Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Dillər Universiteti
Sərbəst iş
Fakültə:Filologiya
İxtisas:Filologiya(Azərbaycan dili və ədəbiyyatı)
Qrup:B-21 138A
Tələbə:Hüseynzadə Aysun
Fənn:Şifahi xalq ədəbiyyatı
Müəllim:Mehriban Mövlamova
Mövzu: “Kitabi-dədə Qorqud” və “Koroğlu” eposları.Paralellər və müqayisələr
Bakı 2022
Mündəricat
Giriş………………………………………………………………………….2
1.Dədə Qorqud dastanı……………………………………….4-8
2.Koroğlu eposu………………………………………………………..9-12
Nəticə………………………………………………………………….13-14
İstifadə edilmiş ədəbiyyat siyahısı………………………………….14
Giriş
«Kitabi-Dədə Qorqud» bir müqəddimə və 12 boydan ibarət dastandır.
Bir sıra alimlərin fikrinə görə bu dastanlar əsasən X—XI əsrlərdə Azərbaycanda cərəyan edən hadisələrlə səsləşməkdədir. Eyni zamanda həm də «Oğuznamə» adlanan bu dastanların bir sıra başqa xalqlarda da dastan, nağıl, əfsanə şəklində yaşayan qolları ilə müqayisəsindən aydın görünür ki, bunlar məhz Azərbaycanda Azərbaycan ozanları — aşıqları tərəfindən yaradılmışdır.
Azərbaycan qəhrəmanlıq dastanlarında xalqın həyatı ilə bağlı tarixi hadisələrdən, insanların haqq-ədalət və azadlıq uğrunda apardığı mübarizədən bəhs edilir. Bu dastanların qəhrəmanları xalq içərisindən çıxmış mərd və igid insanlar olur. Ən məşhur qəhrəmanlıq dastanlarından biri də “Koroğlu” dastanıdır.
Ehtimala görə Koroğlu real tarixi şəxsiyyət olub. Haqq və ədalət yolunda qılınc çalmaqla bərabər, bədahətən şeir demək, saz çalıb oxumağı da varmış. Bu xalq qəhrəmanının təqribən XVI əsrin ikinci yarısında yaşadığı güman edilir.
Bu iki dastan Azərbaycanın ən məhşur dastanlarıdır.Aralarında fərqlər və oxşarlıqlarda mövcuddur.
Dostları ilə paylaş: |