14
qabiliyyəti və hissləri də tərbiyə edilə bilər. Aristotel etikasında mühüm yer tutan ədalət
digər insanlara münasibət
zamanı fəzilətə çevrilir.
Roma fəlsəfəsi kimi etik fikri də yunan mədənyyətinin təsiri altında olduğunu büruzə verir. Əgər
ədəbiyyatın, xüsusən də poeziyanın təsiri e.ə. III-II əsrlərdə bilindisə, fəlsəfənin inkişafına e.ə. 155-ci ildə Romada
açılmış Afina səfirliyi təkan verdi. Onun fəaliyyətində stoiklərdən Diogen, Akademiyanın başçısı skeptik Karnead
və peripatetik Kritolay iştirak edirdi. İlk Roma filosofu sayılan Siseron fəlsəfi biliklərin yayılmasına çalışaraq
etikada stoisizmə meyl edir. Parlaq üsluba malik olmasına baxmayaraq, etikası heç bir orijinallığı ilə fərqlənmədiyi
üçün Siseronun etik baxışları əks olunmuş əsərlərinin yalnız adlarını çəkməklə kifayətlənək: «Tuskulan söhbətləri»,
«Ali nemət və şər haqqında», «Borc haqqında».
Epikurun davamçısı Lukretsi Kar (e.ə. 199-44) «Şeylərin təbiəti haqqında» poemasında Epikurun etika və
naturfəlsəfəsinə yenidən qayıdır.
Ən varlı romalı olan Seneka (e.ə. 4/5-65) siyasi xadim, yazıçı, filosof-moralist (əxlaqa aid əsərlər yazan
yazıçı) idi. İlk növbədə əxlaq müəllimi kimi tanınan Senekanın şeirləri, pyesləri və pamfletləri içərisində «Qəzəb
haqqında», «Mərhəmət haqqında», «Xoşbəxt həyat haqqında» və s. traktatları, «Lusiliyə məktubları» vardır ki,
bunlarda müəllifin etik təlimi daha çox özünü büruzə verir.
Antoninlər sülaləsinin imperatoru, roma stoisizminin son nümayəndəsi Mark Avreli əxlaq müəllimi olmağa
çalışmasa da, filosofluq edərək qısa qeydlər yazırdı ki, bunlar da onun ölümündən sonra işıq üzü gördü. «Özümə
qarşı düşüncələr» adlı intim gündəliyində müəllif həyat, onun yaranması, insanın mövqeyi barədə fikirlər
yürüdürdü.
Ümumiyyətlə, antik etika hedonizm mövqeyində dayanaraq hesab edir ki, insanın fəaliyyətinin məqsədi
xeyir və mənfəət əldə etmək, həzz almaq və xoşbəxtliyə çatmaqdır, lakin bununla belə, insan öz kefinin əsiri
olmamalıdır, hər şeydə ölçü gözləməlidir.
15
1.4. ORTA ƏSRLƏRDƏ VƏ YENİ DÖVRDƏ ETİK FİKİR
Orta srlərdə istər Şərqdə,
istərsə də Qərbdə, yəni Avropa ölkələrində etik fikir dini ideologiya
çərçivəsində inkişaf edirdi. Kökləri eranın əvvəllərində Şərqin mistiklərindən başlayan dini-etik təlimlərin və
xristianlığın ideya mənbələrindən biri stoiklərin fəlsəfəsi oldu. Məsələn, İskəndəriyyəli Filon (təxm. e.ə. 25 – təxm.
e.ə. 40) Bibliyanı və yunan mifologiyasını şərh edərək dini etikanı ehtiyatla təbliğ edirdi. Onun fikrincə, heç olmasa
bir gün yaşayan insan artıq günahsız deyil. İnsanların mənəvi həyatının əsas vəzifəsi Allahı təqlid etməkdir. Dinə
tabe edilən əxlaq teoloji xarakter daşıyırdı. İlk yarandığı vaxtlar xristian əxlaqı əsasən demokratik və proqressiv idi.
Xristian etikasının ən böyük nailiyyətlərindən biri bütün insanların Allah qarşısında bərabər olması ideyasının
tərənnümü oldu. Dini əxlaqın ali prinsiplərinə adam öldürməyin və pozğunluğun (zina etməyin) qadağan olunması
da daxil idi. Lakin əfsus ki, özlərini xristian adlandıranlar əksər hallarda nəinki buna əməl etmirdilər, hətta bunun
əksini edirdilər. Məsələn, səlib yürüşlərində, inkvizisiya tonqallarında nə qədər adam həlak olmuşdu. Vatikan
ilahiyyatçıları Hitler və Mussolininin ənənələrinə xeyir-dua verirdilər. Din xadimlərinin pozğunluğu isə
Bokkaççonun «Dekameron» əsərində gözəl təsvir edilmişdir. Roma papalarının əxlaqsızlığı da Vatikanın keçmiş
işçisi Pavel Karmanskinin əsərində göstərilib (101, səh.49).
Yeni dövrün qabaqcıl mütəfəkkirləri antik dövrün mütərəqqi ənənələrini davam etdirərək dini-asketik
ideyalara qarşı çıxır, insanların xoşbəxt olmaq hüquqlarını və bərabərliyini təbliğ edirdilər. Onların fikrincə, əxlaq
müstəqil sahə olmalı, dindən asılı vəziyyətə düşməməlidir. İnsanlar mənəvi zənginliyə kilsənin köməyi olmadan da
çata bilərlər. Əxlaq kilsə boyunduruğundan xilas olmalıdır. Etika ilahiyyatdan ayrılıb fəlsəfənin müstəqil sahəsinə
çevrilməlidir. Belə istiqamət götürənlər içərisində italyan Cordano Bruno (1548-1600), fransız Rene Dekart (1596-
1650), holland Benedikt Spinoza (1632-1677), ingilislər – Tomas Hobbs (1588-1679), Con Lokk (1632-1704) və b.
var idi. Spinoza hətta «Etika» adlı kitab da yazıb. XVIII əsrin Avropa maarifçiləri, o cümlədən, fransız materialist-
filosofları da, məsələn, D. Didro, (1713-1784), J. O. Lametri (1709-1751), K. A. Helvetsi (1715-1771), P.A.Holbax
(1723-1789) etik fikir tarixində özünəməxsus iz buraxmışlar. Onlar əxlaq məsələlərini elmi səviyyəyə qaldıraraq
insanın davranışını onun təbii halı ilə əlaqələndirirdilərsə, alman klassik fəlsəfəsinin nümayəndələri olan İ. Kant
(1724-1804) və G. Hegel etikanı həyatdan ayırmağa çalışırdılar. Kantın etika sahəsində tarixi xidmətlərindən biri
borc problemi ilə əlaqədardır. Borc problemi Kantın etikasında mərkəzi yer tutur. G. Hegelə (1770-1831) görə
əxlaq insan təbiətinə yad olmasa da, ona əvvəldən xas olan xüsusiyyət də deyil. İnsan doğularkən nə xeyirxah, nə
də bədxah olur. Bu xüsusiyyətlər nəyinsə nəticəsində əldə edilir. Hər bir insanın müəyyən məqsədi olur. Əsas
məqsəd isə sərvətə çatmaqdır. Hegel üçün əsas əxlaq kateqoriyaları borc, xeyir və vicdandır. Əxlaq yalnız
cəmiyyətdə mövcud ola bilər. Hegelin əsas etik fikirləri «Ruhun fenomenologiyası» və «Hüquq fəlsəfəsi»
əsərlərində öz əksini tapmışdır. Hegel fəlsəfəsi üçlük üzərində qurulub: 1) tezis; 2) antitezis; 3) sintez. Hegel
mənəviyyatı «obyektiv ruhun» mərhələlərinə aid edir. Mənəviyyat obyektiv ruhun hərəkətinin məhsuludur. Burada
ruh triada pillələri ilə inkişaf edir: 1) hüquq; 2) əxlaq; 3) mənəviyyat. Hüquq tezis olub, azadlıqdan uzaq olan xarici
zərurətə tabedir. Əxlaq antitezis olub subyektiv şüurdur, fərdin vicdanıdır. Mənəviyyat sintez olub, əsil azadlıqdır,
hüquq və əxlaqın, zərurət və subyektiv iradənin qovuşmasıdır. O, ictimai həyatda gerçəkləşir ki, Hegel burada
mənəviyyatın inkişafının üç formasını – ailə, vətəndaş cəmiyyəti və dövləti ayırır. Hegel bu ictimai formalara
istinad edərək, etikanı fərdin dövlət qarşısındakı konkret vəzifələrinin məcmusuna çevirir.
XX əsrdə etika artıq əxlaq haqqında müəyyən biliklər sisteminə çevrilib ki, bu da özünəməxsus elmi-
kateqorial aparata malikdir. Tarixi inkişafın müxtəlif mərhələlərində etika müəyyən problemlərin həlli yollarını və
bəzi spesifik sualların cavabını axtarmağa çalışmışdır. Belə problemlərə əxlaqi fəzilətlər, əxlaq normaları, insanın
davranış qaydaları, bunlarla əlaqədar tələblər və s., haqqında danışılan spesifik suallara isə «xeyir və şər nədir?»,
«insanın mənəvi borcu nədir?», «insan özünü necə aparmalıdır?» və s. aiddir. Bu problemlərlə normativ etika
məşğul olur.