«Təsdiq edilmişdir»



Yüklə 445,6 Kb.
Pdf görüntüsü
səhifə8/16
tarix27.03.2018
ölçüsü445,6 Kb.
#34843
1   ...   4   5   6   7   8   9   10   11   ...   16

 

18 


 

Sifarişlərin  təqdim  edilmə  müddəti  bitdikdən  sonra  sifarişlərin  təqdim  edilməsinə, 

dəyişdirilməsinə və ləğv edilməsinə yol verilmir

23.2.2.  Əqdlərin  bağlanılması  mərhələsində  qiymətli  kağızları  hərraca  çıxaran  ticarət 

iştirakçısı təqdim edilmiş sifarişlərin icra ediləcəyi minimal qiyməti (kəsmə qiymət) və hərrac 

zamanı təmin ediləcək rəqabətli sifarişlərin orta çəkili qiymətini (orta çəkili qiymət) müəyyən 

edərək əks sifarişi ticarət sisteminə daxil edir: 

23.2.2.1.  Rəqabətli  sifarişdə  qeyd  olunan  qiymət  kəsmə  qiymətdən  aşağı  olmadıqda  bu 

sifarişlər təmin edilir. 

23.2.2.2.  Qeyri-rəqabətli  sifariş  orta  çəkili  qiymətlə  yerinə  yetirilir.  Bu  halda  qeyri-rəqabətli 

sifarişlərlə  alınan  istiqrazların  sayı  sifarişdə  göstərilən  pul  vəsaitinin  məbləğinin  orta  çəkili 

qiymətinə bölünməsi yolu ilə hesablanır (yuvarlaqlaşdırılmış ədədlə). 

 

23.3.  Sifarişlərin  qəbulu  mərhələsində  təqdim  edilmiş  sifarişlər  (sifarişlər  kitabı)  yalnız 



qiymətli  kağızları  hərraca  çıxaran  ticarət  iştirakçısına  açıqlanır.  Digər  hərrac  iştirakçıları 

yalnız özlərinin təqdim etdikləri sifarişləri görə bilir.

  

 

 



Maddə 7

 

TİCARƏTİN KEÇİRİLMƏSİ VƏ ƏQDLƏRİN BAĞLANILMASI



 

 

 



24. Birjada ticarətin keçrilməsinə dair ümumi müddəalar

 

 

24.1. Birjada ticarət, ticarət iştirakçıları tərəfindən ticarət sistemində təqdim ediliş sifarişlər və 



kotirovkalar əsasında təşkil edilir.

 

 



24.2.  Birjanın  ticarət  sistemində  təqdim  edilmiş  sifarişlərin  və  kotirovkaların  bu  Qaydaların 

müddəalarına, o cümlədən tətbiq edilən ticarət üsuluna, ticarətin keçirilməsi vaxtlarına, ticarət 

iştirakçısının  səlahiyyətlərinə,  qiymət  dəhlizinə,  minimal  və  maksimal  həcminə,  lot  sayına, 

qiymət  addımına  uyğunluğu  və  ticarət  iştirakçısının  klirinq  təşkilatında  müvafiq  ticarət 

limitinin  olması  yoxlanılır.  Birjanın  bu  Qaydalarla  müəyyən  edilmiş  tələblərinə  uyğun  olan 

sifarişlər ticarət sisteminin sifarişlər kitabında qeydiyyata alınır. 

 

24.3.  Bu  Qaydaların  müddəalarına  uyğun  olaraq  yalnız  Birjanın  ticarət  sisteminin  sifarişlər 



kitabında qeydiyyata alınmış sifarişlər (ünvanlı ticarət istisna olmaqla) və kotirovkalara ticarət 

əməliyyatlarında iştirak edir. 

 

24.4.  Birjada  əqdlər  ticarət  sistemində  bu  Qaydaların  6-cı  maddəsində  qeyd  edilmiş  ticarət 



üsullarından biri vasitəsi ilə uzlaşmış sifarişlər əsasında bağlanılır. 

 

25. Ticarətin fazaları

 

 

25.1.  Birjada  ticarət  bu  Qaydalarla  müəyyən  edilmiş  ticarət  üsulları  vasitəsi  ilə  ticarət  günü 



ərzində təşkil olunur. Ticarət günü aşağıdakı fazalara bölünür: 


 

19 


 

25.1.1. Açılış hərracı;

 

25.1.2. Fasiləsiz ticarət;



 

25.1.3. Bağlanış hərracı.

 

 

25.2.  Bu  Qaydaların  25.1.-ci  bəndində  nəzərdə  tutulmuş  ticarət  fazalarının  ticarət  günü 



ərzində  tətbiq  edilməsi  Birjanın  İdarə  Heyəti  tərəfindən  müəyyən  edilmiş  ticarət  reqlamenti 

əsasında müəyyən edilir. 

 

25.3.  Sifarişlər  kitabı  bütün  ticarət  fazaları  ərzində  (ünvanlı  ticarət  istisna  olmaqla)  ticarət 



iştirakçıları üçün açıq hesab edilir. 

 

25.4.  Bu  Qaydaların  15.1.1.  və  15.1.2.-ci  bəndlərində  göstərilmiş  icra  şərtli  sifarişlər  yalnız 



fasiləsiz ticarət fazasında təqdim edilə bilər.

 

 



25.5. Bu Qaydaların 15.1.4. və 15.1.5-ci bəndlərində göstərilmiş icra şərtli sifarişlər yalnız bu 

açılış və bağlanış hərracları fazalarında təqdim edilə bilər. 

 

25.6.  Açılış  və  Bağlanış  hərracı  fazalarında  bazar  qiymətli  sifarişlərin  daxil  edilməsi 



qadağandır. 

 

26. Açılış hərracı fazası

 

 

26.1.  Açılış  hərracı  fazası  zamanı  ticarət  bu  Qaydaların  6-cı  maddəsi  ilə  nəzərdə  tutulmuş 

tarazlaşdırıcı qiymətli hərrac üsulu ilə təşkil olunur.

 

 

26.2. Açılış hərracı fazası zamanı sifarişlərin təqdim edilməsi üçün nəzərdə tutulmuş müddət 



(sifarişlərin qəbul edilməsi mərhələsi), bu müddətin sonuna ən çox 30 saniyə qalmış təsadüfi 

vaxtda bitir.  

 

26.3. Açılış hərracı fazasının əqdlərin bağlanılması mərhələsində ticarət iştirakçıları tərəfindən 



sifarişlərin təqdim edilməsi qadağandır. 

 

26.4.  Açılış  hərracının  sonunda  hər  hansı  bir  əqd  bağlanılmadıqda,  açılış  qiyməti  fasiləsiz 



ticarət fazasında bağlanılan ilk əqdin qiyməti olaraq təyin edilir. 

 

27. Fasiləsiz ticarət fazası

 

 

27.1. Fasiləsiz ticarət  fazası  zamanı ticarət  bu  Qaydaların  6-cı  maddəsi  ilə  nəzərdə  tutulmuş 



fasiləsiz ticarət üsulu ilə təşkil olunur.

 

 



27.2.  Açılış  hərracı  fazası  zamanı  icra  edilməmiş  sifarişlər  bu  qaydaların  24.2.-ci  bəndinin 

müddəalarına uyğun olduqda, fasiləsiz ticarət fazasında ticarətdə iştirak edir.

 

 

 




 

20 


 

28. Bağlanış hərracı fazası

 

 

28.1. Bağlanış hərracı fazası zamanı ticarət bu Qaydaların 6-cı maddəsi ilə nəzərdə tutulmuş 

tarazlaşdırıcı qiymətli hərrac üsulu ilə təşkil olunur.

 

 

28.2.  Bağlanış  hərracı  fazası  zamanı  sifarişlərin  təqdim  edilməsi  üçün  nəzərdə  tutulmuş 



müddət (sifarişlərin qəbul edilməsi mərhələsi), bu müddətin sonuna ən çox 30 saniyə qalmış 

təsadüfi vaxtda bitir.  

 

28.3.  Bağlanış  hərracı  fazasının  əqdlərin  bağlanılması  mərhələsində  ticarət  iştirakçıları 



tərəfindən sifarişlərin təqdim edilməsi qadağandır. 

 

28.4.  Bağlanış  hərracının  sonunda  hər  hansı  bir  əqd  bağlanılmadıqda,  bağlanış  qiyməti 



fasiləsiz ticarət fazasında bağlanılan son əqdin qiyməti olaraq təyin edilir. 

 

29. Ünvanlı əqdlər 

 

29.1. Ünvanlı əqdlərin bağlanılmasına aşağıdakı hallarda Birja tərəfindən icazə verilir: 



29.1.1.  Bu  Qaydaların  29.2.-ci  bəndi  ilə  nəzərdə  tutulmuş  iri  həcmli  sifarişlərin  təqdim 

edilməsi yolu ilə əqdlərin bağlanılması; 

29.1.2.  Alıcı  və  ya  satıcı  qismində  Azərbaycan  Respublikasının  dövlət  orqanları  çıxış  edən 

strateji əhəmiyyətli alqı-satqı əməliyyatlarının keçirilməsi

29.1.3. Qiymətli kağızların qapalı yerləşdirmə üsulu ilə yerləşdirilməsi. 

 

29.2. Aşağıdakı sifarişlər iri həcmli hesab olunur: 



29.2.1.  Market  meyker  tərəfindən  likvidiliyi  təmin  edilmiş  səhmlər  üzrə  500 000  (beş  yüz 

min)  manat  və  ya  nizamnamə  kapitalının  25%-i  və  ondan  artıq  həcmdə  təqdim  edilən 

sifarişlər; 

29.2.2. Digər səhmlər üzrə 60 000 (altmış  min)  manat  və  ondan  artıq  həcmdə  təqdim  edilən 

sifarişlər; 

29.2.3.  Market  meyker  tərəfindən  likvidiliyi  təmin  edilmiş  korporativ  istiqrazlar  üzrə 

10 000 000 (on milyon) manat və ya buraxılışın 80%-i və ondan artıq həcmdə təqdim edilən 

sifarişlər; 

29.2.4. Digər korporativ istiqrazlar üzrə 5 000 000 (beş milyon) manat və ya buraxılışın 60%-i 

və ondan artıq həcmdə təqdim edilən sifarişlər. 

 

29.3.  Birjada  ticarətə  buraxılmış  qiymətli  kağızlar  üzrə  ünvanlı  ticarət  bu  Qaydaların  6-cı 



maddəsi ilə nəzərdə tutulmuş ünvanlı ticarət üsulu ilə təşkil olunur. 

 

29.4. Ünvanlı əqdlərin bağlanılması üçün təqdim edilən sifarişlər yalnız fasiləsiz ticarət fazası 



ərzində,  ticarət  sistemində  ünvanlı  əqdlərin  bağlanılması  üçün  yaradılmış  xüsusi  bazar 

seqmentində daxil edilə bilər. 

 



Yüklə 445,6 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə