87
SƏNİN
Əziz Zakir Müslümün 40 yaşına
Bu gün nə diləyim Tanrıdan sənə?!
ĠĢıqlı axĢamın varındı sənin.
Sənə ilham verən Fərqanə bacı,
Ömür-gün yoldaĢın, yarındı sənin.
Qoy xoĢbəxt böyüsün o dörd övladın,
Emillə Səiddi qoĢa qanadın;
Nigarla Səidə Ģöhrətin, adın
Sinəndə sazındı, tarındı sənin.
Arzumdu çatasan sən 100 yaĢına,
Ayağın dəyməsin namərd daĢına!
Dostlar yığıĢıbdı bu gün baĢına,
Onlar dövlətindi, varındı sənin.
1995
***
XOŞ ARZULAR
Səidə xanımın ad gününə
Bu gün səninkidir, hamı sevinir,
Atanın, ananın sevimli qızı.
“Səma” gözümüzdə gözəl görünür
Sənsən bu gün onun parlaq ulduzu.
Nəslinə layiq ol, axı övladdı,
Babanın, nənənin həyatda izi.
Toy böyük arzudu, toy bir muraddı,
Ağıldı, kamaldı qızın cehizi.
88
Sən qəĢəng qızımız, ağıllı bala,
Sən ata evində ətirli çiçək;
Atalı, analı yetiĢ kamala,
Bundan da Ģərəfli gününü görək.
Ġstərəm xalqına xidmət edəsən,
HəmiĢə sevəsən doğma Vətəni.
Ağlınla, zəkanla sən yol gedəsən,
Səadətlə qoĢa görüm mən səni.
On beĢ yaĢ həyatın ən gözəl çağı,
Təzə tumurcuqlar yetirir güllər.
HəmiĢə çağlasın ilham bulağı,
XoĢbəxtlik gətirsin qarĢıdan illər!
Həyatın xoĢ keçsin, bax budur arzum,
Bu dünya olmasın səninçün yalan.
Səni təbrik edir, Səidə qızım,
Vaqif əmin ilə, Xalidə xalan!
***
KİRVƏ ŞAKİRƏ
50 yaĢına
Bir əllini yola saldın bax belə,
Hədəfə al sən yüz yaĢı, a kirvə!
Qəm-qüssəni ötür küləyə, yelə
Sevinc yükün özün daĢı, a kirvə!
Gücü aldın torpağından, elindən
Yaman iĢlər heç gəlmədi əlindən;
Daim xoĢ söz eĢitmiĢəm dilindən
Əziz tutdun dost, sirdaĢı, a kirvə!
89
Qohum, qardaĢ toplaĢıbdı baĢına,
YaddaĢlara bu günkü gün daĢına...
Ġnanmıram Vallah əlli yaĢına
Otuz olar uzaq baĢı, a kirvə!
Sənəm xanım sənin ilham bulağın,
Aynur, ElĢən xoĢ günlərdən sorağın;
Qəm eyləmə görsən saçının ağın
Qarlı olur dağlar baĢı, a kirvə!
Nə olar ki, kirvənə sən hay etsən,
Bu gecədə əlli öpüĢ pay etsən?!
Ailəni bir üzüyə tay etsən,
Əsmər ana onun qaĢı, a kirvə!
Nə diləyim bu gün sənə mən daha?!
TapĢırıram səni qadir Allaha!
Batmayasan heç bir zaman günaha;
Mübarəkdir əlli yaĢın, a kirvə!
1998
ƏZİZ DOST
Əziz Şakir qardaşımın 50 yaşına
Əlli il bundan öncə bu dünyaya göz açdın,
TapdanmıĢ yol getmədin, sən özünə iz açdın;
Ədalətə güc verib, doğruluqdan söz açdın –
Bax beləcə haqqa sən yaxın oldun, əziz dost!
Xeyirxahlıq daĢıyan axın oldun, əziz dost!
Ömrünə bəzək vuran sənin alın tərindi,
Səni bizə sevdirən təmiz əməllərindi!
Zəkan GünəĢ tək parlaq, məntiqinsə dərindi...
Məhəbbətə çevrilib DadaĢ oldun əziz dost!
Damla-damla qəlblərə axıb doldun, əziz dost!
90
Elinə arxalanıb, bu torpaqdan güc aldın,
Halal zəhmətinlə sən, əyilmədin, ucaldın.
Qərinələr ötsə də, demərəm ki, qocaldın
Ruhunla, ürəyinlə sən cavansan, əziz dost!
Halal duz-çörəyinlə sən cavansan, əziz dost!
1994
***
AY DADAŞ
1
Doğrudanmı sən əlliyə çatıbsan?!
Əlli yaĢın mübarəkdir, ay DadaĢ!
Zaman deyil ömrümüzün ölçüsü,
Ömrə ölçü saf ürəkdir, ay DadaĢ!
Özün halal, kəsdiyimiz çörək tək,
Sözün təmiz, sinəndəki ürək tək;
Ruhun incə, yayda əsən külək tək
Məramınsa xoĢ diləkdir, ay DadaĢ!
Sevilməsən çörəyin də yeyilməz,
Məhəbbətlə sənə DadaĢ deyilməz.
Hamı bilir, sənin andın müqəddəs
Saf su ilə duz-çörəkdir, ay DadaĢ!
Zaman oldu güc verdin göz yaĢına,
Nələr gəldi bu bəlalı baĢına...
Ġstəmirəm acı qatam aĢına,
ToplanmıĢıq bu gün əlli yaĢına
Mübarəkdir, mübarəkdir, ay DadaĢ!
Əlli yaĢın mübarəkdir, ay DadaĢ!
1994
*DadaĢ Azərbaycanın bəzi reginlarında böyük qardaĢa deyirlər.
91
BALACA MÜSƏLMAN
Səid balaya
Təbrik edirəm səni,
Ay balaca müsəlman!
Gül kimi xoĢ ətirli,
ġirin, Ģəkər bir oğlan.
Ata, anaya sevinc,
Evinə yaraĢıqsan.
Bacılara bir arxa,
Yollarına iĢıqsan!
Emil əziz qardaĢın,
Nigar Ģəkər bacındır.
Səidə həm adaĢın,
Həm də baĢda tacındır.
Allahdan nə diləyim
Sənə bu əziz gündə?!
Qoy özü kömək olsun
Arzunda, hər ünündə.
Xeyirxah insanların
Dəstək ol tərəfinə.
ġərəf gətir nəslinin,
Elinin Ģərəfinə.
Sən atana, anana
Layiq kiĢi ol, Səid!
Hər qəlbə bir cığır aç,
Ürəklərə dol, Səid!
Dostları ilə paylaş: |