«Təsdiq edilmişdir»



Yüklə 445,6 Kb.
Pdf görüntüsü
səhifə7/16
tarix27.03.2018
ölçüsü445,6 Kb.
#34843
1   2   3   4   5   6   7   8   9   10   ...   16

 

16 


 

19.3.2. Sifarişlər kitabında ən çox sayda qiymətli kağızların alınıb-satılmasını təmin edən bir 

neçə  qiymət  mövcud  olduqda,  tarazlaşdırıcı  qiymət  bu  qiymətlərdən  ən  yüksək  və  ən  aşağı 

olanın  riyazi  ortası  əsasında  hesablanır.  Hesablanmış  orta  qiymət  addımına  uyğun  olaraq 

yuvarlaqlaşdırılır və son nəticə tarazlaşdırıcı qiymət olaraq təyin edilir. 

 

19.4. Sifarişlər tarazlaşdırıcı qiymət ilə aşağıdakı qaydada icra olunur: 



19.4.1.  Tarazlaşdırıcı  qiymətə  nəzərən  daha  yaxşı  qiyməti  olan  (ən  yüksək  qiymətli  alış 

sifarişi və an aşağı qiymətli satış sifarişi) alış və satış sifarişləri ən yaxşı qiymət növbəliliyi ilə 

tam həcmdə icra edilir

19.4.2. Tarazlaşdırıcı qiymətə bərabər qiyməti olan alış və satış sifarişləri üzrə alış və ya satış 

istiqamətlərindən biri tam həcmdə icra edilir. 

 

20. Fasiləsiz ticarət üsulu 

 

20.1. Fasiləsiz ticarət üsullu ticarəti zamanı əqdlər alış və satış sifarişlərinin aşağıdakı şərtlər 



daxilində uzlaşdırılması yolu ilə bağlanılır: 

 

20.1.1.  Alış  istiqamətli  sifariş,  əks  istiqamətdə  olan  və  bütün  icra  şərtləri  bu  sifarişə  uyğun 



gələn ən yaxşı qiyməti olan satış sifarişi (sifarişləri) ilə uzlaşdırılır; 

20.1.2. Satış istiqamətli sifariş,  əks istiqamətdə olan və bütün  icra şərtləri bu sifarişə uyğun 

gələn ən yaxşı qiyməti olan alış sifarişi (sifarişləri) ilə uzlaşdırılır; 

 

20.2. Alış və satış sifarişləri uzlaşdığı zaman, əqd bu sifarişlərdən vaxt etibarı ilə öncə təqdim 



edilən sifarişin (sifarişlərin) qiyməti ilə bağlanılır. 

 

20.3.  Bazar  qiymətli  sifarişlər  üzrə  əqd  bağlanıldığı  zaman  əqdin  qiyməti,  ən  yaxşı  qiyməti 



olan əks istiqamətli sifarişin (sifarişlərin) qiyməti olaraq təyin edilir. 

 

20.4.  Sifariş  sifarişlər  kitabında  mövcud  olan  əks  istiqamətli  sifariş  (sifarişlər)  ilə 



uzlaşmadıqda, bu sifariş sifarişlər kitabına icra növbəliliyi ilə daxil edilir. 

 

20.5.  Fasiləsiz  ticarət  üsullu  ticarəti  zamanı  ticarət  iştirakçıları  daxil  etdikləri  və  sifarişlər 



kitabında  mövcud  olan  icra  edilməmiş  sifarişlərini  və  ya  onun  icra  edilməmiş  hissəsini 

dəyişdirə və ya ləğv edə bilərlər. 

 

20.6. Bu Qaydaların 20-ci bəndinin müddəaları kotirovkalara da şamil edilir. 



 

21. Ünvanlı ticarət üsulu 

 

21.1.  Ünvanlı  ticarət  üsullu  ticarəti  zamanı  əqdlər  tərəflərdən  birinin  digər  tərəfə  əqdin 



bağlanılma  şərlərini  ifadə  edən  alış  və  ya  satış  təklifi  göndərməsi,  digər  tərəfin  isə  ona 

ünvanlanmış təklifin təsdiq edilməsi yolu ilə bağlanılır.

 

 



 

17 


 

21.2. Ticarət iştirakçıları onlara ünvanlanmış alış və satış sifarişini təsdiq edə və ya rədd edə 

bilər.  Ünvanlı  ticarət  üsullu  ticarəti  zamanı  əqdlər  yalnız  onun  ünvanlandığı  kontragent 

tərəfindən  təsdiq  edildiyi  zaman  baş  tutmuş  hesab  edilir.  Ticarət  iştirakçısı  kontragent 

tərəfindən təsdiq və ya rədd edilməmiş ünvanlı əqd təkliflərini ləğv edə bilər.  

 

21.3.  Bu  Qaydaların  21-ci  bəndinin  müddəaları  ilə,  alış  və  ya  satış  təklifinin  göndərilməsi 



əqdin  bağlanılacağı  əks  tərəfin  öncədən  qeyd  edilməsi  yolu  ilə  alış  və  ya  satış  sifarişinin 

təqdim  edilməsini,  alış  və  ya  satış  təklifinin  təsdiq  edilməsi  isə  ticarət  iştirakçısına 

ünvanlanmış  alış  və  ya  satış  təklifi  ilə  eyni  şərtlərə  malik  əks  sifarişin  təqdim  edilməsi 

nəzərdə tutulur.   

 

22. Bir qiymətli hərrac üsulu (birbaşa hərrac üsulu) 

 

22.1. Bir qiymətli hərrac üsullu ticarəti zamanı əqdlər hərracın sonunda, toplanmış alış və ya 



satış sifarişlərinə qarşı qiymətli kağızları hərraca çıxaran ticarət iştirakçısı tərəfindən öncədən 

elan edilmiş bir qiymətlə əks sifarişin daxil edilməsi yolu ilə bağlanılır.

 

 

22.2.  Bir  qiymətli  hərrac  iki  mərhələdə  təşkil  olunur:  sifarişlərin  qəbul  edilməsi  və  əqdlərin 

bağlanılması.

 

22.2.1.  Sifarişlərin  qəbulu  mərhələsində  ticarət  iştirakçıları  qeyri-rəqabətli  sifarişlər  təqdim 



edirlər.  Bu  mərhələdə  ticarət  iştirakçıları  hərraca  çıxarılmış  qiymətli  kağızlar  üzrə  təqdim 

etdikləri sifarişlərin şərtlərini dəyişdirə və  ya bu sifarişləri ləğv edə bilər. Sifarişlərin təqdim 

edilmə  müddəti  bitdikdən  sonra  sifarişlərin  təqdim  edilməsinə,  dəyişdirilməsinə  və  ləğv 

edilməsinə yol verilmir

22.2.2.  Əqdlərin  bağlanılması  mərhələsində  qiymətli  kağızları  hərraca  çıxaran  ticarət 

iştirakçısı öncədən elan edilmiş qiymət və həcmdə toplanmış sifarişlər üzrə əks sifarişi daxil 

edir və nəticədə əqdlər bağlanılır.  

 

22.3.  Sifarişlərin  qəbulu  mərhələsində  təqdim  edilmiş  sifarişlər  (sifarişlər  kitabı)  yalnız 



qiymətli  kağızları  hərraca  çıxaran  ticarət  iştirakçısına  açıqlanır.  Digər  hərrac  iştirakçıları 

yalnız özlərinin təqdim etdikləri sifarişləri görə bilir. 

 

23. Rəqabətli hərrac üsulu  (dolayı hərrac üsulu) 

 

23.1.  Rəqabətli  hərrac  üsullu  ticarəti  zamanı  əqdlər  hərracın  sonunda,  toplanmış  alış  və  ya 



satış  sifarişlərinə  qarşı  qiymətli  kağızları  hərraca  çıxaran  ticarət  iştirakçısı  tərəfindən  əks 

sifarişin daxil edilməsi yolu ilə bağlanılır.

 

 

23.2.  Rəqabətli  hərrac  iki  mərhələdə  təşkil  olunur:  sifarişlərin  qəbul  edilməsi  və  əqdlərin 

bağlanılması.

 

23.2.1. Sifarişlərin qəbulu mərhələsində ticarət iştirakçıları rəqabətli və/və ya qeyri-rəqabətli 



sifarişlər təqdim edirlər. Bu mərhələdə ticarət iştirakçıları hərraca çıxarılmış qiymətli kağızlar 

üzrə  təqdim  etdikləri  sifarişlərin  şərtlərini  dəyişdirə  və  ya  bu  sifarişləri  ləğv  edə  bilər. 




Yüklə 445,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə