38
Respublikası Dövlət Plan Komitəsi hər il orta hesabla 100 kənd
kitabxanasının bərpa edilməsi haqqında plan hazırladı.
H.Əliyevin ciddi cəhdi sayəsində ləğv edilmiş kitabxanaları təxminən
4-5 ilə bərpa etmək mümkün oldu. Təkcə bu fakt H.Əliyevin Azərbaycan
üçün əvəzsiz rəhbər olduğunu, Azərbaycan mədəniyyətinin xilaskarı
olduğunu aşkara çıxarır.
70-80-ci illər respublikamızda kitabxana işinin inkişafı, yenid
ən
qurulması və kitabxana işi sahəsində böyük islahatlar dövrü olmuşdur.
Məhz bu illərdə bütün SSRİ miqyasında kitabxana işi sahəsində sovet
hakimiyyəti illərində ilk dəfə olaraq ölkədə əhaliyə kitabxana xidmətinin
forma və məzmununda, təşkilati prinsiplərində, kitabxana işinə
rəhbərliyin təşkilati forması və maliyyələşdirilməsi sahəsində dərin
islahatlar aparılmış, kitabxana işinin mərk
əzləşdirilməsi həyata
keçirilmişdir. Həmçinin 60-70-ci illərdə respublikamızın mənəvi
həyatında xalqımızın öz soykökünə, milli adət-ənənələrinə qayıtması
prosesi geniş vüsət almış, bütün xalq kütləsini əhatə etmişdi. Milli
özünüdərk, milli mənlik şüurunun yeniləşməsi, milli ideologiyanın
formalaşması kitabxana işinə də öz təsirini göstərmiş, kitabxana işinin
məzmununda yeni dünyagörüşü, xalqın tarixini, dil və ədəbiyyatını,
incəsənətini, adət və ənənələrini, vətən məhəbbəti və vətənpərvərlik
ideyalarını təbliğ etmək prosesi başlanmışdı. Bu proses kitabxana işinin
bütün formalarının - kitab fondunun komplektləşdirilməsi, oxuculara
xidmət, kütləvi işlər və s. sahələri əhatə etmişdi. Bütün bunlar ölkəmizdə
sovet senzurasının hökm sürdüyü, milli ideologiyaya düşmən
ideologiyası kimi baxıldığı, milləti sevməyin millətçilik kimi
qiymətləndirildiyi böyük rus şovinizminin hökmranlıq etdiyi bir dövrdə
baş verirdi.
70-80-ci illərdə kitabxana işi sahəsində baş verən bütün de-mokratik
prosesləri o dövrün ictimai, siyasi və ideoloji həyatı fonunda araşdırıb
təhlil etdikdə belə bir həqiqət aşkara çıxır ki, bütün bu işlərin baş tutması
H.Əliyevin həyata keçirdiyi siyasət sayəsində mümkün olmuşdu.
H.Əliyevin rəhbərliyi ilə reallaşan bütün ideoloji və siyasi tədbirlərin
məzmununda milli ideologiya, milli şüur, xalqımızın mədəniyyətinin
təbliği məsələləri qırmızı xətlə keçirdi. Görülən işlər isə nəticəsiz
qalmamışdı.
39
Kitabxanaların bu dövrdəki fəaliyyətinin təhlili göstərir ki, oxucuların
milli mədəniyyətimizə, ədəbiyyatımıza, Azərbaycan tarixinə, milli
ideologiyaya dair nəşrlərə marağı olduqca çoxalmışdı. Çox fərəhləndirici
haldır ki, Azərbaycan dilində olan kitablara da sorğu əvvəlki illərə
nisbətən qat-qat artmışdı.
Sov.İKP MK 1974-cü ildə “Zəhmətkeşlərin kommunist tər-biyəsind
ə
və elmi-texniki tərəqqidə kitabxanaların rolunu artırmaq haqqında” qərar
qəbul etdi. Bu qərarda müasir mərhələdə kitabxanaların ideoloji, mədəni-
maarif və məlumat funksiyaları müəyyənləşdirilmiş, kitabxanaların
mərkəzləşdirilməsi məsələsi irəli sürülmüşdü. Bu qərarın qəbulundan
dərhal sonra Azərbaycan KP MK onu həyata keçirmək üçün “Kitabxana
işi haqqında” xüsusi qərar qəbul etdi. Bu qərarda kitabxana işinin
mərkəzləşdirilməsinə hərtərəfli kömək etmək rayon partiya komitələrinə
bir vəzifə olaraq tapşırılmış, rayon xalq deputatları sovetləri icraiyyə
komitələrinə kitabxana işinin yenidən qurulması üçün onların maddi-
texniki bazalarının möhkəmləndirilməsinə kömək etmək, bina və kadrla
təmin etmək həvalə edilmişdi. Bu qərarın yerinə yetirilməsinə
Azərbaycan KPMK-nın birinci katibi Heydər Əliyev bilavasitə nəzarət
edirdi. Mərkəzi Komitənin qərarını yerinə yetirmək məqsədilə
Azərbaycan Respublikasının Nazirlər Soveti də respublikada kitabxana
işi haqqında qərar qəbul etdi. Kitabxana işinə bilavasitə rəhbərlik edən
Azərbaycan Mədəniyyət Nazirliyi respublikada kitabxana işinin
mərkəzləşdirilməsinə həsr edilmiş geniş kollegiya iclası keçirdi.
Kollegiya respublikada kitabxana işinin mərkəzləşdirilməsinin
proqramını, mərkəzləşdirmə planını və müddətini müəyyənləşdirən qərar
qəbul etdi.
Respublikada kitabxana işinin mərkəzləşdirilməsi bu plana müvafiq
həyata keçirilməyə başladı. Bu planın həyata keçirilməsinə respublikanın
bütün kitabxana ictimaiyyəti cəlb edilmiş, peşəkar kitabxana işçiləri
yerlərdə mərkəzləşdirməyə hazırlıq işləri aparmaq üçün kənd rayonlarına
ezam edilmişdilər. M.F. Axundov adına Respublika Kitabxanasının
mütəxəssisləri mərkəzləşmənin metodik təminatında yaxından iştirak
etməklə onun təşkilati işinə də əhəmiyyətli köməklik göstərirdilər. Kənd
rayonlarında mərkəzləşmənin aparılmasında böyük çətinliklər qarşıya
40
çıxırdı. Bu çətinliklər kitabxanaların maddi-texniki bazasının zəifliyində,
müasir şəraitə cavab verəcək kitabxana binalarının az olmasında,
kitabxana kataloqlarının, uçot və hesabat işlərinin qaydasında
olmamasında, mütəxəssis kitabxanaçı kadrların düzgün seçilib
yerbşdirilməməsində özünü göstərirdi. Mərkəzləşdirməni müvəf-
fəqiyyətlə aparmaq üçün göstərilən nöqsanlar sürətlə aradan qaldırılmağa
başladı. Bu işdə rayonun bütün ictimaiyyətinin iştirakı mühüm
nailiyyətlər əldə etməyə, mərkəzləşmə işində dönüş yaratmağa böyük
kömək etdi.
Sovet hakimiyyəti illərində kitabxana işində aparılan ən böyük islahat
olan mərkəzləşmə işi müvəffəqiyyətlə başa çatdırıldı. Mərkəzləşmə
nəticəsində respublikada 3174 filialı olan 69 mərkəzləşmiş rayon
kitabxana sistemi yaradıldı. Kənd kitabxa-nalarında rayon kitabxanaları
mərkəzi kitabxana kimi, rayon uşaq kitabxanaları və müstəqil kənd
kitabxanaları isə onların filialı kimi formalaşdı. Respublikamızın 8
şəhərində 111 filialı olan mərkəzləşdirilmiş sistem yaradılmışdı. Rayon
kitabxanalarının mərkəzləşməsinin müvəffəqiyyətlə başa çatmasına
baxmayaraq, şəhər kitabxanalarının, xüsusilə Bakı şəhər kütləvi
kitabxanalarının mərkəzləşməsi prosesini müəyyən obyektiv və subyektiv
çətinliklər üzündən tam başa çatdırmaq mümkün olmamışdı. Şəhər
kitabxanalarında mərkəzləşmənin aparılması 80-ci illərin əvvəllərinə
qədər davam etdi.
Respublikamızda kitabxana işinin inkişafında 1970-85-ci illər yeni
mərhələ kimi xarakterizə olunur. Məhz bu mərhələdə kitabxana işi
sahəsində baş verən çox dərin dəyişikliklər, kitabxana işinin əsaslı şəkildə
yenidən qurulması bilavasitə ölkənin kitaba və məlumata olan tələbatının
obyektiv şəkildə artması ilə əlaqədar idi. Bütün bu dəyişikliklər kitabxana
işinin yenidən qurulması sahəsində indiyə qədər həll edilməsi mümkün
olmayan bir çox keyfiyyətcə yeni, mürəkkəb problemlərin həll edilməsinə
imkan verdi. Bu problemlər içərisində: mərkəzləşdirmənin həyata
keçirilməsi ilə əlaqədar kütləvi kitabxana şəbəkəsinin və digər
kitabxanaların köklü şəkildə yenidən təşkili; kitabxanaların məlumat
fəaliyyətinin inkişafı ilə əlaqədar olaraq onların funksiyalarının
əhəmiyyətli dərəcədə genişlənməsi; kütləvi kitabxana fondlarının
formalaşmasına yanaşmanın əsaslı şəkildə dəyişməsi; depozitar kitabxana
Dostları ilə paylaş: |