«Təsdiq edilmişdir»



Yüklə 445,6 Kb.
Pdf görüntüsü
səhifə15/16
tarix27.03.2018
ölçüsü445,6 Kb.
#34843
1   ...   8   9   10   11   12   13   14   15   16

 

37 


 

52.4.  Hərrac  qaydasında  yerləşdirilmə  zamanı  istiqrazların  yerləşdirilməsi  müddəti  1  (bir)  iş 

günündən çox ola bilməz. 

 

52.5. İstiqrazların hərrac qaydasında yerləşdirilməsinin başlanmasından ən azı 5 (beş) iş günü 



öncə  qiymətli  kağızların  Birjanın  listinq  qaydalarına  müvafiq  olaraq  listinqə  daxil  edilməsi 

haqqında  ərizə,  qanunvericiliyə  uyğun  olaraq  tərtib  edilmiş  emissiya  prospekti  (və  ya 

informasiya memorandumu) Emitent tərəfindən Birjaya təqdim edilməlidir.  

 

52.6.  İstiqrazlar  Birjada  listinqə  daxil  edildikdən  sonra,  qiymətli  kağızların  yerləşdirilməsinə 



başlanılması tarixinə ən azı 2 (iki) iş günü qalmış emitent və ya anderrayter qiymətli kağızların 

yerləşdirilməsinin başlanması tarixini və hərracın keçirilməsi şərtləri barədə məlumatı Birjaya 

təqdim etməli və qanunvericiliyə müvafiq olaraq açıqlamalıdır. 

 

52.7. Hərracın keçirilməsinin şərtləri barədə məlumatda aşağıdakılar əks olunmalıdır:  



52.7.1. Hərracın keçirilməsi tarixi; 

52.7.2. Qiymətli kağızların qeydiyyat nömrəsi

52.7.3. Təklif olunan istiqrazların məbləği; 

52.7.4. Qeyri-rəqabətli sifarişlərin ümumi emissiya həcminə nəzərən maksimal məbləği 

52.7.5.  Bir  istiqrazın  satış  qiyməti  (emissiya  prospektində  bu  qiymətin  hərracdan  əvvəl  elan 

olunması nəzərdə tutulduqda). 

 

52.8.  Birja  bu  Qaydaların  52.7-ci  bəndində  göstərilən  məlumatları  aldıqdan  sonra  1  (bir)  iş 



günü ərzində özünün internet səhifəsi vasitəsi ilə açıqlayır. 

 

52.9.  Yerləşdirilmə  günü  Birjanın  ticarət  reqlamentinə  uyğun  olaraq  sifarişlərin  qəbulu  üçün 



nəzərdə  tutulmuş  müddət  ərzində  birja  üzvləri  istiqrazların  alınması  (geriyə  satış  hərracı 

zamanı satılması) üçün sifarişləri ticarət sisteminə daxil edirlər.  

 

52.10.  Sifarişlər  investorlar  tərəfindən  qiymətli  kağızlarının  dəyəri  qanunvericiliyə  müvafiq 



olaraq ödənildikdən sonra ticarət sisteminə daxil edilə bilər. 

 

52.11.  Hərrac  zamanı  yalnız  rəqabətli  və  qeyri-rəqabətli  sifarişlər  daxil  edilə  bilər.  Sifarişlər 



yalnız „İcra et və saxla” şərti ilə təqdim edilə bilər.  

 

52.12.  Hərrac  zamanı  hər  bir  investorun  hesabından  təqdim  edilmiş  qeyri-rəqabətli  sifarişlər, 



onların hesabında təqdim edilmiş rəqabətli sifarişlərin 20%-dən artıq ola bilməz. 

 

52.13.  Hərrac  zamanı  sifarişlərin  qəbul  edilməsi  müddətinin  sonunda  Birja  təqdim  olunmuş 



sifarişlərin  reyestrini  anderrayterə  təqdim  edir  və  ya  onun  ticarət  sistemi  vasitəsi  ilə  bu 

məlumata  çıxışını  təmin  edir.  Hərrac  zamanı  təqdim  olunmuş  sifarişlərin  reyestrində  ən  azı 

aşağıdakı məlumatlar əks olunur: 

52.13.1. Hər bir qiymət üzrə təqdim edilmiş sifarişlərin sayı və məbləği

52.13.2. Təqdim edilmiş rəqabətli sifarişlər üzrə qiymətli kağızların sayı; 



 

38 


 

52.13.3.Rəqabətli və qeyri-rəqabətli sifarişlərin məbləği. 

 

52.14.  Hərrac  zamanı  sifarişlərin  qəbulu  müddəti  bitdikdən  sonra  1  (bir)  iş  günü  ərzində 



emitent və  ya anderrayter təqdim  edilmiş sifarişlər üzrə hərracda təmin olunacaq istiqrazların 

həcmini  və  qiymət  əvvəlcədən  elan  olunmadığı  təqdirdə  (dolayı  hərrac  zamanı),  onların 

minimal  qiymətini  (kəsmə  qiymətini)  müəyyənləşdirir  və  Birjanın  ticarət  reqlamentinə 

müvafiq olaraq əqdlərin bağlanılması mərhələsində birja üzvü (anderrayter) vasitəsi ilə ticarət 

sisteminə satış (geriyə satış hərracı zamanı alış) sifarişi daxil edir. 

 

52.15.  Hərrac  zamanı  təqdim  edilmiş  sifarişlərin  ümumi  həcmi  yerləşdiriləcək  istiqrazların 



həcmindən artıq olduqda, eyni qiymətlə təqdim edilmiş sifarişlər emissiya prospektinə müvafiq 

olaraq mütənasiblik qaydasında və ya bu sifarişlərin təqdim edilməsi vaxtına görə  icra edilir. 

 

52.16. Sifarişlərin icra edilməsi qiymətli kağızları hərraca çıxaran birja üzvü (anderrayter) ilə 



hərrac iştirakçıları olan birja üzvləri arasında alqı-satqı əqdinin bağlanılması hesab edilir. 

 

52.17.  Mərkəzi  depozitar  yerləşdirilən  qiymətli  kağızlar  üzrə  toplanmış  pul  vəsaitlərini  və 



alınmış qiymətli kağızları (dövlət qiymətli kağızlarının yerləşdirilməsi istisna olmaqla) QKDK 

tərəfindən  emissiyanın  və  ya  kütləvi  təklifin  yekunları  haqqında  hesabat  dövlət  qeydiyyatına 

alınanadək qanunvericiliyə müvafiq olaraq dondurur. 

 

53. Dövlət qiymətli kağızlarının yerləşdirilməsi 

 

53.1. Notların, dövlət və bələdiyyə istiqrazlarının kütləvi təklif üsulu ilə Birjada yerləşdirilməsi   



bu Qaydaların 52-ci bəndinin müddəalarına əsasən hərrac qaydasında təşkil olunur. 

 

53.2. Hərrac bitdikdən sonra hərrac iştirakçıları ilə istiqrazlar üzrə bağlanılmış əqdlərin reyestri 



Birja  tərəfindən  emitentə  və  Mərkəzi  Depozitara,  əqdlər  reyestrindən  çıxarışlar  isə  hərrac 

iştirakçılarına elektron şəkildə ticarət sistemi vasitəsi ilə təqdim olunur. 

 

53.3.  Fond  birjasında  bağlanılmış  əqdlər  reyestrindən  çıxarış  hərrac  iştirakçısı  və  emitent 



arasında  notlar,  dövlət  və  bələdiyyə  istiqrazları  üzrə  alqı-satqı  müqaviləsinin  bağlanmasının 

təsdiqidir. 

 

53.4.  Emtent  qismində  Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  və  Azərbaycan 



Respublikasının  Maliyyə  Nazirliyi  çıxış  etdikdə,  Birja  sifarişlərin  qəbul  edilməsi  müddəti 

ərzində təqdim olunmuş sifarişlərin reyestrini müstəsna olaraq Emitentə təqdim edə və ya onun 

ticarət sistemi vasitəsi ilə bu məlumata çıxışını təmin edə bilər. 

 

54.  Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  tərəfindən  repo  və  Əks-repo 



əməliyyatları üzrə hərracların keçirilməsi 

 

54.1.  Mərkəzi  bank  tərəfindən  bu  Qaydaların  40.5.1.-ci  bəndində  nəzərdə  tutulmuş  Repo  və 



Əks-repo əməliyyatları üzrə hərracların keçirilməsi bu Qaydaların 52-ci və 53-cü bəndlərinin 


Yüklə 445,6 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə