«Təsdiq edilmişdir»



Yüklə 445,6 Kb.
Pdf görüntüsü
səhifə14/16
tarix27.03.2018
ölçüsü445,6 Kb.
#34843
1   ...   8   9   10   11   12   13   14   15   16

 

35 


 

 

50.2.  İnvestisiya  qiymətli  kağızlarının  kütləvi  təklif  üsulu  ilə  yerləşdirilməsi  bu  qiymətli 



kağızların növündən asılı olaraq abunə yazılışı və ya hərrac qaydasında təşkil oluna bilər. 

 

50.3. İnvestisiya qiymətli kağızlarının yerləşdirilməsinə bu qiymətli kağızların Birjada listinqə 



daxil edilməsindən sonra başlanıla bilər. 

 

50.4.  İnvestisiya  qiymətli  kağızlarının  yerləşdirilməsi  zamanı  qiymətli  kağızların  satıcısı 



qismində birja üzvü (anderrayter) vasitəsi ilə bu qiymətli kağızların Emitenti çıxış edir.  

 

50.5.  Digər  qiymətli  kağızların  yerləşdirilməsi  Birjanın  İdarə  heyətinin  qərarı  ilə  bu 



Qaydaların 11-ci maddəsinin müddəaları əsasında həyata keçirilir. 

 

51. İnvestisiya qiymətli kağızlarının abunə yazılışı qaydasında yerləşdirilməsi 

 

51.1.  İnvestisiya  qiymətli  kağızlarının  abunə  yazılışı  qaydasında  yerləşdirilməsi  Birjada  bu 



məqsədlərlə  yaradılmış  xüsusi  bazarda,  birjanın  ticarət  reqlamentinə  uyğun  olaraq,  bu 

Qaydaların 6-cı maddəsi ilə nəzərdə tutulmuş fasiləsiz ticarət üsulu ilə həyata keçirilir. 

 

51.2. İnvestisiya qiymətli kağızlarının abunə yazılışının keçirilməsi müddəti abunə  yazılışının 



başlanması barədə elanın dərc olunduğu tarixdən 3 (üç) aydan çox olmamalıdır. 

 

51.3. Abunə yazılışının başlanmasından ən azı 1 (bir) iş günü öncə qiymətli kağızların Birjanın 



listinq  qaydalarına  müvafiq  olaraq  listinqə  daxil  edilməsi  haqqında  ərizə,  qanunvericiliyə 

uyğun  olaraq  tərtib  edilmiş  emissiya  prospekti  (və  ya  informasiya  memorandumu)  və  abunə 

yazılışının başlanması haqqında məlumat Emitent tərəfindən Birjaya təqdim edilməlidir. Abunə 

yazılışının başlanması haqqında məlumat kütləvi informasiya vasitələrində, qiymətli kağızlara 

abunə yazılışını həyata keçirən anderrayterin internet səhifəsində, Azərbaycan Respublikasının 

qiymətli  kağızlar  bazarında  məlumatların  açıqlanması  üzrə  vahid  məlumat  resursunda 

açıqlanmalıdır. 

 

51.4. Abunə yazılışının başlanması haqqında məlumatda aşağıdakılar öz əksini tapmalıdır: 



51.4.1. Emitentin adı; 

51.4.2.  Qiymətli  kağızların  qeydiyyat  nömrəsi,  məcmu  nominal  dəyəri,  qiyməti  (qiymət 

müəyyən edilmədiyi halda emissiya prospektində göstərilən qiymət dəhlizi); 

51.4.3. Qiymətli kağızların növü; 

51.4.4. Abunə yazılışının başlama və başa çatma tarixləri; 

51.4.5. Emissiya prospektinin əldə edilməsinin mümkün olduğu yerlər. 

 

51.5.  Birja  abunə  yazılışının  başlanması  haqqında  məlumatı  və  qanunvericiliyə  uyğun  olaraq 



tərtib edilmiş emissiya prospektini özünün internet səhifəsində açıqlayır.

