Şərq üzrə Cenevrə sülh konfransında sədr funksiyasını
yerinə yetirmişdi. Baş katib hökumətlərin dəvəti ilə
Afrikanın, Latın Amerikasının, Yaxın Şərqin və Avro-
pa
nın bir sıra ölkələrində rəsmi görüşlər keçirmişdi.
Kurt Valdhaym BMT-
nin Baş katibi kimi 1972-1977-ci
illərdə SSRİ-yə rəsmi səfərlər etmişdi (2, s.394).
K.Valdhaym 1976-
cı ildə ikinci dəfə Baş katib
seçildi. K. Valdh
aym 10 il Baş katib oldu, o, üçüncü
dəfə də seçilmək istəyirdi. 1981-ci ildə K.Valdxaymın
üçüncü dəfə seçilməsini ABŞ və SSRİ dəstəklədi. Veto
hüquqlu Çin, üçüncü dünya ölkələri onun əleyhinə səs
verdilər (66).K.Valdhaymın rəqibi Tanzaniyanın xarici
işlər naziri, Qoşulmama hərəkatı və Afrika dövlətlərini
BMT-
də təmsil edən gənc, fəal Səlim Əhməd Səlim idi.
Birinci səsvermədə hər iki namizəd zəruri səsləri
topladı, lakin daimi üzvlərdən birinin veto qoyması ilə
namizədlər qəbul edilmədi. Səsvermə gizli keçirilsə də,
tezliklə məlum oldu ki, ABŞ nümayəndəsi Səlim
Əhməd Səlimin, Çin nümayəndəsi K.Valdhaymın
əleyhinə səs vermişdi. Bir neçə belə səsvermə keçirildi,
eyni nəticə əldə olundu. K. Valdhaym sovet nümayən-
dəsi ilə söhbətində bildirdi ki, Çin əvvəl-axır mövqeyini
dəyişəcək və o, Baş katib seçiləcək. K.Valdhaym bu
məqsədlə Çinə səfər etdiyini və çinlilər tərəfindən xoş
qarşılandığını da bildirdi. K,Valdhaym yanılırdı, Çin 16
dəfə onun əleyhinə səs vermişdi. Eyni zamanda, ABŞ
Səlim Əhməd Səlimin əleyhinə 16 dəfə səs vermişdi.
Belə bir halda Təhlükəsizlik Şurasının sədrinin
müraciəti ilə onlar öz namizədliklərini geri götürdülər.
1981-
ci ilin dekabrında K.Valdhaym sovet nümayəndəsi
42
ilə
söhbətində bildirdi ki, Qromıkoya desin ki, “onlar
mənsiz heç nə edə bilməyəcəklər.Təhlükəsizlik Şurası
özü
əvvəl-axır xahiş edib məni vəzifəyə qaytaracaq”,
Lakin K.Valdhaym
yanılırdı. Həmin il dekabrın 11-də
Təhlükəsizlik Şurası 7 nəfərin namizədliyinə baxdı və
Perudan olan Xavyer
Peres de Kuelyarı Baş katib seçdi
(46).
K.Valdhaym 1982-
i ildə Əfqanıstandan xarici
hərbi hissələrin çıxarılması üçün Baş Məclisin tövsiyəsi
i
lə xüsusi səlahiyyətli səfir təyin edildi. Lakin SSRİ
müqavimət göstərdiyi üçün heç bir müvəffəqiyyət əldə
edilmədi. Sonralar K.Valdhaym Avstriyanın prezidenti
oldu. Prezident olduqdan sonra da o, Nyu Yorkda
qarşılaşdığı uğursuzluğu unuda bilmirdi. Həmin vaxt
sovet nümayəndəsi ilə görüşündə o, bildirdi ki,”Yaxın
Şərq məsələsində sionistlər onun ədalətli və prinsipial
mövqeyi ilə razılaşmırdılar” (46).
K.Valdhaym y
aradıcılıqla da məşğul idi. O,
Avstriyanın xarici siyasətinə həsr edilmiş, alman, ingilis
və fransız dillərində nəşr etdirilən “Avstriyanın
nümunəsi” adlı kitabın müəllifi idi.
Kurt Valdhaym 2007-
ci il 14 iyun tarixdə 88
yaşında vəfat etdi.
43
Xavyer Peres de Kuelyar (Peru)
BMT-nin B
aş katibi (1982-1991-ci illər)
Xavyer Peres de Kuelyar
1982 ci il
yanvarın 1-dən 1991-ci il
dekab
rın 31-dək BMT-nin Baş
katibi olmuşdur.
Xavyer Peres de Kuelyar
1920-
ci il yanvarın 19-da Limada
(Peru) anadan olmuşdur. O,
Limada San A
qustin kollecində,
sonra Peru universitetin
də təhsil
almış, hüquqşünas, diplomat ixtisaslarına yiyələnmişdir.
Marsela Temple adlı xanımla ailə qurmuşdur, iki övladı
var. Birinci nigahından olan oğlu Fransisko Parisdə, qızı
Aqeda Kristina Londonda yaşayır.
Xavyer Peres de Kuelyar 1940-
cı ildən Perunun
xarici işlər nazirliyində işləmiş, 1944-cü ildən
diplomatik xidmətə başlamış, Perunun Fransada,
Böyük Britaniyada, Boliviyada və Braziliyada nünayən-
dəliklərində katib, bir müddət sonra Braziliyada
nümayəndəliyində müşavir vəzifələrində çalışmışdı. O,
1961-
ci ildə Limaya qayıtmış, sonrakı il səfir olmuş və
hüquq departamentinin direktoru, inzibati departamentin
direktoru, protokol departamentinin direktoru və siyasi
məsələlər üzrə departamentin direktoru vəzifələrini
tutmuş, 1966-cı ildə xarici işlər nazirinin müavini təyin
edil
miş, 1981-ci ildə Xarici İşlər Nazirliyinin hüquq
məsləhətçisi olmuş, Perunun İsveçrədə, SSRİ-də,
Polşada və Venesuelada səfiri vəzifəsində
çalışmışdır
44
(80). Xavyer Peres de Kuelyar
Baş Məclisin 1-ci, 25-ci,
26-
cı sessiyalarında Peru nümayəndəliyinin üzvü
olmuş, 1971-ci ildə Perunun BMT yanındakı səfiri təyin
olunmuş, bu vaxtdan etibarən 1975-ci ilə qədər Baş
Məclisin bütün sessiyalarında öz ölkəsinin nümayən-
dəliyinə rəhbərlik etmiş, 1973-1974-cü illərdə öz
ölkəsini Təhlükəsizlik Şurasında təmsil etmiş, 1974-cü
ilin iyulunda Kipr
də olan siyasi proseslər zamanı
Təhlükəsizlik Şurasının sədri olmuş, 1975-ci il
sentyabrın 18-də Kiprdə BMT-nin Baş katibinin xüsusi
nümayəndəsi təyin edilmiş və 1977-ci ilin dekabrına
qədər bu vəzifədə qalmışdı. X.P.Kuelyar 1979-cu il
fevralın 27-də BMT-nin Baş katibinin xüsusi siyasi
məsələlər üzrə müavini təyin edilmiş, 1981-ci ilin
aprelindən bu vəzifəni davam etdirməklə yanaşı,
Əfqanıstanla bağlı vəziyyəti nizama salmaq üzrə Baş
katibin xüsusi nümayəndəsi vəzifəsini yerinə yetirmiş,
1981-
ci ilin aprel və avqust aylarında Baş katibin bir
neçə ay əvvəl başladığı danışıqları davam etdirmək
məqsədilə Pakistanda və Əfqanıstanda olmuşdu (44).
1980-
ci illərin axırlarında Xavyer Peres de
Kuelyar Namibiyanın Cənubi Afrika Respublikasından
ayrılaraq müstəqil olmasını dəstəklədi, 1990-cı ildə
Namibiya BMT-
yə üzv qəbul edildi (66).
1981-
ci ilin mayında X.P.Kuelyar yenidən Peru
Xarici İşlər Nazirliyinə işə qayıtdı, eyni zamanda,
dekabra qədər, BMT-nin Baş katibi seçilənə qədər,
Əfqanıstanla bağlı vəziyyəti nizama salmaq üçün Baş
katib vəzifəsini təmsil etdi. X.P.Kuelyar BMT-nin Baş
katibi vəzifəsinə 1982-ci il yanvarın 1-də seçildi.
45
Dostları ilə paylaş: |