Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
57
tutmağa çalışır, ondan nə isə xahiş edirdi. O isə oturduğu
masa ilə yanaşı masadakı başqa bir yaşlı adama qışqırırdı.
Əsasən sakit ab-hava olan yeməkxana üçün bu səs-küy ət-
rafdakıların hamısını narahat etməyə bilməzdi. Yeməkxa-
na sahibinin yaxınlaşaraq mübahisəni yatırtmaq üçün cəhd
etməsi səmərə vermədi. Culinin masasındakı digər oğlan-
lar da yoldaşlarının tərəfini saxlamaq üçün mübahisəyə
qalxdılar. Sakitliyə dəvət olunan gənclər bir az da özlə-
rindən çıxdılar. Bu barıt çəlləyinə od vurmağa bənzəyirdi.
Yeməkxananın sahibinin onların çox içdiklərindən sərxoş
olduqlarını, sonra buna görə peşiman olacaqlarını deməsi
onları daha da hirsləndirmişdi. Qəribədir axı sərxoş ada-
ma deyəndə ki, sərxoşdur, o, mütləq hirslənir və sərxoş ol-
madığını, əksinə tam ayıq olduğunu ciddi – cəhdlə sübut
eləməyə çalışır. Bu, bütün insanlar üçün keçərli formuldur.
Yaxınlaşmaya bilməzdi. Tələsik addımlarla özünü masa-
ya çatdıranda, artıq iş-işdən keçmişdi. Patronu onların ayaq-
ları altında qıvrılırdı. Hər tərəfdən vurulan təpiklər çıxan
ufultular ilə müşayət olunurdu. O, şefini ayaqlar altından tez
bir anda qurtarıb masadan ayrıldı. Ona da təpiklər dəysə də
heç birinə cavab vermədi. Bu əclaflafların dərsini vermək çə-
tin deyildi. Ancaq Culinin onlarla olması işləri korlayırdı. Heç
bilmədi ki, onu tanıdığını biruzə versin, yoxsa yox. Culi isə
onu tanımışdı. Onun səylərinə baxmayaraq döyülən insanı
qurtaran bu oğlan Mətin idi.
Artıq digərləri polisə xəbər vermişdilər. Harda olsa
indi özlərini çatdıracaqdılar, ancaq nədənsə gecikdilər. Xu-
liqanlıq edənlər tez bir vaxtda gözdən itdilər. Hadisənin
şahidlərini dindirən polis işçiləri onun da izahatını aldılar.
O indi anladı ki, yaxşı ki, qızı tanıdığını heç kimsə bilmədi.
O da, izahatında başqaları kimi həmin şəxsləri tanımadı-
ğını dedi. Şefi elə də ciddi xəsarət almamışdı. Onun polisə
şikayətçi olmadığını bildirdiyində Mətini təəccüb bürüdü.
Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
58
O, almanları güzəştə getməyən kimi tanıdığı halda şefinin
niyə belə etməsini başa düşə bilmədi. Heç bir şey soruş-
madı. Daha sonra o, özü şikayətçi olmadığının səbəbini
açıqladı. Şikayətçi olsaydı sən demə başı ağrıyacaqdı. Hə-
min dəstə nasistlər təşkilatından olduqları üçün kimlərsə
onlardan şikayətçi olmağa qorxurdular.
İkinci dünya müharibəsindən sonra bu təşkilat açıq
olmasa da gizli fəaliyyət göstərib. Dövlətin bundan xəbəri
olsa da, hər zaman kiçik məhdudiyyətləri nəzərə almasaq
demək olar ki, göz yumub. Hətta o daha sonralar öyrən-
di ki, təhlükəsizlik üzrə xüsusi idarələr bəzi hadisələrin
təşkil olunmasında bu təşkilatın fəallarından belə istifadə
etməkdən çəkinmirdilər. Əslində, bu dünyəvi dövlət üçün
ağır ittihamdır. Amma siyasətin min üzü var, yeri gələndə
ən murdar ideologiyanın belə işıqlı tərəfini tapırlar və si-
yasətdə bu qəbul edilən normalardan biridir.
* * *
Bu hadisədən bir neçə gün sonra həmişə olduğu kimi
axşam evə gəlib yorğun da olsa dərsləri ilə məşğul idi. Çox
keçməmiş qapı döyüldü. Öz-özünə təəcübləndi. Qapıya ge-
də-gedə onun qapısını kimin döyəcəyini düşündü. Ancaq
ağlına heç kəs gəlmədi. Gözlükdən qonşu olduğunu görün-
cə, qapını açdı. Münasibətləri olmasa da hər zaman qarşı-
laşanda xöş təbəssümlə görüşərdilər. Üzbəüz qonşu olsa-
lar da cəmi bir dəfə qısa söhbət etmişdilər. Onda da ki, kişi
ondan hansı ölkədən gəldiyini soruşmuş, Azərbaycan adını
eşidəndə başını bullamış, tanımadığını demişdi. Burda tələ-
bə olduğunu eşidəndə, ona uğurlar arzulamış, daha bir söz
soruşmamışdı. İndi onu görüncə içəri dəvət etsə də, qonşu-
su içəri keçmədi. Onu hansısa bir qadının axtardığını xəbər
verib, bir kağız uzatdı. Sağollaşıb qapını örtdü. Kağıza baxan
kimi başa düşdü ki, bu Emma olub. Bircə sətir yazmışdı. ”Sa-
lam. Xahiş edirəm, imkanın olanda zəng et, Emma”.
Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
59
Saata baxdı, bu gün bir az tez gəlmişdi. Pencəyini geyi-
nib, aşağı düşdü. Yaxınlıqdakı telefon köşkündən nömrəni
yığdı. Dəstəyi götürən Culi idi. Salamlaşdılar. Culi 1 dəqiqə
deyib, dəstəyi kənara qoysa da Emmanın dəstəyi götür-
məsi uzun çəkmədi. Hal-əhval tutan Emma incik səslə niyə
onları yada salmadığını soruşdu. Mətin dərslərini bəhanə
gətirib söhbətdən yayınmaq istədi. Emma ona düz eləmə-
diyini, hansı gün münasibdirsə həmin günü onu gözlədik-
lərini bildirdi. Söhbətarası onu da bildirdi ki, bu gün Culi-
onu soruşub və biləndə ki, ona görə gəlmir, məyus olub.
– Bizə gəlməyinə etiraz etmədiyini deyəndə inanmaz-
san necə sevindim. Güman edirəm ki, dəvətimi yerə salma-
yacaqsan.
– Danışıb sağollaşdılar. Gəzmək üçün pis hava deyildi,
ancaq sabahkı məruzələr barəsində oxumalı materialları
qalmışdı.
Emmanın aşırı dərəcədə göstərdiyi xöş münasibətdən
və qayğıdan sıxılırdı. Bu onun paklığının, bəlkə də həyatın-
da heç bir qadının olmamasının təsiri idi. Əgər sırtılmış ol-
saydı başa düşərdi ki, Emma ona qarşı laqeyid deyil. Çün-
ki, Emma daxili istəklərini asanlıqla üz cizgilərinə köçürə
bilirdi. Bu təcrübəli, həyatın bişirdiyi adamların diqqətin-
dən qaça bilməzdi.
Culi Meyqeri yavaş-yavaş tanımağa başlayırdı. Düzü için-
də artıq peşiman da olmuşdu. İlk başda hər şey yaxşı olsa da,
Meyqerin daha çox radikalizmə meyilli olması, zoru sevmə-
si Culini qorxudurdu. Kafedə baş vermiş son hadisə qızı bir
az da qorxutmuşdu. O, milli irqçiliyi dəstəkləsə də, bunun
zor vasitələrlə həyata keçirilməsinin tam əleyhinə idi. Artıq
Meyqerdən çəkinməyə başlayırdı. Heç bilmirdi, necə eləsin
ki, münasibətlərə son qoyulsun. Hiss edirdi ki, Meyqerdən
asanlıqla yaxasını qurtara bilməyəcək. İlk günlərdə anası on-
ları birgə görəndə Culiyə bu oğlanla yaxın olmamağı, heç də
Dostları ilə paylaş: |