268
Musiqi.Opera.Balet
Ə d ə b i y y a t
Bakıxanovlar ədəbi-mədəni, elmi fikir tarixində /Elmi red. G.Abdullazadə; tərt.: G.İbrahimqızı, H.Əliyeva.- Bakı: Mütərcim, 2010.-
299 s.
Əhməd Bakıxanov xatirələrdə /Tərt. ed. İ.Mirzəbəyli; elmi red. Hacı F.Mirzə; red. H.Əliyeva; məsləhətçi T.Bakıxanov.- Bakı: Mütərcim,
2012.- 177 s.
Ustad ömründən anlar: Əhməd Bakıxanov haqqında xatirələr /Azərb. Resp. Mədəniyyət və Turizm Nazirliyi; tərt. ed. İ.Mirzəbəyli;
məsləhətçi T.Bakıxanov; elmi red. Hacı Fərhad Mirzə; red. H.Əliyeva.- Bakı: Aspoliqraf, 2013.- 190 s.
Görkəmli tarzən Əhməd Bakıxanovun Azərbaycan Xalq musiqisinin inkişafında və qorunub saxlanmasında rolu //Mədəniyyət.- 2015.-
№8.-S.88-89.
Əhməd Bakıxanov
1892-1973
SENTY
ABR
Əhmədxan Məmmədrza oğlu Bakı-
xanov 1892-ci il sentyabr ayının 5-də
Bakı şəhərində anadan olmuşdur. İlk
təhsilini İranın Rəşt şəhərində molla-
xanada almışdır. 1908-ci ildə məşhur
İran musiqişünası Əbülhəsən xandan
(İqbal-soltan) musiqi təhsili almış, qısa
müddətdə tarda ifa etməyə başlamışdır.
1912-ci ildə ailəlikcə Bakıya köçmüşlər.
Əhməd “Səadət” məktəbində təhsilini
davam etdirmiş, eyni zamanda o döv-
rün Məşədi Məmməd Hüseynov,
Ələsgər Abdullayev, Cabbar Qaryağ-
dıoğlu, İslam Abdullayev kimi ustad-
larının yanına getmiş, musiqi təcrübəsi
əldə etmişdir. 1922-1925-ci illərdə
evlərdə musiqi dərsləri demiş, 1926-ci
ildən tarzən kimi 1 nömrəli məktəbdə
pedaqoji fəaliyyətə başlamış, 1927-ci
ildən Radio Verilişləri Komitəsində
solist kimi çalışmışdır. 1930-cu ildən
Üzeyir Hacıbəylinin dəvəti ilə ADK-da
muğamdan dərs demişdir. 1941-ci ildə
Azərbaycan radiosunun nəzdində Xalq
Çalğı Alətləri Ansamblının təşkilatçısı
və ömrünün sonuna kimi rəhbəri ol-
muşdur. Vəfat etdikdən sonra, 1973-cü
ildən ansambl Əhməd Bakıxanovun
adını daşıyır.
Əhməd Bakıxanovun Azərbaycan
xalq musiqisinin, xüsusilə muğamla-
rın təbliğində böyük rolu olmuşdur.
“Azərbaycan xalq rəngləri” (1964),
“Azərbaycan ritmik muğamları”
(1968), “Muğam, mahnı, rəng” (1975)
kimi not nəşrlərinin müəllifidir. Onun
ifasında bəstəkar Nəriman Məmmədov
tərəfindən bir çox instrumental mu-
ğamlar: “Rast”, “Şur”, “Bayatı-Şiraz”,
“Segah-Zabul”, “Rahab”, “Şüştər”,
“Humayun”, “Şahnaz” nota salınaraq
çap olunmuşdur.
Onun xidmətləri dövlət tərəfindən
yüksək qiymətləndirilmiş, 1943-cü
ildə “Əməkdar müəllim”, 1964-cü ildə
“Əməkdar incəsənət xadimi”, 1973-cü
ildə “Xalq artisti” fəxri adlarına layiq
görülmüş, 1946-cı ildə “Şərəf nişanı”
ordeni ilə təltif edilmişdir.
Əhməd Bakıxanov 1973-cü il mart
ayının 26-da Bakı şəhərində vəfat et-
mişdir.
Sənətkarın mənzilində Azərbaycan
Dövlət Musiqi Mədəniyyəti Muzeyinin
filialı yaradılmışdır. Burada tarzənin
xalq çalğı alətlərindən ibarət zəngin
kolleksiyası sərgisi nümayiş olunur.
1994-cü ildən Əhməd Bakıxanovun
100 illiyinə həsr olunmuş tələbə və
gənclərin tar alətində muğam ifaçılığı
üzrə respublika müsabiqəsi keçirilmiş-
dir.
5
125
illiyi
Tarzən
269
Musiqi.Opera.Balet
100
illiyi
Firuzə Əlixanova
1917-1994
SENTY
ABR
Firuzə Məmmədqulu qızı Əlixanova
1917-ci il sentyabr ayının 9-da Naxçı-
van MR-nın Ordubad şəhərində anadan
olmuşdur. Şəhər səkkizillik məktəbində
təhsil almış, Naxçıvan Kənd Təsərrüfatı
Texnikumunda təhsilini davam etdir-
mişdir. Şəhərin bayram tədbirlərində
şən mahnılar oxuyan Firuzənin ifaçılıq
istedadı Səməd Mövləvinin diqqətini
cəlb etmiş və onun səyi ilə tələbə qız
1932-ci ildə Naxçıvan teatrına aktrisa
kimi dəvət olunmuşdur. 1932-ci ildən
C.Məmmədquluzadə adına Naxçı-
van Dövlət Musiqili Dram Teatrında
fəaliyyət göstərmiş, həm dram tamaşa-
larında, həm də opera və musiqili ko-
mediyalarda oynamışdır.
İlk dəfə səhnəyə 1932-ci ildə Üze-
yir Hacıbəylinin “Arşın mal alan”
musiqili komediyasında Asya rolunda
çıxış etmişdir. Bu kollektivdə şərəfli
və şöhrətli yaradıcılıq yolu keçmişdir.
Dram tamaşaları ilə yanaşı, musiqili
əsərlərdə də yaddaqalan səhnə obraz-
ları yaratmışdır. Üzeyir Hacıbəylinin
“Leyli və Məcnun” operasında Leyli,
“Arşın mal alan” musiqili komediya-
sında Gülçöhrə və Cahan xala, Cəfər
Cabbarlının “Almaz” pyesində Almaz,
Səməd Vurğunun “Fərhad və Şirin”
pyesində Şirin, Süleyman Rüstəmin
“Qaçaq Nəbi” pyesində Həcər, Ost-
rovskinin “Günahsız müqəssirlər”
pyesində Kruçinina, Z.Hacıbəylinin
“Aşıq Qərib” operasında Şahsənəm,
M.Şamxalovun “Qaynana” komediya-
sında Cənnət, K.Qoldoninin “İki ada-
mın bir nökəri” tamaşasında Beatriça,
M.F.Axundovun “Hacı Qara” kome-
diyasında Tükəz, Ə.Haqverdiyevin
“Pəri Cadu” pyesində Hafizə xanım,
Cəlil Məmmədquluzadənin “Anamın
kitabı”nda Zəhrabəyim və s. rollarda
oynamış gözəl, yaddaqalan səhnə ob-
razları yaratmışdır.
Aktrisa incəsənət sahəsindəki
xidmətlərinə görə 17 oktyabr 1964-
cü ildə Azərbaycan Respublikasının
“Əməkdar artist” və 15 noyabr 1974-
cü ildə “Xalq artisti” fəxri adlarına la-
yiq görülmüşdür. “Şərəf nişanı” ordeni
ilə təltif edilmişdir.
Firuzə Əlixanova 1994-cü il noyabr
ayının 23-də Naxçıvanda vəfat etmiş-
dir.
Ə d ə b i y y a t
Firuzə Əlixanova /Naxçıvan MSSR Mədəniyyət Nazirliyi.-Bakı: İşıq, 1981.- 6 s.
Fərəcov, S. Həyatdan və səhnədən doymayıb gedirəm /S.Fərəcov //Mədəniyyət.- 2014.- 12 sentyabr.- S.15.
Vəzirov, C. Firuzə xanım tənhalığı /Cəlil Vəzirov //Qobustan.- 2000.- №4.-S.43-45.
Vəzirov, C. Səhnəmizin Leylisi, Əslisi, Gülçöhrəsi /Cəlil Vəzirov //Mədəni-maarif.- 2004.-№5.- S.40-42.
9
Aktrisa