və cəmi kredit portfeli isə 56% artmışdır. Aktivlərin ÜDM-dəki çəkisi 17.7%-dən 19%-dək
artmışdır, cəmi kreditlərin ÜDM-dəki çəkisi isə 9.4%-dən 11.5%-dək artmışdır.
“Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu 2004-cü ildə qüvvəyə minmişdir.
Avropa Birliyinin bank direktivləri və Bank Nəzarəti üzrə Bazel
Prinsipləri də daxil olmaqla
beynəlxalq standartlara uyğun hazırlanmış bu qanun əlavə islahatlar vasitəsilə əmanətçilərin
və kreditorların maraqlarına daha yaxşı qorunma təmin etmişdir. Bank qanunvericiliyində ilk
dəfə olaraq, səhmdarlar və bank menecementinin mənəvi keyfiyyətləri ilə bağlı tələblər irəli
sürülmüşdür. Belə ki, yalnız vətəndaş qüsursuzluğu olan, məqbul və lazımi keyfiyyətlərə
malik şəxslər səhmdar və ya inzibatçı ola bilər. Bundan əlavə, bank lisenziyasını almaq
istəyən hər hansı bir ərizəçi iki səviyyəli avtorizasiyaya təmin etməli və risklərin idarəedilməsi
baxımından iqtisadi və təşkilati cəhəndən davamlı olmalıdır.
Hazırda ölkədə 44 bank fəaliyyət göstərir. Bank sisteminn filial şəbəkəsi 390 filialdan
ibarətdir. Təxminən 203 filial Bakı şəhərində yerləşir. Bank infrastrukturunun inkişafı və bank
xidmətləri bazarının liberallaşdırılması keyfiyyətli və çeşidli bank xidmətəri təklif etməyə
imkan vermişdir.
Bank sisteminin nəzarətçisi kimi AMB sistemin gücləndirilməsi məqsədilə bir sıra layihələr
icra etmişdir. Buraya bank nəzarəti departamentinin təkmilləşdirilməsi və mühasibat uçotu
standartlarının tətbiqi kimi bir sıra hüquqi və nəzarət təşəbbüsləri daxildir. “Banklar
haqqında” Qanunun qüvvəyə minməsindən sonra bank nəzarəti sisteminin beynəlxalq
standartlara uyğunlaşdırılması üçün tam hüquqi çərçivəsi formalaşdırılmışdır. Nəzarət
departamenti daxili nəzarət və xarici nəzarət kimi mühüm şöbələrdən ibarətdir. Daha ciddi
bank nəzarəti sisteminin tətbiq edilməsində sonra, son illərdə bir sıra bank və qeyri-bank
təşkilatların lisenziyaları ləğv edilmişdir. Prudensial tələblərə cavab verməyən iki bankın ləğv
edilməsi bank sistemində kapitallaşma tədbirlərini gücləndirmişdir.
Son zamanlarda ipoteka kreditləşməsi və depozitlərin sığortalanması sahələrinə xüsusi
diqqət verilir. AMB tərəfindən hazırlanan “İpoteka haqqında” Qanunun layihəsi 24 dekabr
2004-cü ildə Milli Məclisə təqdim edilmişdir. Hazırda Depozitlərin Sığortalanması Qanunu
üzrə hazırlıq işləri davam edir.
23 noyabr 2003-cü il tarixli AMB-nin İdarə Heyətinin qərarı ilə 1 yanvar 2004-cü il tarixindən
xarici bankların bank sistemində iştirakı ilə bağlı limit ləğv edilmişdir.
Bu tədbirlər biznes
müəssisələrin və fərdlərin bank xidmətlərinə girişini asanlaşdırmaqda çox mühüm rol
oynamışdır.
3 may 2004-cü il tarixli AMB-nin İdarə Heyətinin 09 nömrəli qərarı mövcud banklar üçün
minimum kapital tələbini 1 yanvar 2005-ci il tarixindən 3.5 milyon dollar, 1 yanvar 2006-cı il
tarixindən isə 5 milyon dollaradək artırmağı müəyyən etmişdir. Bu tələbi ödəmək
məqsədilə banklar 2004-cü ildə məcmu kapitallarını 520 milyard manat artırmış və 1,198
milyard manata çatdırmışdır. Yuxarıda göstərilənlərə əsasən, AMB-nin 2005-ci il 23 dekabr
tarixli müvafiq qərarında banklar üçün minimal karitalın təcridən artırılması aşağıdakı
ardıcıllığı ilə həyata keçirəcəkdir: 2006-cı il iyulun 1-ə kimi 6.4 milyon AZN, 2007-ci il yanvarın
1-nə kimi 8.2 milyon AZN və 2007-ci il iyulun 1-nə kimi 10 milyon AZN.
Beynəlxalq standartlara uyğun hazırlanmış “Banklarda Korporativ Idarəetmə Standartlarının
Tətbiqi” Qaydalarının qüvvəyə minməsi, Maliyyə Hesabatlılığı Standartlarına
keçidin
tamamlanması, dövri hesabatlılığın məzmununun və həcminin təkmilləşdirilməsi kimi bir sıra
mühüm tədbirlər həyata keçirilmişdir. AMB banklarda korporativ idarəetmə standartlarınnı
tətbiqi ilə bağlı texniki yardım əldə etmişdir. Almaniya inkişaf bankı olan KfW xüsusi texniki
yardım layihəsi çərçivəsində 4 pilot bankda standartların tətbiqinə başlamışdır.
13
Ekspertlər və ictimaiyyət tərəfindən istifadə edilə biləcək konsolidasiya əsaslı hesabatlılıq
formatı ilk dəfə 2004-cü ildə AMB-nin internet saytında dərc olunmuşdur. Bu format bankların
maliyyə vəziyyətinin monitorinqinin və bank sistemində şəffafflığın təkmilləşdirilməsinə çox
ciddi təsir göstərmişdir.
İctimaiyyətin bank sisteminə etibarının artmasına nümunə kimi 2005-ci ildə uzun müddətli (1
ildən yuxarı) depozitlərin cəmi depozitlərdəki çəkisinin 20 %-ə bərabər olmasını göstərmək
olar. Eyni ildə uzun müddətli kreditlər 82% artmışdır. Bununla belə, aktivlərdəki artım əsasən
qısa-müddətli istehlak kreditlərindən irəli gəlmişdir.
Özəl sektorun cəmi kredit portfelindəki çəkisi 80.1% olmuşdur. Bununla belə, dövlət
banklarının kredit portfelindəki çəkisi 50.1%-dən 53.4%-dək artmışdır.
Vaxtı keçmiş kreitlərin çəkisinin azalması aktiv keyfiyyətinin yaxşılaşmasında mühüm rol
oynamışdır. Əgər 31 dekabr 2003-cü il tarixinə vaxtı keçmiş kreditlərin çəkisi 11% olduğu
halda, 2004-cü ilin müvafiq müddətində bu rəqəm 4.7%-dək düşmüşdür. Faizi
hesablanmayan kreditlərin çəkisi 8.3%-dən 5.8%-dək azalmışdır.
1.4 K
APITAL
B
AZARLARI
Yaxşı təşkil edilmiş qiymətli kağızlar bazarının formalaşması 1996 – cı ildə dövlət borc
alətlərinin yaradılması ilə başladı. Bu ildə Maliyyə Nazirliyi 31.18 faiz gəlirlik ilə, 5 milyard
(təxminən 1 milyon ABŞ dolları) manat həcmində olan xəzinə veksellərini buraxdı.
1999 – cu ildə yaradılan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi qiymətli kağızlar
bazarının inkişaf etdirilməsi üçün əsas elementləri yaratmışdır. Qanunvericiliyə görə
bazar vasitəçiləri prudensial tələblərin subyektidir. Qaydalar investorların bazarlara və
bazar məlumatlarına ədalətli çıxış imkanlarının yaradılması məqsədi daşıyır.
İnvestorların qorunması normativ aktlarda vurğulanır. Qaydalar, potensial risklərini və
investisiyalarını daha yaxşı qiymətləndirmək məqsədilə investorlara
bütün məlumat
materiallarını tam açmağı tələb edir. Yalnız müvafiq lisenziyalaşdırılmış və digər formada
səlahiyyəti olan agentlərə qiymətli kağızlarla əlaqəli investisiya xidmətləri və məsləhətləri
göstərməyə icazə verilir. QKDK – si həmçinin korporativ idarəetmə prinsiplərinə ciddi fikir
verir və bunlara əməl edilməsinə ciddi nəzarət edir.
2000 – ci ilin oktyabrında əsasən bank sektorundan olan səhmdarlar tərəfindən, Türk və
Btitaniya kapitalının iştirakı ilə Bakı Fond Birjası (BFB) yaradıldı. Bu gün BFB – sı bazar
iştirakçılarına depozitari, klirinq və hesablaşma, informasiya xidməti, məsləhət və treyninq
xidmətləri göstərir. Kapital bazarlarında fəaliyyət göstərə bilməklə bağlı QKDK – dən
səlahiyyətləndirilən hər bir şəxs BFB – nın ticarət palatasında yer ala bilər.
2004 – cü ilin sentyabrında Milli Bank öz pul siyasətini dəstəkləmək aləti kimi qisa-
müddətli qiymətli kağızların buraxılışına başladı. Digər tərəfdən də Maliyyə Nazirliyi 2004
– cü ildə xəzinə veksellərinin buraxılmasını azaltdı. Bu dəyişiklik bazardakı xəzinə
veksellərinin dəyərinin 500 milyard manatı (100 milyon ABŞ dolları) keçməsinə
baxmayaraq baş verdi. Bu artan likvidlik və bazar infrastrukturunun inkişafı ilə birlikdə
hökumətin daxili borc xidmətlərinin qiymətlərinin azaltmasına imkan verdi. Əlavə xəzinə
veksellərinin buraxılması gözlənilmir.
14