«Təsdiq edilmişdir»



Yüklə 445,6 Kb.
Pdf görüntüsü
səhifə16/16
tarix27.03.2018
ölçüsü445,6 Kb.
#34843
1   ...   8   9   10   11   12   13   14   15   16

 

39 


 

müddəalarına əsasən hərrac qaydasında təşkil olunur. 



 

55. Geriyə satış hərracı 

 

55.1.  Geriyə  satış  hərracı  bu  Qaydaların  52-ci  bəndinin  müddəalarına  əsasən  Birjada  ticarətə 



buraxılmış və yerləşdirilmiş qiymətli kağızlar üzrə təşkil olunur. 

 

55.2. Geriyə satış hərracı zamanı qiymətli kağızların alıcısı qismində birja üzvü vasitəsi ilə bu 



qiymətli kağızların Emitenti çıxış edir.  

 

56. Törəmə maliyyə alətlərinin yerləşdirilməsi (ilk dəfə ticarətə buraxılması) 

 

56.1. Törəmə maliyyə alətlərinin yerləşdirilməsi (ilk dəfə ticarətə buraxılması) Birja tərəfindən 



törəmə maliyyə alətinin standartlaşdırılmış forması əsasında həyata keçirilir.  

 

56.2.  Törəmə  maliyyə  alətlərinin  standartlaşdırılmış  formasında  aşağıdakı  məlumatlar  qeyd 



olunur: 

56.2.1. Baza aktivi; 

56.2.2. Törəmə maliyyə alətinin növü; 

56.2.3. Törəmə maliyyə alətinin dəyəri (olduqda); 

56.2.4. Müqavilənin tədavül müddəti (ilk və son gün); 

56.2.5. Müqavilənin icra günü (olduqda); 

56.2.6. Müqavilənin icra üsulu (baza aktivinin çatdırılması və ya qarşılıqlı hesablaşmalar); 

56.2.7. Qiymətin müəyyən edilməsi üsulu

56.2.8. Qiymət addımı; 

56.2.9. Lot ölçüsü; 

56.2.10. Qiymət dəhlizi; 

56.2.11. İlkin marjanın məbləği; 

56.2.12. Opsionlar üçün baza aktivini almaq və ya satmaq hüququnun istifadə edilməsi zamanı 

baza aktivinin qiyməti (opsion üçün); 

56.2.13.  Opsionun  növü  (opsion  üzrə  verilən  hüququ  tədavül  müddəti  ərzində  və  ya  tədavül 

müddətinin sonunda istifadə etmək imkanı);  

56.2.14. Opsionun sinfi (opsion üzrə verilən satmaq və ya almaq hüququ); 

 

56.3.  Törəmə  maliyyə  alətlərinin  standartlaşdırılmış  forması  QKDK  tərəfindən  təsdiq 



edildikdən sonra, Birja sözügedən törəmə maliyyə alətləri ilə ticarəti təşkil edir. 

 

56.4. Törəmə maliyyə alətinin standartlaşdırılmış formasına Birja tərəfindən dəyişikliklər edilə 



bilər.  Törəmə  maliyyə  alətinin  standartlaşdırılmış  formasına  edilmiş  dəyişikliklər  QKDK 

tərəfindən  təsdiq  edildikdən  və  Birjanın  internet  səhifəsində  açıqlandıqdan  sonra  növbəti  iş 

günündən tez olmayaraq qüvvəyə minir. 

 

57. Qiymətli kağızların qapalı yerləşdirmə üsulu ilə yerləşdirilməsi 

 



 

40 


 

57.1.  Qiymətli  kağızların  qapalı  yerləşdirmə  üsulu  ilə  yerləşdirilməsi  bu  Qaydaların  29-cu 

bəndinin müddəalarına əsasən ünvanlı əqdlərin bağlanılması qaydasında təşkil olunur. 

 

Maddə 12 

MARJA İLƏ TİCARƏT 

 

58. Marja ilə ticarət üzrə ümumi müddəalar 

 

58.1.  Marja  ilə  ticarət  fasiləsiz  ticarət  fazası  ərzində  Birjanın  ticarət  reqlamenti  ilə  müəyyən 



edilmiş bazarlar və vaxt ərzində birja üzvləri vasitəsi ilə təşkil olunur. 

 

58.2.  Marja  ilə  ticarət  bu  Qaydalara  müvafiq  olaraq  qiymətli  kağızların  yerləşdirlməsinə  və 



repo əməliyyatlarına şamil edilmir. 

 

58.3.  Birja  üzvü  hər  hansı  müştəridən  əldə  etdiyi  vəsaitləri  digər  müştərilər  üçün  marja 



əməliyyatları aparmaq və ya öz məqsədləri üçün istifadə etməməlidir. 

 

58.4. Birja üzvü müştərilər üzrə marja əməliyyatlarını bu məqsədlə hər bir müştəri üzrə klirinq 



təşkilatında açılmış fərdi marja hesabından həyata keçirməlidir. 

 

59. Marja ilə ticarət oluna bilən baza aktivləri 

 

59.1. Aşağıdakı tələblərə cavab verən qiymətli kağızlar marja ticarətinin baza aktivi kimi qəbul 



edilə bilər: 

59.1.1. Qiymətli kağızların altı aydan çox müddətdə listinqdə olması; 

59.1.2. Ticarət olunan qiymətli kağızların sayının 10000-dən (on min) çox olması; 

59.1.3.  Qiymətli  kağızların  son  altı  ay  ərzində  ticarət  həcminin,  orta  aylıq  ticarət  həcminə 

(bazarda  cəmi  ticarət  həcminin  müvafiq  ayların  sayına  bölünməsi)  bərabər  və  ya  ondan  çox 

olması;  

59.1.4.  Ticarətin  günlərinin  sayının  həmin  qiymətli  kağızların  Birjada  listinqdə  olan  ticarət 

günlərinin sayının 80%-nə və ya daha çox hissəsinə bərabər olması; 

59.1.5. Qiymətli kağızların delistinq prosesində olmaması. 

59.1.6. Riskli qiymətli kağız kimi təyin olunmaması; 

59.1.7. Qiymətli kağızların marketmeykerinin olması. 

 

59.2.  Baza  aktivi  baza  aktivlərinin  qiyməti,  gəlirliliyi,  məzənnə  fərqi  və  ya  risk  dərəcəsinin 



dəyişiklikləri  olan  törəmə  maliyyə  alətləri  ilə  marja  ticarəti  bu  alət  üzrə  birja  üzvünün 

müraciəti  əsasında,  ən  azı  bir  marketmeykerin  (likvidlik  təminatçısının)  iştirakı  ilə  təşkil 

olunur. 

 

60. Marja ticarəti üzrə hədlər 

 

60.1. Marja ticarətinin baza aktivi kimi qiymətli kağızlar qəbul edildikdə marja həddi aşağıdakı 



qaydada müəyyən edilir: 


 

41 


 

60.1.1.  İlkin  marja  baza  aktivinin  cari  bazar  dəyərinin  minimum  40  (qırx)  faizi  həcmində 

olmalıdır; 

60.1.2.  Marja  ticarəti  ilə  əldə  edilmiş  baza  aktivi  üzrə  təminat  marjası  son  ticarət  günü  üçün 

yekun  qiymətin  minimum  20  (iyirmi)  faizi  həcmində  olmalı  və  yalnız  pul  vəsaiti  ilə 

ödənilməlidir. 

 

60.2. Baza aktivlərinin qiyməti, gəlirliliyi, məzənnə fərqi və  ya risk dərəcəsinin dəyişiklikləri 



ilə marja ticarəti üzrə marja həddi QKDK ilə razılaşdırılmaqla Birjanın İdarə Heyəti tərəfindən 

müəyyən olunur. 

 

60.3. Təminat marjası Birja tərəfindən müəyyən olunmuş minimal həddən aşağı düşdükdə, bu 



xidmətləri göstərən birja üzvü dərhal marja çağırışını etməlidir. 

 

60.4.  Marja  çağırışı  edilən  müştəriyə  bu  xidmətləri  göstərən  birja  üzvü  tərəfindən  baza 



aktivlərinin bazar qiymətlərində yüksəlməyə görə əlavə marja və ya vəsait verilə bilməz. 

 

61. Marja ticarəti üzrə məlumatların açıqlanması 

 

61.1. Birja marja ilə ticarətin təşkil olunduğu bazarlar üzrə bu Qaydaların 59.1.-ci və 59.2.-ci 



bəndlərinin  tələblərinə  uyğun  gələn  alətlərin  siyahısını  və  bu  qaydaların  60.2.-ci  bəndi  üzrə 

marja hədləri barədə məlumatı özünün internet səhifəsi vasitə ilə açıqlayır. 

 

Maddə 13 

BİRJADA  BAĞLANILMIŞ  ƏQDLƏR  ÜZRƏ  HESABLAŞMALARIN  KEÇİRİLMƏSİ 

VƏ BİRJADA BAĞLANILMIŞ ƏQDLƏRİN LƏĞV EDİLMƏSİ 

 

 

62. Birjada bağlanılmış əqdlər üzrə hesablaşmaların keçirilməsi 

 

62.1. Birjada bağlanılmış əqdlər üzər hesablaşmalar Ödənişə Qarşı Çatdırılma (ÖQÇ) prinsipi 



əsasında,  Birja  ilə  hesablaşma-klirinq  xidmətlərinin  göstərilməsinə  dair  müqavilə  imzalamış 

qanunvericiliyə müvafiq olaraq fəaliyyət göstərən klirinq təşkilatı tərəfindən həyata keçirilir. 

 

62.2.  Qiymətli  kağızlarla  ticarətin  təşkili  zamanı,  klirinq  təşkilatının  bu  qiymətli  kağızların 



saxlanıldığı depozitar təşkilatına çıxışı olmalıdır. 

 

62.3.  Birja  klirinq  təşkilatı  ilə  hesablaşma-klirinq  xidmətlərinin  göstərilməsinə  dair  müqavilə 



imzalayır. Müqavilədə ən azı aşağıdakı müddəalar əks olunur: 

62.3.1. Birjada bağlanılmış əqdlər üzrə hesablaşmaların tamamlanması müddəti; 

62.3.2. Birjada bağlanılmış əqdlərin təmin edilməsi (tamamlanması) qaydası; 

62.3.3. Birja üzvləri üzrə ticarət limitlərinin müəyyən olunması; 

62.3.4. Məlumatların qorunması və təhlükəsizliyi şərtləri. 

 



 

42 


 

62.4. Birja ilə klirinq təşkilatı arasında məlumat mübadiləsi elektron formada təşkil edilir. 

 

 

63. Birjada bağlanılmış əqdlərin ləğv edilməsi 



 

63.1. Birjada bağlanılmış əqdlər qanunvericiliyə müvafiq olaraq ləğv olunur. 



 

 

Maddə 14 

TİCARƏT SİMVOLLARI 

 

64. Ticarət simvollarının verilməsi 

 

64.1.  Birjada  ticarətə  buraxılan  hər  bir  qiymətli  kağız  və  törəmə  maliyyə  alətinə  fərdi  ticarət 



simvolu verilir.  

 

64.2. Hər bir ticarət simvolu unikaldır və təkrarlanmır.  



 

64.3.  Ticarət  simvolu  qiymətli  kağız  və  ya  törəmə  maliyyə  alətinin  buraxılış  şərtlərindən  və 

emitentindən  asılı  olaraq  hərflər  və  rəqəmlərdən  ibarət  ola  bilər.  Ticarət  simvolu  yalnız 

rəqəmlərdən ibarət ola bilməz. 

 

64.4.  Birja  ticarət  simvollarını  müstəqil  şəkildə  qiymətli  kağızların  və  törəmə  maliyyə 



alətlərinin  ticarətə  buraxılmasında  təyin  edir.  İstisna  olaraq,  ticarət  simvolu  qiymətli  kağızlar 

və  ya  törəmə  maliyyə  alətləri  listinqə  daxil  edilərkən  onların  listinqə  daxil  edilməsi  üçün 

müraciət etmiş şəxsin yazılı müraciəti əsasında bu Qaydalara uyğun şəkildə təyin oluna bilər. 

 

64.5. Ticarət simvolu Birja tərəfindən aşağıdakı qaydada müəyyən olunur: 



 

64.5.1. Dövlət qiymətli kağızları üzrə: 

 

XYZZNN 


 

Burada, 


X  – Dövlət qiymətli kağızlarını xarakterizə  edən şərti simvol (notlar üzrə „N”, qısa müddətli 

dövlət  istiqrazları  üzrə  „T”,  orta  müddətli  dövlət  istiqrazları  üzrə  „B”,  uzun  müddətli  dövlət 

istiqrazları  üzrə  „D”,  xüsusi  şərtlərlə  buraxılmış  dövlət  istiqrazları  üzrə  „G”,  bələdiyyə 

istiqrazları üzrə „M” hərfi qeyd olunmalıdır); 

Y – Dövlət qiymətli kağızlarının valyutasının baş hərfidir; 

ZZ – Dövlət qiymətli kağızlarının buraxıldığı ilin son iki rəqəmidir  

NN – Dövlət qiymətli kağızlarının bir ildə buraxılış sırasıdır. 

64.5.2. Korporativ istiqrazlar üzrə: 

 

XXXXXYY 



 

43 


 

 

Burada, 



XXXXX – İstiqrazların emitentini xarakterizə edən ticarət simvoludur

YY – Korporativ istiqrazın buraxılış sırasıdır.  

64.5.3. Səhmlər üzrə: 

XXXXX 


Burada, 

XXXXX  –  Səhmlərin  emitentini  xarakterizə  edən  latın  əlifbasının  baş  hərfi  və  ya  hərf  və 

rəqəm  kombinasiyasıdır.  Kodun  seçilməsi  zamanı  bütün  kodun  yalnız  rəqəmlərdən  ibarət 

olmasına yol verilmir, kodlaşmada ən azı bir hərf olmalıdır. 

 

64.5.4. Törəmə maliyyə alətləri üzrə: 



 

Baza aktivlərinin qiyməti, gəlirliliyi, məzənnə fərqi və ya risk dərəcəsinin dəyişikliyinin alınıb-

satılmasını nəzərdə tutan maliyyə alətləri üzrə təşkil edilmiş marja ticarəti üzrə ticarət simvolu 

qarşılıqlı olaraq alınıb satılan iki baza aktivinin ticarət simvollarının birləşməsindən ibarət olur. 

 

64.5.5.  Digər qiymətli kağızlar və törəmə maliyyə  alətləri  üzrə ticarət  simvolu Birjanın  İdarə 



Heyətinin qərarı ilə müəyyən olunur. 

 

Maddə 15 



DİGƏR MÜDDƏALAR 

 

65. Ticarət haqları 

 

65.1. Birjada bağlanılmış əqdlərə görə Birjanın müəyyən etdiyi tarif cədvəlinə müvafiq olaraq 

ticarət haqları tətbiq edilir.  

 

65.2. Ticarət haqları Birja üzvləri tərəfindən Birjaya ödənilir. 



 

65.3.  Ticarət  haqqının  məbləğinin  hesablanması  qaydası  Birjanın  İdarə  Heyəti  tərəfindən 

müəyyən edilən tarif cədvəlində əks olunur. 

 

65.4. Birja tarif cədvəlini özünün internet səhifəsində açıqlayır. 



 

66. Hesabatlılıq və məlumatların açıqlanması 

 

66.1.  Bu  Qaydalar  üzrə  hesabatlılıq  və  məlumatların  açıqlanması  birjanın  məlumatların 

açıqlanması qaydaları ilə tənzimlənir. 

 

67. Qaydaların pozulmasına görə məsuliyyət 

 

67.1. Bu Qaydaların pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi və Birjanın 



qaydaları ilə nəzərdə tutulmuş məsuliyyət tədbirləri tətbiq edilir. 


 

44 


 

Əlavə №1 

“Bakı Fond Birjası” QSC-nin  

Ticarət Reqlamenti 

 

Təkrar bazar

1

 

Törəmə 

maliyyə 

alətləri 

üzrə 

ticarət 

saatları 

Ticarət 

Fazasının 

adı 

Ticarət üsulu 

Səhmlər üzrə 

ticarət 

saatları 

İstiqrazlar 

üzrə ticarət 

saatları 

Repo/əks 

Repo üzrə 

ticarət 

saatları 

Açılış fazası 

 

Tarazlaşdırıcı 



hərrac üsulu 

 

9:30 - 10:00 



24/7 



Fasiləsiz ticarət 

 

Fasiləsiz ticarət 



üsulu 

 

10:00 - 13:00 



10:00 - 13:00 

10:00 - 13:00 



Açılış fazası 

 

Tarazlaşdırıcı 



hərrac üsulu 

 

14:00 - 14:15 





Fasiləsiz ticarət 

 

Fasiləsiz ticarət 



üsulu 

 

14:15 - 15:45 



14:00 - 16:00 

14:00 - 16:00 



Bağlanış fazası 

 

Tarazlaşdırıcı 



hərrac üsulu 

 

15:45 - 16:00 





Yelərşdirmə



1

 

Abunə yazılışı 

qaydasında 

 

Fasiləsiz ticarət 



üsulu 

 

 



11:00 - 13:00; 

14:00 - 16:00 

 

 

11:00-13:00; 



14:00-16:00 

 



Hərrac 

qaydasında 

 

 



Tələb qiymətli və 

ya bir qiymətli 

hərrac üsulu 

 



11:00 - 12:30 



Qapalı 



yerləşdirmə 

 

Fasiləsiz ticarət 



üsulu 

 

11:00 - 13:00; 



14:00 - 16:00 

 

 



11:00 - 13:00; 

14:00 - 16:00 

 



 



Qeyd: 

1

Saat  13:00-dan  14:00-dək  səhmlər,  istiqrazlar,  repo/əks  repo  ticarətləri  üzrə  fasilə 

müddətidir. Fasilə müddəti ərzində ticarət əməliyyatları keçirilmir. 


 

45 


 

Əlavə №2

 

MARKETMEYKER FƏALİYƏTİ İLƏ MƏŞĞUL OLMAQ ÜÇÜN 



MÜRACİƏT FORMASI 

 

 

 



 

A. 

MARKETMEYKER BARƏDƏ MƏLUMAT 

 

A1. Ümumi məlumat: 

Tam adı 

 

VÖEN 

 

 

A2. Ünvan və əlaqə vasitələri: 

Hüquqi ünvanı 



 

Faktiki ünvanı 



 

Əlaqələndirici şəxs 



 

 

Telefon    

 

Faks                                                      



 

 

Digər                                               



 

 

A3. Sahib olduğu investisiya şirkəti fəaliyyəti üçün lisenziya barədə məlumat: 

 

Həyata keçirilməsinə icazə 

verilən əsas və yardımçı 

investisiya xidmətləri 

Verilmə 

tarixi 

Qüvvədə olma 

tarixi 

Kim tərəfindən verilib 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

QEYD: Bu forma Market meyker fəaliyyətinin predmeti olan hər bir qiymətli kağız üzrə doldurulmalıdır. 

 



 

46 


 

B. ÖHDƏLİKLƏR BARƏDƏ MƏLUMAT 

B1. Marketmeyker fəaliyyətinin predmeti barədə məlumatlar: 

Qiymətli  kağızların  dövlət 

qeydiyyat  nömrəsi  (ISIN)/ 

törəmə 


maliyyə 

aləti 


barədə məlumat 

 

Emitent/ baza aktivi 



 

 

B2.  Marketmeyker  fəaliyyətinin  predmeti  olan  qiymətli  kağızlar  /  törəmə  maliyyə 

alətləri üzrə öhdəliklərin həcmi: 

Alış 


________________ədəd / həcm 

Satış 


________________ədəd / həcm 

 

B3. Qiymət dəhlizi:________%

 

 



Birja tərəfindən hər bir alət üzrə təyin olunmuş minimal və maksimal qiymət həddindən artıq 

olmamaq şərti ilə 

 

B4. Marketmeyker fəaliyyəti zamanı istifadə ediləcək hesab nömrəsi: 

Marketmeyker hesabı 



 

 

B5. Qiymətli kağızların emitenti / baza aktivinin sahibi ilə razılaşmanın olması: 

Razılaşma vardır 

 

Razılaşma yoxdur 



 

 

 

 



C. SƏLAHİYYƏTLİ TREYDER BARƏDƏ MƏLUMAT 

C1. Marketmeykerin adından iştirak edəcək səlahiyyətli treyderlər barədə məlumat: 

Adı, Soyadı, 

Atasının adı 

Şəxsiyyəti 

təsdiq edən 

sənəd  

Sahib olduğu ixtisas şəhadətnaməsi 

Fəaliyyət növü 

Seriya, 

Nömrə 

Verilmə 

tarixi 

Qüvvədə 

olma tarixi  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Xahiş edirik müraciət formasını qəbul edəsiniz 



Öhəliklərinin icrasına başlanma tarixi:_________________ 

 

Rəhbər:_________________  



 

İmza:__________________                            M.Y. 




 

47 


 

Əlavə №3

 

 



1.  Bu  Repo  Şəhadətnaməsi  Repo  Baş  Razılaşmaya  uyğun  olaraq  bir  tərəfdən, 

___________________________________ bundan sonra Repo satıcısı adlandırılan  və digər 

tərəfdən_______________________________bundan  sonra  Repo  alıcısı  adlandırılan 

(birlikdə  “Tərəflər”  adlandırılacaq)  arasında  Repo  Baş  Razılaşmasına  uyğun  olaraq,  “Bakı 

Fond Birjası” QSC-nin Ticarət Sistemində REPO əməliyyatlarının aparılmasını təsdiq edir. 

2.    Tərəflər  __________tarixində  REPO  əməliyyatını  açır  (Repo  açılış  əqdi  tarixi), 

________________ tarixində isə onu bağlayırlar (Repo bağlanış əqdi tarixi). 

3. REPO əməliyyatının şərtləri aşağıdakı kimidir: 



№ 

Əməliyyatı

n qeydiyyat 

nömrəsi 

Reponun predmeti 

Repo 

faiz 

dərəcəs

i (%) 

Repo 

müddət



(gün) 

Qiymət 

Məbləğ 

Qeydiyya

t nömrəsi 

Emiten



Miqdar

ı (ədəd) 

Açılı

ş 

Bağlanı

ş 

Rep



açılış 

əqdi 

Repo 

bağlanı

ş əqdi 

 

 



 

 

 



 

 

 



 

 

 



                                                                                                                                               Cəmi: 

 

 



 

4. Tərəflər REPO açılış və  REPO bağlanış əqdlərini, bu REPO Şəhadətnaməsində göstərilmiş 

qiymətlər üzrə həyata keçirir. 

5. Tərəflərin məsuliyyəti: 

5.1.  Repo  satıcısı  REPO  Şəhadətnaməsində  nəzərdə  tutulmuş  öhdəliklərini  REPO 

əməliyyatını bağlanma tarixində saat 16:00-dək yerinə yetirməlidir; 

5.2.  Tərəflər  REPO  əməliyyatı  üzrə  öhdəliklərinin  yerinə  yetirilməməsinə  görə  Azərbaycan 

Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. 

Qeydiyyata alınıb: 

 ______________________ 

  

Ticarət Sessiyasının tarixi

 

Əməliyyatçı: 



_______________________ 

 

REPO Şəhadətnaməsi 



 

Yüklə 445,6 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə