Yaddaşlarda yaşayacaq
5
yaratmaq” adlı toplusunda da, əvvəlki kitablarında olduğu kimi,
istər dini, istərsə də ədəbi yazılar öz sanbalı, fikir zənginliyi ba-
xımından diqqət çəkir. S.Xəyal müəllifin söz açdığı bir sıra şəx-
siyyətlərin şəkillərinin oxuculara təqdim olunmasını kitabın ma-
raqlı cəhətlərindən biri olduğunu bildirir və kitabın istər tarixilik
baxımından, istər dini, istər elmi-ədəbi cəhətdən oxucular üçün
böyük əhəmiyyət kəsb etdiyini yazır.
Kitaba daxil edilmiş məqalələrdən biri də “Novxanı” əsəri
haqqındadır. Əsərin təsisçisi və redaktoru V.Ağayevdir. S.Xəyal
məqaləsində bu kitabı da əvvəldən-axıra təhlil etmişdir. Sona
xanım kitabın “Şəxsiyyətlər” adlanan birinci fəslində 110 nəfər
novxanılı haqqında ayrı-ayrı yazıların verildiyini, maraqlı insan-
lar haqqında dəyərli məlumatların yer aldığını, səkkiz idmançı
gəncdən bəhs olunduğunu, Novxanının memarlıq quruluşundan,
məscidlərindən, hamam və ovdanlarından söz açıldığını qeyd
edir. Sözügedən kitab yalnız bir kəndi əks etdirmir. Burada
Azərbaycanın tarixinə qısa bir baxış var. Burada Azərbaycan
xalqının milli adət-ənənələrinin əksi var. Burada mənəvi dəyər-
lərimizə hörmət və rəğbətin ifadəsi var” cümlələri ilə məqaləyə
yekun vurulmuşdur.
Yazıçı Hüseynbala Mirələmovun yaradıcılığına həsr olun-
muş və Elçin Kamal ilə Fariz Çobanoğlu tərəfindən qələmə alın-
mış kitab haqqında da öz fikir və mülahizələrini qələmə almışdır
Sona Xəyal. Onun təhlil etdiyi əsərə 31 məqalə daxil edilmişdir.
Yazısının sonunda müəllifin belə bir fikrinə rast gəlirik: “Hər iki
müəllif bu kitabın ərsəyə gəlməsi üçün xeyli zəhmət çəkmişlər.
Kitaba daxil edilən yazılarda Hüseynbala Mirələmovun yaradı-
cılığı haqqında digər müəlliflərin yazılarından da istifadə edil-
mişdir”. Amma müəllif hər iki müəllifin yazılarında çoxlu tək-
rarlara rast gəlindiyini də ifadə etmişdir.
Bunlardan əlavə, oxucuların diqqətinə təqdim olunan bu ki-
tabda Lətif Süleymanlının “Vahid Əlioğlunun poetikası”, Leyla
Məcidqızının “Yusif Vəzir Çəmənzəminli və rus mədəniyyəti”,
Qurban Bayramovun “Poeziyanın sirri”, Şakir Albalıyevin
“Azərbaycan nağıllarında şah obrazı”, Fazil Qaraoğlunun “Türk
Sona Xəyal
6
millətinin tarixi, qurduğu dövlətlər və ata-babaları”, Nəsib Gö-
yüşovun “Milli sənətin nəzəri təhlilinə giriş”, Tərlan Novruzo-
vun “Orta əsrlər Qərb ədəbiyyatı”, Seyidmiri Aslanovun “Mirzə
Əliəkbər Sabir yalnız şair idimi?”, Roza Eyvazovanın “Dil tari-
ximizdən”, Əzizxan Tanrıverdiyevin “Kitabi-Dədə Qorqudda
şəxs adları” adlı kitabları haqqında dəyərli məqalələri yer almış-
dır. Topluda Sona Xəyalın “Nəsirəddin Tusi elm haqqında” və
“Dərviş Nidainin “Mənafeün-nas” əsəri və onun dili” adlı klas-
sik irsimizlə bağlı yazılarına da rast gəlirik.
Kitabında Bakı Dövlət Universitetinin dosenti, dəyərli alim,
mərhum Bəxtiyar Məmmədzadə haqqında “Yaddaşlarda yaşaya-
caq” sərlövhəli məqaləsi diqqət çəkir. Müəllif bu məqaləni Bəx-
tiyar müəllimin vəfatı münasibətilə qələmə almışdır. Burada də-
rin biliyi, intellektual düşüncəsi, əhatəli nitqi, bütün insani də-
yərləri özündə ehtiva edən şəxsiyyəti, eyni zamanda heç kəsə
bənzəməyən zahiri davranışı, rəftarı ilə seçilən Bəxtiyar müəl-
lim haqqında keçmiş zamanda danışmağın nə qədər ağır olduğu-
nu qeyd etmişdir. Məqalədə B.Məmmədzadənin həyat və yaradı-
cılığı, elmi fəaliyyəti, əsərləri haqqında məlumat verilmişdir.
Sona Xəyal ən sevimli müəllimindən ürək dolusu danışır və onu
“bəxtiyar tələbələrin bəxtinə düşən Bəxtiyar müəllim” kimi xa-
rakterizə edir və məqaləsini bu sətirlərlə tamamlayır: “Bəxtiyar
Məmmədzadənin kitabları haqqında, habelə müxtəlif məqalələri
haqqında çox danışmaq olar, hətta elə onun özü haqqında belə
bir kitab yazmaq olar. Çünki Bəxtiyar müəllim mənalı, təmiz bir
ömür yaşamış, araşdırılmalı, tədqiq olunmalı olduqca dəyərli
elmi irs qoyub getmişdir”.
Son olaraq, S.Xəyalın uzun illər apardığı elmi axtarışların
bəhrəsi olan bu nəşrin Azərbaycan elmi ictimaiyyəti, ədəbiyyat-
şünaslar və ədəbiyyatsevərlər üçün yeni bir töhfə olacağını ümid
edirik.
Vüsalə Musalı
filologiya üzrə fəlsəfə doktoru,
AMEA Füzuli adına Əlyazmalar İnstitutunun
böyük elmi işçisi, BDU-nun müəllimi
Yaddaşlarda yaşayacaq
7
“RƏSUL RZA POEZİYASI ƏDƏBİ TƏNQİDDƏ”
Gərək ki, kitabları yandırılan Volter demişdi: ”Mənim
kitablarım şabalıd kimidir, nə qədər qovrulurlarsa, bir o
qədər dadlı olurlar.” Hər dəfə xalq şairi Rəsul Rza haqqın-
da yeni kitab nəşr olunanda yadıma bu sözlər düşür. Çünki,
bədxahları Rəsul Rzanı nə qədər çox tənqid edirlərsə, onun
yaradıcılığına bir o qədər çox müraciət olunur, əsərləri bir o
qədər çox tədqiq olunur və haqqında məqalələr, monoqrafi-
yalar çap olunur. Bu baxımdan “Elm və təhsil” nəşriyya-
tında yenicə çapdan çıxan Nizami adına Ədəbiyyat İnstitu-
tunun əməkdaşı Simuzər İsmayılovanın “Rəsul Rza poezi-
yası ədəbi tənqiddə” adlı monoqrafiyası diqqəti cəlb edir.
Kitabın elmi redaktoru və ön sözün müəllifi mərhum pro-
fessorumuz filologiya elmləri doktoru Şamil Salmanov,
rəyçiləri filologiya elmləri doktoru, professor Zaman Əs-
gərli, filologiya üzrə fəlsəfə doktoru Qürbət Mirzəzadədir.
Hiss olunur ki, monoqrafiya namizədlik dissertasiyası-
dır. Ön sözün müəllifi Şamil Salmanov monoqrafiyanı əha-
təli şəkildə təqdim etmiş, həm Rəsul Rza yaradıcılığına,
həm də müəllifin işinə qiymət vermişdir. Rəsul Rza poezi-
yasının hələ 30-cu illərdən ədəbi tənqidin diqqətini cəlb et-
diyini, M.Hüseyn, Ə.Nazim, M.Quliyev, M.Arif kimi tən-
qidçilərin məqalələrində şairin yaradıcılığından söz açıldı-
ğını qeyd edən müəllif yazır: “Monoqrafiyada R.Rza poezi-
yası haqqında tənqidin mərhələləri, əsas istiqamətləri mü-
əyyən edilmiş, tənqidin bu poeziyanın problemlərinə və ax-
tarışlarına münasibəti təhlil olunmuşdur. Bu elmi vəzifəni
həll etmək üçün isə tədqiqatçı çoxlu materialı nəzərdən ke-
çirməli, onu sistemləşdirməli və ümumiləşdirməli idi. De-
mək lazımdır ki, S.İsmayılova bu elmi vəzifənin öhdəsin-
dən gələ bilmişdir.
Dostları ilə paylaş: |