This product is made possible through the generous support of
the All Children Reading partners: the United States Agency
for International Development (USAID), World Vision and the
Australian Agency for International Development.
It was prepared by Centre for Civil Integration and Inter-
Ethnic Relations and does not necessarily reflect the views of
the All Children Reading partners.
“Hər bir uşaq oxumalıdır – inkişaf üçün böyük çağırış” proqramı
tərəfdaşların - ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID),
World Vision və Avstraliya Beynəlxalq Agentli yinin (Australian
AID) dəstəyi ilə həyata keçirilmişdir.
Kitab
“Vətəndaş
İnteqrasiyası
və
Millətlərarası
Əlaqələr
Mərkəzi”tərəfindən hazırlanmışdır və proqram tərəfdaşlarının
nəzərlərini əks etdirməyə (və ya uyğun gəlməyə) bilər.
Müəllif: Tamar Antadze
Redaktor: Natia Qorqadze
Dizayner: İlia Çrelaşvili
Tbilisi, 2013
1
Səviyyə
Oxu pilləsi
Uşaqlar üçün səviyyələrə bölünmüş uşaqlar üçün kitablar
XIV
1
Qartal quşdur. O, quşların şahıdır. Qartalın balası qartal
balası adlanır. Qartal böyük və güclü quşdur. O qədər
böyükdür ki, heyvanları da yeyə bilir. Qartal dovşan və
dələni yeyir. O, böyük yuvalar düzəldir və öz balaları ilə
birlikdə yaşayır. Uçuş zamanı qartal tarazlığını saxlamaq
üçün bir qanadının tüklərini ikinci qanadında tökülən tük
qədər yoluşdurur...
Qarğa da quşdur. Qarğa çox uzun müddət yaşayır.
Qarğa yuvasını qalıqlardan qurur və balaları ilə birlikdə
yaşayır. Qarğa ağıllı quşdur. O, qozu yem kimi istifadə
edir. Qarğa maşınlara qoz atır ki, qozu sındırsın və balaları
2
ilə birlikdə sındırılmış qozu ləzzətlə yesin. Qarğa müxtəlif
səslə danışır. Qarğa öz balaları ilə birlikdə nazik və
hərarətli səslə danışır, başqaları ilə isə qarıldayır və
möhkəm səs buraxır.
Bayquş da quşdur. Bayquş öz balaları ilə birlikdə
ağacın koğuşunda yaşayır. Bayquş da ağıllı quş hesab
edilir, həqiqətdə isə bayquş elə də ağıllı deyil, - bayquşdan
daha da ağıllı quşlar var. Bayquş gecə quşudur. O, gecə
sakitcə uça bilir. Bayquşun çox böyük gözləri var. Böyük
gözləri ilə gecə yaxşı görür. Öz gözləri ilə yemək axtarır.
Gözləri isə elədir ki, sanki bayquş fikirləşir. Bunun üçün də
insanlar elə düşünürlər ki, bayquş ağıllıdır. Bayquşun
müdrikliyi yunan əsatirlərindən gəlir. Qədim Yunanıstanda
3
bayquş hər zaman müdriklik ilahəsi Afinanı müşayiət
edirdi. Bunun üçün də camaat fikirləşirdi ki, bayquş ağıllı
və müdrikdir.
Qaranquş da quşdur. Qaranquş və onun balaları yuvada
yaşayırlar. Qaranquşlar yuvasını insanlara yaxın, onların
evlərində qururlar. Qaranquşlar yuvalarını ağaclarda da
düzəldirlər. Qaranquşlar öz balalarını da yemləyirlər.
Qaranquşlar öz balalarını havada uçan zaman da
yedizdirirlər. Soyuqda qaranquşlar isti ölkələrə uçurlar.
Yazda havalar istilənəndə onlar isti ölkələrə qayıdırlar.
Buna görə də qaranquşun gəlişi baharın gəlişini bildirir.
Qaranquş baharı və buna uyğun olaraq istilik və sevinc
4
gətirir. Buna görə də qaranquş insanlar üçün xeyirxahlıq,
qələbə və nailiyyət gətirən quşdur.
Göyərçin
də
quşdur.
Göyərçin və onun balaları da
yuvada yaşayırlar. Göyərçinin
təxminən 150 növü var. Onlar
3 qrupa bölünürlər: poçt göyərçinləri, dekorativ göyərçinlər
və ətlik göyərçinlər... Poçt göyərçinlərinin yerlərini yadda
saxlamaqda yaxşı qabiliyyətləri var. Poçt göyərçinlərini
əvvəllər xüsusi olaraq əhlilləşdirir və məktubları bir
şəhərdən digər şəhərə, bir ölkədən başqa ölkəyə göndərmək
üçün istifadə edirdilər. Məktubları paylamaq üçün
göyərçindən çox qədim zamanlardan istifadə edirdilər. O
cümlədən idman oyunları zamanı, eləcə də müharibə
5
dövründə istifadə olunurdu. Hal-hazırda poçt göyərçini
məktubların göndərilməsi üçün istifadə olunmur. Buna
baxmayaraq
insanlar
bu
gün
də
göyərçinin
xüsusiyyətlərindən istifadə edirlər. Məsələn, çətin yerdə
olan yaşayış yerindən şəhərə qan analizlərini keçirmək
üçün istifadə olunur. Eləcə də poçt göyərçinlərindən
dənizdə batmış qayığı və ya itmiş insanı axtarmaq üçün
istifadə edirlər. Poçt göyərçini bu gün də insan həyatında
mühüm rol oynayır. Dekorativ göyərçin çox gözəldir. O öz
xarici görünüşü, tükləri və gözəl uçuşu ilə seçilir. Ətlik
göyərçin böyük olur və onu yeyintidə istifadə edirlər. Ətlik
göyərçin həm də yaxşı çoxalır. Ətlik göyərçin 14 bala verə
bilir.
6
Tovuzquşu da quşdur. Tovuzquşu dünyada ən böyük
quşdur. Dünyada ən məşhur hind tovuzquşudur. Tovuzquşu
Hindistanın rəmzidir. Onun çox gözəl, rəngli uzun quyruğu
var. Tovuzquşunun quyruğu onun bədənindən uzundur.
Onun quyruğu 1,5 metrdən uzundur. Tovuzquşunun
quyruğu 100-150 rəngli dənələrdən ibarətdir. Onun
quyruğu yelpik kimi açılır və olduqca gözəl bir görüntü
yaradır. Bir çox ailələr tovuzquşunu onun gözəlliyinə görə
evdə saxlayırlar. Tovuzquşu quş olmasına baxmayaraq
uçmağı sevmir. Tovuzquşu vaxtının çox hissəsini yerdə
keçirir. Yemi və yuvası da torpaqda olur. Havada çox nadir
7
hallarda uçur, çünki zəif uçur. Tovuzquşu 20 il yaşayır. O,
həşəratlarla və sürünənlərlə qidalanır...
1
Naşir: “Vətəndaş İnteqrasiyası və
Millətlərarası Əlaqələr Mərkəzi”
Səviyyə
XIV
Mətndə sözlərin sayı
497
Leksik vahidlərin sayı
232
Cümlədə sözlərin orta sayı
6
Dostları ilə paylaş: |