30
2016/1 (20)
ORİJİNAL MƏQALƏLƏR
UOT: 617.7:314.44
Rüstəmova N.M.
ƏHALİNİN ƏLİLLƏŞMƏSİNDƏ GÖZ XƏSTƏLİKLƏRİNİN ROLUNUN
MÜQAYİSƏSİ
Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Bakı şəh., Azərbaycan
Açar sözlər: əlillik,əlilliyin səbəbləri, göz xəstəlikləri
Göz xəstəlikləri əhalinin əlilləşmə səbəbləri arasında mühüm yer tutur [1-6]. Bu xəstəliklərin ayrı-ayrı nozoloji
formalarının yayılması və əlillik riskinin formalaşmasında rolu fərqlidir. Göz xəstəliklərinin tibbi sosial ağırlığı
barədə elmi əsaslandırılmış müddəalar ilk növbədə müqayisə üçün istifadə olunan meyarlardan asılıdır.
“Xəstəliklərin ağırlığı” termini əhali və inkişaf probleminin öyrənilməsi ilə məşğul olan Harvard mərkəzinin
beynəlxalq səhiyyənin iqtisadiyyatı bölməsinin professoru C.J.L. Murray tərəfindən əsaslandırılmış və onun
istifadəsinin metodoloji məsələləri 1994-cü ildə Ümumdünya Səhiyyə Təşkilatının nəşrlərində verilmişdir [7-8].
Müəllif hesab edir ki, xəstəlik və zədə insanın sağlamlığının pozulmasına səbəb olursa, onlar həmin insan üçün və
onun yaşadığı cəmiyyət üçün ağır yükə çevrilir. Bu yükün ağırlığını qiymətləndirmək üçün təklif olunan indikator
“DALY” (disability-adjusted life years – əlilliklə assosiasiya olunan həyatın müddəti) aşağıdakıları əhatə edir:
−
əlilliyin və ya vaxtsız ölümün baş verdiyi yaş;
−
əlilliklə assosiyasiya olunan ömrün müddəti;
−
vaxtsız ölümlə bağlı itirilmiş həyatın müddəti.
Bu indekatorların yeni variantları əvvəlki tədqiqatlarımızda əsaslandırılmışdır [1-6].
Məqsəd - göz xəstəliklərinin ayrı-ayrı klinik-statistik formalarının əlilliyin tibbi-sosial ağırlığınının meyarlarına
görə müqayisəsi.
Material və metodlar
Tədqiqatda 16303 şəxsin ilkin şəhadətləndirilməsi anında yaşı əsas götürülərək aşağıdakı göstəricilər
hesablanmışdır:
–
əlilliyin təsdiq olunduğu minimal və maksimal yaşlar;
–
əlilliyin təsdiq olunduğu yaşın modası (yəni yaş intervallarına görə bölgüdə əlillərin sayı ən çox olan
yaş);
–
əlilliyin təsdiq olunduğu yaşın medianası (əlillərin yaş intervalına görə cərgəsini ortadan bölən yaş);
–
orta yaş (hesabi orta) və onun orta xətası (M±m).
İlkin əlilliyin təsdiq olunduğu yaşla (Y
i
) doğulanda ömrün gözlənilən uzunluğu (Ö
i
) arasında fərq (Ö
i
-Y
i
)
pasiyentin əlilliklə assosiasiya olunacaq ömrünün müddətini əks etdirir. Bunları nəzərə alsaq əlilliklə assosiasiya
olunan ömrün gözlənilən orta müddəti (ƏAOÖÇOM) aşağıdakı formula ilə hesablana bilər:
ƏAOÖÇOM =
, burada
Ə - i yaşda ilk dəfə əlilliyi təsdiq edilmiş şəxslərin sayı;
Ə
s
- bütün əlillərin (ilk dəfə əlilliyi təsdiq olunan) sayı;
Ö
i
- doğulanda ömrün gözlənilən uzunluğu;
Y
i
- ilkin əlilliyin təsdiq olunduğu yaş.
Yuxarıda qeyd olunan əlilliyin tibbi sosial ağırlığının komponentləri əsasında inteqral (kompleks) meyar
əsaslandırılmış və müvafiq qaydada hesablanmışdır. Bu meyarın kompleksliyi ondadır ki, onun hesablanmasında
əlilliyin tibbi-sosial ağırlığının ən mühüm 3 komponenti istifadə olunmuşdur:
–
əlillərin orta sayı;
–
əlilliklə assosiasiya olunan ömrün orta müddəti;
–
əlilliyin ağırlıq dərəcəsi.
Alınmış göstəricilərin informasiya tutumunu gücləndirmək məqsədi ilə müşahidə apardığımız 8 illik müddətdə
hər nozoloji səbəblə bağlı ilk dəfə əlil hesab edilmiş şəxslərin məlumatları istifadə olunmuşdur.
Əlillərin orta sayı aşağıdakı formula ilə hesablanmışdır.
31
2016/1 (20)
ORİJİNAL MƏQALƏLƏR
Ə
s
=
müşahidə müddətində ilk dəfə əlil hesab olunanların sayı
müşahidə illərinin sayı
Ə
s
- əlillərin orta mütləq sayı.
Əlilliyin ağırlıq dərəcəsi keyfiyyət göstəricisi olduğuna görə onu inteqral qiymətləndirmək üçün bilavasitə
istifadə etmək olmur. Ona görə də onları kəmiyyətcə ifadə etmək üçün əlillik dərəcələrinə bal qiymətləri verilmişdir:
I qrup əlil – 3 bal;
II qrup əlil – 2 bal;
III qrup əlil – 1 bal.
Əlilliyin tibbi-sosial ağırlığının kompleks meyarı (ƏTSAKM) aşağıdakı formula ilə hesablanmışdır:
ƏTSAKM =
, burada
Ə
s
- əlillərin orta sayı;
Ə
ö
- əlilliklə assosiasiya olunan ömrün orta müddəti;
D
I
- 100 əlil arasında olan I qrup əlillərin balları (əlillərin sayı×3);
D
II
- 100 əlil arasında olan II qrup əlillərin balları (əlillərin sayı×2);
D
III
- 100 əlil arasında olan III qrup əlillərin balları (əlillərin sayı×1).
Toplanmış materialların statistik işlənməsində keyfiyyət əlamətlərinin statistikasında istifadə olunan bütün
parametrik və qeyri-parametrik metodlar tətbiq edilmişdir [9].
Nəticələr və onların müzakirəsi
14 ən çox müşahidə olunan əlillik səbəblərinin ayrı-ayrı göstəricilərə görə reytinqi 1-ci cəd-vəldə verilmişdir.
Göründüyü kimi, xəstəliklərin səbəb olduğu əlillik hadisələrinin tezliyinə görə birinci beş yerdə (aşağıdan) uveitlər,
göz almasının atrofiyası, diabetik retinopatiya, hipermetropiya və anoftalm (nisbətən az yayılmış hadisələr),
axırıncı beş yerdə büllurun, torlu qişanın bəzi xəstəlikləri, miopiya, travmaların nəticələri və qlaukoma (yüksək
səviyyədə yayılmış hadisələr) durur. İlkin şəhadətləndirmə zamanı etiraf olunmuş I qrup əlillərin sayına görə
birinci beş yerdə (nisbətən aşağı səviyyə) anoftalm, hipermetropiya, göz almasının atrofiyası, makulodistrofiya və
miopiya, axırıncı beş yerdə (yüksək səviyyə) büllurun və torlu qişanın patologiyaları, görmə sinirinin atrofiyası,
diabetik retinopatiya və buynuz qişanın xəstəlikləri durur.
Cədvəl 1
Göz xəstəliklərinin əlilləşmədə rolunu səciyyələndirən xüsusi göstəricilərinin reytinqi
Göz xəstəlikləri-
nin kliniko-statistik
formaları
XBT üzrə
kodlar
İlkin əlil-liyin
po-pulyasiya-
da səviy-yəsi
I qrup əlillərin
populya-siyada
səviyyəsi
II qrup əlillərin
populya-siyada
səviyyəsi
III qrup əlillərin
populya-siyada
səviyyəsi
Orta
yaş
Əlillik
ömrü
Buynuz qişanın
xəstəlikləri
H-16-H 18
8
10
6
11
8
7
Uveitlər
H 20
1
6
3
2
12
3
Büllurun patologiyaları
H25-H 28
14
14
11
12
9
6
Torlu qişanın bəzi
xəstəlikləri
H33-H34
13
13
14
8
11
4
Makulodistrofiya
H 353
6
4
9
3
10
5
Diabetik retinopatiya
H 36
3
11
5
1
14
1
Göz almasının atrofiyası
H 44
2
3
1
5
5
10
Qlaukoma
H 40-H 42
10
9
7
13
13
2
Görmə sinirinin atrofiyası
H 47,2
9
12
12
4
7
9
Miopiya
H 52,1
12
5
13
10
2
13
Hipermetropiya
H 52,0
4
2
4
6
3
12
Digər refraksiya və
akkomodasiya pozulmaları
7
7
8
9
1
14
Travmaların nəticələri
11
8
10
14
6
8
Anoftalm
5
1
2
7
4
11
Ranq korrelya-siya əmsalı P
—
0,60< 0,05
0,86< 0,01
0,74< 0,01
0,03
>0,01
0,03>
0,05
32
2016/1 (20)
ORİJİNAL MƏQALƏLƏR
Göründüyü kimi bir sıra xəstəliklərin əhalinin əlilləşməsinin ümumi səviyyəsinə və I qrup əlillərin sayına
görə reytinqi üst-üstə düşmür. Ən böyük fərq uveitlər (1, 6-cı yerlər), diabetik retinopatiya (3, 11-ci yerlər) və
anoftalma (5 və 1-ci yerlər) görə müşahidə olunur. Buna baxmayaraq xəstəliklərin ilkin əlilliyin populyasiya və
I qrup əlilliyin populyasiyadakı səviyyəsinə görə reytinqi arasında statistik dürüst ranq korrelyasiyası müşahidə
olunur (ρ=0,60; P<0,05). Bu onunla bağlıdır ki, əksər xəstəliklərin hər iki meyara görə reytinqləri ya üst-üstə düşür
(büllur patologiyaları-14, torlu qişanın xəstəlikləri-13, digər refraksiya və akkomodasiya pozulmaları-7), ya da
çox az fərqlənir (buynuz qişanın xəstəlikləri-8; 10, qlaukoma-10; 9, hipermetropiya-4; 2).
Reytinqlərin daha çox yaxınlığı ilkin əlilliyin səviyyəsi və II qrup əlillərin sayına görə müşahidə olunur. Bu
göstəricilərin səviyyəsinə görə reytinqlərin yaxınlığı əksər xəstəliklər üçün səciyyəvi ol-muşdur: buynuz qişanın
(8;6), torlu qişanın (13; 14) xəstəlikləri, travmaların nəticələri (11; 10), miopiya (12; 13), hipermetropiya (4; 4) və
digər refraksiya və akkomodasiya pozulmaları (7; 8), göz almasının atrofiyası (2; 1). Qeyd olunan meyarlara görə
də xəstəliklərin reytinqləri bir-biri ilə yüksək dərəcədə korrelyasiya olunur (ρ=0,86; P<0,01). Oxşar nəticə ilkin
əlillik səviyyəsinə və III qrup əlillərinin sayına görə xəstəlilərinin reytinqlərinin müqayisəsində də izlənilir. Bu iki
meyara görə də xəstəliklərin reytinqləri bir biri ilə güclü korrelyasiya əlaqəsinə malikdir (ρ=0,74;P<0,01).
Beləliklə, göz xəstəliklərinin əhalinin əlilləşməsində rolunu və bununla əlaqədar olan tibbi-sosial prioritetini
aşağıdakı meyarlara görə təyin edəndə oxşar nəticələrə gəlmək olur və ciddi xətaya yol verilmir:
-
Xəstəliklə bağlı əlilliyin populyasiyada səviyyəsi;
-
Xəstəliklə bağlı I, II və III qrup əlilliyin populyasiyada səviyyəsi.
Ayrı-ayrı xəstəliklərlə bağlı ilkin əlillik səviyyəsi və həmin əlillərin ilkin şəhadətləndirilməsi zamanı orta
yaşının reytinqləri bir-birindən əksər hallarda kəskin fərqlənir.
Belə ki, uveitlər, diabetik retinopatiya ilə bağlı ilkin əlilliyin səviyyələrinin reytinqləri çox aşağıdır (bu əlillərin
bütün əlillər arasında payı kiçikdir) və bu əlillərin şəhadətləndirmə anında yaşı yüksəkdir. Bu xəstəliklərin müvafiq
reytinqləri 1 və 12; 3 və 14 təşkil edir. Uyğunluq miopiya (12 və 2), digər refraksiya və akkomodasiya pozulmaları
(7 və 1), travmaların nəticələri (11 və 6) kimi əlillik səbəblərinin reytinqində də izləninlir. Nəticədə xəstəliklərin
ilkin əlillik səbəbləri arasında reytinqi (əlilləşmə səviyyəsi) əlillərin şəhadətləndirmə anında orta yaşının reytinqi ilə
korrelyasiya olunmur (ρ=0,03; P>0,05). Oxşar nəticəni xəstəliklərin ilkin əlillik səbəbləri arasında reytinqini onların
assosasiya edildiyi əlillik ömrünün orta müddətinin reytinqi ilə müqayisədə də izləmək olur (ρ=0,03; P>0,05).
Beləliklə, əlilliyin sosial səciyyəsini əks etdirən müxtəlif göstəricilər (əlilliyin və onun dərəcələrinə görə
növlərinin əhali arasında yayılması, əlillərin şəhadətləndirmə anında orta yaşı və əlilliklə assosiasiya olunan
ömrün gözlənilən müddəti arasında onların prioriteti barədə müxtəlif, bir-birini inkar edən nəticələr formalaşır.
Ona görə də əlilliklə bağlı tibbi-sosial ağırlığın və prioritetin müəyyənləşdirilməsində elə ümumiləşdirici (inteqral)
meyarlara ehtiyac var ki, onlar əlilliyin bütün ağırlıq meyarlarını əhatə edib vahid kəmiyyətlə ifadə etsin. Bu
barədə aldığımız nəticələr 2-ci cədvəldə verilmişdir.
Cədvəl 2
Göz xəstəliklərinin tibbi-sosial ağırlığının yaş və inteqral əmsalları
(mötərizədə əmsalların ranqları verilmişdir)
Yaş
Xəstəliklər
15-19
20-24
25-29
30-34
35-39
40-44
45-49
50-54
55-59
60 və
çox
Cəmi
İnteq-ral
əmsal
Buynuz qişa-nın xəstəlikləri
—
1,57
0,23
0,30
0,43
0,80
0,46
0,30
0,06
0,28
4,43
4860 (6)
Uveitlər
—
0,09
0,29
0,06
0,70
0,12
0,96
0,48
0,16
0,33
3,19
680 (13)
Büllurun pato-logiyaları
1,09
0,59
0,46
0,50
0,48
0,44
0,26
0,28
0,13
0,31
4,26
9487 (3)
Torlu qişanın bəzi
xəstəlikləri
—
0,01
0,75
0,42
0,55
0,30
0,73
0,36
0,21
0,27
3,60
7747 (4)
Makulodistro-fiya
—
0,54
0,48
0,55
0,47
0,30
0,78
0,47
0,20
0,21
4,30
1875 (11)
Diabetik re-tikulopatiya
—
—
—
—
—
0,29
0,23
0,34
0,23
0,65
1,75
644 (14)
Göz almasının atrofiyası
—
3,28
0,26
0,84
0,72
0,30
0,24
0,36
0,12
0,06
6,18
1749 (12)
Qlaukoma
0,45
0,41
0,21
0,04
0,19
0,20
0,08
0,27
0,12
0,64
2,61
3453 (8)
Görmə sinirinin atrofiyası
1,27
1,01
0,66
0,47
0,98
0,82
0,27
0,27
0,06
0,09
5,90
6750 (5)
Miopiya
1,34
1,30
0,86
1,10
0,91
0,73
0,36
0,06
0,01
0,04
6,71
12769 (1)
Hipermetropiya
1,95
0,98
1,06
0,30
0,26
0,98
0,53
0,33
0,05
0,02
6,46
2552 (10)
Digər refraksiya və
akkomodasiya pozulmaları
3,0
1,58
0,88
0,75
0,29
0,50
0,10
0,30
—
—
4,70
4540 (7)
Travmaların nəticələri
—
1,50
1,18
0,39
0,89
1,49
0,22
0,11
0,07
0,05
5,70
10032 (2)
Anoftalm
—
2,30
1,19
0,60
0,64
0,75
0,34
0,26
0,04
0,07
6,19
2482 (9)
33
2016/1 (20)
ORİJİNAL MƏQALƏLƏR
Göründüyü kimi yaş əmsallarının cəmi (yaşın ballarla qiyməti və həmin yaşda əlilliyin ehtimalının hasili) 1,75-
6,71 intervalında dəyişir. Bu göstəriciyə görə ayırd etdiyimiz xəstəliklərin tibbi-sosial ağırlığının reytinqi belədir:
14 – diabetik retinopatiya (1,75), 13 – qlaukoma (2,61), 12 – uveitlər (3,19), 11 – torlu qişanın xəstəlikləri (3,60),
10 – büllurun xəstəlikləri (4,26), 9 – makulodistrofiya (4,30), 8 – buynuz qişanın xəstəlikləri (4,43), 7–refraksiya
və akkomodasiya pozğunluqlarının digər formaları (4,70), 6 – travmaların nəticələri (5,70), 5 – görmə sinirinin
atrofiyası (5,90), 4 – göz almasının atrofiyası (6,18), 3 – anoftalm (6,19), 2 – hipermetropiya və 1 – miopiya.
Əlilləşmənin inteqral göstəricisinə görə xəstəliklərin reytinqi dəyişir və onların əlilləşmə şkalasında əsil yerini
müəyyənləşdirmək olur: 14 – diabetik retinopatiya, 13 – uveitlər, 12 – göz almasının atrofiyası, 11 – makulodistrofiya,
10 – hipermetropiya, 9 – anoftalm, 8 – qlaukoma, 7 – refraksiya və akkomodasiya pozğunluqlarının digər formaları,
6 – buynuz qişanın xəstəlikləri, 5 – görmə sinirinin atrofiyası, 4 – torlu qişanın xəstəlikləri, 3 – büllurun xəstəlikləri,
2 – görmə orqanının travmalarının nəticələri və 1 – miopiya.
Yekun
1.
Əlillik səbəblərinin əhalinin əlilləşməsində rolu istifadə olunan meyarlardan asılı fərqlənir.
2.
Göz xəstəliklərinin əhalinin əlilləşməsində rolunu qiymətləndirmək üçün tibbi-sosial ağırlıq meyarlarının
inteqrasiyası zəruridir.
ƏDƏBİYYAT:
1.
Рустамова Н.М. Комплексная оценка медико-социального груза инвалидности вследствии оф-
тальмопатологии // Офтальмология в Беларусии, Международный научно-практический журнал,
Минск, №3(10), 2011, с.55-59.
2.
Касимов Э.М., Рустамова Н.М. Гендерные особенности медико-социального груза инвалидности
вследствие офтальмопатологии // Офтальмология, Москва, 2011,т.8, №1, с.49-51.
3.
Рустамова Н.М. Сравнительная оценка возраста лиц, впервые признанных инвалидами по различ-
ным заболеваниям глаз // Офтальмология, Москва, т.9, №1, 2012, с.80-82.
4.
Рустамова Н.М. Возрастной риск первичной инвалидности вследстие глазных заболеваний в
Азербайджане // Российский Офтальмологический журнал, т.5, №1, Москва, 2012 стр.65-68.
5.
Qasımov E.M., Rüstəmova N.M. Oftalmologiyada əlilliyin birincili və ikincili pro-filaktikasının əsas
istiqamətləri / Akademik Zərifə Əliyevanın 90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfransın
materialları toplusu, Bakı, 2013, s.56-57.
6.
Rüstəmova N.M. Продолжительность предстоящей жизни, ассоциированной инвалидностью
вследствие офтальмопатологии // Офтальмология, Москва, 2013, №3, с.51-53
7.
Murray C.J.L. Количественная оценка «груза болезней». Концептуальная основа метода расчета
скорректированных на инвалидность лет жизни // Бюллетень ВОЗ. Женева, 1994, №3, с.72-87
8.
Murray C.J.L., Lopez A.D. Количественная оценка инвалидности: данные, методы, результаты //
Бюллетень ВОЗ. Женева, 1994, №3, с.133-146.
9.
Стентон Г. Медико-биологическая статистика. Москва: Практика,1999, 459 с.
Рустамова Н.М.
СРАВНИТЕЛЬНАЯ ОЦЕНКА РОЛИ БОЛЕЗНЕЙ ГЛАЗ В ИНВАЛИДИЗАЦИИ
НАСЕЛЕНИЯ
Национальный Центр Офтальмологии имени акад. Зарифы Алиевой, Баку, Азербайджан
Ключевые слова: инвалидность, причины инвалидности, глазные болезни
РЕЗЮМЕ
Цель - cравнительная оценка различных клинико-статистических групп глазных болезней по критери-
ям медико-социального груза.
Материал и методы
Исследовано 16303 случаев первичного освидетельствования при медико-социальных экспертных ко-
миссиях. Основным критерием для сравнения являлся возраст пациентов на момент освидетельствования.
Получена полная характеристика описательной статистики возраста: минимальная, максимальная и сред-
няя величина, мода, медиана, центильное распределение.
34
2016/1 (20)
ORİJİNAL MƏQALƏLƏR
При статистической обработке были использованы параметрические и непараметрические методы ана-
лиза качественных признаков.
Результаты
По частоте инвалидности за последние пять лет занимали увеиты, атрофия глазного яблока, диабетиче-
ская ретинопатия, гиперметропия и анофтальм (относительно низкий уровень инвалидности). На первых
пяти местах находились соответственно патологии хрусталика, болезни сетчатки, миопия, последствие
травм и глаукома (относительно высокий риск инвалидизации). Среди причин инвалидности первой груп-
пы ведущие места занимают патологии хрусталика и сетчатки, атрофия зрительного нерва, диабетическая
ретинопатия и болезни роговицы. Анофтальм, гиперметропия, болезни глазного яблоко, макулодистрофия
и миопия относительно реже стали причинами инвалидности первой группы.
Заключение
Роль и место болезней глаз в инвалидизации населения изменяется в зависимости от оценочных крите-
риев. Считается, что для оценки роли глазных болезней в инвалидизации населения целесообразно исполь-
зовать критерии медико-социального груза.
Rustamova N.M.
COMPARATIVE ASSESSMENT OF THE ROLE OF EYE DISEASES AMONG
THE REASONS OF DISABLING OF POPULATION
Национальный Центр Офтальмологии имени акад. Зарифы Алиевой, г.Баку, Азербайджан
National Centre of Ophthalmology named after acad. Zarifa Aliyeva, Baku, Azerbaijan
Key words: invalidity, causes of invalidity, eye diseases
SUMMARY
Aim- comparative evaluation of various clinical-statistical groups of eye diseases according to the criteria of
medical and social lood.
Material and methods
16303 cases of primary examination in the medical and social expert commissions were investigated. Main
criteria for comparison was the age of patients at the moment of the survey. A complete the characteristics of the
descriptive age statistics: minimal, maximal, average value, tendency, median, centile distribution was obtained.
Parametric and non-parametric methods for the analysis of qualitative characteristics have been used in the
statistical processing.
Results
Uveitis, eyeball atrophy, diabetic retinopathy, hypermtropia and anophtalmus (less spreaded cases) takes the
last five places and some lens and lens pathology, retinal disease, myopia, and glaucoma (more spread cases)
are the five most popular reasons of disability. According to the number of persons with disabilities of the I
group it was determined that the most popular disease causing the disability are hypermetropia, eyeball atrophy,
maculodystrophiya and myopia and the least prevalent diseases are lens and retina disorders, optic nerve atrophy,
diabetic retinopathy diseases of the cornea. Anophthalmus, hypermetropia, eyeball diseases, macular degeneration,
and myopia are relatively rearly become the first cause of disability.
Conclusion
The role and the place of eye diseases among the population from the point of view of disabling are variable
depending on the evaluation of criteria. For assessment of the role of eye diseases on spreading of disabilities
among the population it is advantageous to use the criteria of medicosocial loading.
Korrespondensiya üçün:
Rüstəmova Nazilə Məmməd qızı, tibb elmləri namizədi, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya
Mərkəzinin elmi katibi
Тел.: (99412) 569-09-07, (99412) 569-09-47
Ünvan: AZ1000, Bakı şəh., Cavadxan küç., məhəllə 32/15.
Email: administrator@eye.az : www.eye.az
Dostları ilə paylaş: |