 

 



51.6. Abunə yazılışı başa çatdıqdan və qiymətli kağızlar Birjada listinqə daxil edildikdən sonra 

2  (iki)  iş  günü  ərzində  emitent  və  ya  anderrayter  qiymətli  kağızların  yerləşdirilməsinin 




 

36 


 

başlanması  tarixi  və  qiymətli  kağızların  yerləşdirilməsi  qiyməti  (emissiya  prospektində 

investisiya qiymətli kağızların qiyməti müəyyən edilmədikdə) barədə məlumatı Birjaya təqdim 

etməli və qanunvericiliyə müvafiq olaraq açıqlamalıdır. Abunə yazılışı başa çatdıqdan sonra 5 

(beş) iş günü ərzində emitent və yerləşdirməni həyata keçirən anderrayter qiymətli kağızların 

yerləşdirilməsinə başlamalıdırlar.  

 

51.7.  Birja  bu  Qaydaların  51.6-cı  bəndində  göstərilən  məlumatları  aldıqdan  sonra  1  (bir)  iş 



günü ərzində özünün internet səhifəsi vasitəsi ilə açıqlayır. 

 

51.8. Yerləşdirmə müddəti ərzində anderrayter abunə yazılışının yekunları üzrə alış sifarişlərini 



və yerləşdirmə üzrə satış sifarişini (sifarişlərini) Birjanın ticarət sisteminə daxil edir. Sifarişlər 

bu Qaydalara müvafiq olaraq yalnız limit qiyməti ilə və „İcra et və saxla” şərti ilə təqdim edilə 

bilər.  Sifarişlərin  qiyməti  bu  Qaydaların  51.8.-ci  bəndinin  müddəalarına  əsasən  açıqlanmış 

qiymət olmalıdır. 

 

51.9.  Sifarişlər  investorlar  tərəfindən  qiymətli  kağızlarının  dəyəri  qanunvericiliyə  müvafiq 



olaraq ödənildikdən sonra ticarət sisteminə daxil edilə bilər. 

 

51.10.  Kütləvi  təklif  olunan  səhmlərin  yerləşdirilməsi  zamanı  üstünlük  hüququ  nəzərdə 



tutulduqda, yerləşdirmənin başlandığı ilk 2 (iki) iş günü ərzində üstünlük hüququna malik olan 

səhmdarların  arasında  səhmlərin  yerləşdirilməsi  həyata  keçirilməlidir.  Səhmdarlar  səhmdar 

cəmiyyətinin  səhmlərini  almaqda  üstünlük  hüququna  malik  olduqda,  həmin  səhmlərin 

cəmiyyətin  nizamnamə  kapitalında  səhmdarların  malik  olduqları  paya  mütənasib  şəkildə 

yerləşdirilməsi Mərkəzi Depozitar və anderrayter tərəfindən yoxlanılır. 

 

51.11.  Abunə  qaydasında  yerləşdirilmə  zamanı  qiymətli  kağızların  yerləşdirməsi  müddəti  7 



(yeddi) iş günündən çox ola bilməz. 

 

51.12. Ticarət günün sonunda bütün icra edilməmiş sifarişlər avtomatik olaraq ləğv edilir. 



 

52. İnvestisiya qiymətli kağızlarının hərrac qaydasında yerləşdirilməsi 

 

52.1. İstiqrazlar, abunə yazılışı keçirilmədən bu Qaydaların 6-cı maddəsi ilə nəzərdə tutulmuş 



Bir  qiymətli  hərrac  üsulu  (birbaşa  hərrac  üsulu)  və  Rəqabətli  hərrac  üsulu    (dolayı  hərrac 

üsulu) ilə yerləşdirilə bilər. 

 

52.2.  İstiqrazların  hərrac  qaydasında  yerləşdirilməsi  zamanı,  emissiya  prospektində 



istiqrazların  satış  qiymətinin  hərracdan  əvvəl  elan  olunması  nəzərdə  tutulduqda  bir  qiymətli 

hərrac üsulu (birbaşa hərrac üsulu), digər hallarda rəqabətli hərrac üsulu  (dolayı hərrac üsulu) 

tətbiq edilir. 

 

52.3. İstiqrazların hərrac qaydasında yerləşdirilməsi Birjada bu məqsədlərlə yaradılmış xüsusi 



bazarda, birjanın ticarət reqlamentinə uyğun olaraq həyata keçirilir. 

 



Yüklə 445,6 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə