Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə127/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   123   124   125   126   127   128   129   130   ...   200

264

SENTY

ABR

5

0

Milli ədəbiyyat 

75 

illiyi

Ramiq Muxtar          

1942 

SENTY

ABR

Ramiq Muxtar oğlu Nağıyev 

(Ramiq Muxtar) 1942-ci il sentyabr 

ayının 5-də Azərbaycanın Naxçıvan 

şəhərində, ziyalı ailəsində anadan 

olmuşdur. Ü.Hacıbəyov adına 1 

saylı Naxçıvan şəhər orta məktəbini 

bitirmiş, 1961-1967-ci illərdə 

M.A.Əliyev adına Azərbaycan 

Dövlət 


İncəsənət 

İnstitutunun 

mədəni-maarif fakültəsində təhsilini 

davam etdirmişdir. 1968-1971-ci 

illərdə  “Şərq qapısı” qəzeti redak-

siyasında  ədəbi işçi, 1971-1978-ci 

illərdə  Şahbuz rayonundakı  uşaq 

musiqi məktəbinin direktoru, 1978-

1982-ci illərdə Naxçıvan Nazirlər 

Soveti Yanında Bədən Tərbiyəsi 

və İdman Komitəsinin sədri, 1988-

ci ildən Bakıda Nəsimi rayonun-

dakı  Şahmat məktəbinin müdiri 

vəzifələrində çalışmışdır.  

Ramiq Muxtar şair olmaqla ya-

naşı  həm də dama üzrə SSRİ id-

man ustasıdır. 1984-1986-cı illərdə 

Ramiq Muxtar Naxçıvan  şəhər 

Dövlət Filarmoniyasının direkto-

ru vəzifəsində  işləmişdir. Hazırda 

Azərbaycan Ekologiya və  Təbii 

Sərvətlər Nazirliyinin İxtisaslaşdır-

ma və  İxtisasartırma  İnstitutunun 

direktoru vəzifəsində çalışır. 

Ramiq Muxtar yaradıcılığa 

hələ 11 yaşında olarkən başlamış,  

şeirləri dövri mətbuatda tez-tez 

çap olunmuşdur. “Üfüqlər qızaran-

da”, “Əgər sevirsənsə”, “Şəhərli 

kürəkən”, “Müdirin aqibəti”, 

“Əlvida köhnə dünya”, “Doğma 

səmanın ulduzları”, “Qıl körpü” 

pyesləri Cəlil Məmmədquluzadə 

adına Naxçıvan Dövlət Musiqi-

li Dram Teatrında, həmçinin Bakı, 

İrəvan, Ağdam, Qazax dövlət dram 

teatrlarında da uğurla tamaşaya qo-

yulmuşdur. Hekayələri “Ədəbiyyat 

və incəsənət”, “Sovet Naxçıvanı” 

qəzetlərində vaxtaşırı dərc edilmiş-

dir. 

Ramiq Muxtar həm də nəğməkar 



şairdir. Onun sözlərinə 120-dən çox 

mahnı bəstələnmişdir. 1984-cü ildən 

bəstəkar Nəriman Məmmədovla 

birlikdə solist-xor orkestri üçün 

“Çiçəklənən Naxçıvan” suitasının 

mətnini yazmışdır. 90-dan artıq 

mahnı mətninin müəllifidir. Ümum-

milli  lider Heydər Əliyevə həsr et-

diyi silsilə şeirlərinə “Millət atası”, 

“Arxamca su atsan”, “Ürəyimdə 

Azərbaycan yurdu yaşar”, “Sənsən 

xilaskarımız”, “Müstəqildir vətə-

nim” mahnıları bəstələnmişdir. 

1980-cı ildən Azərbaycan Yazıçı-

lar Birliyinin üzvüdür. 

2001-ci ildə  Rəsul Rza adına 

Beynəlxalq mükafatla təltif edil-

mişdir. Gürcü-Azərbaycan xalqla-

rının dostluğuna həsr edilmiş son 

pyesinə görə Gürcüstanın ali müka-

fatına - “Şərəf” ordeninə layiq gö-

rülmüşdür.

Prezident təqaüdçüsüdür.

Ə d ə b i y y a t

Seçilmiş əsərləri /R.Muxtar; 

red. P.Məmmədzadə.-Bakı: 

Azərbaycan, 2007.- 264 s.

Dünya azərbaycanlılarının 

birlik nəğməsi /R.Muxtar 

//Kafkaz News.- 2010.-24 

dekabr.- S.4. 

Əsgər qızın nəğməsi 

/R.Muxtar //Kafkaz News.- 

2010.- 24 dekabr.- S.4.

Yaşayan tarix: Naxçıvanın 

ilk tarixçi alimlərindən 

biri olan Əli Əliyev 

haqqında /R.Muxtar                                 

//Azərbaycan.- 1996.- 4 

dekabr.

Əhmədov, T. Ramiq Muxtar 

//Əhmədov T. Azərbaycan 

yazıçıları (XX-XXI 

yüzillikdə): Ensiklopedik 

məlumat kitabı.- Bakı, 

2011.- S.758. 

5

Şair



265

Milli ədəbiyyat

70

 illiyi

Mustafa Çəmənli  

1947

SENTY

ABR

Mustafa Şura oğlu Mustafayev (Mus-

tafa Çəmənli) 1947-ci il sentyabr ayı-

nın 10-da Ağdam rayonunun Çəmənli 

kəndində anadan olmuşdur. İlk təhsilini 

doğma kənd məktəbində, daha sonra 

Mingəçevir  şəhərində almışdır. 1970-

1972-ci illərdə Bakıda “Kommunist” 

nəşriyyatında çapçı köməkçisi, sonra 

“Paris Kommunası” adına Gəmitəmiri 

zavodunda qəlibçi kimi çalışmışdır. 

1972-1977-ci illərdə ADU-nun jurna-

listika fakültəsində təhsil almışdır. 1977-

1988-ci illərdə  təyinatla göndərildiyi 

“Yazıçı” nəşriyyatında redaktor, böyük 

redaktor, klassik ədəbiyyat və folklor 

redaksiyasının müdiri, 1988-1992-ci 

illərdə  nəşriyyatın nəsr redaksiyasının 

müdiri vəzifələrində  işləmişdir. 1992-

2006-cı illərdə “Gənclik” nəşriyyatında 

baş redaktor vəzifəsində çalışmışdır. 

1979-cu ildən Azərbaycan 

Jurnalistlər Birliyinin, 1988-ci ildən 

Yazıçılar Birliyinin üzvüdür. 

Bədii yaradıcılığa tələbəlik illərin-

dən başlamışdır. “Ləpirlər” adlı ilk 

hekayəsi 1973-cü ildə “Mingəçevir 

işıqları” qəzetində  dərc olunmuş-

dur. Yazıçının uzun araşdırmalarının 

nəticəsi olan tarixi romanları oxucular 

tərəfindən ən çox oxunan kitabların si-

yahısına düşmüşdür. “Xallı gürzə” ro-

manı 4 dəfə

 

böyük tirajla nəşr edilmiş,  



tarixi romanlar arasında öz layiqli yeri-

ni tutmuşdur.

M.Çəmənlinin xalqımıza etdiyi ən 

dəyərli xidmətlərdən biri də Azərbay-

canın  mədəniyyət və incəsənət sahəsin-

də xidmətləri olan görkəmli sənətkarlar 

haqqında  ərsəyə  gətirdiyi kitablardır. 

“Nəğməli xatirələr” (Əbülfət  Əliyev 

haqqında xatirə-povest), “Muğam dün-

yasının Xanı”, “Səsin ruhu” (Səxavət 

Məmmədov haqqında), “Oxu, gözəl” 

(Şövkət 


Ələkbərova haqqında), 

“Sənətkar ömrünün izləri” (Xanlar Haq-

verdiyev haqqında),  “Leyli və Məcnun” 

- 100 il səhnədə” (sənədli-bədii ensik-

lopediya), “Sənət hekayələri”  əsərləri 

belə gərgin əməyin nəticəsidir. 

Heydər 

Əliyev Fondunun 



“Azərbaycan Respublikasının Xalq 

artistləri” silsiləsindən nəşr etdiyi  -  

“Arif Babayev - 70”, “Habil Əliyev 

- 80”, “Əlibaba Məmmədov - 80”, 

“Əlibaba Məmmədov: Ürək deyir

yaşa hələ...”, “Canəli  Əkbərov - 70”, 

“Ağaxan Abdullayev - 60” albom-

kitablarının mətn müəllifidir. Bununla 

yanaşı onlarca kitabın kitabın  tərtibçisi 

və ön sözün müəllifidir.

Milli musiqi ifaçılığı  sənətinin 

təbliğinə görə 1993-cü ildə  Mətbuat 

Fondunun “Dan ulduzu” mükafatı-

na, ön cəbhədəki çıxışlarına və  hərbi 

vətənpərvərlik ruhlu məqalələrinə görə 

Yazıçılar Birliyinin diplomuna, “Xallı 

gürzə” tarixi romanına görə “Yaddaş” 

milli mükafatına layiq görülmüşdür. 

Milli Mədəniyyətin Təbliği Mərkəzinin 

“Uğur” - 2008, “Mübariz” povestinə 

görə “Kaspi” qəzetinin xüsusi mükafatı 

ilə, “Ölüm mələyi” tarixi romanına görə 

Azərbaycan Respublikası  Mədəniyyət 

və Turizm Nazirliyinin  “Qızıl kəlmə” 

ədəbi mükafatı ilə (2013) təltif edilmiş-

dir. 2010-cu ildə Prezident təqaüdçüsü 

olmuşdur.

Hazırda “Aspoliqraf” nəşriyyatında 

şöbə müdiri vəzifəsində çalışır.  

Ə d ə b i y y a t

Xallı gürzə: tarixi ro-

man /M.Çəmənli; red. 

G.Ələkbərqızı; ön söz 

V.Yusifli; [ill. müəl.: 

A.Hacıyev, Y.Əsədov].- 

Bakı: Kitab klubu, 2016.- 

391 s.

“Leyli və Məcnun” 100 il 

səhnədə /M.Çəmənli; elmi 

red. R.Zöhrabov; Azərb. 

Respub. Mədəniyyət və            

Turizm Nazirliyi.- Bakı: 

[s.n.], 2008.- 429, [3] s.

Ölüm mələyi: (tarixi 

roman) /M.Çəmənli; red. 

S.Nuruqızı.- Bakı: MHC-

poliqraf, 2012.- 295 s.

Ruhların üsyanı: povestlər; 

hekayələr; esselər; 

deyimlər; müsahibələr           

/M.Çəmənli; red. 

G.Ələkbərqızı.- Bakı:       

Adiloğlu, 2007.- 320 s.

Sənət hekayələri 

/M.Çəmənli; red. və ön söz. 

müəl. Z.Əliyeva; Az.Res.

Məd. və Turizm Nazirliyi.-

Bakı: Aspoliqraf, 2014.- 

568 s.

Üçyaşlı əsir (povest və 

hekayələr) /M.Çəmənli; red. 

G.Ələkbərqızı.- Bakı: Elm 

və təhsil, 2016.- 240 s. 

Pənahqızı, T. Yaddaş 

güzgümüzdəki Mustafa 

Çəmənli /T.Pənahqızı 

//525-ci qəzet.- 2015.- 21 

fevral.-S.24.

10

Yazıçı, publisist



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə