olur: t
əzə Ay (“Ay naazı”), dolu Ay (“Ay tolızı”), köhnə Ay
(“Ay irqizi”), bir d
ə bu ayların arası (“Ay arazı”). Ay hər yeddi
günd
ən bir şəklini dəyişir. Ona görə də 7 günü bir həftə
(“nidil
ə”) saymaq lazımdır. 7 günün altısını işləyək, yeddinci
gün istirah
ət günü olsun. İstirahət günü də qoy qırmızı
(“
pozırax”) adlansın. Bazar günü bayram (“ülükün”) olsun.
Bayrama (ulu gün
ə – G.Y.) qədərki günlərə də ad vermək
lazımdır. Həftənin ilk günü “pazut”, yəni çətin gün adlansın.
Bu gün heyvanları axtalamaq, adak etmək olmaz, mal-qaraya,
t
əsərrüfata xətər gələr. İkinci gün “tööy kün”, oxşar gün
adlansın. Bu gün hər şey eləmək olar. Üçüncü gün “sarsıx
kün”, y
əni tək gün adlansın. Bu gün də, həftənin ilk günü kimi,
o q
ədər də yaxşı gün deyil (“ırıs çox kün”). Həmin gün səfərə
çıxmaq, əkmək, biçmək olmaz. Dördüncü gün “tört xondıx”,
dörd gec
ələmə, beşinci gün beş gecələmə, altıncı gün isə
“çiçime” olsun. Xan da, b
əylər də bu bölgünü bəyənirlər [198,
s.51].
Tıva türklərinin zamanı bölmə prinsipi doqquzluğa
da
yanır. Qış qış gün dönümündən – 22 dekabrdan başlayır.
Böyük Çill
ə girəndən günlər uzanır. 9 soyuq qış doqquzgünü
şaxtanın “doğulduğu”, “öldüyü” vaxtdır, martın 14-nə qədər
davam edir. Yaz vaxtı yarpaqların böyüməsi, ququ quşunun
ötm
əsi ilə xarakterizə edilir (14 martla 22 iyun arası). Payız
is
ə sarı yarpaqların, «qocaların Günəşinin» zamanı sayılır
(15 sentyabrla 22 dekabr arası). Bu payız siklinin ən son
doqquz günlüyü 20 noyabrla 23 dekabr arasına düşür,
“
qarılar Günəşi” adlanır. Təsadüfi deyil ki, noyabr ayına
“
qarılar ayı” (“xurtuyax ayı”) da deyirdilər [198, s.52]. Bu
aylar insan ömrünü
əks etdirir: doğuş, böyümə, yetkinlik,
yaşlılıq, ölüm. Azərbaycan türkcəsində işlədilən, “ömrün
51
bahar çağı”, “yaşının oğlan çağı”, “ömrün payızı”,
“h
əyatının çiçəklənən dövrü”… kimi ifadələrin də təsadüfi
olmadığını görürük. İlin başında canlanan təbiət, Günəş ilin
sonunda qocalır, ölür. Türk dillərindəki “baş”, “pas” kəlməsi
d
ə başlanğıcla sonu bildirir: il başı (“çıl bajı”), “su başı” (“su
bajı”), “dağ başı” (“kır bajı”), “üç günün başında” (“üç kün
bajında”), “yol başı” (“yol bajı”)… “Hələ yolun
başındayam”, yəni hələ yola təzə çıxmışam. “Yolu başa
vurdu”, “m
ənzil başına yetişdi”, yəni varacağı yerə yetişdi.
Burada “
baş” həm əvvəli, həm də sonu bildirir. Tıva
türkc
əsindən götürdüyümüz ifadələrin Azərbaycan
türkc
əsindəki qarşılıqları bir daha ümumi türk kökündən
x
əbər verir.
Bel
əliklə, cənubi Sibirdə yaşayan xakaslarla tıva
türkl
ərinin zamanı, vaxtı bölmə anlayışlarında nə qədər
f
ərqli cəhətlər olsa da, onların hər birində insan həyatı ilə
zamanın uyğunlaşdırıldığını, vaxtın, ayın, günün insana
xidm
ət üçün bölündüyünü görürük. Türklərin bütün həyat
t
ərzi, təsərrüfatı da bu zaman bölgüsünə bağlı idi. “Cənubi
Sibir türkl
ərinin ənənəvi dünyagörüşü” kitabının müəllifləri
q
ədim türklərdə zaman, məkan anlayışının daha güclü
olduğunu, inkişaf etdiyini söyləyərkən, bu gün burada
yaşayan türklər tərəfindən unudulduğunu, qoruna
bilinm
ədiklərini də təəssüflə qeyd edirlər [198, s.55].
Q
ədim türklərin günü bölmələri də maraq doğurur.
Q
ərbi tıvalarda yay işıq günü on saata bölünürdü. O, dan
ağaranda (“tan azar”) başlayırdı. İlk oyananlar qadınlar
olurdu. Gün işığı bacadan saat əqrəbi kimi öqdəki (çadırdakı
– G.Y.)
əşyaların üstünə düşür, günün müəyyən saatlarına
uyğun yerini dəyişirdi. Tıvalar öqdəki əşyaları dairəvi olaraq
52
şüanın hərəkət istiqamətinə uyğun elə düzürdülər ki, şüanın
bu, ya dig
ər əşyanın üzərində durması ilə günün vaxtını
mü
əyyənləşdirə bilsinlər. Təsadüfi deyil ki, çobanlar da
vaxtı müəyyənləşdirmək üçün yerdə çubuqla öqün planını
cızır, əşyaları “yerləşdirir”, sonra da çubuğu ortaya basdırır,
çubuğun kölgəsinin hansı əşyanın üzərinə düşməsinə uyğun
olara
q vaxtı müəyyənləşdirirdilər. Günəş bacanı işıqlan-
dıranda, qadınlar sağıma başlayırdılar. “Xün tük ortuzı
turdı”, yəni günün birinci yarısı oldu (“Gün günorta oldu”).
“
Xün töjek ortuzında turdı”, yəni Gün (Günəş) döşəyin
ortasında durdu, nahar vaxtıdır. Bu vaxt çobanlar otlaqdan
sürül
əri gətirirdilər. Qab-qacaq rəflərinə, yəni taxçalara şüa
düşəndə, «xün elqirqe turdı», yəni Gün batmağa yaxınlaşır.
Bu vaxt q
adınlar axşam sağımına başlayırdılar. Günün
şüalarının öqün girişindən sağ tərəfdəki damına düşməsi
Gün
əşin batmasından, günün bitməsindən xəbər verirdi [198,
s.63-64].
Şər qarışan vaxt heç kəs yatmazdı. İnama görə, məhz
günün bu vaxtı Erlikin dünyasından gələn şər qüvvələr
f
əallaşırlar. Onlar yuxu zamanı bədəndən ayrılan kutu
oğurlaya, ona xətər yetirə bilərdilər [198, s.98].
Az
ərbaycanda da yaşlı nəslin nümayəndələri həmişə “şər
vaxtı yatmaq olmaz” deyir, uşaqların “niyə?” sualına “olmaz
dey
əndə, deməli olmaz” deyə cavab verirlər…
Tıvaların həyatı bir sıra mövsüm mərasimləri ilə
z
əngindir. Bunlara “Naadım”ı (heyvandarlarən bayramı),
“Oytulaş”ı (gənclərin əylənməsi), “Dük toyu”nu (yun
bayramı), “Tsamla Maydır”ı, “Şaqaa”nı, əkinçiliklə bağlı
m
ərasimləri, müxtəlif kultlara qurbanlar kəsilməsi kimi
ayinl
əri daxil etmək olar. Tıva tədqiqatçısı M.Monquş bu
53
Dostları ilə paylaş: |