Şahhüseynova sevinc asiF qızı



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə37/38
tarix23.11.2017
ölçüsü0,72 Mb.
#11984
növüDərslik
1   ...   30   31   32   33   34   35   36   37   38

 

 

62



E T İ K A 

fənninin proqramı 



 

I BÖLMƏ: ETİK FİKİR VƏ ONUN TƏKAMÜLÜNÜN ƏSAS MƏRHƏLƏLƏRİ 

 

I MÖVZU: ETİKA FƏLSƏFİ ELMDİR 

 

Fəlsəfi dünyagörüş – mifoloji dünyagörüşün tərkib hissəsi kimi. Fəlsəfi dünyagörüşün mifoloji 



dünyagörüşdən ayrılması. Fəlsəfənin  əsas məsələsi. E.ə. I minilliyin ortalarında dünyanın ayrı-ayrı regionlarında 

fəlsəfi fikrin yaranması. Karl Yaspersin bu hadisəni «məhvər xətti» və ya «ox xətti» adlandırması. Fəlsəfi elmlər 

sistemində mühüm yer tutan "Etika" sinkretik fəlsəfi dünyagörüşün əsas tərkib hissəsi kimi.  

Sokrataqədərki dövrdə filosofların  əsasən təbiət problemləri ilə  məşğul olması. Kosmologizm. V əsrdə 

Sokratdan başlayaraq kosmologizmin antropologizmlə  əvəz edilməsi.  İnsan probleminin ön plana çəkilməsi. 

Subyekt- subyekt münasibətlərinin öyrənilməsi. Sokratın əxlaq fəlsəfəsi haqqında təlimi. 

Etika – əxlaq haqqında elmdir. Etikanın anlayış  və kateqoriyaları. "Etika" sözünün etimologiyası  və 

yaranma tarixi. Aristotelin «Etika» ilə əlaqədar əsərləri. 

"Etika" sözünün tarixinin Roma zəminində  təkrar olunması. Siseron və digər Roma filosoflarının yunan 

təcrübəsinə, xüsusən də Aristotelə istinad etmələri və etika problemləri ilə  məşğul olmaları. "Moral" sözünün 

etimologiyası.  

Müasir dövrdə «Etika»nın bir çox elmlərlə – estetika, dinşünaslıq, tarix, etnoqrafiya, pedaqogika, 

psixologiya, fəlsəfə, arxeologiya və hətta biologiya ilə əlaqəsi. 

 

 



 

II MÖVZU: QƏDİM VƏ YENİ DÖVRDƏ ETİK FİKİR 

 

İbtidai dövrdə insanların davranışını tənzimləyən müəyyən qayda və normalar. Misir, Babilistan, Hindistan 



və Çində formalaşan etik nəzəriyyələr. Hindistanda mövcud olan vedant, yoq, caynizm, buddizm, lokayata; Çində 

daosizm, konfutsiçilik, moizm və s. məktəblərin etik konsepsiyaları. Konfutsinin etik fikirləri.  

Antik dövrdə etik fikir. Demokritin etik nəzəriyyəsi. Demokritin etikasının  əsasında insanları  əzabdan 

qurtarmaq prinsipinin durması. İnsanın qəlbi – xoşbəxtliyin mənbəyi kimi.  

«Etika» sözünün ilk dəfə Aristotel tərəfindən işlədilməsinə baxmayaraq elmin tarixinin Sokratın adı ilə 

bağlanması. Sokrata qədər Yunan fəlsəfəsinin təbiəti təhlil etməklə məşğul olması, həmin dövrün «kosmologizm» 

kimi xarakterizə edilməsi.  İlk dəfə  məhz Sokrat tərəfindən fəlsəfənin səmtinin «göylərdən yerə endirilməsi». 

Sokratın fəlsəfəsinin şifahi şəkildə olub, müasirləri və şagirdləri tərəfindən bizə çatdırılması. «Antropologizm» – 

Sokrat fəlsəfəsinin əsas istiqaməti kimi.  

Sokratın şagirdi Platonun "Fedon", "Sokratın tərifi", "Qanunlar", "Dövlət", "Ziyafət", "Protaqor", "Teetet" 

əsərlərində etik problemlər.  

Aristotelin "Etika" ilə bağlı  əsərləri. "Böyük etika", "Nikomax etikası", "Evdem etikası" və s. Digər 

əsərlərində, məsələn, "İkinci analitika", "Siyasət", "Ritorika" və digərlərində etik problemlər. Etikanın müstəqil 

elmə çevrilməsi. Xoşbəxtlik - Aristotel etikasının əsas problemi kimi. Aristotel etikasının iqtisadiyyat və siyasətlə 

bağlılığı.  

XVII əsrdə İngiltərədə T.Hobbs və C.Lokkun etik nəzəriyyəni inkişaf etdirməsi, Hollandiyada Spinozanın 

«Etika» əsərini yazması.  

Kantın etikanı psixologiya, siyasət və sosiologiyadan ayırması və əxlaq haqqında təlim kimi şərh etməsi.  

Hegelin «Etika»ya aid xüsusi əsərinin olmaması,  əxlaqı ailə, vətən, cəmiyyət, dövlət və s. ilə  vəhdətdə 

nəzərdən keçirməsi. 

 

 

 



III MÖVZU: AZƏRBAYCANDA ETİK FİKİR 

 

Şifahi xalq ədəbiyyatında etik motivlər. Folklorda əxlaqi-etik problemlərin həlli.  



Nizami yaradıcılığının humanist xarakter daşıması. Nizaminin əsərlərində insan əxlaqının, zəkasının baş 

qəhrəman səviyyəsinə çatdırılması. Xeyirxahlıq idealının siyasi ədalət idealı ilə bağlılığı ("Sirlər xəzinəsi", 

"İskəndərnamə"). Dövlətin idarə edilməsində ədalət prinsipinin ön plana çəkilməsi. İnsanla təbiətin bağlılığı.  

Orta  əsrlərdə Azərbaycanda etik fikrin inkişafı. Nəsimi yaradıcılığında etik fikirlər. Nəsimi humanizmi. 

Nəsiminin fəlsəfi lirikasında  əxlaqi problemlər. Simvollar, rəmzlər – Nəsimi lirikasının ifadə forması kimi. 



 

 

63



Nəsiminin simvolik təfəkkür tərzi. Nəsiminin əsas prinsipinin, idealının iki cahan anlayışı əsasında mərkəzləşməsi. 

Nəsimi – panteist şair kimi. Panteizm – insanla allahın eyniləşdirilməsi fəlsəfəsi kimi. İnsanla allahın vəhdətinin 

insanın yetkin səviyyədə özünü dərk etdiyi zaman mümkünlüyü. İnsanda tanrının təcəssümü. İnsan varlığının bütün 

dünyanın fövqündə duran ən uca varlıq kimi nəzərdən keçirilməsi. Fiziki gözəlliklə  mənəvi gözəlliyin vəhdəti 

prinsipi. 

Füzuli yaradıcılığında məhəbbət problemi. Məhəbbətin ilahi olub, insanın mənəvi gözəlliyini təsdiq etməsi. 

Məhəbbət – təzadların inkarı kimi. Füzuli məhəbbətinin ideal məhəbbət olması.  

N.Tusinin etik görüşləri. "Əxlaqi-Nasiri" əsəri. A.Bakıxanov və M.F.Axundovun etik fikirləri.  

Müasir dövrdə Azərbaycanda etika elminin inkişafı.  

 

 

 

 

IV MÖVZU: İSLAM ETİKASI 

 

VII  əsrdən başlayaraq Yaxın və orta Şərq ölkələrində  hərtərəfli inkişaf etmiş  ərəbdilli islam fəlsəfəsinin 



formalaşması.  İslam dini – dünyagörüşünə söykənən islam fəlsəfəsinin VII – XI əsrlərdə öz klassik dövrünü 

yaşaması.  Ərəb fəlsəfəsinin və eləcə  də, bir sıra başqa  Şərq xalqlarının  ərəb dilində yazılmış  fəlsəfi  əsərlərinin 

tarixi əhəmiyyəti. Bu əsərlərin orta əsr fəlsəfi fikrinin nisbətən mütərəqi nümayəndələrini yetişdirməsi.  

Bütün dinlərdə olduğu kimi, islam dinində  də insan probleminə mühüm əhəmiyyət verilməsi. Allah 

tərəfindən göndərilən və vacib buyurulan «Quran»ın dini abidə olmaqla yanaşı, həm də insanların ictimai həyatının 

bütün sahələrini  əhatə etməsi.  İslamda davranış qaydaları  və  əxlaq prinsipləri. Məhəmməd peyğəmbərin  əxlaqi 

keyfiyyətlər və davranış qaydaları haqqında fikirləri. «Qurani – Kərim»də və peyğəmbərin hədislərində öz əksini 

tapmış əxlaqi keyfiyyətlər - humanizm, xeyirxahlıq, bərabərlik, məsuliyyətlilik, borc, sədaqət, düzlük, haqq, ədalət 

və s.  

«Quran» - bütün dövrlər, xalqlar və millətlər üçün dəyişilməz əxlaq kodeksi kimi.  



 

 

 



 

 

II FƏSİL: ETİKA ƏXLAQ FƏLSƏFƏSİDİR 

 

V MÖVZU: ƏXLAQIN MAHİYYƏTİ VƏ ƏSAS FUNKSİYALARI 

 

İctimai  şüurun digər formaları kimi əxlaqın da strukturunun ictimai münasibətlərlə müəyyənləşməsi. 



Əxlaqi münasibətlərin ictimai münasibətlər sistemində mühüm yer tutması.  Əxlaqın insanlar arasındakı 

münasibətləri  əks etdirməsi.  İnsanların bir-birinə, dövlətə  və  cəmiyyətə olan münasibətlərinin  əxlaq tərəfindən 

nizama salınması.  İctimai həyatın bütün sahələrində insanların hərəkətlərinin  əxlaq tərəfindən tənzimlənməsi. 

Məsələn, əməkdə, məişətdə, ailədə, siyasətdə, elmdə, ictimai yerlərdə və s. Bunların hər birində onun müxtəlif rol 

oynaması. Bununla əlaqədar peşə etikası, ailə  və nigah etikası  və s. terminlərin yaranması. Bütün bu sahələrdə 

əxlaqla yanaşı insanların hərəkətlərinin digər tənzimləyicilərinin də olması. Məsələn, dövlətin hüquq normaları və 

dekretləri, istehsalatdakı qanun-qaydalar, təşkilatın nizamnamələri və  təlimatları, vəzifəli  şəxslərin göstərişləri

dini-ritual xarakterli qaydalar, etiket və ədəb qaydaları və s.  

Əxlaqın mahiyyətini başa düşmək üçün onun əsas funksiyalarının nəzərdən keçirilməsinin zəruriliyi. 

Əxlaqın əsas funksiyaları: qiymətləndirici, idraki, dünyagörüş, tərbiyəvi, tənzimləyici.  

 

 

 

 

 

 

 

VI MÖVZU: ƏXLAQ VƏ İCTİMAİ ŞÜURUN DİGƏR FORMALARI 

 

İctimai  şüurun hər bir formasının - siyasət, elm, hüquq, fəlsəfə, din, əxlaq və incəsənətin gerçəkliyi 



özünəməxsus şəkildə əks etdirməsi.  


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə