«Təsdiq edilmişdir»



Yüklə 445,6 Kb.
Pdf görüntüsü
səhifə6/16
tarix27.03.2018
ölçüsü445,6 Kb.
#34843
1   2   3   4   5   6   7   8   9   ...   16

 

14 


 

15.1.7.  Satışı  dayandır  (Sell  stop)  -   Satış  sifarişinin  bazarda  bu  sifarişdə  qeyd  edilmiş 

qiymətə  bərabər  və  ya  ondan  daha  aşağı  alış  qiyməti  formalaşdıqda  icra  edilməsini  nəzərdə 

tutur;


 

15.1.8.  Zərəri  dayandır  (Stop  Loss)  -   sifariş  qiymətin  müəyyən  olunmuş  həddə  çatdığı 

təqdirdə zərərin dayandırılması məqsədi ilə icra olunur;

 

15.1.9. Mənfəəti al (Take Profit) – sifariş qiymətin müəyyən olunmuş həddə çatdığı təqdirdə 



mənfəətin əldə edilməsi məqsədi ilə icra olunur.

 

 



15.2.  Qiymətli  kağızların  ticarəti  üzrə  bazar  qiymətli  sifarişlər  bu  Qaydaların  yalnız  15.1.1-

15.1.5-ci bəndləri ilə nəzərdə tutulan icra şərti ilə daxil edilə bilər.

 

 

15.3. Baza aktivlərinin qiyməti, gəlirliliyi, məzənnə fərqi və ya risk dərəcəsinin dəyişikliyinin 



alınıb-satılmasını  nəzərdə  tutan  törəmə  maliyyə  alətləri  üzrə  təşkil  edilmiş  marja  ticarəti 

zamanı sifarişlər bu qaydaların yalnız 14.1.6., 14.1.7., 14.1.8., 14.1.9.-cu bəndləri ilə nəzərdə 

tutulan icra şərti ilə daxil edilə bilər.

 

 



15.4. Baza aktivlərinin qiyməti, gəlirliliyi, məzənnə fərqi və ya risk dərəcəsinin dəyişikliyinin 

alınıb-satılmasını  nəzərdə  tutan  törəmə  maliyyə  alətləri  üzrə  təşkil  edilmiş  marja  ticarəti 

istisna olmaqla, bu Qaydalara uyğun olaraq təqdim edilmiş sifarişlər və kotirovkalar onların 

təqdim  edildiyi  ticarət  günün  sonunadək  qüvvədədir  və  ticarət  günün  sonunda  avtomatik 

olaraq ləğv edilir. 

 

16. Sifarişlərin və kotirovkaların ticarət sisteminə daxil edilməsi vaxtı 

 

16.1.  Sifarişin  və  kotirovkanın  ticarət  sisteminə  daxil  edilməsi  vaxtı  bu  sifarişin  və  ya 



kotirovkanın ticarət sistemi tərəfindən təsdiq olunaraq qeydiyyata alındığı vaxt hesab olunur. 

Bütün qeydiyyata alınmış sifariş və kotirovkalara ticarət sistemi tərəfindən fərdi sıra nömrəsi 

verilir. 

 

17. Sifarişlərə və kotirovkalara düzəlişlərin edilməsi və qüvvədən düşməsi 

 

17.1. Düzəliş edilmiş sifariş və kotirovka müvafiq olaraq yeni sifariş və kotirovka hesab edilir 



və  ticarət  iştirakçısı  tərəfindən  bu  dəyişikliklərin  təsdiq  edildiyi  vaxt  əsasında  yenidən 

qeydiyyata alınır.

 

 

17.2. Sifarişlər və kotirovkalar aşağıdakı hallarda qüvvədən düşmüş hesab edilir: 



17.2.1. Bu Qaydaların 15.4.-ci bəndinin müddəalarına uyğun olaraq ticarət gününün sonunda

17.2.2. Sifariş və ya kotirovka tam olaraq icra edildikdə; 

17.2.3.  Bu  Qaydaların  15.1.1  və  15.1.2.-ci  bəndlərinin  müddəalarına  uyğun  olaraq  Qalığı 

Ləğv Et və Hamısını İcra Et şərtli sifarişlər üzrə icra şərti təmin edildikdə;

 

17.2.4.  Bu  Qaydaların  17.1-ci  bəndinin  müddəalarına  müvafiq  olaraq  sifarişə  və  ya 



kotirovkaya düzəliş edildikdə; 

17.2.5. Ticarət iştirakçısı sifarişi və ya kotirovkanı ləğv etdikdə; 




 

15 


 

17.2.6. Sifariş növü və ya icra şərti verilmiş ticarət fazası və ya ticarətin keçirilməsi üsulu ilə 

qadağan edildikdə və ya nəzərdə tutulmadıqda;

 

17.2.7. Lot ölçüsü və ya qiymət addımı dəyişdirildikdə; 



17.2.8. Qiymətli kağızın istinad qiyməti və ya qiymət dəhlizi dəyişdirildikdə

17.2.9. Sifarişin və ya kotirovkanın təqdim edildiyi qiymətli kağız və ya törəmə maliyyə aləti 

Birjanın listinq qaydaları əsasında delistinq olunduqda; 

17.2.10.  Birjanın  bazarda  sui-istifadə  hallarının  qarşısının  alınması  qaydalarına  əsasən 

sifarişlər ləğv edildikdə. 

 

17.3. Qüvvədən düşmüş və ləğv edilmiş sifarişlər ticarət əməliyyatlarında iştirak etmir. 



 

 

Maddə 6 



TİCARƏT ÜSULLARI

 

 

18. Sifarişlərin uzlaşdırılması və icrası üzrə ümumi müddəalar 

 

18.1. Sifarişlərin icrası  zamanı digər sifarişlərə nəzərən daha  yaxşı  qiymətlə təqdim edilmiş 



sifarişlər üstün mövqeyə malikdir.

 

 



18.2.  Sifarişlər  eyni  qiymət  ilə  təqdim  edildikdə,  bu  sifarişlərin  icrası  zamanı  daha  öncə 

təqdim edilmiş sifarişlər üstün mövqeyə malikdir. 

 

18.3. Ticarət sistemində bağlanılan əqdin qiyməti ticarət iştirakçıları tərəfindən təqdim edilən 



sifarişlər əsasında bu Qaydalara müvafiq olaraq müəyyən edilir. 

 

19. Tarazlaşdırıcı qiymətli hərrac üsulu 



 

19.1. Tarazlaşdırıcı qiymətli hərrac üsullu ticarəti zamanı əqdlər hərracın sonunda toplanmış 

alış-satış sifarişlərinin bir qiymətlə (tarazlaşdırıcı qiymətlə) uzlaşdırılması yolu ilə bağlanılır. 

 

19.2. Tarazlaşdırıcı qiymətli hərrac iki mərhələdə təşkil olunur: sifarişlərin qəbul edilməsi və 



əqdlərin bağlanılması. 

19.2.1.  Sifarişlərin  qəbulu  mərhələsində  ticarət  iştirakçıları  limit  qiymətli  alış  və  satış 

sifarişləri  təqdim  edirlər.  Bu  mərhələdə  ticarət  iştirakçıları  təqdim  etdikləri  sifarişlərin 

şərtlərini  dəyişdirə  və  ya  bu  sifarişləri  ləğv  edə  bilər.  Sifarişlərin  təqdim  edilmə  müddəti 

bitdikdən  sonra  sifarişlərin  təqdim  edilməsinə,  dəyişdirilməsinə  və  ləğv  edilməsinə  yol 

verilmir. 

19.2.2. Əqdlərin bağlanılması mərhələsində əqdlər bu Qaydalara müvafiq olaraq tarazlaşdırıcı 

qiymətlə bağlanılır. 

 

19.3. Tarazlaşdırıcı qiymət aşağıdakı qaydada müəyyən olunur: 



19.3.1.  Sifarişlər  kitabında  ən  çox  sayda  qiymətli  kağızların  alınıb-satılmasını  təmin  edən 

qiymət tarazlaşdırıcı qiymət olaraq təyin edilir




Yüklə 445,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə