«Təsdiq edilmişdir»



Yüklə 445,6 Kb.
Pdf görüntüsü
səhifə2/16
tarix27.03.2018
ölçüsü445,6 Kb.
#34843
1   2   3   4   5   6   7   8   9   ...   16

 

 



2.1.21. Fərdi identifikasiya kodu 



 Birja  tərəfindən  ticarət  iştirakçısına  verilmiş,  onu  ticarət 

sistemində identifikasiya edən rəqəmlərdən ibarət (4 və ya 5 rəqəm) fərdi qısa koddur;

 

 

2.1.22. Ticarət iştirakçısı 

– 

Bu Qaydaların 4-cü bəndi ilə müəyyən olunmuş şəxslər;



 

 

2.1.23.  Marketmeyker 



– 

qiymətli  kağızlar  bazarında  mütəmadi  olaraq  öz  hesabına  və  Birja 

ilə razılaşdırılmış qiymət dəhlizi çərçivəsində özünün müəyyənləşdirdiyi qiymətlərlə qiymətli 

kağızların və ya törəmə maliyyə alətlərinin alqı-satqısını həyata keçirən birja üzvüdür;

 

 

2.1.24. Ünvanlı əqd - Tərəfləri bir-birinə məlum olan və qabaqcadan razılaşdırılmış qiymətlə 



və şərtlərlə bağlanan qiymətli kağızların Birjada alqı-satqısıdır;

 

 

2.1.25.  Alış  kotirovkası 

– 

Birjanın  ticarət  sistemində  bu  Qaydaların  şərtlərinə  uyğun 



marketmeyker tərəfindən qiymətli kağızların alışı üzrə verilmiş limit qiymətli sifarişdir;

 

 

2.1.26.  Satış  kotirovkası 

– 

Birjanın  ticarət  sistemində  bu  Qaydaların  şərtlərinə  uyğun 



marketmeyker tərəfindən qiymətli kağızların satışı üzrə verilmiş limit qiymətli sifarişdir;

 

 

2.1.27. Kotirovka spredi – Market meykerin alış və satış qiymətlərini müəyyən edərkən əməl 

etməli  olduğu,  qiymətli  kağızların  cari  qiymətinə  nəzərən  aşağı  və  yuxarı  qiymət 

dalğalanması arasındakı fərqdir; 

 

2.1.28.  Marketmeyker  əqdi  –  Birjanın  daxili  qaydalarına  və  ticarət  reqlamentinə  uyğun 

olaraq  market-meyker  sessiyası  daxilində,  ən  azı  bir  tərəfdən  market-meyker  olmaqla 

bağlanan ticarət əqdləridir

 

2.1.29.  Marketmeyker  üzrə  güzəştlər  –  Birjanın  qaydalarına  uyğun  olaraq  marketmeyker 



əqdləri üzrə marketmeykerə tətbiq edilən güzəştlərdir; 

 

2.1.30.  Minimal  alış  həcmi  –  marketmeykerin  gün  ərzində  Birjanın  ticarət  sistemində 



marketmeyker  sessiyası  başlayan  zaman  təqdim  etməli  olduğu  alış  sifarişinin  minimal 

məbləğidir (alış qiyməti * qiymətli kağızların sayı ≥ minimal alış həcmi). Marketmeyker ona 

ünvanlanmış  satış  sifarişlərinin  yalnız  minimal  alış  həcmi  qədərində  olan  hissəsinin 

alınmasına öhdəlik daşıyır;  

 

2.1.31.  Kross  əqd – Birja üzvünün eyni bir əqd üzrə həm alıcı, həm də satıcı qismində çıxış 



etdiyi əqdlərdir; 

 

2.1.32.  Kross  sifariş – Birjanın ticarət sistemində sifarişlərin reyestrinə daxil edildiyi zaman 



kross əqdin bağlanılmasına səbəb ola biləcək sifarişdir

2.1.33.  Gözləmə  müddəti  –  bazarda  rəqabət  mühitinin  formalaşdırılması  məqsədi  ilə  kross 

sifarişlərin  digər  birja  üzvlərinə  açıqlanması  və  onların  kross  əqdlərdə  iştirakının  təmin 

edilməsi üçün kross sifarişlərin bloklaşdırılması müddətidir; 

 



 

 



2.1.34.  Repo  əməliyyatı  (repo  müqaviləsi)  –  Repo  predmeti  olan  investisiya  qiymətli 

kağızlarının əvvəlcədən müəyyən edilmiş şərtlərlə geri satın alınması (satılması) öhdəliyi ilə 

satılmasıdır (alınmasıdır); 

 

2.1.35.  Repo  açılış  əqdi  –  Repo  əməliyyatının  birinci  hissəsi  olmaqla,  investisiya  qiymətli 



kağızların satılması (alınması) üzrə Birjanın ticarət sistemində bağlanılmış əqddir; 

 

2.1.36. Repo bağlanış əqdi – Repo əməliyyatının ikinci hissəsi olmaqla, investisiya qiymətli 



kağızlarının geri satın alınması (satılması) üzrə Birjanın ticarət sistemində bağlanılmış əqddir; 

 

2.1.37.  Repo  açılış  əqdinin  qiyməti – Repo açılış əqdinin bu Qaydalara uyğun olaraq Birja 



tərəfindən hesablanmış qiymətdir; 

 

2.1.38. Repo bağlanış əqdinin qiyməti – Repo bağlanış əqdinin bu Qaydalara uyğun olaraq 

Birja tərəfindən hesablanmış qiymətdir; 

 

2.1.39. Repo əməliyyatının iştirakçısı – Birja və klirinq təşkilatı ilə Repo Baş Razılaşmasını 

imzalamış Birja üzvüdür; 

 

2.1.40.  Repo  alıcısı  –  Repo  açılış  əqdi  zamanı  qiymətli  kağızların  alıcısı  qismində,  Repo 

bağlanış    əqdi  zamanı  qiymətli  kağızların  satıcısı  qismində  çıxış  edən  Repo  əməliyyatının 

iştirakçısıdır; 

 

2.1.41.  Repo  satıcısı  –  Repo  açılış  əqdi  zamanı  qiymətli  kağızların  satıcısı  qismində,  Repo 



bağlanış  əqdi  zamanı  qiymətli  kağızların  alıcısı  qismində  çıxış  edən  Repo  əməliyyatının 

iştirakçısıdır; 

 

2.1.42.  Reponun predmeti (repo  baza  aktivi) – Üzərində Repo əməliyyatı aparılması üçün 



müəyyən olunmuş Birjada ticarətə buraxılmış bir buraxılış daxilində olan investisiya qiymətli 

kağızlarıdır; 

 

2.1.43.  Repo  müddəti  –  Repo  açılış  əqdi  tarixi  ilə  Repo  bağlanış  əqdi  tarixi  arasındakı 



müddətdir; 

 

2.1.44.  Repo  faiz  dərəcəsi  –  bu  Qaydalara  uyğun  olaraq  hesablanmış  Repo  əməliyyatının 



gəlirliliyidir; 

 

2.1.45.  Repo  Baş  Razılaşması  –  Repo  əməliyyatlarının  aparılmasının  əsas  şərtlərini, 



tərəflərin  hüquq  və  vəzifələrini,  məsuliyyətini  müəyyənləşdirən  Birja  və  Birja  üzvü  olan 

investisiya şirkətləri arasında və klirinq təşkilatının iştirakı ilə bağlanılan müqavilədir; 

 

2.1.46.  Reponun  açılma  tarixi – Repo satıcısı tərəfindən qiymətli  kağızların Repo alıcısına 



satıldığı və Repo alıcısı tərəfindən onların alındığı tarixdir

 



Yüklə 445,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə