«Təsdiq edilmişdir»



Yüklə 445,6 Kb.
Pdf görüntüsü
səhifə5/16
tarix27.03.2018
ölçüsü445,6 Kb.
#34843
1   2   3   4   5   6   7   8   9   ...   16

 

11 


 

9.11. Bu Qaydaların 9.1.-ci bəndinin müddəaları ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, 

ticarətin dayandırılması Birjanın İdarə Heyətinin qərarı ilə həyata keçirilir.

 

 



10. Ticarət günləri, ticarət saatları və ticarət reqlamenti 

 

10.1. Birjada ticarət yalnız ticarət günlərində və ticarət saatları ərzində baş verir.  



 

10.2. Azərbaycan Respublikası  ərazisində  tətbiq edilən bütün  iş  günləri ticarət  günləri hesab 

edilir. Birjanın İdarə Heyəti məlumatı 1 (bir) iş günü öncədən açıqlamaqla,  ticarət günlərinin 

təqviminə dəyişiklik edə bilər. Ticarət təqvimi ticarət və qeyri-ticarət günlərinin siyahısından 

ibarətdir.  

 

10.3. Ticarət saatları və tətbiq edilən müxtəlif ticarət sessiyalarının başlanma və bitmə vaxtları 



ticarət reqlamentində əks olunur (Əlavə №1). 

 

10.4.  Ticarət  təqvimi,  ticarət  reqlamenti  və  onlara  edilmiş  dəyişikliklər  qüvvəyə  minməzdən 



ən  azı  1  (bir)  iş  günü  öncə  açıqlanır.  Birja  ticarət  təqvimi  və  ticarət  reqlamentinin  özünün 

internet səhifəsi vasitəsi ilə mütəmadi açıqlanmasını təmin edir.

 

 

11. Qiymət addımı və lot ölçüsü 



 

11.1. Qiymət addımı ticarət olunan alətlər üzrə aşağıdakı kimi müəyyən olunur: 

11.1.1. Səhmlər üzrə qiymət addımı 0.01 manat; 

11.1.2. İstiqrazlar üzrə qiymət addımı 0.0001 manat; 

11.1.3.  Baza  aktivlərinin  qiyməti,  gəlirliliyi,  məzənnə  fərqi  və  ya  risk  dərəcəsinin 

dəyişikliyinin  alınıb-satılmasını  nəzərdə  tutan  törəmə  maliyyə  alətləri  üzrə  təşkil  edilmiş 

marja ticarəti üzrə qiymət addımı 0.0001 baza ölçüsü olaraq müəyyən olunur

11.1.4. Opsion və fyuçerslər üzrə 0.01 manat müəyyən olunur; 

11.1.5.  Repo  əməliyyatları  üzrə  qiymət  addımı  repo  baza  aktivinin  xüsusiyyətlərinə  görə 

müəyyən edilir; 

11.1.6. Digər alətlər üzrə qiymət addımı Birjanın İdarə Heyəti tərəfindən müəyyən olunur. 

 

11.2. Standart lot ölçüsü ticarət olunan alətlər üzrə aşağıdakı kimi müəyyən olunur: 



11.2.1. Səhmlər üzrə lot ölçüsü 1 (bir) səhm; 

11.2.2. İstiqrazlar üzrə lot ölçüsü 1 (bir) istiqraz

11.2.3.  Baza  aktivlərinin  qiyməti,  gəlirliliyi,  məzənnə  fərqi  və  ya  risk  dərəcəsinin 

dəyişikliyinin  alınıb-satılmasını  nəzərdə  tutan  törəmə  maliyyə  alətləri  üzrə  lot  ölçüsü  0.01 

baza aktivi; 

11.2.4. Opsion və fyuçerslər üzrə lot ölçüsü 1 (bir) müqavilə olaraq müəyyən olunur;  

11.2.5. Repo əməliyyatları üzrə lot ölçüsü repo baza aktivinin xüsusiyyətlərinə görə müəyyən 

edilir; 


11.2.6. Digər alətlər üzrə lot ölçüsü Birjanın İdarə Heyəti tərəfindən müəyyən olunur. 

 

 




 

12 


 

12. Bazara nəzarət və ticarət olunan bazarların qorunması 

 

12.1. Birja təşkil etdiyi ticarətin ədalətliliyinin və şəffaflığının təmin edilməsi, ticarət olunan 



bazarların  qorunması  və  ticarət  əməliyyatlarının  bu  Qaydalara  uyğun  həyata  keçrilməsini 

təmin etmək məqsədi ilə təşkil etdiyi bazarlara nəzarəti həyata keçirir. Birja tərəfindən nəzarət 

monitorinq qaydasında həyata keçirilir.

 

 



12.2.  Bazarın  qorunması  və  monitorinqi  qayda  və  prosedurları  bazarda  sui-istifadələrin 

qarşısının alınması qaydaları ilə tənzimlənir. 

 

 

Maddə 5



 

SİFARİŞLƏR VƏ KOTİROVKALAR

 

 

13. Sifarişlər və kotirovkalar üzrə ümumi qaydalar 



 

13.1. Sifariş və kotirovka bu Qaydaların müddəalarına əsasən birja üzvü tərəfindən müvafiq 

olaraq  sifarişdə  və  ya  kotirovkada  qeyd  edilmiş  şərtlərlə  əqdin  bağlanılması  iradəsini 

birmənalı şəkildə ifadə edir. 

 

13.2. Ticarət sisteminə daxil edilmiş və qüvvədə olan bütün sifarişlər və kotirovkalar sifarişlər 



kitabında saxlanılır. 

 

13.3.  Sifarişlər  kitabında  ticarətə  buraxılmış  hər  bir  qiymətli  kağız  və  törəmə  maliyyə  aləti 



üzrə  təqdim  edilmiş  sifarişlər  o  cümlədən,  kotirovkalar  alış  və  satış  istiqamətləri  üzrə 

qruplaşdırılır  və  onların  təqdim  edildiyi  vaxta  görə  sıralanır.  Təqdim  edilmiş  sifarişlərin  və 

kotirovkaların  hər  bir  qiymət  səviyyəsi  üzrə  ayrı-ayrılıqda  və  məcmu  həcmi  qeyd  edilir. 

Sifarişlər  kitabında  sifariş  və  kotirovka  təqdim  etmiş  ticarət  iştirakçısının  anonimliyi  təmin 

edilir. 

 

 



13.4.  Ticarət  sistemində  sifariş  təqdim  edilərkən  aşağıdakı  məlumatlar  ticarət  iştirakçısı 

tərəfindən daxil edilməlidir: 

13.4.1. Qiymətli kağızın və ya törəmə maliyyə alətinin ticarət simvolu;

 

13.4.2. Sifarişin istiqaməti (alış və ya satış); 



13.4.3. Qiymətli kağızın və ya törəmə maliyyə alətinin sayı (lotlarla); 

13.4.4. Bir lotun qiyməti (bazar qiymətli sifarişlər istisna olunmaqla); 

13.4.5. Sifarişin növü

13.4.6. Sifarişin icra şərti; 

13.4.7. Ticarət hesabı identifikatoru (müştəri və ya şəxsi); 

13.4.8. Ticarət iştirakçısının ticarət sistemində fərdi identifikasiya kodu. 

 

13.5.  Ticarət  sistemində  kotirovka  təqdim  edilərkən  aşağıdakı  məlumatlar  ticarət  iştirakçısı 



tərəfindən daxil edilməlidir: 

13.5.1. Qiymətli kağızın və ya törəmə maliyyə alətinin ticarət simvolu;

 



 

13 


 

13.5.2. Bir lotun alış və satış qiyməti; 

13.5.3. Alış həcmi və bu Qaydalara müvafiq olaraq satış həcmi; 

13.5.4. Ticarət hesabı identifikatoru (şəxsi); 

13.5.5. Ticarət iştirakçısının fərdi identifikasiya kodu. 

 

13.6. Kotirovkalar yalnız limit qiyməti ilə və fasiləsiz ticarət fazasında təqdim edilə bilər.



 

 

14. Sifariş növləri 

 

14.1. Birja tərəfindən aşağıdakı sifariş növlərinə icazə verilir: 



14.1.1. Limit qiymətli (rəqabətli) sifarişlər. 

14.1.2. Bazar qiymətli (qeyri-rəqabətli) sifarişlər. 

 

14.2.  Limit  qiymətli  sifarişlər  bu  sifarişdə  qeyd  edilmiş  qiymət  və  ya  ondan  daha  yaxşı 



qiymətlə icra edilə bilər. 

 

14.3. Bazar qiymətli sifarişlər daxil edilərkən ticarət sistemində qiymətindən asılı olmayaraq 



mövcud  olan  əks  istiqamətli  sifariş  və  ya  sifarişlərlə  icra  olunur,  sifarişin  icra  olunmamış 

hissəsi  avtomatik  olaraq  ləğv  edilir.  Bazar  qiymətli  sifarişlər  təqdim  edilərkən  sifarişin 

qiyməti  qeyd  edilmir.  Bazar  qiymətli  sifariş  ticarət  sistemində  mövcud  olan  əks  istiqamətli 

sifarişlərdən  asılı  olaraq  bir  neçə  qiymətlə  icra  oluna  bilər.  Bu  Qaydaların  7-ci  bəndi  ilə 

qiymət dəhlizi təyin edilmədikdə, bazar qiymətli sifarişlərin təqdim edilməsi Birja tərəfindən 

qadağan edilir.

 

 

15. Sifarişlərin icra şərtləri 



 

15.1. Ticarət iştirakçıları tərəfindən təqdim dilən limit qiymətli sifarişlər üzrə aşağıdakı icra 

şərtləri təyin edilə bilər: 

15.1.1. Qalığı  Ləğv  Et  (QLE):  Sifariş ticarət sisteminə daxil edilən anda sifarişin icra edilə 

bilən hissəsi icra edilir, yerdə qalan hissəsi isə avtomatik olaraq ləğv edilir.

 

15.1.2.  Hamısını  İcra  Et  (HİE):  Sifariş  yalnız  tam  həcmdə  icra  edilə  bilər.  Sifariş  ticarət 



sisteminə daxil edilən anda tam həcmdə icra edilə bilmədikdə avtomatik olaraq ləğv edilir.

 

15.1.3.  İcra  Et  və  Saxla  (İES):  Sifariş  hissə-hissə  icra  edilə  bilər.  Sifariş  tam  icra 



edilmədikdə  və  ya  qismən  icra  edildikdə,  sifariş  və  ya  onun  icra  edilməyən  hissəsi  bu 

Qaydalara uyğun şəkildə qüvvədə qalır.

 

15.1.4.  Açılış  Qiymətli  Sifariş  (AQS):  Sifariş  açılış  fazası  tətbiq  edildikdə,  açılış  sessiyası 



ərzində  təqdim  edilə  bilər.  Bu  sifarişlər  açılış  sessiyasının  sonunda  icra  edilir,  sifarişin  icra 

edilməmiş hissəsi avtomatik olaraq ləğv edilir.

 

15.1.5.  Bağlanış  Qiymətli  Sifariş  (BQS):  Sifariş  bağlanış  fazası  tətbiq  edildikdə,  bağlanış 



sessiyası  ərzində  təqdim  edilə  bilər.  Bu  sifarişlər  bağlanış  sessiyasının  sonunda  icra  edilir, 

sifarişin icra edilməmiş hissəsi avtomatik olaraq ləğv edilir;

 

15.1.6. Alışı dayandır (Buy stop) - Alış sifarişinin bazarda bu sifarişdə qeyd edilmiş qiymətə 



bərabər və ya ondan daha yüksək satış qiyməti formalaşdıqda icra edilməsini nəzərdə tutur;

 



Yüklə 445,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə