№10 (80) 12.03.2012 Fərqli düşüncə
6
Martın 10-da Müsavat Par-
tiyasının qәrargahında İctimai
Palatanın sessiyası keçirilib. Ses-
siyada etiraz aksiyalarının keçir-
ilmәsi mәsәlәsi dә müzakirә
olunub. İctimai Palata qәrara alıb
ki, aprelin 8-dә mitinq keçirilsin,
amma harada keçirilәcәyi barәdә
bir söz deyilmәyib. Mitinqin yeri
barәdә qәrarı İP Koordinasiya
Şurası verәcәk.
KİM NӘ DEDİ
İP üzvü Pәnah Hüseyn: «Biz Azәrbay-
canda başlayan demokratik inqilabın
içindәyik. Onu qәlәbә ilә başa çatdıra-
cağıq. Hakimiyyәtә gәlib neft pullarını
xalqla bölüşәcәyik. Xalqın banklara olan
borclarını silәcәyik. Xalqın әlindәn alın-
mış torpağı, suyu, meşәni xalqa qay-
taracağıq...».
«Azadlıq» qәzetinin redaktor әvәzi
Rahim Hacılı dünyanın gözünün Azәr-
baycanda olduğunu bildirib: «Quba
hadisәlәri göstәrdi ki, ölkәdә yeni bir
situasiya yetişib. Biz bu situasiyada
müstәsna rol oynaya bilәrik...».
Sessiyada çıxış edәn «Nida» Vәtәn-
daş Hәrәkatının üzvü İlkin Qәmbәr
martın 17-dә icazәli mitinq üçün
meriyaya müraciәt etdiklәrini deyib:
«Gәnclәr çalışacaqlar ki, razılaşdırılmış
mitinq keçirsinlәr. Amma bu olmasa,
şәhәrdә, mәrkәzi yerlәrdәn birindә
icazәsiz aksiya keçirәcәyik…».
AXCP sәdri Әli Kәrimli isә İP-nin Azәr-
baycanın bütün bölgәlәrindә fәaliyyә-
tinin güclәndirilmәsinin vacib olduğunu
deyib. O bildirib ki, müxalifәt güclü
olduğu halda Azәrbaycan hakimiyyәtini
ölkәdә islahatlar aparmağa mәcbur edә
bilәr.
İCTİMAİ PALATA BӘYANAT
YAYIB
İctimai Palata siyasi mәhbusların
azad olunmasını vә repressiv idarәet-
mәyә son qoyulmasını tәlәb edir. İP-nin
martın 10-da yaydığı bәyanatda deyilir
ki, hökumәt insan hüquqlarına, vicdan
azadlığına, beynәlxalq demokratiya
hәrәkatının çağırışlarına hörmәt etsin,
vicdan mәhbuslarını, siyasi mәhbusları
azad etsin. «Vәtәndaşı saymayan, kor-
rupsiyaya uğramış, insan haqlarını,
mülkiyyәt hüquqlarını ayaqlar altına
salan sülalә rejimi, nәhayәt, anlamalıdır
ki, İctimai Palata vicdan mәhbuslarının
yalnız cismani deyil, eyni zamanda
mәnәvi azadlığı uğrunda mübarizә
aparır vә mübarizәsindә davamlıdır» -
deyә bәyanatda bildirilir.
İctimai Palata bәyan edir ki, demok -
ratiya vә islahat çağırışları heç bir kam-
paniya vә ya «Eurovision» tәdbirlәri ilә
bağlı deyil.
Maarif Çingizoğlu
İctimai Palata aprelin 8-nә mitinq tәyin etdi
Arxiv foto
Martın 7-dә Azәrbaycanın İnsan
Hüquqları Müvәkkili - Ombuds-
man Elmira Süleymanova parla-
mentә tәqdim etdiyi illik
hesabatda quruma edilәn
şikayәtlәrdәn, bu şikayәtlәrә necә
baxılmasından, bәzi hallarda
pozulmuş hüquqların bәrpa
edilmәsindәn bәhs olunurdu.
Hesabatda bir sıra tәkliflәr dә öz
әksini tapmışdı.
KORRUPSİYA VӘ RÜŞVӘTLӘ
BAĞLI MÜRACİӘTLӘR ARTIB
Ombudsmanın hesabatında qeyd ol-
unur ki, 2011-ci ildә vәtәndaşların kor-
rupsiya vә rüşvәtlә bağlı müraciәtlәri
artıb: «Ombudsmanın ünvanına korrup-
siyaya yol verilmәsi vә rüşvәt tәlәb
etmә halları ilә bağlı 797 şikayәt daxil
olub. Bu da 2010-cu illә müqayisәdә
30,6 faiz çoxdur. Şikayәtlәrdә vәzifәli
şәxslәrin qanunsuz hәrәkәtlәri vә müx-
tәlif pozuntulara yol verilmәsi ilә bağlı
mәlumatlar, qanunçuluğu, hüquq qay-
dalarını, vәtәndaşların hüquq vә qanuni
maraqlarını tәmin etmәyә mәsul olan
bәzi dövlәt orqanlarının vә tәşkilatların
fәaliyyәtindәn narazılıqlar әksini tapıb».
Ombudsman aparılan tәhlillәrә isti-
nadәn deyib ki, ümumiyyәtlә, insan
hüquqlarının pozulmasında günahkar
olan vә cәzalandırılan әmәkdaşlarla
yanaşı, tabelikdә olan rәhbәrlәrin dә
cәzalandırılması vә bu barәdә icti-
maiyyәtin mәlumatlandırılması zәruridir.
Milli Mәclisin İnsan Hüquqları Komitә -
sinin üzvü, deputat İqbal Ağazadә
nәinki bu hesabatla razılaşmır, deyir ki,
Azәrbaycanda müstәqil Ombudsman in-
stitutu yoxdur. İcra strukturlarından asılı
bir Ombudsman Aparatı var. Onun da
nә araşdırmalarının, nә tәhlillәrinin, nә
dә hesabatının heç bir nәticәsi ola
bilmәz. Çünki bu qurum demәk olar ki,
heç nә ilә mәşğul olmur:
«OMBUDSMANIN HANSI
FӘALİYYӘTİNDӘN DANIŞMAQ
OLAR?»
«Әgәr Avropa Mәhkәmәsinә gedәn
bu qәdәr işlәr vә vәtәndaşların qalib
gәldiyi mәhkәmә halları varsa, bunlar
Ombudsmanın hesabatında öz әksini
tapmırsa, bu qәdәr insanın mülkiyyәt
hüququ tapdandığı halda hesabatda
yalnız hakimiyyәtә aid olmayan MMC-
lәrin, MTK-ların adları çәkilirsә, «Qış
bulvarı» vә digәr söküntülәrlә bağlı
narazılıqlar heç bir hesabatda yer
almırsa, mülkiyyәt hüququnun pozun-
tusu kimi dәyәrlәndirilmirsә, 2 aprel ak-
siyasından sonra dünyanın bütün
beynәlxalq qurumlarının vicdan mәh-
busu kimi tanıdığı 16 aksiyaçı vә Bәxti-
yar Hacıyevin mәsәlәsi öz әksini
tapmırsa, o Ombudsmanın hansı fәaliy -
yәtindәn danışmaq olar? Bu fәaliyyәt
nәyә vә necә söykәnir?»
İlqar Rәsul
Ombudsman hesabatına iradlar
Elmira Süleymanova
İqbal Ağazadә