10
Təhsil müqəddəs sahədir, fundamental sosial institutdur.
Elm qeyri-fundamental sosial institutdur.
Təhsildə
kvaziyeniliklərin ifşası çətin məsələdir.
Elmlə
müqayisədə təhsil daha çox
ölçülü-biçimli olmağı və daha çox
qayğı tələb edir.
Təhsilin ən önəmli sosial funksiyası bundan ibarətdir ki,
insanlar təhsilləndikcə, içərisindən keçdikləri ictimai-sosial
proseslərin obyektindən subyektinə çevrilirlər, proseslərin idarə
olunan yox,
idarə edən tərəfi,
uduzan yox, udan tərəfi olurlar.
Göründüyü kimi
elm və
təhsil hadisələri kifayət qədər
fərqli sosial hadisələrdir. Bu iki fenomen arasında məqsədyönlü
əlaqə yaratmaq, daha doğrusu, təhsildən elmə keçmək, təhsili
elmi nəticələrlə zənginləşdirmək üçün bir körpü tələb olunur.
Keçmiş Sovet təhsil sistemində bu körpü rolunu
aspirantura,
xaricdə isə
doktorantura, post graduate student və ya
research scholarship oynayıbdır.
Yuxarıda göstərilən fərqlərə baxmayaraq bu iki fenomen
daim bir birini qarışılıqlı zənginləşdirirlər. Hətta belə demək olar
ki, elm təhsilin, təhsil isə elmin tətbiq sahəsidir. Elm idrakın
təhsildən sonra gələn pilləsidir.
Elm-təhsil ananın doğduğu qüdrətli övladdır. Mükəmməl
təhsil olmayan yerdə elm ola bilməz. Şərqlilər elmdə geri qalıblar
ona görə yox ki, şərqlilərin elmi təfəkkürü zəifdir. Ona görə ki,
Şərqdə vaxtında
mükəmməl, dünyəvi ali təhsil müəssisələri-
universitetlər yaradılmayıbdır. 1919-cu ildə Bakı Dövlət
Universitetinin yaradılması xalqımızın inkişafında müstəsna rol
oynamışdır. Stanbul Universitetinin yaşı 550-dən çox olsa da
Ankara Universitetinin yaşı 60 ildən azdır. Keyfiyyətli təhsil həm
fərd,
həm cəmiyyət, həm də dövlət üçün xeyirlidir.