Teqvim-2017. pdf


Musiqi.Opera.Balet Ə d ə b i y y a t



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə129/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   125   126   127   128   129   130   131   132   ...   200

268

Musiqi.Opera.Balet

Ə d ə b i y y a t

Bakıxanovlar ədəbi-mədəni, elmi fikir tarixində /Elmi red. G.Abdullazadə; tərt.: G.İbrahimqızı, H.Əliyeva.- Bakı: Mütərcim, 2010.-     

299 s.

Əhməd Bakıxanov xatirələrdə /Tərt. ed. İ.Mirzəbəyli; elmi red. Hacı F.Mirzə; red. H.Əliyeva; məsləhətçi T.Bakıxanov.- Bakı: Mütərcim, 

2012.- 177 s.

Ustad ömründən anlar: Əhməd Bakıxanov haqqında xatirələr /Azərb. Resp. Mədəniyyət və Turizm Nazirliyi; tərt. ed. İ.Mirzəbəyli; 

məsləhətçi T.Bakıxanov; elmi red. Hacı Fərhad Mirzə; red. H.Əliyeva.- Bakı: Aspoliqraf, 2013.- 190 s.

Görkəmli tarzən Əhməd Bakıxanovun Azərbaycan Xalq musiqisinin inkişafında və qorunub saxlanmasında rolu //Mədəniyyət.- 2015.-

№8.-S.88-89.

Əhməd Bakıxanov

1892-1973

SENTY

ABR

Əhmədxan Məmmədrza oğlu Bakı-

xanov 1892-ci il sentyabr ayının 5-də 

Bakı  şəhərində anadan olmuşdur.  İlk 

təhsilini  İranın Rəşt  şəhərində molla-

xanada almışdır. 1908-ci ildə  məşhur 

İran musiqişünası  Əbülhəsən xandan 

(İqbal-soltan) musiqi təhsili almış, qısa 

müddətdə tarda ifa etməyə başlamışdır. 

1912-ci ildə ailəlikcə Bakıya köçmüşlər. 

Əhməd  “Səadət” məktəbində təhsilini 

davam etdirmiş, eyni zamanda o döv-

rün Məşədi Məmməd Hüseynov, 

Ələsgər Abdullayev, Cabbar Qaryağ-

dıoğlu,  İslam Abdullayev kimi ustad-

larının yanına getmiş, musiqi təcrübəsi 

əldə etmişdir. 1922-1925-ci illərdə 

evlərdə musiqi dərsləri demiş, 1926-ci 

ildən tarzən kimi 1 nömrəli məktəbdə 

pedaqoji fəaliyyətə başlamış, 1927-ci 

ildən Radio Verilişləri Komitəsində 

solist kimi çalışmışdır.  1930-cu ildən 

Üzeyir Hacıbəylinin dəvəti ilə ADK-da 

muğamdan dərs demişdir. 1941-ci ildə 

Azərbaycan radiosunun nəzdində Xalq 

Çalğı Alətləri Ansamblının təşkilatçısı 

və ömrünün sonuna kimi rəhbəri ol-

muşdur. Vəfat etdikdən sonra, 1973-cü 

ildən ansambl Əhməd Bakıxanovun 

adını daşıyır.

Əhməd Bakıxanovun Azərbaycan 

xalq musiqisinin, xüsusilə muğamla-

rın təbliğində böyük rolu olmuşdur. 

“Azərbaycan xalq rəngləri” (1964), 

“Azərbaycan ritmik muğamları” 

(1968), “Muğam, mahnı, rəng” (1975) 

kimi not nəşrlərinin müəllifidir. Onun  

ifasında bəstəkar Nəriman Məmmədov 

tərəfindən bir çox instrumental mu-

ğamlar: “Rast”, “Şur”, “Bayatı-Şiraz”, 

“Segah-Zabul”, “Rahab”, “Şüştər”, 

“Humayun”, “Şahnaz” nota salınaraq 

çap olunmuşdur.

Onun xidmətləri dövlət tərəfindən 

yüksək qiymətləndirilmiş, 1943-cü 

ildə “Əməkdar müəllim”, 1964-cü ildə 

“Əməkdar incəsənət xadimi”, 1973-cü 

ildə “Xalq artisti” fəxri adlarına layiq 

görülmüş, 1946-cı ildə  “Şərəf nişanı” 

ordeni ilə təltif edilmişdir.

Əhməd Bakıxanov 1973-cü il mart 

ayının 26-da Bakı  şəhərində  vəfat et-

mişdir.

Sənətkarın mənzilində Azərbaycan 



Dövlət Musiqi Mədəniyyəti Muzeyinin 

filialı yaradılmışdır. Burada tarzənin 

xalq çalğı alətlərindən ibarət zəngin 

kolleksiyası  sərgisi nümayiş olunur. 

1994-cü ildən  Əhməd Bakıxanovun 

100 illiyinə  həsr olunmuş  tələbə  və 

gənclərin tar alətində muğam ifaçılığı 

üzrə respublika müsabiqəsi keçirilmiş-

dir. 

5

125 

illiyi

Tarzən



269

Musiqi.Opera.Balet

100 

illiyi

Firuzə Əlixanova  

1917-1994

SENTY

ABR

Firuzə Məmmədqulu qızı Əlixanova 

1917-ci il sentyabr ayının 9-da Naxçı-

van MR-nın Ordubad şəhərində anadan 

olmuşdur. Şəhər səkkizillik məktəbində 

təhsil almış, Naxçıvan Kənd Təsərrüfatı 

Texnikumunda təhsilini davam etdir-

mişdir.  Şəhərin bayram tədbirlərində 

şən mahnılar oxuyan Firuzənin ifaçılıq 

istedadı  Səməd Mövləvinin diqqətini 

cəlb etmiş  və onun səyi ilə  tələbə  qız 

1932-ci ildə Naxçıvan teatrına aktrisa 

kimi dəvət olunmuşdur. 1932-ci ildən 

C.Məmmədquluzadə adına Naxçı-

van Dövlət Musiqili Dram Teatrında 

fəaliyyət göstərmiş, həm dram tamaşa-

larında, həm də opera və musiqili ko-

mediyalarda oynamışdır.

İlk dəfə  səhnəyə 1932-ci ildə Üze-

yir Hacıbəylinin “Arşın mal alan” 

musiqili komediyasında Asya rolunda 

çıxış etmişdir. Bu kollektivdə  şərəfli 

və şöhrətli yaradıcılıq yolu keçmişdir. 

Dram tamaşaları ilə yanaşı, musiqili 

əsərlərdə  də yaddaqalan səhnə obraz-

ları yaratmışdır. Üzeyir Hacıbəylinin 

“Leyli və  Məcnun” operasında Leyli, 

“Arşın mal alan” musiqili komediya-

sında Gülçöhrə  və Cahan xala, Cəfər 

Cabbarlının “Almaz” pyesində Almaz

Səməd Vurğunun “Fərhad və  Şirin” 

pyesində  Şirin, Süleyman Rüstəmin 

“Qaçaq Nəbi” pyesində  Həcər, Ost-

rovskinin “Günahsız müqəssirlər” 

pyesində Kruçinina, Z.Hacıbəylinin 

“Aşıq Qərib” operasında  Şahsənəm, 

M.Şamxalovun “Qaynana” komediya-

sında Cənnət, K.Qoldoninin “İki ada-

mın bir nökəri” tamaşasında Beatriça, 

M.F.Axundovun “Hacı Qara” kome-

diyasında Tükəz,  Ə.Haqverdiyevin 

“Pəri Cadu” pyesində  Hafizə xanım, 

Cəlil Məmmədquluzadənin “Anamın 

kitabı”nda Zəhrabəyim və s. rollarda 

oynamış  gözəl, yaddaqalan səhnə ob-

razları yaratmışdır. 

Aktrisa incəsənət sahəsindəki 

xidmətlərinə görə 17 oktyabr 1964-

cü ildə Azərbaycan Respublikasının 

“Əməkdar artist” və 15 noyabr 1974-

cü ildə “Xalq artisti” fəxri adlarına la-

yiq görülmüşdür. “Şərəf nişanı” ordeni 

ilə təltif edilmişdir.

Firuzə Əlixanova 1994-cü il noyabr 

ayının 23-də Naxçıvanda vəfat etmiş-

dir.


Ə d ə b i y y a t

Firuzə Əlixanova /Naxçıvan MSSR Mədəniyyət Nazirliyi.-Bakı: İşıq, 1981.- 6 s.

Fərəcov, S. Həyatdan və səhnədən doymayıb gedirəm /S.Fərəcov //Mədəniyyət.- 2014.- 12 sentyabr.- S.15.

Vəzirov, C. Firuzə xanım tənhalığı /Cəlil Vəzirov //Qobustan.- 2000.- №4.-S.43-45.

Vəzirov, C. Səhnəmizin Leylisi, Əslisi, Gülçöhrəsi /Cəlil Vəzirov //Mədəni-maarif.- 2004.-№5.- S.40-42.

9

Aktrisa


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə