bütün səyimizi və gücümüzü sərf edib, onu cəzalandıraq və onu qəflət
yuxusundan ayıldaq.
Bu əzm və iradə ilə Gürcüstan valisi İrakli xanla əlaqəyə girmişdi. İrakli xan
öz razılığını onlara xəbər verdi və dedi:
- Bu barədə müzakirə etmək üçün Gürcüstan tərəfinə gəlməlisiniz. Mən
məsləhət görürəm ki, birlikdə Hacı Çələbinin dəfinə və əleyhinə mübarizə
aparaq.
Yuxanda adları çəkilən xanlar hazırlıq görərək qət etdikləri qərarın icrasına
böyük səy ilə çalışırdılar. Buna görə də Gəncənin yuxarısında Qızılqaya deyilən
yerdə çadır qurdular.
Burada İrakli xan müzakirə üçün gələn dörd nəfəri - yəni Pənah xanı, Kazım
xanı, Heydərqulu xanı və Şahverdi xanı rutub həbs etdirdi. O saat Şahverdi xanın
nökərlərindən biri atına minib özünü Hacı Çələbiyə yetirdi. Bu vaxt Hacı Çələbi
Mingəçevirin ayrıcında, Kürün kənarında dayanmışdı. Hacı nökəri görcək onun
Kürdən keçirilməsini əmr etdi və soruşdu: “Oğlan, nə var?” Nökər cavab verdi:
“Qoca baba, vali xanları tutdu”. Hacı Çələbi atlıya dedi: “Yenə qoca baban onları
qurtarar”. Bundan sonra Hacı Çələbi öz qoşun başçılarına və əyanlarına əmr
verdi ki, bu barədə məsləhətləşin və eyni zamanda dedi: “Hər nə məsləhət
görürsüz görün, Kürü keçməyi unutmayın”. Sonralar bu söz xalq içində bir məsəl
kimi işlənirdi. O saat Hacı Çələbi qoşunu ilə Kürdən keçir, vali İrakli xan olan
tərəfə üz qoyur. Vali İrakli xan bu xəbəri eşitdikdə çox qorxur. Çünki ondan
qabaq da Hacı Çələbinin zərbəsini yemişdi. Amma çarəsiz qalıb qoşunu Hacı
Çələbinin qarşısına çıxardı. Şeyx Nizami məzarının ətrafında hər iki dəstə
qarşılaşdı. Valinin qoşunu məğlub olub qaçmağa üz qoydusa da Hacı Çələbi
onlara qaçmaq üçün fürsət vermədi. İrakli çadırları, ordunu və hərbi sursatı
Qızılqayada qoyub Tiflisə tərəf qaçdı.
Hacı Çələbi gürcü qoşununu Sınıq körpüdən üç fərsəx uzağa kimi təqib etdi.
Onlardan bir çoxlarını qətlə yetirdi. Hacı Çələbi Paydarda səngər qazıb, öz oğlu
Ağakişini Tiflisin bu tərəfində yerləşən müsəlmanlar üçün başçı və hakim təyin
etdi. Həbs olan xanlan da azad etdi və onları öz yerlərinə göndərdi, özü isə
qayıdıb Şirvana gəldi. Ağakişi bəy üç il o nahiyələrdə hökmranlıq etmişdir.
Sonralar isə vali Gürcüstandan, Başıaçıq və Çərkəslərdən çoxlu adam toplayıb,
güclü qoşunla Ağakişi bəyin üzərinə hücum etdi. Ağakişi bəy ona nisbətən
gücsüz olduğundan onun qarşısmda davam gətirə bilməyib, qaçmağa
25
başladı. Valinin qoşununun qabaq hissəsi Tovuz çayında ona yetişdi, hər
iki qoşun arasında vuruşma başlandı.
Vuruşma nəticəsində bir neçə nəfər adamlarından və qoşunundan
öldürüldü, bəziləri də əsir alındı. Özü isə sağ və salamat Kür çayından
keçib Şəki vilayətinə gəldi. Valinin qoşunu Xudafərin körpüsünə kimi
getdi, qayıdan zaman Gəncə və Qarabağ əhalisinə çoxlu zərər vurdu və
onları qarət etdi.
URMİYA HAKİMİ FƏTƏLİ XAN ƏFŞARIN
QARABAĞ ÜZƏRİNƏ HÜCUMU, MÜHARİBƏ VƏ
SÜLH ETMƏSİ, İBRAHİMXƏLİL AĞANIN
APARILMASI
Urmiya hakimi Fətəli xan Əfşar Nadir şahın adlı-sanlı
sərkərdələrindən biri olub, Azad xandan sonra Azərbaycanın bəzi
vilayətlərini istila etmişdi. Bu vilayətlərdə Pənah xandan başqa ona
müqabil adam yox idi. Bir neçə dəfə Pənah xanın üzərinə hücum edib
onunla müharibə etdi, amma məqsədə nail ola bilməyib, geri döndü.
Axırıncı dəfə isə çoxlu qoşunla geniş düzənlik olan Ballıca çayı ilə Xoca
Əlili çayının arasına gəldi və yolun kənarında səngər qurub burada
dayandı. Hazırda da burada o səngər divarlarının xərabələri və nişanələri
qalmaqdadır. Bu yer xalq arasında Fətəli xan səngəri adı ilə məşhurdur.
Fətəli xan qış fəslini burada keçirdi. O zaman Çiləbörd və Talış
məlikləri - Məlik Hatəm və Məlik Usub da Fətəli xanın yanına gəlib onun
qoşunu ilə birləşdilər və burda özləri üçün ayrıca səngər qurdular. Bu
səngərlərin də nişanələri qalmışdır. İran qoşunları altı ay burada qaldı,
amma bir nəticə əldə edilmədi. Nəhayət, məliklərin köməyi, ümumi
əhalinin ittifaqı ilə qətiyyətlə və döyüşə hazır bir halda müharibə
meydanına qədəm qoydular. Pənah xan da düşmən öldürməkdə,
sədaqətdə, inadkarlıqda tərifə ehtiyacı olmayan bir dəstə qarabağlılarla
qarşıya çıxdı, düşmənlə müharibə etməyə başladı.
Hər iki tərəf mübarizəyə hazır olub vuruşa başladılar. Bu vuruşmada
hər iki dəstə öz igidlik və rəşadətini göstərdi...
Həmin gün güclü vuruşma oldu. Öldürməkdə, əzməkdə, bir-birinin
qol-qıçını qırmaqda heç kəs özünü müqəssir bilmirdi. Fətəli xan gördü ki,
bu müharibədən bir nəticə çıxmayacaq və məqsədinə
26
nail olmayacaq. Bu qədər çalışmaq və səy hədər getdi. Çarəsiz qalıb başqa yol
axtardı, hiylə düzəltdi, Pənah xanla barışmaq və dostluq yolunu seçdi. Pənah xan
da ədalətli bir sülhün olmasına razılıq verdi. Ağa körpüsündə bir-birilə
görüşdülər. Dostluq, bir-birinə sadiq olmaq şərtilə möhkəm bir müqavilə
bağladılar. Fətəli xan Pənah xana müraciətlə qeyd etdi ki, bundan sonra bizim
aramızda ayın-seçkilik olmamalıdır, sizin oğlunuz İbrahimxəlil ağanın məhəbbəti
də bizim qəlbimizdə yer tutmuşdur. Yaxşı olardı ki, gözəl xasiyyətə malik
xanzadəni
1*
bir neçə günə bizim yanımıza qonaq göndərəsən, onun barəsində
lazımi məhəbbət və qonaqpərvərlik göstəriləcəkdir, belə bir mərhəmət bizim
üçün başıucalıq olardı. Əlbəttə, görüş bitdikdən sonra yenə də böyük hörmət və
ehtiramla oğlunuz siz dostumuzun xidmətinə göndərilər. Pənah xan onun
qurduğu hiyləyə aldanıb, bir neçə nəfər iş bilən adamları ilə oğlu İbrahimxəlil
ağanı Fətəli xanın qərargahına göndərdi. Fətəli xan da dövlət başçılarından bir
neçə nəfəri İbrahimxəlili qarşılamaq üçün göndərdi və onu böyük ehtiramla öz
qərargahına gətirdi. Bir neçə gündən sonra İbrahimxəlil ağa işin başqa şəkildə
olduğunu görüb, atasının yanına adam göndərdi və bildirdi:
- Davranışından məlum olur ki, Fətəli xan məni özü ilə aparacaqdır. Ona
görə də mənim kürən atımı göndər, ola bilsin ki, o atın köməyi ilə gərək özümü
bu fəlakətdən qurtarım.
Atasından sifariş və at gəlincə Fətəli xan köçmək əmrini verdi və
İbrahimxəlil ağanı da özü ilə götürüb geri qayıtdı. Bu dəhşətli xəbər Pənah xana
çatanda işıqlı dünya onun gözünə qaranlıq göründü. Ciyərinin parası olan oğlunu
xilas etmək üçün öz yaxın adamları ilə məsləhətləşdi və dedi:
- Bu
barədə kim bir tədbir görə bilər? Kimin açarı ilə zəfər qapısı açıla
bilər?
Bu vaxt Kərim xan Zəndin qardaşı İskəndər xanın öldürülməsi xəbəri gəldi.
Kərim xan qardaşının qanını almaq məqsədilə Azərbaycana gəlmək fikrinə
düşdü və Pənah xanın da onun yanında olmasına çalışdı. Bu məsələnin təfsilatı
belədir: Kərim xan Zənd yaxşı xasiyyətli bir əmir, güclü bir başçı idi. İraq, Fars
və Rəşti öz möhkəm qolunun gücü ilə almışdı. Fətəli xan öz vilayətinə qayıtdığı
vaxt Kərim xanla vuruşmağa başladı. Kərim xan öz qardaşı İskəndəri
*
1
Xanzadə - Pənah xanın oğlu İbrahimxəlilə işarədir.
27
Dostları ilə paylaş: |