Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə130/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   126   127   128   129   130   131   132   133   ...   200

270

Məhərrəm   Mirəziz oğlu Seyi-

dov 1952-ci il sentyabr ayının 7-də 

Şərur rayonunun Alışar kəndində ana-

dan olmuşdur. 1969-cu ildə doğma 

kəndlərində orta təhsilini başa vurmuş 

və Xerson şəhərinə hərbi xidmətə yol-

lanmışdır.  Əmək fəaliyyətinə daxili 

işlər orqanlarında başlamışdır. Bakı 

Xüsusi Orta Milis Məktəbini bitirmiş, 

Şərur rayon Daxili İşlər Şöbəsində ins-

pektor vəzifəsində çalışmışdır. Milis 

kapitanı idi. 1990-cı ildə ermənilərin 

Kərki kəndinə hücumunun qarşısını 

alanlardan biri də Məhərrəm olmuşdur.

Minlərlə erməni qulduru Kərkini dar-

madağın edərək evləri yandırmış, soy-

daşlarımızı öz doğma yurd-yuvalarını 

tərk etməyə  məcbur etmişdilər. Onlar 

daha da azğınlaşaraq, Sədərək rayo-

nuna tərəf irəliləyirdilər, vəziyyət son 

dərəcə  gərgin idi. 1990-cı il yanva-

rın 19-da Sədərəyin müdafiəsi təmin 

olunsa da xeyli ölən və yaralanan var 

idi. Kapitan Azər Seyidov mühasirəyə 

düşmüşdü. Onu azad etmək üçün 

Məhərrəm yenidən döyüşə atılır. O, öz 

döyüş yoldaşını mühasirədən çıxarır, 

lakin özü qəhrəmancasına həlak olur.

Şərur rayonunun Şəhidlər Xiya-

banında dəfn edilmişdir. Ölümündən 

sonra “Qırmızı Ulduz” ordeni ilə təltif 

edilmişdir.

Azərbaycan Respublikası Preziden-

tinin 6 iyun 1992-ci il tarixli 831 saylı 

Fərmanı ilə kapitan Seyidov Məhərrəm 

Mirəziz oğluna ölümündən sonra 

“Azərbaycanın Milli Qəhrəmanı” fəxri 

adına layiq görülmüşdür.

Şərur şəhərində adına küçə var, tunc-

dan büstü qoyulmuşdur. Şərur şəhər 2 

saylı orta məktəb onun adını daşıyır.



Milli Qəhrəmanlar

Məhərrəm Seyidov 

1952-1990

Milli Qəhrəman

65 

illiyi

7

SENTY

ABR

Ə d ə b i y y a t

Azərbaycan Respublikası Daxili İşlər orqanlarının bir qrup əməkdaşına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [Se-

yidov Məhərrəm Mirəziz oğlu-Naxçıvan MR , Şərur RDİŞ nəzdində mühafizə şöbəsinin baş inspektoru, milis kapitanı- Azərbaycan Res-

publikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik 

və şücaətə görə] : Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 6 iyun 1992-ci il //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.- 

1992.- №13.- S.24.- (Ölümündən sonra).

Cəmilzadə, H. Məhərrəm Mirəziz oğlu Seyidov //Cəmilzadə H. Azərbaycan polisinin milli qəhrəmanları: Fotokitab /red. S.Nəzərli.- Bakı, 

1994.- S.17.

Əsgərov V. Məhərrəm Mirəziz oğlu Seyidov //Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları /red. İ.Əhmədov; baş məsləhətçi M.Rəhimov; 

məsləhətçi: T.Rzayev, E.Səmədov.- Sumqayıt, 2010.- S.257.

Məmmədov, E. “Qayıdacağam”- dedi... qayıtmadı /E.Məmmədov //Azərbaycan.- 2016.- 20 yanvar.- S.9

Seyidzadə, M. Məhərrəm Mirəziz oğlu Seyidov //Seyidzadə M. Milli Qəhrəmanlar zirvəsi /red. N.Vəliyev; baş məsləhətçi Q.Paşayeva.-

Bakı, 2010.- S.205.

Yusifoğlu, İ. Məhərrəm Mirəziz oğlu Seyidov //Yusifoğlu İ. Ölümü tanrıdan gələnlər: məqalələr.- Bakı, 1999.- S.35.

1


271

2

Sergey Aleksandroviç Senyuşkin

1957-1992

Milli Qəhrəman

60 

illiyi

Milli Qəhrəmanlar

SENTY

ABR

15

Sergey Aleksandroviç Senyuşkin 

1957-ci il sentyabr ayının 15-də Sa-

mara vilayətinin Sızran  şəhərində do-

ğulmuşdur. 1974-cü ildə  Sızran  şəhər 

21 saylı orta məktəbi bitirdikdən son-

ra Sızran Politexnik İnstitutuna daxil 

olmuşdur. 1975-ci ildə  təhsilini Ali 

Hərbi Təyyarəçilik məktəbində da-

vam etdirmişdir. 1979-cu ildə məktəbi 

bitirərək Belorusiya Hərbi Dairəsinə 

göndərilmişdir. 1989-cu ildə Za-

qafqaziya Hərbi Dairəsindəki hərbi 

hissələrdən birinə komandir müavini 

təyin edilmişdir. Sergey Aleksandroviç 

birinci dərəcəli təyyarəçi, paraşüt id-

manı üzrə ustalığa namizəd idi. Sergey 

Mİ-8, Mİ-24 vertalyotunun uçuş proq-

ramını  dərindən öyrənmişdi. 1992-ci 

ildən xidmətini Azərbaycanda davam 

etdirən Sergey Senyuşkin 843 saylı 

hərbi hissənin Təlim-məşq Mərkəzinin 

təyyarəçi-təlimatçısı  vəzifəsinə  təyin 

edilmişdir. Qarabağda aparılan döyüş 

əməliyyatlarında fəal iştirak etmişdir. 

Əhalinin təhlükəsiz yerlərə daşınma-

sında müstəsna xidmətləri olmuş-

dur. Sergey hərbi vertalyotla Xoca-

lıya uçmuş, qoca qadın və  uşaqların 

təhlükəli zonadan çıxarılmasında bö-

yük fədakarlıq göstərmişdir. Yaralansa 

da, öz borcunu layiqincə yerinə yetirən 

S.Senyuşkin 1992-ci il fevralın 29-da 

qəhrəmancasına həlak olmuşdur. Sa-

mara vilayətinin Sızran şəhərində dəfn 

edilmişdir.

Azərbaycan Respublikası Prezi-

dentinin 14 sentyabr 1992-ci il tarixli 

204 saylı Fərmanı ilə mayor Senyuşkin 

Sergey Aleksandroviç ölümündən son-

ra “Azərbaycanın Milli Qəhrəmanı” 

fəxri adına layiq görülmüşdür. 

Bakının Xətai rayonundakı 

küçələrdən biri qəhrəmanın adını da-

şıyır.

Ə d ə b i y y a t

Azərbaycan Respublikası Hərbi-Hava qüvvələrinin hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı adı verilməsi haqqında: [Sen-

yuşkin Sergey Aleksandroviç-mayor-xidməti borcunu yerinə yetirərkən şəxsi igidlik və şücaət göstərdiyinə görə]: Azərbaycan Respubli-

kası Prezidentinin Fərmanı, 14 sentyabr 1992-ci il //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.-1992.-№17.-S.33.-(Ölümündən 

sonra).

Əsgərov V. Senyuşkin Sergey Aleksandroviç //Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları; red. İ.Əhmədov; baş məsləhətçi M.Rəhimov; 

məsləhətçi: T.Rzayev, E.Səmədov.- Sumqayıt, 2010.- S.255.

Senyuşkin Sergey Aleksandroviç //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya /Azərbaycan Milli Kitabxanası; tərt. H.Həmidova.- 

Bakı, 2008.- S.183.

Seyidzadə M. Senyuşkin Sergey Aleksandroviç //Seyidzadə M. Milli Qəhrəmanlar zirvəsi /red. N.Vəliyev; baş məsləhətçi Q.Paşayeva.-

Bakı, 2010.- S.203.



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə