«Təsdiq edilmişdir»



Yüklə 445,6 Kb.
Pdf görüntüsü
səhifə12/16
tarix27.03.2018
ölçüsü445,6 Kb.
#34843
1   ...   8   9   10   11   12   13   14   15   16

 

29 


 

həyata keçirilir. 

 

40.2.  Repo  əməliyyatı  Repo  Baş  Razılaşmasını  imzalamış  birja  üzvləri  arasında  repo 



iştirakçılarının müştəri hesabından həyata keçirilir. 

 

40.3.  Repo  əməliyyatı  üzrə  əmələ  gələn  öhdəliklərin  icra  olunmasında  təminatçı  kimi  klirinq 



təşkilatı  çıxış  edir.  Repo  əməliyyatı  üzrə  təminatların  həcmi  klirinq  təşkilatı  tərəfindən 

hesablanır. 

 

40.4. Hər bir Repo əməliyyatı Repo şəhadətnaməsi ilə təsdiq edilir (Əlavə №3).   



 

40.5. Birjada keçirilən Repo əməliyyatları aşağıdakı növlərə bölünür: 

40.5.1. Azərbaycan Respublikasının Mərkəzi Bankının kontragent qismində çıxış etdiyi Repo 

və Əks-repo əməliyyatları; 

40.5.2. Banklar arası Repo əməliyyatları. 

 

40.6.  Bu  Qaydalarla  digər  hallar  nəzərdə  tutulmadıqda  Repo  əməliyyatlarına  şamil  edilən 



müddəalar Əks-repo əməliyyatlarına da şamil edilir.  

 

41. Repo müddəti 

 

41.1.  Repo  əməliyyatlarının  həyata  keçirilməsinin  müddəti  Repo  iştirakçıları  tərəfindən 



müəyyən  olunur.  Repo  əməliyyatının  həyata  keçirilməsinin  maksimum  müddətinə  Birja 

tərəfindən məhdudiyyət qoyula bilər. 

 

41.2. Repo müddəti aşağıdakı qaydada hesablanır: 



 

Repo bağlanış əqdi tarixi - Repo açılış əqdi tarixi = Repo müddəti 

 

41.3. Reponun bağlanma tarixi Reponun predmeti olan qiymətli kağızların ödəniş, faiz ödənişi 



və ya geri satınalınmasının başlanması  tarixindən  ən  azı beş gün əvvəl olmalıdır. Repo açılış 

əqdi və Repo bağlanış əqdi eyni tarixdə həyata keçirildikdə, Reponun müddəti bir gün hesab 

edilir. 

 

41.4. Repo müddəti ərzində Reponun predmeti olan qiymətli kağızlarla təsbit edilmiş hüquqlar 



Repo açılış əqdi zamanı Repo satıcısı kimi çıxış edən şəxsə məxsusdur.   

 

42. Repo predmetinin müəyyən olunması 

 

42.1.  Repo  predmeti  Birjada  ticarətə  buraxılmış  aşağıdakı  investisiya  qiymətli  kağızlardır: 



42.1.1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları; 

42.1.2. Azərbaycan Respublikasının Mərkəzi Bankı  tərəfindən buraxılan notlar; 

42.1.3. Azərbaycan İpoteka Fondu  tərəfindən buraxılan ipoteka istiqrazları; 

42.1.4. Dövlət təminatı ilə buraxılmış istiqrazlar; 




 

30 


 

42.1.5.  Birjada  market-meyker  tərəfindən  likvidliyi  təmin  olunmuş  digər  investisiya  qiymətli 

kağızları. 

42.2.  Repo  predmeti  ola  bilən  qiymətli  kağızların  siyahısı  klirinq  təşkilatı  ilə  razılaşdırmaqla 

Birja tərəfindən müəyyən olunur. Reponun predmeti olan qiymətli kağızların siyahısı Birjanın 

ticarət sistemi və internet səhifəsi vasitəsi ilə açıqlanır. 

 

43. Repo ticarəti 

 

43.1.  Birjada  keçirilən  Repo  əməliyyatları  bu  Qaydaların  6-cı  maddəsi  ilə  nəzərdə  tutulmuş 



fasiləsiz  ticarət  üsulu  ilə  təşkil  olunur.  İstisna  olaraq,  Azərbaycan  Respublikasının  Mərkəzi 

Bankı tərəfindən zəruri hallarda bu Qaydaların 40.5.1.-ci bəndində nəzərdə tutulmuş Repo və 

Əks-repo  əməliyyatları  üzrə  bir  qiymətli  hərrac  üsulu  (birbaşa  hərrac  üsulu)  və  ya  rəqabətli 

hərrac üsulu  (dolayı hərrac üsulu) ilə hərraclar təşkil edilə bilər. 

 

43.2. Repo ticarəti Birjanın ticarət reqlamentinə uyğun olaraq həyata keçirilir. 



 

43.3. Repo sifarişləri növünə görə limit qiymətli sifariş və bazar qiymətli sifariş ola bilər. 

43.4.  Limitli  sifarişlər  təqdim  olunmuş  repo  faiz  dərəcəsi  və  ya  Birjada  mövcud  olan  daha 

yaxşı faiz dərəcəsi ilə, bu Qaydalara müvafiq olaraq icra olunur. Limit qiymətli repo sifarişdə 

aşağıdakı şərtlər əks olunur: 

 

43.4.1. Repo predmeti olan investisiya qiymətli kağızları; 



43.4.2. Sifarişin istiqaməti (Repo açılış əqdində qiymətli kağızların alışı və ya satışı); 

43.4.3. Repo predmetinin sayı və ya Repo məbləği

43.4.4. Repo müddəti; 

43.4.5. Repo faiz dərəcəsi

43.4.6.  Birja  üzvünün  və  ya  birja  üzvünün  müştərisinin  bu  Qaydaların  40.2.-ci  bəndinin 

tələblərinə uyğun gələn müştərisinin hesab nömrəsi. 

 

43.5.  Bazar  qiymətli  repo  sifarişi  sifarişlər  kitabında  mövcud  olan  repo  faiz  dərəcəsi  ilə,  bu 



Qaydalara  müvafiq  olaraq  icra  olunur.  Bazar  qiymətli  repo  sifarişində  aşağıdakı  şərtlər  əks 

olunur: 


43.5.1. Repo predmeti olan investisiya qiymətli kağızları; 

43.5.2. Sifarişin istiqaməti (Repo açılış əqdində qiymətli kağızların alışı və ya satışı); 

43.5.3. Repo predmetinin sayı və ya Repo məbləği; 

43.5.4. Repo müddəti; 

43.5.5.  Birja  üzvünün  və  ya  birja  üzvünün  müştərisinin  bu  Qaydaların  40.2.-ci  bəndinin 

tələblərinə uyğun gələn müştərisinin hesab nömrəsi. 

 

43.6. Repo sifarişlərinin təmin olunması ən yaxşı repo faiz dərəcəsi prinsipi ilə həyata keçirilir. 



 

43.7.  Repo  sifarişləri  təmin  edilənə  və  ya  ləğv  edilənədək  qüvvədə  olur.  Birja  üzvü  təqdim 

etdiyi  Repo  sifarişlərini  və  ya  onun  icra  olunmamış  hissəsini    birjanın  ticarət  reqlamentinə 

əsasən repo ticarətinin təşkil edildiyi müddət ərzində ləğv edə bilər. Repo ticarəti müddətinin 




 

31 


 

sonunda bütün təmin edilməmiş sifarişlər avtomatik olaraq ləğv olunur. 

 

44. Repo açılış və bağlanış əqdi qiymətlərinin hesablanması 

 

44.1.  Repo  açılış  əqdi  Repo  açılış  qiyməti  ilə  bağlanılır.  Repo  açılış  qiyməti  Repo  predmeti 



olan  investisiya  qiymətli  kağızlarının  cari  qiymətinin  bu  Qaydaların  45-ci  bəndi  ilə  müəyyən 

olunmuş  təminat  əmsalı  həcmində  diskontlaşdırılması  yolu  ilə,  Birja  tərəfindən  hesablanır. 

Repo açılış əqdinin qiyməti aşağıdakı qaydada hesablanır: 

P



= P

c

(1 −



k

100


Pa  – Repo açılış əqdinin qiyməti; 

Pc – Repo predmeti olan investisiya qiymətli kağızlarının cari qiyməti

k – təminat əmsalı (faizlə). 

 

44.2. Repo predmetinin cari qiyməti aşağıdakı düstur əsasında hesablanır: 



Faizli istiqrazlar üzrə: 

P

c



= N × (1 +

(t

1



− t

0

) × C%



T

Pc – Repo predmetinin cari qiyməti



N – Repo predmeti olan istiqrazın nominal dəyəri (pul ekvivalentində); 

t1 – Repo açılış əqdinin tarixi; 

t0 – Repo predmeti olan istiqrazın son faiz ödənişi tarixi; 

C – Repo predmeti olan istiqrazın faiz dərəcəsi; 

T – 360 və ya 365 (Repo predmeti olan istiqrazların buraxılış şərtlərindən asılı olaraq). 

Diskontlu istiqrazlar üzrə: 

P

c

= (



T × N

(t

2



− t

1

) × Y% + T



Pc – Repo predmetinin cari qiyməti; 

N – Repo predmeti olan istiqrazın nominal dəyəri (pul ekvivalentində); 

t2 – Repo predmeti olan istiqrazın ödəniş tarixi; 

t1 – Repo açılış əqdinin tarixi; 

Y – Repo predmeti olan istiqrazın Birjada bağlanılmış əqdlər üzrə orta çəkili qiyməti əsasında 

hesablanmış faiz dərəcəsi; 

T – 360 və ya 365 (Repo predmeti olan istiqrazların buraxılış şərtlərindən asılı olaraq. 

Səhmlər  üzrə  cari  qiymət  Repo  predmeti  olan  investisiya  qiymətli  kağızları  ilə  Birjada 

bağlanılmış əqdlərin orta çəkili qiyməti və ya market meyker kotirovkaları əsasında müəyyən 

edilir. 

 

44.3. Repo bağlanış əqdi Repo bağlanış qiyməti ilə təmin edilir. Repo bağlanış əqdinin qiyməti 



Birja tərəfindən aşağıdakı qaydada hesablanır: 

P

b



= P

a

× (1 +



t × r%

T



Pb – Repo bağlanış əqdinin qiyməti; 

Pa – Repo açılış əqdinin qiyməti; 




Yüklə 445,6 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə