«Təsdiq edilmişdir»



Yüklə 445,6 Kb.
Pdf görüntüsü
səhifə10/16
tarix27.03.2018
ölçüsü445,6 Kb.
#34843
1   ...   6   7   8   9   10   11   12   13   ...   16

 

24 


 

32.3.  Marketmeykerin  hesabında  olan  qiymətli  kağızlar  və  ya  törəmə  maliyyə  alətlərinin 

miqdarı  Birja  tərəfindən  satış  kotirovkası  üzrə  tələb  olunan  minimal  həcm  tələbindən  az 

olduqda (və  ya belə qiymətli kağızlar hesabda olmadıqda) market meyker satış kotirovkasını 

hesabda olan sözügüdən qiymətli  kağızların  və  ya törəmə maliyyə alətlərinin miqdarı qədər 

təqdim etməlidir. Hesabda belə qiymətli olmadıqda market meyker satış kotirvkasının təqdim 

edilməsindən müvəqqəti olaraq azad edilir. 

 

32.4.  Marketmeyker  müqavilədə  göstərilmiş  qiymətli  kağızlar  bu  Qaydaların  və  market 



meyker müqaviləsinin şərtlərinə uyğun olaraq Birjanın ticarət sistemində təqdim etdiyi alış və 

satış kotirovkalarının icrasını təmin etməlidir. 

 

32.5. Birjada ticarətə buraxılmış qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə alış və satış 



kotirovkalarının minimal həcmi bu qiymətli kağızlar üzrə Birja tərəfindən müəyyən edilir və 

açıqlanır.  

 

32.6. Marketmeyker könüllü qaydada öz öhdəliklərindən artıq əqd bağlaya bilər. 



 

32.7.  Marketmeyker  hər  bir  qiymətli  kağız  üzrə  onun  adından  yalnız  bir  treyderin  iştirakını 

təmin etməlidir

 

32.8. Marketmeyker Birjanın ticarət qaydalarına, qiymətli kağızlar bazarının tənzimlənməsinə 



dair qanunvericilik aktlarına əməl etməlidir. 

 

32.9.  Marketmeyker  minimal  alış  və  satış  kotirovkalarını  fasiləsiz  ticarət  fazası  ərzində,  



fasiləsiz ticarət fazası başladıqdan sonra 30 (otuz) dəqiqə ərzində ticarət sisteminə daxil edir. 

 

32.10. Marketmeykerin bir qiymətli kağız və  ya törəmə maliyyə aləti üzrə eyni zamanda bir 



alış və bir satış kotirovkası ticarətdə iştirak edə bilər. Bir ticarət günü ərzində market meyker 

tərəfindən  eyni  qiymətli  kağız  və  ya  törəmə  maliyyə  aləti  üzrə  digər  alış  və  ya  satış 

kotirovkası təqdim edildikdə, həmin market meyker tərəfindən bu qiymətli kağız və ya törəmə 

maliyyə  aləti  üzrə  əvvəl  daxil  edilmiş  lakin  icra  edilməmiş  kotirovka  və  ya  onun  icra 

edilməmiş hissəsi ləğv edilməlidir. 

 

32.11. Marketmeyker fasiləsiz ticarət fazası ərzində icra olunmamış kotirovkalarını dəyişdirə 



bilər, lakin bu zaman kotirovkanın dəyişdirilməsi müddəti 5 dəqiqədən artıq olmamalıdır. 

 

32.12. Marketmeyker əqdləri nəticəsində yaranmış öhdəliklərin icrası marketmeyker ilə Birja 



arasında  bağlanılmış  marketmeyker  müqaviləsində  başqa  hal  nəzərdə  tutulmadıqda,  əqd 

bağlanıldıqdan sonra növbəti ticarət günü saat 16:15-dək həyata keçirilir

 

32.13. Marketmeyker aşağıdakı hallarda öhdəliklərindən azad edilir: 



32.13.1. Gündəlik nəzərdə tutulmuş öhdəlikləri təmin etdikdə

32.13.2. Bu Qaydaların 32.3.-cü bəndinin müddəaları ilə nəzərdə tutulmuş hallarda

32.13.3. Birjanın İdarə Heyətinin qərarı əsasında müəyyən olunmuş müddətə. 



 

25 


 

 

32.14.  Marketmeyker  bu  fəaliyyəti  bilavasitə  həyata  keçirən  səlahiyyətli  treyderlərinin 

dəyişməsi barədə dərhal Birjaya məlumat verməlidir.  

 

32.15.  Marketmeyker  Birjanın  müraciəti  əsasında  market  meyker  öhdəliklərini  icra  etdiyi 



depo hesabından çıxarışı Birjaya təqdim edir.  

 

33. Kotirovka spredi 

 

33.1.  Marketmeyker  öz  öhdəliklərini  yerinə  yetirərkən  və  bu  Qaydalara  uyğun  olaraq 



qiymətlər  müəyyən  edərkən  aşağıda  göstərilən  qaydada  hesablanmaqla  kotirovka  spredinə 

əməl etməlidir:  

33.1.1. Səhmlər üzrə: 

 

 KS



səhm

 =   Q

yüksək

satış 



 

Q

aşağı

alış   

x

 

100% 

       Q

aşağı

alış

 

 

Burada, KS

səhm


 market meykerin səhmlər üzrə kotirovka spredi üçün hazırkı mövqeyidir. 

 

Q



yüksək

satış     

müvafiq  qiymətli  kağızlara  market  meyker  tərəfindən  verilən  ən  yüksək  satış 

qiymətidir; 

Q

aşağı


alış       

müvafiq  qiymətli  kağızlara  market  meyker  tərəfindən  verilən  ən  aşağı  alış 

qiymətidir. 

 

33 .1.2. İstiqrazlar üzrə:  



 

KS

istiqraz



 =    G

yüksək

satış 



 

G

aşağı

alış   

x

 

100% 

             G

aşağı

alış

 

 



Burada, KS

istiqraz


 market meykerin istiqrazlar üzrə kotirovka spredi üçün hazırkı mövqeyidir. 

 

G



yüksək

satış     

müvafiq  qiymətli  kağızlara  market  meyker  tərəfindən  verilən  ən  yüksək  satış 

qiymətidir; 

G

aşağı


alış       

müvafiq  qiymətli  kağızlara  market  meyker  tərəfindən  verilən  ən  aşağı  alış 

qiymətidir. 

 

33.1.3. Törəmə maliyyə alətləri üzrə:  



 

 KS


TMA

 =    Q

yüksək

satış

 –

 

Q

aşağı

alış   

x

 

100% 

             Q

aşağı

alış

 

 

Burada,  KS

TMA


  market  meykerin  törəmə  maliyyə  alətləri  üzrə  kotirovka  spredi  üçün  hazırkı 

mövqeyidir. 




Yüklə 445,6 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə