8
bizə çoxlu əlyazması gəlib çatmışdtr. Biz onun Tehranda daş basması üsulu ilə çap olunmuş nəşrindən (h.
1314/1896/7), habelə L. Bellanın Münşinin əsərinin yığcam nəqli olan işindən istifadə etmişik.
7
Abdullah ibn Kiya əl-Mazandaraninin "Risaleyi-Fələkiyyə" əsərində XIV əsrin 60-cı illərindən XV
əsrin birinci rübünədək Şirvan şəhərlərinin təsərrüfat həyatı barədə bəzi məlumatlar vardır.
Burada XIV-XV əsrlərdə Yaxın Şərq
ölkələrində və Zaqafqaziyada, o cümlədən Şirvanda dövlət və
maliyyə idarəetməsinə, iqtisadiyyat və s.məsələlərə dair geniş material verilmişdir. Müəllif Təbriz Divanının
XIV əsrə aid işlərinin materiallarından istifadə etmişdir, "Risaleyi-Fələkiyyə" XV əsrin ikinci yarısında maliyyə
məsələləri üzrə fars katibi tərəfindən təkmilləşdirilmiş şəkildə gəlib çatmışdır. Əsəri yenidən işləmiş şəxs
müqəddimədə müəllif haqqında cüzi məlumat vermişdir. Bu nadir əlyazmasının farsca elmi-tənqidi mətnini
V. Xints nəşr etdirmişdir. "Risaleyi-Fələkiyyə"nin əlyazmasını Ayasofıya kitabxanasında aşkara çıxarmış
Ə. Z. V. Toğan onun faksimilisini İstanbulda dərc etdirmişdir.
Şeyx Səfiəddinin XIV əsrin ikinci yarısında dərviş Təvəkkül ibn Bəzzaz tərəfındən tərtib olunmuş
"Səfvət əs-səfa" ("Saflığın saflığı") adlı tərcümeyi-halında monqol hökmdarı Arqun zamanında Şirvanşahın
vəziyyətinə dair məlumat vardır. Övliyaların həyatından bəhs edən bu sufı əsərinin əlyazmaları qalmış, onun
farsca mətni və türkcə tərcüməsi daş basması ilə çap olunmuşdur.
Kəmaləddin Əbd ür-Rəzzaq Səmərqəndinin "Mətlə əs-sədeyn və məcmə ol-bəhreyn" ("İki
xoşbəxt
bürcün doğduğu və iki çayın qovuşduğu yer") əsərində Şirvanşahlar Şeyx İbrahimin və I Xəlilüllahın Teymur və
Şahrux zamanındakı vəziyyətləri təsvir olunur. Əsərin əlyazma nüsxələri, daş basması, habelə Kartmerin fars və
fransız dilinə tərcümə nəşrləri mövcuddur.
Şərəfəddin Əli Yəzdinin bir neçə əlyazması gəlib çatmış "Zəfərnamə" əsərində Teymurun Azərbaycana
yürüşləri, Şahruxun hakimiyyət dövrü və onların Şirvanşah Dərbəndilərə - Şeyx İbrahim və onun oğlu I
Xəlilüllah münasibətlərinə dair müfəssəl məlumat verilir. Biz əsərin farsca mətninin ikicildlilik
[19 - 20]
Tehran
nəşrindən istifadə etmişik. Əsərin farsca mətninin Kəlkətədə daş basması ilə çap olunmuş nəşri də var.
Türk tarixçisi İbrahim Pəçəvi (d.1574, Cənub-Şərqi Macarıstan, Fünfkirxen şəhəri - ö. təqr. 1651) XVI
əsrin son rübündə Səfəvi-Osmanlı müharibələri hadisələrindən, osmanlıların Şirvanı zəbt etməsindən, türk
sultanı qoşunları sırasında Səfəvilərə qarşı vuruşmuş sonuncu Şirvanşahlardan ətraflı bəhs etmişdir. Onun
əsərinin Azərbaycan və Gürcüstanla bağlı hissələrini S. S. Cikiya gürcü dilinə tərcüməsi ilə birlikdə nəşr
etdirmişdir.Pəçəvi macar qalalarının alınmasında
iştirak etmiş, hamisi Lala Mehmet Paşanın ölümündən sonra
(1615) isə əhalini siyahıya almaya görə Anadoluya göndərilmişdi. O, 1624-cü ildə Tokatın dəftərdarı təyin
olunmuş, sonralar isə həmin vəzifədə Rumeliyə və Anadoluya dəyişilmişdir.1641-ci ildə Pəçəvi qulluqdan
çıxaraq, əvvəlcə Ofenə, sonra isə Fünfkirxenə köçmüş və burada öz tarix əsərini yazmışdır.
Şirvana, erkən dövr və inkişaf etmiş orta əsrlər Albaniyasına dair bəzi məlumatları Suriya
mənbələrindən - Miletli Zəkəriyyə (VI əsr), Suriyalı Mixail (XII əsr), Bar Ebreyin (XIII əsr),
N. V. Piqulevskaya və R. Ə. Hüseynov tərəfmdən dərc olunmuş əsərlərindən əxz etmişik.
[20 - 21]
Şirvan dövlətinin Rusiya ilə ticarət və diplomatik münasibətləri rus salnamələrində və səyyah Afanasi
Nikitinin gündəliyində əksini tapmışdır.
Şirvan şəhərlərinin və digər yerlərinin təsərrüfat həyatına, ticarətinə, Azərbaycanda baş verən tarixi
hadisələrə dair məlumatlara ingilis tacirləri Cenkinsonun, Dekket Ceffrinin (XVI əsr), habelə ticarət və
diplomatik məqsədlərlə Azərbaycana gəlmiş venesiyalı, genuyalı İtalyan səyyahları - Marko Polo (XIII əsr),
Barbaro, Kontarini, Anciolello, Donato da Leze (XV əsr) və başqalarının gündəlik
və səyahətnamələrində rast
gəlirik.
Əsərdə görkəmli alim və tarixçilər V. V. Bartold, İ. Y. Kraçkovski, I. P. Petruşevski, K. V. Treverin
tədqiqatlarından, tanınmış rus və xarici şərqşünasların – B. A. Dorn, N. V. Xanıkov, V. F. Minorski, Hadi
Həsən, Bəkir Kütükoğlu və başqalarının əsərlərindən geniş istifadə olunmuşdur. Mövzumuzla əlaqədar
S. T. Yeremyan, Ş. A. Mesxia, R. K. Kiknadze və N. N. Şengeliyanın, Dağıstan alimləri V. Q. Kotoviç,
Ə. R. Şıxsəidov və A. A. Kudryavtsevin əsərləri mühüm əhəmiyyətə malikdir.
Biz, həmçinin Azərbaycan alimləri A. Bakıxanov, Y. A. Paxomov, Ə. Ə. Əlizadə, Z. M. Bünyadov,
O. Ə. Əfəndiyevin əsərlərindən istifadə Şirvan şəhərlərinin sosial-iqtisadi vəziyyətini öyrənmək İ. M. Cəfərov,
S. M. Qaziyev, O. Ş. İsmizadə, H. Ciddi və arxeoloqların əsərlərini nəzərdən keçirmişik. Şirvanşahların
şəcərəsini və bir sıra digər məsələləri aydınldaşdırmaq məqsədilə Y. A. Paxomov, Ə. V. Rəhimov,
M. Ə. Seyfəddini, Ə. M. Rəcəbli və S. A. Dadaşova tərəfindən dərc olunmuş numizmatik materialları tədqiqata
cəlb etmişik. Amerika numizmatı D. K. Kuymcanın Amerika numizmatika cəmiyyətində saxlanılan nadir
Şirvanşah sikkələrini dərc etdirməsi mövzumuz üçün böyük əhəmiyyətə malikdir.
Bu bizə III Mənuçöhrün
hakimiyyətinin sonunu və I Axsitanın hökmdalığının başlanğıcını dəqiqləşdirməyə imkan verdi.
Yığcam mənbələrə dair materiallar Ə. Ələsgərzadə, M. S. Nemətova və S. D. Kərimzadənin
əsərlərindən götürülmüşdür. Şirvanın memarlıq abidələrinin öyrənilməsində S. Ə. Dadaşova, M. Ə. Hüseynov,
L. S. Bretanitski və Ə. Salamzadənin tədqiqatlarından istifadə olunmuşdur.
9
Azərbaycan ədəbiyyatı məsələlərini - görkəmli Şirvan şairləri nəslinin yaradıcılığını araşdırarkən,
həmçinin, Y. E. Bertels, M. Rəfıli və M. A. Dadaşzadənin əsərlərindən bəhrələnmişik.
Şirvanşahlar sülaləsinə dair ən ilk tədqiqat B. A. Dornun ərəb-fars mənbələri əsasında yazılmış
"Şirvanşahların tarixinin öyrənilməsinə təşəbbüs" (1840, alman dilində) əsəridir. Numizmatika məlumatlarının
azlığına və o vaxtlar 'Tarix-i əl-Bab" salnaməsinin hələ məlum olmadığına baxmayaraq, B. A. Dornun əsəri bu
gün də öz əhəmiyyətini itirməmişdir.
[21 - 22]
A. A. Bakıxanov 1840-cı ildə fars dilində yazdığı "Gülüstani-İrəm" əsərində Azərbaycan tarixi ilə bağlı
Şirvanşahlar haqqında bəzi məlumatlar vermişdir. Bu mövzuya V. V. Bartold da "İslam ensiklopediyası"ndakı
məqalələrində və 1924-cü ildə Bakıda "Xəzərsahili vilayətlərin müsəlman dünyası tarixində yeri" adı ilə dərc
olunmuş mühazirələrində toxunmuşdur.
Y. A. Paxomov 1923-cü ildə Şirvanşah Kəsranilərə həsr olunmuş kiçik, lakin əhəmiyyətli bir əsər çap
etdirmişdir.
9
Burada həmin sülalə haqqında numizmatik dəlillər əsasında məlumat verilir.
Lakin müəllif
Şirvanşahlardan bəzilərinin hakimiyyət illərini düzgün göstərilməmişdir.
1931 -ci ildə İstanbulda Cahangir Zeynaloğulıınun "Şirvanşahlar yurdu" adlı elmi-kütləvi kitabı nəşr
olımmuşdur. Burada, əsasən, B. A. Dorn və Y. A. Paxomovun yazdıqları təkrar edilir.
Ə. Ə. Əlizadənin '"Azərbaycanın XIII-XIV əsrlər sosial-iqtisadi və siyasi tarixi" kitabının (Bakı, 1956)
sonuncu kiçik fəsli XIII-XIV əsrlərdə Şirvanda baş vermiş miiharibələrlə bağlı hadisələrə və həmin dövrdə
hakimiyyət sürmüş Şirvanşahların fəaliyyətinə həsr olunmuşdur.
Lakin müəllif Şirvanşahlar dövlətinin sosial-iqtisadi tarixinə, dövlət idarəçiliyi, mədəniyyət və s.
məsələlərinə toxunmamışdır.
O. Ə. Əfəndiyevin "XVI əsrin əvvəllərində Səfəvilər dövlətinin yaranması (Bakı, 1961) əsərində
Şirvanın Səfəvilər dövlətinə birləşdirilməsi ilə əlaqədar Şirvanşahlar Fərrux Yəsar və II Şeyx İbrahimin
(Şeyxşah) hakimiyyətindən bəhs edilir. R. Ə. Hüseynov və S. S. Əliyarovun Şirvan-gürcü münasibətlərinə dair
müştərək məqaləsi dərc olunmuşdur.
M. X. Şəriflinin "IX əsrin ikinci yarısı - XI əsrlərdə Azərbaycan feodal dövlətləri" (Bakı, 1978)
kitabının kiçik bir fəslində Şirvanşah Məzyədilər haqqında məlumatlar vardır. Həmin fəsil, başlıca olaraq,
"Tarix-i əl-Bab" salnaməsi əsasında yazılmışdır.
Z. M. Bünyadov "Azərbaycan Atabəylər dövləti" (Bakı, 1989) kitabının ayrıca fəslində Şirvanşahların
XII əsr - XIII əsrin birinci yarısındakı hakimiyyəti dövründə Şirvanın siyasi tarixini araşdırmışdır. O, həmçinin,
Şirvanşahların şəcərəsinə dair bir
neçə məqalə dərc etdirmiş, onlardan bəzilərinin hakimiyyət illərini
göstərmişdir.
10
İ. P. Petruşevski XV-XVII əsrlər Azərbaycan tarixinə dair bir sıra qiymətli əsərlər nəşr etdirmişdir ki,
onların da müəyyən fəsilləri Şirvanşahlar dövlətinin tarixinə aiddir. "XIII-XIV əsrlərdə İranda əkinçilik və aqrar
münasibətlər" kitabında o, İranda feodal rentasına, vergi xəraclara, torpaq mülkiyyəti kateqoriyalarına dair
məlumat verərkən Şirvandan bəhs edir. İranın monqol hakimiyyəti dövründə sosial-iqtisadi inkişafının
vəziyyətinə dair İ. P. Petruşevskinin məlumatları mövzumuz üçün böyük əhəmiyyətə malikdir.
Şirvanşahlar dövlətinin və onların şəcərəsinin öyrənilməsində "Tarix-i əl-Bab" adlı mənbəşünaslıq əsəri
ilə bu sülalənin tarixindəki qaranlıq məqamları işıqlandıran V. F. Minorskinin, Fələki Şirvani və Xaqani
haqqında, Şirvanın daxili həyatını, onun hökmdarlarının fəaliyyətinı izləməyə imkan verən dəyərli tədqiqatın
müəllifi Hadi Həsənin mühüm xidməti var.
Şirvanşah Fəribürzdən bəhs edən V. M. Beylisin əsəri də olduqca maraqlıdır.
Bu əsərin müəllifi də
"Orta əsr Bakısına dair oçerklər" (Bakı, 1964) kitabının müəyyən səhifələrini Şirvanşahlar dövlətinin tarixinə
həsr etmişdir.
[22 - 23]
Bununla belə, qeyd etdiyimiz kimi, Şirvanşahlar dövlətinin tarixinə dair göstərilən tədqiqatlara
baxmayaraq, həmin problem bütövlükdə kifayət qədər və hərtərəfli həllini tapmamışdır. Müəlliflər, başlıca
olaraq, bu və ya digər dövrdə müharibələrlə bağlı hadisələrlə maraqlanmışlar. Biz Şirvanşahlar dövlətinin
tarixini işıqlandırmaq üçün məhz onun bütün aspektlərini - VI əsrdən XVI əsrədək Şirvanın tarixi-coğrafı
şəraiti, şəhərlərinin vəziyyəti, burada məskunlaşmış tayfa və xalqlar, sənətkarlıq
və ticarət, sosial münasibətlər,
dövlət quruculuğu və mədəniyyət məsələlərini araşdırmağı zəruri saydıq. Şirvanşahların şəcərəsini bu dövlətin
yaranmasından süqutunadək izləyərək, bir sıra Şirvanşahın (III Mənuçöhr, I Axsitan, I Xəlilüllah,
I Fərrux
Yəsar və b.) hakimiyyət illərini numizmatika və epiqrafıkanın son məlumatlarına əsasən dəqiqləşdirdik. Biz,
həmçinin, indiyədək elm aləminə məlum olmayan iki Şirvanşahı - II Fərrux Yəsan, III Axsitanı üzə çıxardıq və
sonuncunun oğlu Keykavus ibn Axsitanın adını dəqiqləşdirdik. Əsər yazılarkən burada adı çəkilən ən mühüm
məxəzlərdən əla və ikinci dərəcəli əhəmiyyət kəsb edən çoxlu miqdarda digər materiallar da tədqiqata cəlb
edilmişdir. Bu monoqrafıyanın müəllifinin Şirvanın tarixi ilə bağlı bir sıra əsəri dərc olunmuşdur.