11
9.11. Bu Qaydaların 9.1.-ci bəndinin müddəaları ilə nəzərdə tutulmuş hallar istisna olmaqla,
ticarətin dayandırılması Birjanın İdarə Heyətinin qərarı ilə həyata keçirilir.
10. Ticarət günləri, ticarət saatları və ticarət reqlamenti
10.1. Birjada ticarət yalnız ticarət günlərində və ticarət saatları ərzində baş verir.
10.2. Azərbaycan Respublikası ərazisində tətbiq edilən bütün iş günləri ticarət günləri hesab
edilir. Birjanın İdarə Heyəti məlumatı 1 (bir) iş günü öncədən açıqlamaqla, ticarət günlərinin
təqviminə dəyişiklik edə bilər. Ticarət təqvimi ticarət və qeyri-ticarət günlərinin siyahısından
ibarətdir.
10.3. Ticarət saatları və tətbiq edilən müxtəlif ticarət sessiyalarının başlanma və bitmə vaxtları
ticarət reqlamentində əks olunur (Əlavə №1).
10.4. Ticarət təqvimi, ticarət reqlamenti və onlara edilmiş dəyişikliklər qüvvəyə minməzdən
ən azı 1 (bir) iş günü öncə açıqlanır. Birja ticarət təqvimi və ticarət reqlamentinin özünün
internet səhifəsi vasitəsi ilə mütəmadi açıqlanmasını təmin edir.
11. Qiymət addımı və lot ölçüsü
11.1. Qiymət addımı ticarət olunan alətlər üzrə aşağıdakı kimi müəyyən olunur:
11.1.1. Səhmlər üzrə qiymət addımı 0.01 manat;
11.1.2. İstiqrazlar üzrə qiymət addımı 0.0001 manat;
11.1.3. Baza aktivlərinin qiyməti, gəlirliliyi, məzənnə fərqi və ya risk dərəcəsinin
dəyişikliyinin alınıb-satılmasını nəzərdə tutan törəmə maliyyə alətləri üzrə təşkil edilmiş
marja ticarəti üzrə qiymət addımı 0.0001 baza ölçüsü olaraq müəyyən olunur;
11.1.4. Opsion və fyuçerslər üzrə 0.01 manat müəyyən olunur;
11.1.5. Repo əməliyyatları üzrə qiymət addımı repo baza aktivinin xüsusiyyətlərinə görə
müəyyən edilir;
11.1.6. Digər alətlər üzrə qiymət addımı Birjanın İdarə Heyəti tərəfindən müəyyən olunur.
11.2. Standart lot ölçüsü ticarət olunan alətlər üzrə aşağıdakı kimi müəyyən olunur:
11.2.1. Səhmlər üzrə lot ölçüsü 1 (bir) səhm;
11.2.2. İstiqrazlar üzrə lot ölçüsü 1 (bir) istiqraz;
11.2.3. Baza aktivlərinin qiyməti, gəlirliliyi, məzənnə fərqi və ya risk dərəcəsinin
dəyişikliyinin alınıb-satılmasını nəzərdə tutan törəmə maliyyə alətləri üzrə lot ölçüsü 0.01
baza aktivi;
11.2.4. Opsion və fyuçerslər üzrə lot ölçüsü 1 (bir) müqavilə olaraq müəyyən olunur;
11.2.5. Repo əməliyyatları üzrə lot ölçüsü repo baza aktivinin xüsusiyyətlərinə görə müəyyən
edilir;
11.2.6. Digər alətlər üzrə lot ölçüsü Birjanın İdarə Heyəti tərəfindən müəyyən olunur.
12
12. Bazara nəzarət və ticarət olunan bazarların qorunması
12.1. Birja təşkil etdiyi ticarətin ədalətliliyinin və şəffaflığının təmin edilməsi, ticarət olunan
bazarların qorunması və ticarət əməliyyatlarının bu Qaydalara uyğun həyata keçrilməsini
təmin etmək məqsədi ilə təşkil etdiyi bazarlara nəzarəti həyata keçirir. Birja tərəfindən nəzarət
monitorinq qaydasında həyata keçirilir.
12.2. Bazarın qorunması və monitorinqi qayda və prosedurları bazarda sui-istifadələrin
qarşısının alınması qaydaları ilə tənzimlənir.
Maddə 5
SİFARİŞLƏR VƏ KOTİROVKALAR
13. Sifarişlər və kotirovkalar üzrə ümumi qaydalar
13.1. Sifariş və kotirovka bu Qaydaların müddəalarına əsasən birja üzvü tərəfindən müvafiq
olaraq sifarişdə və ya kotirovkada qeyd edilmiş şərtlərlə əqdin bağlanılması iradəsini
birmənalı şəkildə ifadə edir.
13.2. Ticarət sisteminə daxil edilmiş və qüvvədə olan bütün sifarişlər və kotirovkalar sifarişlər
kitabında saxlanılır.
13.3. Sifarişlər kitabında ticarətə buraxılmış hər bir qiymətli kağız və törəmə maliyyə aləti
üzrə təqdim edilmiş sifarişlər o cümlədən, kotirovkalar alış və satış istiqamətləri üzrə
qruplaşdırılır və onların təqdim edildiyi vaxta görə sıralanır. Təqdim edilmiş sifarişlərin və
kotirovkaların hər bir qiymət səviyyəsi üzrə ayrı-ayrılıqda və məcmu həcmi qeyd edilir.
Sifarişlər kitabında sifariş və kotirovka təqdim etmiş ticarət iştirakçısının anonimliyi təmin
edilir.
13.4. Ticarət sistemində sifariş təqdim edilərkən aşağıdakı məlumatlar ticarət iştirakçısı
tərəfindən daxil edilməlidir:
13.4.1. Qiymətli kağızın və ya törəmə maliyyə alətinin ticarət simvolu;
13.4.2. Sifarişin istiqaməti (alış və ya satış);
13.4.3. Qiymətli kağızın və ya törəmə maliyyə alətinin sayı (lotlarla);
13.4.4. Bir lotun qiyməti (bazar qiymətli sifarişlər istisna olunmaqla);
13.4.5. Sifarişin növü;
13.4.6. Sifarişin icra şərti;
13.4.7. Ticarət hesabı identifikatoru (müştəri və ya şəxsi);
13.4.8. Ticarət iştirakçısının ticarət sistemində fərdi identifikasiya kodu.
13.5. Ticarət sistemində kotirovka təqdim edilərkən aşağıdakı məlumatlar ticarət iştirakçısı
tərəfindən daxil edilməlidir:
13.5.1. Qiymətli kağızın və ya törəmə maliyyə alətinin ticarət simvolu;
13
13.5.2. Bir lotun alış və satış qiyməti;
13.5.3. Alış həcmi və bu Qaydalara müvafiq olaraq satış həcmi;
13.5.4. Ticarət hesabı identifikatoru (şəxsi);
13.5.5. Ticarət iştirakçısının fərdi identifikasiya kodu.
13.6. Kotirovkalar yalnız limit qiyməti ilə və fasiləsiz ticarət fazasında təqdim edilə bilər.
14. Sifariş növləri
14.1. Birja tərəfindən aşağıdakı sifariş növlərinə icazə verilir:
14.1.1. Limit qiymətli (rəqabətli) sifarişlər.
14.1.2. Bazar qiymətli (qeyri-rəqabətli) sifarişlər.
14.2. Limit qiymətli sifarişlər bu sifarişdə qeyd edilmiş qiymət və ya ondan daha yaxşı
qiymətlə icra edilə bilər.
14.3. Bazar qiymətli sifarişlər daxil edilərkən ticarət sistemində qiymətindən asılı olmayaraq
mövcud olan əks istiqamətli sifariş və ya sifarişlərlə icra olunur, sifarişin icra olunmamış
hissəsi avtomatik olaraq ləğv edilir. Bazar qiymətli sifarişlər təqdim edilərkən sifarişin
qiyməti qeyd edilmir. Bazar qiymətli sifariş ticarət sistemində mövcud olan əks istiqamətli
sifarişlərdən asılı olaraq bir neçə qiymətlə icra oluna bilər. Bu Qaydaların 7-ci bəndi ilə
qiymət dəhlizi təyin edilmədikdə, bazar qiymətli sifarişlərin təqdim edilməsi Birja tərəfindən
qadağan edilir.
15. Sifarişlərin icra şərtləri
15.1. Ticarət iştirakçıları tərəfindən təqdim dilən limit qiymətli sifarişlər üzrə aşağıdakı icra
şərtləri təyin edilə bilər:
15.1.1. Qalığı Ləğv Et (QLE): Sifariş ticarət sisteminə daxil edilən anda sifarişin icra edilə
bilən hissəsi icra edilir, yerdə qalan hissəsi isə avtomatik olaraq ləğv edilir.
15.1.2. Hamısını İcra Et (HİE): Sifariş yalnız tam həcmdə icra edilə bilər. Sifariş ticarət
sisteminə daxil edilən anda tam həcmdə icra edilə bilmədikdə avtomatik olaraq ləğv edilir.
15.1.3. İcra Et və Saxla (İES): Sifariş hissə-hissə icra edilə bilər. Sifariş tam icra
edilmədikdə və ya qismən icra edildikdə, sifariş və ya onun icra edilməyən hissəsi bu
Qaydalara uyğun şəkildə qüvvədə qalır.
15.1.4. Açılış Qiymətli Sifariş (AQS): Sifariş açılış fazası tətbiq edildikdə, açılış sessiyası
ərzində təqdim edilə bilər. Bu sifarişlər açılış sessiyasının sonunda icra edilir, sifarişin icra
edilməmiş hissəsi avtomatik olaraq ləğv edilir.
15.1.5. Bağlanış Qiymətli Sifariş (BQS): Sifariş bağlanış fazası tətbiq edildikdə, bağlanış
sessiyası ərzində təqdim edilə bilər. Bu sifarişlər bağlanış sessiyasının sonunda icra edilir,
sifarişin icra edilməmiş hissəsi avtomatik olaraq ləğv edilir;
15.1.6. Alışı dayandır (Buy stop) - Alış sifarişinin bazarda bu sifarişdə qeyd edilmiş qiymətə
bərabər və ya ondan daha yüksək satış qiyməti formalaşdıqda icra edilməsini nəzərdə tutur;
Dostları ilə paylaş: |