«Təsdiq edilmişdir»



Yüklə 445,6 Kb.
Pdf görüntüsü
səhifə13/16
tarix27.03.2018
ölçüsü445,6 Kb.
#34843
1   ...   8   9   10   11   12   13   14   15   16

 

32 


 

t – Repo müddəti (günlərlə); 

r – Repo faiz dərəcəsi

T – 360 və ya 365 (Repo predmeti olan istiqrazların buraxılış şərtlərindən asılı olaraq. 

44.4. Repo faiz dərəcəsi Birja tərəfindən aşağıdakı qaydada hesablanır: 

r = (


P

b

− P



a

P

a



) ×

T

t



× 100 

r – Repo faiz dərəcəsi; 

Pb – Repo bağlanış əqdinin qiyməti; 

Pa – Repo açılış əqdinin qiyməti; 

t – Repo müddəti (günlərlə); 

T – 360 və ya 365 (Repo predmeti olan istiqrazların buraxılış şərtlərindən asılı olaraq. 

44.5.  Repo  açılış  və  Repo  bağlanış  əqdlərinin  qiymətləri  nominaldan  faizlə  əks  olunur  və 

0.0001-dək yuvarlaqlaşdırılır. 

 

45. Təminat əmsalı 

 

45.1.  Repo  müddəti  ərzində  Repo  predmeti  olan  investisiya  qiymətli  kağızlarının  bazar 



qiymətinin  aşağı  düşməsi  zamanı  repo  üzrə  öhdəliklərin  yerinə  yetirilməməsi  risklərinin 

qarşısının  alınması  məqsədi  ilə  Birja  Repo  açılış  qiymətinin  hesablanması  zamanı  təminat 

əmsalından istifadə edir. Təminat əmsalı aşağıdakı qaydada hesablanır: 

k =


P

c

− P



a

P

c



× 100 

Pa  – Repo açılış əqdinin qiyməti; 

Pc – Repo predmeti olan investisiya qiymətli kağızlarının cari qiyməti

k – təminat əmsalı (faizlə). 

 

45.2.  Təminat  əmsalı  bu  Qaydaların  42-cu  bəndi  ilə  müəyyən  olunmuş  investisiya  qiymətli 



kağızları üzrə klirinq təşkilatı ilə razılaşdırılaraq birja tərəfindən müəyyən olunur.  

 

46. Repo əməliyyatı üzrə təminatın həcmi və hesablaşmaların keçirilməsi 

 

46.1.  Repo  əməliyyatı  üzrə  təminat  olaraq  Repo  açılış  əqdi  zamanı  Repo  predmeti  olan 



investisiya qiymətli kağızları çıxış edir.  

 

46.2. Repo açılış əqdi zamanı Repo predmeti olan investisiya qiymətli kağızları Birjada Repo 



əqdinin  bağlanılması  təsdiq  edildikdən  sonra    Repo  satıcısının  hesabında  klirinq  təşkilatının 

tapşırığına əsasən depozitar tərəfindən dondurulur. 

 

46.3. Repo müddəti ərzində Repo təminatının Birja tərəfindən hesablanmış bazar dəyəri Repo 



bağlanış  əqdi  qiymətinə  nəzərən  aşağı  düşdükdə  Repo  satıcısı  klirinq  təşkilatına  əlavə 

təminatlar  təqdim  etməlidir.  Əlavə  təminatlar  pul  və  ya  bu  Qaydaların  42-ci  bəndində 

göstərilən  qiymətli  kağızlar  ola  bilər.  Repo  təminatının  Birja  tərəfindən  hesablanmış  bazar 

dəyəri Birjada bağlanılmış əqdlərin orta çəkili qiyməti əsasında hesablanır və gündəlik olaraq 

Birjanın  ticarət  sistemi  vasitəsi  ilə  açıqlanır.  Əlavə  təminatın  həcmi  aşağıdakı  qaydada 



 

33 


 

hesablanır: 

M

c

= QP



m

− [CF


1

× (1 +


t′ × r%

T

)] 



Mc - əlavə təminat məbləği (manatla); 

Q – Repo predmeti olan investisiya qiymətli kağızlarının həcmi, əlavə təminatlar daxil olmaqla 

(ədəd); 

Pm  - Repo predmeti olan investisiya qiymətli kağızlarının bazar dəyəri; 

CF1 – Repo açılış əqdinin məbləği; 

t' – Repo açılış əqdi tarixindən əlavə təminatın hesablandığı tarixədək olan günlərin sayı; 

r – Repo faiz dərəcəsi; 

T – 360 və ya 365 (Repo predmeti olan istiqrazların buraxılış şərtlərindən asılı olaraq. 

46.4. Əlavə təminat olaraq pul vəsaitləri çıxış etdikdə, əlavə təminatın məbləği klirinq təşkilatı 

tərəfindən repo satıcının müvafiq hesabında dondurulur. 

46.5. Əlavə təminat olaraq bu Qaydaların 42-ci bəndində göstərilən qiymətli kağızlar olduqda 

əlavə təminatın məbləği, əlavə təminatın hesablandığı günün repo açılış qiymətinə bölünərək 

hesablanır.  Hesablamalar  zamanı  əlavə  təminat  qismində  çıxış  edəcək  qiymətli  kağızların 

həcmi  tam  ədədədək  yuvarlaqlaşdırılır.  Əlavə  təminat  qismində  çıxış  edən  qiymətli  kağızlar 

Repo  satıcısının  hesabında  klirinq  təşkilatının  tapşırığına  əsasən  depozitar  tərəfindən 

dondurulur.  

 

46.6. Repo satıcısının hesabında dondurulmuş qiymətli kağızların dondurmadan azad edilməsi 



yalnız klirinq təşkilatının tapşırığına əsasən depozitar tərəfindən həyata keçirilir.  

 

46.7.  Repo  satıcısının  hesabında  dondurulmuş  qiymətli  kağızların  o  cümlədən,  əlavə  təminat 



kimi  təqdim  edilmiş  pul  vəsaitlərinin  dondurmadan  azad  edilməsi  aşağıdakı  hallarda  həyata 

keçirilə bilər: 

46.7.1. Repo bağlanış əqdi icra olunduqda; 

46.7.2. Məhkəmənin qərarı ilə; 

46.7.3. Qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. 

 

46.8.  Repo  əməliyyatları  üzrə  hesablaşmalar  t+0  tarixində  klirinq  təşkilatı  tərəfindən  həyata 



keçirilir. 

 

46.9.  Reponun  bağlanış  tarixi  qeyri-iş  gününə  düşdüyü  halda,  əqd  növbəti  ilk  iş  günü 



öhdəliklər dəyişilmədən icra edilir.   

46.10 . Repo əməliyyatı üzrə öhdəliklərin qismən icra olunmasına yol verilmir.  

 

47. Repo Baş Razılaşması 

 

47.1. Repo Baş Razılaşmasında  aşağıdakı müddəalar öz əksini tapmalıdır:  



47.1.1. Razılaşmanın predmeti;  

47.1.2. Repo əməliyyatlarının bağlanması və öhdəliklərin icrası şərtləri;  

47.1.3. Repo açılış və bağlanış qiymətlərinin hesablanması qaydası;  

47.1.4. Repo əməliyyatları üzrə öhdəliklərin müəyyən edilməsi qaydası;   




 

34 


 

47.1.5. Repo əməliyyatı üzrə təminatların formalaşması qaydası;  

47.1.6. Repo əməliyyatı üzrə  öhdəliklər yerinə yetirilmədiyi təqdirdə görüləcək tədbirlər;  

47.1.7. Məsuliyyət məsələləri;  

47.1.8. Tərəflərin zəruri hesab etdiyi digər müddəalar.  

 

48. Repo əməliyyatları üzrə öhdəliklərin icrasına nəzarət 

 

48.1.  Repo  satıcısı  Repo  bağlanış  əqdi  üzrə  öz  öhdəliklərini  Repo  bağlanış  əqdi  tarixində 



ticarət  sessiyasının  sonunadək  yerinə  yetirmədikdə,  Birja  tərəfindən  ona  qarşı  aşağıdakı 

sanksiyalar tətbiq edilir: 

48.1.1. Bir günlük Repo faiz dərəcəsi həcmində maliyyə sanksiyası; 

48.1.2. Repo bağlanış əqdinin 0.1% həcminədək maliyyə sanksiyası; 

48.1.3.  Birja  üzvünün  və  ya  onun  müştərisinin  Repo  əməliyyatlarının  keçirilməsindən 

müəyyən müddətə kənarlaşdırılması; 

48.1.4. Repo Baş Razılaşmasının ləğv olunması. 

 

48.2. Repo satıcı öz öhdəliklərini növbəti gün saat 12:00-dək yerinə yetirmədikdə Repo açılış 



əqdi  zamanı  Repo  predmeti  olan  investisiya  qiymətli  kağızları  klirinq  təşkilatı  tərəfindən 

Birjada satışa çıxarılır. Repo predmeti olan investisiya qiymətli kağızların satışı Repo bağlanış 

əqdi  üzrə  öhdəliklərin    icra  edilməsi  üçün  yetərli  olmadıqda,  Repo  əməliyyatı  üzrə  təminat 

kimi çıxış edən digər qiymətli kağızlar da eyni qaydada satışa çıxarıla bilər.  

 

48.3.  Repo  predmeti  olan  qiymətli  kağızların  klirinq  təşkilatı  tərəfindən  satışı  Repo  Baş 



Razılaşmasına uyğun həyata keçirilir. 

 

49. Repo əməliyyatları üzrə məlumatların açıqlanması və hesabatlılıq 

 

49.1. Birja Repo əməliyyatları üzrə aşağıdakı məlumatları açıqlayır: 



49.1.1. Repo predmeti olan investisiya qiymətli kağızları; 

49.1.2. Təminat əmsalı (faizlə); 

49.1.3. Repo predmeti ola bilən investisiya qiymətli kağızlarının cari qiyməti; 

49.1.4. Repo açılış qiyməti; 

 

49.2.  Repo  əməliyyatlarına  dair  məlumatlar  Birjanın  məlumatların  açıqlanmasına  dair  daxili 



Qaydalarına və Repo Baş Razılaşmasına müvafiq olaraq açıqlanır və təqdim olunur. 

 

 

Maddə 11

 

İNVESTİSİYA QİYMƏTLİ KAĞIZLARININ YERLƏŞDİRİLMƏSİ

 

 

50. İnvestisiya qiymətli kağızlarının yerləşdirilməsi üzrə ümumi müddəalar 

 

50.1.  İnvestisiya  qiymətli  kağızlarının  yerləşdirilməsi  kütləvi  təklif  və  ya  qapalı  yerləşdirmə 



üsulu ilə həyata keçirilir. 


Yüklə 445,6 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə