Tofiq Köçərli
- 93 -
Qarabağ: Yalan və Həqiqət
Çiçerin Naxçıvandan imtina etmәk şәrtilә Dağlıq Qarabağ vә Zәngәzurun “dәrhal vә
danışıqsız Azәrbaycanla birlәşdirilmәsi” haqqında Orconikidzenin tәklifinә dә etinasız
yanaşmışdır. Ola bilsin, Nәrimanovla Çiçerin şәxsi münasibәtlәrindәki gәrginlik vә
habelә, RSFSR Xarici İşlәr Komissarı müavini Qaraxanın (Qaraxanyan) öz komissarı
Çiçerinә tәsiri Çiçerindә Azәrbaycana mәnfi münasibәt formalaşdırmışdı.
Leninә mәktubda Çiçerin hәr şeydәn әvvәl Naxçıvan әtrafında türk hәrbi hissәlәrinin
peyda olması barәdә Mdivanidәn teleqram aldığını vә guya “türklәrin Azәrbaycan
istiqamәtindә hәrәkәt etmәlәrini” mәlumat verirdi.
Fәrz edәk ki, belә dә olub. Bәs bu şәraitdә Sovet Rusiyası müttәfiqi Sovet
Azәrbaycanına hansısa kömәyi, deyәk ki, artıq Azәrbaycanda, o cümlәdәn Şuşada
yerlәşmiş XI Qızıl Ordu hissәlәrini Zәngәzura, oradan da Naxçıvana yeritmәyi vә belәliklә
hәm Zәngәzuru daşnaklardan azad etmәyi vә hәm dә türklәrin “Azәrbaycan
istiqamәtindә hәrәkәtini”. dayandırmağı tәklif edirdimi?
Etmirdi.
Çiçerin Nәrimanova qara yaxaraq yazırdı ki, Nәrimanov rus hissәlәrinin Qarabağı,
Zәngәzuru, Naxçıvanı tutub “Azәrbaycana Hәdiyyә etmәsini istәyir. Nәrimanov mәhz bu
kombinasiyanı nәzәrdә tutur... Bu kombinasiyanı Rusiya hissәlәrinin әli ilә etmәk әsla
yolverilmәzdir”.
Bәlkә Çiçerin bu işi Azәrbaycan SSR әsgәrlәrinin öz әli ilә görmәk tәrәfdarıymış?
Әsla yox. Әksinә, Çiçerin Leninә yazırdı ki, Zәngәzuru, Naxçıvanı tutmaq üçün
ermәnilәrә qarşı Azәrbaycan әsgәrlәrinin göndәrilmәsi “Qәti yolverilmәzdir vә әn böyük
cinayәt olardı” Nә üçün? Ona görә ki, “hәmin vilayәtlәrә cәnubdan türklәr hücum edirlәr
vә Azәrbaycan müsәlman hissәlәri oraya göndәrilәrsә, dәrhal türklәrә әl uzadarlar”.
Bәs Çiçerin nә istәyirdi, onun әsas tezisi nә idi?
“Azәrbaycan hәmişә Ermәnistana mәnsub olan vә faktiki surәtdә Ermәnistan
respublikasının әlindә olan okruqlara iddia etmәk fikrinә düşüb. Azәrbaycan hökumәti
Qarabağa, Zәngәzura vә Naxçıvan, Ordubad, Culfa ilә birlikdә Şәrur-Dәrәlәyәz qәzasına
iddia edir”.
Sadalanan rayonların “daim Ermәnistana mәnsub olması” haqqında fikir tarixi
faktları bilmәmәk nәticәsindәnmi yaranmışdı? Hәtta belәdirsә dә, bu, RSFSR Xalq Xarici
Tofiq Köçərli
- 94 -
Qarabağ: Yalan və Həqiqət
İşlәr Komissarına şәrәf gәtirmir. Tutduğu vәzifәyә görә vә qaldırdığı mәsәlәnin
kәskinliyinә görә Çiçerin heç olmasa yaxın keçmişin faktların-dan, deyәk ki,
Azәrbaycanın Qarabağ vә Naxçıvan xanlıqlarının mövcud olması vә bu xanlıqların mәhz
müsәlman xanlıqları kimi Rusiya hakimiyyәtini qәbul etmәlәri faktlarından xәbәrdar
olmalıydı. O, mәsәlәn, xәbәrdar olmalıydı ki, Rusiya imperatoru mәhz “Şuşalı vә
Qarabağlı İbrahim xanın... vә onun varislәrinin ölkәsinin bütövlüyünü saxlamağa öz
imperator zәmanәtini” vermişdi.
Deyilәn yerlәrin “hәmişә Ermәnistana mәnsub olması” haqqında fikir Çiçerinә
kәnardan, ola bilsin, müavini Qaraxan tәrәfindәn tәlqin edilibmiş.
Mәktub yazılan zaman hәmin yerlәrin kimin Әlindә olması haqqında mәsәlәdә
bolşevik Çiçerin kimә etibar etmişdi: “Naxçıvan bir neçә aydır üsyançıların-
müsәlmanların әlindәdir”, Qarabağ vә Zәngәzur “özlәrini Azәrbaycan Sovet
Respublikasının tәrkib hissәsi sayırlar” deyәn bolşevik Orconikidzeyәmi; Qarabağ vә
Zәngәzur şәksiz Azәrbaycan vilayәtlәridir”, “tamamilә müsәlmanlarla mәskunlaşmış
Culfa vә Naxçıvan rayonları bir ildәn artıqdır ki, yerli әhalinin gücü ilә daşnak
hökumәtindәn qorunurlar” deyәn bolşevik Nәrimanovamı, yaxud daşnaklaramı?
Sonunculara.
Çiçerin RSFSR Xarici İşlәr Komissarı kimi bilmәmiş olmazdı ki, mәsәlәn, Naxçıvanda
Araz Türk Cümhuriyyәti, sonra başda amerikan qubernatoru olmaqla Naxçıvan
qubernatorluğu mövcud olmuş vә Kaçaznunin dediyi kimi, Ermәnistan “Vedi Basar,
Şәrur vә Naxçıvanda hәtta silah gücünә öz hakimiyyәtini qura bilmәmiş, mәğlub olmuş
vә geri” çәkilmişdi”. Çiçerin Ermәnistan informasiya bürosunun 1919-cu il mart ayının
sonunda yaydığı vә elә o zaman rus dilli mәtbuatda dәrc olunan belә bir mәlumatı
bilmәmiş olmazdı ki, müttәfiq qoşunların komandanı general r Tomson Yerevanda
olarkәn, Ermәnistan hökumәti ondan acizanә xahiş etmişdi: y
Şәrur vә Naxçıvanın müsәlman әhalisi mәcbur edilsin ki, ermәni qaçqınlarını
danışıqsız öz kәndlәrinә qayıtmağa qoysun.
Әgәr Naxçıvan Çiçerinin dediyi kimi, “faktiki surәtdә Ermәnistanın әlindә” isә, nә
üçün Ermәnistan hәmin xahişlә Tomsona müraciәt edirdi? Hәqiqәt baş nazir
Kaçaznuninin dediyindә idi: Ermәnistan “Şәrur vә Naxçıvanda hәtta silah gücünә öz
Tofiq Köçərli
- 95 -
Qarabağ: Yalan və Həqiqət
hakimiyyәtini qura bilmәmişdi”. Yaxud Çiçerin komissar kimi bilmәmiş olmazdı ki,
mәsәlәn, 1919-cu ilin avqustunda Dağlıq Qarabağ ermәni qurultayı Azәrbaycan
hakimiyyәtini qәbul etmәk; Dağlıq Qarabağı Azәrbaycan Respublikası hüdudlarında
hesab etmәk barәdә saziş imzalamışdı.
Yәqin deyilәn mәsәlәdә dә Çiçerin Qara-xanın informasiyasının qurbanı vә әsiri
olubmuş.
Çiçerin Leninә bildirirdi ki, Ermәnistan nümayәndә heyәti “heç bir vәchlә Qarabağ
okruqundan savayı Ermәnistan hakimiyyәti altında olan digәr yerlәrin Rusiya işğalına
könüllü verilmәsinә razı deyildir”.
Demәli, hәr şey Ermәnistan necә istәyirsә elә dә hәll olunmalı idi. Çiçerinin mәntiqi
belә idi!
Çiçerin tәklif edirdi ki, “Türkiyә tәhlükәsi” ilә әlaqәdar artıq tutulmuş Şuşa vә
Cәbrayıl rayonları ilә kifayәtlәnilsin vә “Ermәnistanın hәr hansı yeni hissәlәrinin, hәtta
Onlar mübahisәli sayılırsa da, tutulmasından imtina edilsin”.
Bu, Çiçerinin fikrincә, Ermәnistanla müqavilә bağlamağı “asanlaşdırardı”. Çiçerin
hәmin müqavilәni “mümkün qәdәr tez bağlamağı” vacib sayırdı. Artıq Sovet hakimiyyәti
Ermәnistanın da qapısını döyürdü. Türkiyәnin Moskvada elçisi Әli Fuad Paşanın
yazdığına görә, o zamanlar Lenin özü Türkiyә nümayәndәlәri ilә söhbәtdә demişdi ki,
“hәm Ermәnistanın, hәm dә Gürcüstanın çox yaxın bir zamanda istәdiyimiz bir şöklә
girәcәyinә şübhә yoxdur”, Söhbәtin nәdәn getdiyini anlamaq çәtin deyil. Çiçerin әla
bilirdi ki, Azәrbaycandan sonra növbә Gürcüstanın vә Ermәnistanındır. Axı, Çiçerin özü
Azәrbaycan, Gürcüstan vә i.a. milli hakimiyyәtlәrini zorla devirib, burada Sovet
Hakimiyyәti qurmaq planının әsas müәlliflәrindәn biri idi. Belә olduğu halda bәs nә üçün
Çiçerin Ermәnistanla müqavilә bağlamağı sürәtlәndirirdi?
Mәlum deyil. Bәlkә ermәnipәrәst Çiçerin Azәrbaycanın zәrәrinә vә Azәrbaycan
әrazisini Ermәnistana güzәştә getmәklә Ermәnistan-Azәrbaycan әrazilәrini vә
sәrhәdlәrini müәyyәnlәşdirmәk vә belәliklә Azәrbaycanı baş vermiş fakt qarşısında
qoymaq vә gәlәcәk Sovet Ermәnistanını “mübahisәli әrazilәr”) problemindәn azad etmәk
istәyirmiş?
İstisna etmirәm.
Dostları ilə paylaş: |