SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə54/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   50   51   52   53   54   55   56   57   ...   98

______________Milli Kitabxana_______________ 

228 


 

  

Yüklənərmiş gəmilərə o vaxt tay-tay  



Azərbaycan torpağının ipək malı,  

Min xalçası, kəlağayı, tirmə şalı.  

Ürək deyir, hər birini yerində say. 

 

Bir də Quba bağlarının al-qırmızı,  



Gah narıncı, gah da sarı almaları.  

Andırarmış bir əbədi ilk baharı  

Çox almayım bu saylarla vaxtımzı... 

 

O tayların ziynətiymiş hər bir zaman  



Bizim Bakı bağlarının zəfəranı.  

Söylə, səyyah! Sən gəlmisən Avropadan,  

Bu nemətin yer üzündə misli hanı? 

 

Sonra, bizim gəmiçilər qayıdan baş,  



Min sovqatla gələrlərmiş yar yanına...  

Qızıl sırğa, gümüş kəmər, neçə daş-qaş  

Düzülərmiş gözəllərin gərdanına. 

 

Axışarmış Hindistanın bol şəkəri,  



Məclislərə ziynət olmuş İran çayı;  

Türkmənlərin bol "qaragül" dəriləri,  

Ayrıcaymış dost-aşnanın adət payı... 

 

Rusiyanın buğda unu, nüs mədəni,  



Top-tüfəngi, bol-bol xəzi, bir çox varı.  

Hollandyanın qayçı kəsməz mahudları  

Deyərmiş ki: sən məni tut, mən də səni! 

 

Lakin dəniz, zümrüd səma, bir də ruzgar  



Bir qəzəblə küsən zaman talelərə  

Ağız açmış fil xortumlu göy dalğalar,  

Ölüm demiş, insan demiş o mənzərə. 

 

Nə göy, nə yer, nə bir işıq, nə də torpaq! 



 Göz bağlarmış o sıx duman, qatı çiskin 

  



______________Milli Kitabxana_______________ 

229 


 

Qayıqlarsa ölüm ilə çarpışaraq,  

Əlləşərmiş pəncəsilə fəlakətin. 

 

O zamanlar hələ yoxmuş qiblənüma  



Bilən yoxmuş elmin böyük qüdrətini. 

İnsanların ürəyində xeyir-dua...  

Bir Allaha bağlayarmış niyyətini... 

 

Tufanlarda həlak olmuş qəhrəmanlar  



Bir həsrətlə boylanaraq tutqun göyə,  

Ölümə də "qismət" kimi baxmış onlar,  

"Əcəl gəldi, ömür tamam oldu"- deyə! 

 

Fəlakəti qanun kimi qarşılamaq,  



İnsanlara soyuqluqdur, təsəllidir.  

Bütün dərdlər bu qaydayla keçir ancaq..,  

Dərd əhlinə, qəm əhlinə bu bəllidir! 

 

Gəlib keçir başımızdan fırtınalar,  



Dilə düşür hər ruzgarın bir sevdası.  

Xəzər! Xəzər! De nə qədər dastanın var?  

Qəribədİr: "İki qardaş" macərası. 

 

* * * 



Dəyişirəm vəzni qəsdən,  

Yüngülləşsin yaman xəbər...  

Döyünməsin qoy ürəklər,  

Qıymayıram onlara mən! 

 

İki qardaş, iki ürək  



Balıqçıymış bu dənizdə.  

Xatırlayıb köhnələr tək,  

Rəhmət olsun! - deyək biz də! 

 

Qoy, içərişəhərlilər  



Oxuduqca bu dastanı,  

Yada salsın səhər-səhər  

O dənizi, o tufanı... 

 



______________Milli Kitabxana_______________ 

230 


 

Bir yay günü, səhər erkən  

İki qardaş düşdü yola.  

Qanad açdi suda yelkən,  

Sahil dedi: uğur ola! 

 

Zümrüd goydə günəş yandı,  



Parıldadı ayna dəniz.  

Al şəfəqə yer boyandı,  

Dedi: xoşdur səfəriniz! 

 

Gözlər açıq... Ürəklər şad...  



İki qardaş bəxtiyarmış,  

Dəniz sakit... Yelkən azad...  

O səhərin hüsnü varmış. 

 

Gəmi süzür yavaş-yavaş,  



Sonra yelkən itir gözdən.  

Dəniz dostu iki qardaş, 

İlham alır saf dənizdən. 

 

Bir az sonra tor açılır, 



İslandıqca batır suya.  

Göydən yerə nur saçılır,  

Tor rast gəlir bir orduya. 

 

Balıqlarmı qoşun çəkən?  



Hara sürür karvanını?  

Fəsil-fəsil gəzir onlar  

Bu dənizin dörd yanını... 

 

Gəzir onlar bir nizamla,  



Yuva qurub, kürü salır,  

Yayı, qışı intizamla  

Orda-burda qərar alır. 

 

Qızıl balıq, azad mahı  



Gümüş rəngli xalları var. 

 

 




______________Milli Kitabxana_______________ 

231 


 

Balıqların odur şahı,  

Kababından ləzzət apar! 

 

Kütüm balıq təmiz, dadlı,  



Plov üstdə məzəlidir- 

Suyu şirin, zor qanadlı,  

Əsil yurdu Ənzəlidir. 

 

Sazan da var... mərifəti  



Gönü qalın adamlar tək.  

Bıçaq kəsməz olur əti,  

Məclisinə qoyma görək! 

 

Şamayısa az-az olur,  



Yağda qızart, ye, nuşican!  

Damaq duru, kef saz olur,  

Yediyindən doymaz insan... 

 

Kişmişlə qoz, axta, zoğal,  



Soğan qızart onlara qat.  

Qoy yığışsın əhli-əyal,  

Badə götür, de "həzərat..." 

 

Bir də xəşəm... Yağlı xəşəm,  



Salyandadır bu nemətim.  

Balıqçılıq deyil peşəm,  

Uzanmasın bu söhbətim. 

 

Doldu bayaq gedən gəmi,  



O tərpəndi yavaş-yavaş.  

Sükan tutan iki qardaş  

Seyr edərok o aləmi. 

 

Artıq evə yol aldılar,  



Dəniz sakit, yelkən azad...  

Hər könüldə bir saf murad...  

Əsmə ruzgar! Əsmə ruzgar! 

  

 




______________Milli Kitabxana_______________ 

232 


 

Fəqət kordur, kardır külək,  

Nə qəlbi var, nə duyğusu.  

İstədimi o əsəcək...  

Nə eşqi var, nə arzusu. 

 

Yaman qopdu o gün tufan,  



Yaman əsdi külək birdən.  

Dəniz coşdu fırtınadan,  

Daş qopardı sahillərdən... 

 

Endi suya duman, çiskin,  



Gözlərə də bir qaranlıq.  

Dənizdəki qəzəblə kin  

Soyumadı bircə anlıq... 

 

Köpüklənən ağ dalğalar  



Sahilləri aşıb daşdı.  

Fəlakət var! Fəlakət var!  

Öz yolunu gərmi şaşdı...  

 

Şaşdı sükan, şaşdı yelkən,  



Heç tufana düşdünmü sən?.. 

Dəhşət! Suyun şiddətindən,  

Dalğaların hiddətindən,  

 

Təknə dəlik-deşik oldu,  



Su gəmiyə axıb doldu. 

İki qardaş qaldı darda,  

Nə sahil var, nə qaraltı  

 

Görünməyir dalğalarda  



Nə göy üzü, nə yer altı!.. 

Yaralanmış qanad kimi,  

Yazıq yelkən endi suya,  

 

Qardaşlarsa həyat kimi



 Ölümünü duya-duya - 

 

 




Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə