bunuel, İnqmar Berqman, Robert Bresson, Mikelancelo Antonioni kimi
dünya səviyyəli rejissorların üslublarını dərindən mənimsəyərək, onları özünə müəllim
hesab edir. Reyqadas gənclik illərində ekspressionizm, ekzistensial fəlsəfədən o qədər
təsirlənmişdi ki, sonralar bu təsir özünü filmlərində göstərir. Din, ekzistensializm,
mənəviyyat, tənhalıq və seks filmlərindəki mövzuların bünövrəsini təşkil edir.
Filmlərində professional olmayan aktyorlarla, sadə insanlarla birgə işlədiyinə görə
Reyqadası Bresson və Pazolini ilə müqayisə edirlər.
1999-cu ildə Belçika istehsalı “Maxhumain” qısametrajlı filmini çəkir. 7 dəqiqəlik
filmində yeniyetmə oğlanla anası arasında olan kiçik dialoqda Reyqadas intihar,
Freydin məşhur Edip kompleksini sorğulayır.
2002-ci ildə 55-ci Kann kinofestivalında nümayiş olunan “Yaponiya” (“Japón”) filmi
rejissorun ilk tammetrajlı filmidir. Film dünyaya qarşı yadlaşma hissi kəskinləşən baş
qəhrəmanın Mexiko şəhərindən uzaqlaşması ilə başlayır. Durmadan intihar barədə
düşünən, soyuqqanlıqla bir quşun başını qopara bilən, adı izləyiciyə naməlum olan
baş qəhrəman ateist rəssamdır. O, özünü öldürmək məqsədilə bir kəndə gəlir.
Ölümünə hazırlaşan rəssam həmin kənddə yaşlı qadının qonağı olur. Yaşlı qadın,
rəssamdan fərqli olaraq, ömrünü dinə həsr edən inanclı biridir. Bu iki insanın arasında
yaranan dostluq münasibəti seksual yaxınlığa doğru irəliləyir. Filmin təbiət qoynunda
natura çəkilişləri sənətsevərlərə Tarkovski kadrlarını xatırladır. Baş qəhrəmanın baxış
bucağından göstərilən səhnələr izləyiciyə filmin atmosferini duymağa imkan verir. Film
Kann kinofestivalında Golden Camera üzrə qalib olur.
Çoxları hər gün masturbasiya edib və ya sevişdikdən sonra film
izləməyə gəlir, amma ekranda sevişmə səhnələri gördükdə isə
təəccüblənirlər. Vəziyyət elə qurulub ki, bu haqda danışmaq olmaz,
kimsə birdən bu haqda danışsa, həmin insan avtomatik olaraq ucuz
şöhrət axtaran provokatora çevrilir. Karlos Reyqadas
Küçəyə çıxıb insanlardan Yaponiya ilə bağlı ilk beş söz soruşsam,
əminəm ki, onların 80 faizinin seçimi Harikiri olacaq. Karlos Reyqadas
65
2005-ci il 58-ci Kann kinofestivalında Reyqadasın “Cənnətdə savaş” (“Batalla en
el cielo”) filmi nümayiş olunur. Mexikoda yaşayan, aşağı təbəqədən olan Markos adlı
baş qəhrəmanının vicdan əzabı çəkməsini yaxın planlar vasitəsilə Reyqadas
mükəmməl əks etdirə bilib. Markos burjua təbəqəsindən olan generalın qızına
sürücülük edir. Həyat yoldaşı ilə birgə oğurladığı uşağın ölümünə səbəb olduğunu
bildikdən sonra Markosun daxili aləmi alt-üst olur. Başlanğıc və final səhnəsindəki
erotik səhnələrlə bir çox mübahisələrə səbəb olan filmin ssenarisini Reyqadas
Meksika xəbərləri əsasında yazıb.
2007-ci il 60-cı Kann kinofestivalında Reyqadasın “Tutqun işıq” (“Stellet Licht”)
filmi nümayiş olunur. Bu dəfə Reyqadasın kamerası Meksikada yaşayan bir mennonit
ailəyə çevrilir. İlk baxışdan sakit görünən, inanc və adət-ənənələrinə bağlı olan ailədə
fırtınanın baş verməsi baş qəhrəmanın ağlaması ilə başlayır. Yohan öz həyat
yoldaşına xəyanət etməkdədir. O, evliliyindən kənar münasibət yaşayır. Yaşadığı
məhəbbət üçbucağının toplum tərəfindən mənfi qarşılanacağının fərqində olan Yohan
2 qadın arasında seçim etmək məcburiyyətindədir. Başlanğıc və final səhnələrinin
möhtəşəm olması filmi unudulmaz edən əsas məqamlardan biridir. Reyqadas sanki
ailənin bir günlük yaşam tərzini ekrana köçürə bilib. Film Kann kinofestivalında Jury
Prize üzrə qalib olur.
2012-ci il 65-ci Kann kinofestivalında Reyqadasın
sürrealist dram filmi olan “Qaranlıqdan sonra işıq”
(“Post Tenebras Lux”) nümayiş olunur. Kino
tənqidçiləri bu filmi Tarkovskinin “Güzgü”
(“Зеркало”) və Malikin “Həyat ağacı” (“The Tree of
Life”) filmləri ilə müqayisə edirlər. Avropanı tərk edən
bir cütlük Meksikada, modern həyatdan uzaq bir
yerdə, təbiət qoynunda 2 övladı ilə birlikdə yaşayır.
Ana təbiət ilə insan arasında olan münasibəti
işıqlandırmağı özünə hədəf seçən Reyqadas, bu
filmə görə Kann festivalında ən yaxşı rejissor adına
layiq görülür. Uzun planlarda çəkilən ovsunlayıcı
təbiət mənzərələri filmdə üstünlük təşkil edir.
Rejissorun doğma qızının yuxusu ilə başlayan film
izləyən hər kəsi Reyqadasın naməlum dünyasına
dəvət edir.
“Qaranlıqdan sonra
işıq” filmini “Həyat
ağacı” ilə müqayisə
etməyə başladılar.
Malikin filmi mənim
üçün film yox, bir
albomun içindəki
gözəl şəkillər
seriyası ola bilərdi,
əgər onlarda
hərəkət olmasaydı.
Karlos Reyqadas
İŞIQLA ÇƏKİRƏM
5
fb.com/isiqlacekirem
67
Müəllif
Nurlan Baba-Zadə
İyrənc, amma gözəl
fotoların müəllifi
O, standart estetik gözəllik anlayışından uzaq qaçır. Fotolarına baxanların
ilk reaksiyası üz turşutmaq, ilk fikirləri “İyrəncdir!” nidası olur. Diqqətlə
baxanlar isə qorxu, dəhşət, psixoloji sarsıntı hiss edirlər. O, gözəl
göstərilən fotolarla xəyali dünyada yaşayan insanları oyatmağa çalışır.
Onun pornoqrafik fotoları özünəqədərki çılpaqlıq anlayışını – Stiqlitsdən
Bressona, Kertesdən Vestona qədər uzanan çılpaqlıq anlayışını – tamamilə
qırır.
68
Söhbət çex fotoqraf-
rəssam Yan Saudekdən
gedir. Fotolarını və
dolayısı ilə şüuraltını
anlamağımız üçün
bioqrafiyasına öz
sözlərilə nəzər salaq.
Göründüyü kimi, Saudekin İkinci Dünya müharibəsi dövrünə təsadüf edən uşaqlığı
onun gələcək həyat və yaradıcılığına birbaşa sirayət edir. Müharibədən gördüyü
dəhşətli səhnələr fotolarında, rəsmlərində özünü göstərəcək dərəcədə şüuraltında
dərin izlər buraxır. 1952-ci ildən 1983-cü ilə qədər çap mərkəzində bir fotoqrafın
köməkçisi kimi işləyir. 60-cı illərdən sonra isə gününü 2 hissəyə bölür: birinci hissədə
o, güzəranını təmin etmək üçün işləyir, ikinci hissədə isə beynindəki kadrları fotoşəklə
köçürürdü. Arvadından boşandıqdan sonra bir binanın zirzəmisini kirayə tutub orada
yaşayır. Bununla da onun qadınlarla dolu yeni həyatı başlayır.
“1935-ci ildə anam Karel adlı oğlundan bir az sonra
məni dünyaya gətirdi. Elə o vaxtdan həyatımı 2 nömrəli,
2-ci dərəcəli adam kimi davam etmişəm.
Təsəvvürümdə 4 yaşımda ikən Adolf Hitleri Praqaya
yeriyən alman tanklarının birində gördüyüm qalıb (lakin
çox güman ki, o Hitler bığlı adi bir əsgər idi).
8 yaşımda ilk dəfə Lui-Ferdinand Selinin “Gecənin
sonuna səyahət” əsərini oxudum, çox şey başa
düşməsəm də, üslubuna möhkəm vurulmuşdum.
1944-cü ildə, 9 yaşımda insanların öldüyünü
görürdüm. Sahələrdə, yol kənarlarında güllələnmiş
insanlar... Bəzən onların ayaqları lap filmlərdəki kimi qıc
olur, dartınırdı. Onlar ölür və mənə imdad diləyirlərmiş
kimi baxırdılar. Mən bir uşağın edə biləcəyi kimi onlara
uzun-uzadı və çox yaxından baxırdım. Həmin il küçə
işığı dirəyinə ayağından asılan əsgər gördüm. Üstünə
benzin töküb yandırdılar. O isə “Ana! Ana!” deyə
bağırırdı.
14 yaşımda ilk kamerama – kiçik Kodak Brownie-yə
sahib oldum. O, hələ də çox yaxşı işləyir və bəzən
onunla çəkirəm.
16 yaşımda isə sonralar rənglədiyim ilk fotomu
hazırladım. Anam həmin fotonu utancaqlıqla ailə
həkimimizə göstərdi. O isə fotonu qətiyyən bəyənmədi,
köhnəlmiş, yararsız və tamamilə pis adlandırdı.
Sözlərinə diqqətlə qulaq asandan sonra şəkil çəkməyi
dayandırdım. (Lakin illər sonra həmin fotoya baxanda
həkimin dediyi qədər də pis olmadığını gördüm.)
1959-cu ildə arvadım mənə ilk əsl kameranı aldı:
6x6 formatlı Fleksaret modeli.
1960-cı illərdə “İnsan ailəsi” fotokataloqu əlimə
düşdü. Həmin kitabdan çox təsirləndim və qəti qərar
verdim ki, buradakı fotolar kimi insan ailəsini
çəkəcəyəm. Həmin dövrlərdə Roy Orbison və Rolling
Stones oxuyurdum. Və bunlar mənə dəhşətli dərəcədə
təsir göstərirdi”.
69
Axşamlar evinə bədəni deformasiyaya
uğramış fahişələr gətirir. Onlarla sevişir,
gözəl olmayan bədənlərinin fotolarını
çəkərək estetik gözəllik yaradır.
Fotolarında müxtəlif yaşlı kişiləri,
qadınları, uşaqları təsvir edir. Hətta
uşaqları pornoqrafiyaya cəlb etmə
ittihamı ilə bir neçə ay həbsdə yatır.
1972-ci ildə o, yeni bir üslub kəşf edir
– divar. Onun bu dövrdən sonrakı,
demək olar, bütün fotolarında hadisələr
evinin suvağı dağılmış, uçuq-sökük
divarı qarşısında baş verir. Bu, onun
özünəməxsus üslubudur. Burada Divar
bir çox mənaları ehtiva edir; onunla
cəmiyyət arasındakı, onun çirkin
obrazları ilə gözəl qadınlar arasındakı,
bir fotoqraf kimi özü ilə digər fotoqraflar
arasındakı sərhədi göstərir. Eyni
zamanda Divar onun obrazları üçün, bir
növ, səhnə rolunu oynayır.
80-ci illərdə onu daha da
məşhurlaşdıran
“Oyun
kartları”
seriyasını işləyir. Bu seriyada da, təbii
ki, Saudek fərqi açıq-aydın görünür.
Struktur
etibarilə
oyun
kartları
təkrarlanır, lakin obrazlar Saudek
təhtəlşüurunun məhsuludur.
Düşündüklərini obrazlarla yaradıb
fotosunu çəkdikdən sonra o, həmin
fotoları rəngləyir. Obrazların konturlarını
kəskinləşdirir, insanlarda isti, kənar
obyektlərdə isə soyuq rənglərlə yenidən
işləyir. Onun fotolarında gördüyümüz
Yüklə 28,15 Mb. Dostları ilə paylaş: |