«Təsdiq edilmişdir»



Yüklə 445,6 Kb.
Pdf görüntüsü
səhifə3/16
tarix27.03.2018
ölçüsü445,6 Kb.
#34843
1   2   3   4   5   6   7   8   9   ...   16

 

 



2.1.47.  Reponun  bağlanma  tarixi  –  Repo  satıcısı  tərəfindən  qiymətli  kağızların  Repo 

alıcısından geri satın alındığı və Repo alıcısı tərəfindən onların geri satıldığı tarixdir

 

2.1.48. Repo şəhadətnaməsi – Repo əməliyyatının həyata keçirildiyini rəsmiləşdirən və Repo 



iştirakçılarının  Repo  əməliyyatı  üzrə  öhdəliklərini  Repo  Baş  Razılaşmasına  uyğun  olaraq 

təsdiq edən sənəddir. 



 

2.1.49. Marja ticarəti 

– 

Marja ticarəti investora Birja üzvləri vasitəsi ilə baza aktivi (qiymətli 



kağız,  valyuta,  faiz  dərəcələri,  gəlirlilik,  törəmə  maliyyə  alətləri,  əmtəə,  maliyyə  indeksi, 

kredit  riskləri  və  s.)  və  ya  bu  baza  aktivlərinin  qiyməti,  gəlirliliyi,  məzənnə  fərqi,  risk 

dərəcəsinin öz vəsaiti və ya borc vəsaitləri ilə Birjada alınıb sonradan satılmasının təşkili üzrə 

investisiya xidmətidir (əməliyyatıdır);

 

 

2.1.50.  Marja  ticarəti  üzrə  baza  aktivi 



– 

qiymətli  kağız, valyuta, faiz dərəcələri,  gəlirlilik, 

törəmə  maliyyə  alətləri,  əmtəə,  maliyyə  indeksi,  kredit  riskləri  və  ya  bu  aktivlərin  qiyməti, 

gəlirliliyi, məzənnə fərqi, risk dərəcəsinin öz vəsaiti və ya borc vəsaitləridir;

 

 

2.1.51.  İlkin  marja  –  baza  aktivinin  alışı  məqsədilə  müştəri  tərəfindən  investisiya  şirkətinə 



nəğd ödənilən əməliyyat dəyərinin faiz nisbəti kimi hesablanan minimum məbləğdir

 

2.1.52.  Təminat  marjası  –  baza  aktivinin  alışından  sonra  müştəri  tərəfindən  investisiya 



şirkətinə  ödənilən  və  ticarət  gününün  sonuna  yekun  qiymətə  uyğun  olaraq  baza  aktivinin 

bazar dəyərinin faiz nisbəti kimi hesablanan minimum məbləğdir;

 

 

2.1.53.  Marja  çağırışı  –  bu  Qaydalarla  müəyyən  edilmiş  təminat  marjasının  minimum 



həddinə  çatdırılması  məqsədilə  əlavə  pul  vəsaitinin  qoyulması  barədə  investisiya  şirkəti 

tərəfindən müştəriyə edilən tələbdir;

 

 

2.1.54.  Cari  bazar  dəyəri  (cari  qiymət)  –  qiymətli  kağızların  və  ya  törəmə  maliyyə 

alətlərinin,  habelə    marja  ticarəti  üzrə  baza  aktivinin,  listinqdən  keçdiyi  əsas  Birjanın 

kotirovkasına əsasən son ana müəyyən olunan qiymətidir;

 

 

2.1.55. Klirinq 

– 

Klirinq fəaliyyəti qiymətli kağızlarla və ya törəmə maliyyə alətləri ilə əqdlər 



üzrə  qarşılıqlı  öhdəliklərin  müəyyən  edilməsi  məqsədi  ilə  məlumatların  toplanması, 

yoxlanılması,  tutuşdurulması,  mövqelərin  nettinqi,  öhdəliklərin  sıralanması,  tələblərin 

əvəzləşdirilməsi üzrə fəaliyyətdir;

 

 

2.1.56. Klirinq təşkilatı 

– 

Klirinq təşkilatı müstəsna olaraq klirinq fəaliyyəti ilə məşğul olan, 



bu  fəaliyyət  növü  üzrə  lisenziyaya  malik  olan  və  səhmdar  cəmiyyəti  formasında  yaradılan 

hüquqi şəxsdir;

 

 

2.1.57.  Hesablaşmalar 

– 

qiymətli  kağızlarla  və  ya  törəmə  maliyyə  alətləri  ilə  əqdlər  üzrə 



tərəflərin qarşılıqlı öhdəliklərinin icra edilməsidir;

 

 




 

 



2.1.58.  Ödənişə  Qarşı  Çatdırılma  (ÖQÇ)  –  qiymətli  kağızların  və  ya  törəmə  maliyyə 

alətlərinin  alış  qiymətinin  tam  ödənilməsi  qarşılığında  satıcının  alıcıya  və  ya  onun 

nümayəndəsinə bu qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin çatdırılmasının təmin 

edilməsi üzrə razılaşmanı ifadə edən hesablaşma prinsipidir;

 

 

2.1.59.  Ticarət  simvolu  (tiker) 

– 

Birjada ticarətə buraxılan hər bir qiymətli kağız və törəmə 



maliyyə alətini ticarət sistemində identifikasiya edən qısa koddur;

 

 



2.1.60.  Qlobal  əməliyyatlar  -  Qiymətli  kağızlarıın  birləşdirilməsi,  konvertasiyası, 

xırdalanması,  habelə, qanunvericiliklə müəyyən edilmiş digər əməliyyatlar;

 

 

2.1.61.  Korporativ  hadisələr  -  Qiymətli  kağızları  buraxmış  səhmdar  cəmiyyəti  tərəfindən 

səhmdarların  ümumi  yığıncaqlarının  keçirilməsi,  səhmlər  üzrə  dividendlərin  verilməsi, 

istiqrazlar üzrə faizlərin ödənilməsi və qanunvericiliklə müəyyən edilmiş digər hadisələr.

 

 

 



II HİSSƏ: ƏSAS MÜDDƏALAR

 

 

Maddə 3

 

 

BİRJANIN TƏŞKİL ETDİYİ BAZARLAR, TİCARƏT İŞTİRAKÇILARI



 

 

3. Birja aşağıdakı bazarların ticarətini təşkil edir: 



 

3.1. Dövlət qiymətli kağızlarının bazarı; 

3.2. Korporativ qiymətli kağızların bazarı; 

3.3. Törəmə maliyyə alətlərinin bazarı. 

 

4. Aşağıdakılar Birjanın təşkil etdiyi bazarlarda ticarətdə iştirak edə bilər: 



 

4.1.  Birjanın  üzvlük  qaydalarına  əsasən  birja  üzvlüyünə  qəbul  edilmiş  və  müvafiq  bazarda 

ticarət etmək səlahiyyətlərinə malik investisiya şirkətləri

4.2. Müstəsna olaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı birja üzvü olmadan ticarət 

iştirakçısı qismində birjada ticarətdə iştirak edə bilər. 

 

4.3. Birjada ticarət birja üzvləri olan investisiya şirkətləri vasitəsi ilə həyata keçirilir.  



 

Maddə 4

 

 

ƏQDLƏRİN  BAĞLANILMASI,  İSTİNAD  QİYMƏTİ,  QİYMƏT  DƏHLİZİ, 

TİCARƏTİN  DAYANDIRILMASI,  TİCARƏT  GÜNLƏRİ,  TİCARƏT  SAATLARI, 

QİYMƏT ADDIMI VƏ LOT ÖLÇÜSÜ, BAZARA NƏZARƏT VƏ TİCARƏT OLUNAN 

BAZARLARIN QORUNMASI

 


Yüklə 445,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə