Elmi redaktor:
Bakı Dövlət Universitetinin
”Cinayət hüququ” kafedrasının
müdiri,
hüquq
elmləri doktoru,
professor
Firudin
Səməndərov
Rəyçilər.
1. BDU-nin “Kriminalistika və
məhkəmə ekspertizası”
kafedrasının müdiri,
hüquq
elmlər doktoru:
Kamil Səlimov
2.
BDU-nin
“Hüquq”
Fakultəsinin “Cinayət prosesi”
kafedrasının
müəllimi
hüquq
elmlər namizədi:
Midhəd Qəfərov
Bayramzadə Xanlar Əsgər oğlu
Əməliyyat- axtarış fəaliyyətinə nəzarət
Dərs vəsaiti Azərbaycan Respublikasının ali təhsil
müəssisələrinin hüquq fakultələrinin tələbələri, hüquq-
mühafizə orqanlarının əməkdaşları və respublikanın
hüquq
ictimaiyyəti üçün nəzərdə tutulmuşdur.
B
2007
020
020
)
11
−
−
−
−
07
(
658
1203020110
−
M
©
Bakı Universiteti nəşriyyatı
2
3
Giriş
MDB məkanında 90-cı illərdən başlayaraq əməlıyyat-
axtarış fəaliyyətinin həyata kecirilməsi qanunların qəbul
edilməsi ilə nizamlanmış, bu fəaliyytin müxtəlif istiqamətiləri,
prinsipləri, metodları öyrənilməyə başlamışdır. Cinayətlərin
qarşının alınması cəmiyyətin təhlükəsizliyinin təmin edilməsi
üçün konfidensial, qeyri leqal vasitələrdən istifadə edilməsi ilə
bağlı olan əməliyyat axtanş fəaliyyəti Azərbaycan Sovet
dövründə tədqiq edilməmişdir. Əməliyyat axtarış fəaliyyəti çox
sahəli və mürəkkəb
bir fəaliyyət olduğundan, müxtəlif dövlət
orqanları tərəfindən həyata keçirildiyindən vahid normativ
aktla əhatə edilməsi uzun müddət mümkün olmamışdır.
Əməliyyat axtanş fəaliyyətinin qismən leqallaşdırılması bu
sahədə illər ərzində toplanmış materialların nəzəri təhlilinə,
mövcud nəzəri işlərin işıq üzü görməsinə, bir çox problem
məsələlərin diskussiyaya çıxanlmasına və təbii ki,
öz düzgün
həllini tapmasına şərait yaradacaqdır.
Respublikamızda hüquq islahatlarının geniş vüsət aldığı,
yeni qanunvericiliyinin qəbul edildiyi bir dövrdə 28 oktyabr
1999-cu il tarixdə «Əməliyyat axtarış fəaliyyəti haqqında»
qanunun qəbul edilməsi əməliyyat-axtarış tədbirlərinin həyata
keçirilməsinin təşkil edilməsinə idarə nəzarətinin, həmçinin bu
tədbirlər həyata keçirilən zaman insan və vətəndaşlarının
hüquqlarının pozulmasına prokuror və məhkəmə nəzarətinin
müasir tələblərə uyğun elmi səviyyəyə qaldırılması, onun
cinayətkarlığa qarşı mübarizə kimi bir şaxəsinin hüquqi, elmi-
metodiki əsaslarının tədqiq edilməsi zəruri sayılır.
Təqdim olunmuş dərs vəsaiti müstəqil Azərbaycanın
tarixində ilk nəşr olunan hüquq sahəsində ilk addımlarını
atmağa cəhd göstərən vəsait olduğundan müəyyən qüsurlar,
çatışmamazlıqlar, anlaşılmazlıqlar olmasını mümkün hesab
edib öz təkliflərinizi, iradlarınızı,
fikirlərinizi bizimlə
bölüşməyi xahiş edirik.
Müəllifdən.
4
Fəsil 1. Əməliyyat-axtarış fəaliyyətini yоxlayan və
nəzarəti həyata kеçirən subyеktlər
§ 1. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının
mühafizəsi əməliyyat-axtarış fəaliyyətinin əsas
prinsipidir
Əməliyyat-axtarış fəaliyyəti hüquqi fəaliyyətinin bir
növü olmaqla, insanların, cəmiyyətin və dövlətin cinayətkar
qəsdlərdən müdafiəsinə, həmcinin
əməliyyat-axtarış
orqanlarının üzərinə qoyulmuş müəyyən vəzifələrin həllinə
yönəlmişdir. Əməliyyat-axtarış fəaliyyəti
hüquqi fəaliyyətin
digər növlərini əvəz edə bilməz, lakin onlar arasında zəruri,
qırılmaz sıx əlaqələr mövcuddur. Əməliyyat-axtarış fəaliyyəti
çox vaxt qeyri aşkar metodlar, qüvvə və vasitələrin tətbiqi ilə
həyata kecirildiyi ücün o, vətəndaşların hüquq və
azadlıqlarının, dövlət və qeyri dövlət qurumlarının qanuni
mənafelərini məhdudlaşdırma təhlükəsini özündə saxlayır.
Əməliyyat-axtarış fəaliyyəti insanların,
cəmiyyətin və
dövlətin həyatı əhəmiyyət kəsb edən mənafelərinin cinayətkar
qəsdlərdən qorunması zərurəti ilə əlaqədar hüquq normaları
vasitəsi ilə dövlət və vətəndaş arasındakı münasibətləri,
əməliyyat-axtarış fəaliyyətinin həyata kecirilməsi ilə əlaqədar
hüquqi münasibətləri tənzimləyir və əməliyyat-axtarış
tədbirlərinin tətbiqində hüquqi təminatlar sistemini müəyyən
edir.
Əməliyyat-axtarış qanunveriсiliyi Azərbayсan
Respublikası qanunveriсiliyinin kompleks sahəsi olaraq,
dövlət tərəfindən müvafiq qanunlarda və qanunqüvvəli
aktlarda müəyyən olunmuş və əməliyyat-axtarış
fəaliyyətinin həyata keçirilməsi zamanı baş
verən bütün
halların nizama salınması üçün önсədən təyin edilmiş
hüquq normalarının məсmusudur.
Azərbayсanda əməliyyat-axtarış qanunveriсiliyinin
real olaraq formalaşması 28 oktyabr 1999-сu ildə,
«Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbayсan