АZƏRBАYCАN RЕSPUBLİКАSININ
MƏRKƏZİ BANKI
PUL SİYASƏTİ İCMALI
II Rüb
2013
№ 2(14)
İcmalın əsas məqsədi
Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB)
cari makroiqtisadi durum barəsində təhlillərini və gözləntilərini əks etdirməkdir.
İctimaiyyətə açıq olan bu icmalın digər məqsədi AMB tərəfindən həyata
keçirilən siyasətin iqtisadiyyata mümkün təsirlərini müntəzəm olaraq geniş
oxucu kütləsinə çatdırmaqdır. İcmal rüblük olaraq ildə dörd dəfə ictimaiyyətə
açıqlanır.
Xülasə
4
I. Qlobal iqtisadi proseslər və milli iqtisadiyyat
5
1.1. Qlobal iqtisadi meyillər
5
Haşiyə 1. “Qaya” nefti: növbəti qlobal enerji inqilabı
7
1.2. Azərbaycanda makroiqtisadi proseslər
9
1.2.1. Xarici sektor
9
Haşiyə 2. BXİ-lərin cəlbetmə, potensial və töhfə indeksləri
11
1.2.2. Məcmu tələb
12
1.2.3. Məcmu təklif
14
1.2.4. İnflyasiya prosesləri
15
1.2.5. Məşğulluq
18
II. Pul və məzənnə siyasəti
19
2.1. Valyuta bazarı və manatın məzənnəsi
19
Haşiyə 3. Valyuta müdaxiləsi və xarici ticarət disbalansları
20
2.2. Pul siyasəti alətləri
21
Haşiyə 4. Qeyri-ənənəvi pul siyasəti – son dövrlərin təcrübəsi və perspektivlər
22
2.3. Pul təklifi
23
Haşiyə 5. Fiskal konsolidasiyanın pul siyasətinə təsiri
25
İstifadə olunmuş qrafik və cədvəllər
26
МÜNDƏRİCАТ
2
AMB –
Azərbaycan Mərkəzi Bankı
BƏT –
Beynəlxalq Əmək Təşkilatı
BVF –
Beynəlxalq Valyuta Fondu
BXİ – Birbaşa Xarici İnvestisiyalar
DSK –
Dövlət Statistika Komitəsi
İEOÖ –
İnkişaf Etməkdə Olan Ölkələr
İEÖ –
İnkişaf Etmiş Ölkələr
İƏİT –
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı
İQİ –
İstehlak Qiymətləri İndeksi
KİQİ –
Kənd Təsərrüfatı Məhsullarının İstehsalçı Qiymətləri
KOS –
Kiçik və Orta Sahibkarlıq
NEM –
Nominal Effektiv Məzənnə
MBK –
Məcmu Buraxılış Kəsiri
OPEC –
Organization of the Petroleum Exporting Countries
(Neft İxrac Edən Ölkələrin Təşkilatı)
REM –
Real Effektiv Məzənnə
RSM –
Real Sektorun Monitorinqi
SİQİ –
Sənaye Məhsullarının İstehsalçı Qiymətləri İndeksi
SKMF –
Sahibkarlığa Kömək Milli Fondu
ÜDM –
Ümumi Daxili Məhsul
ÜTT –
Ümumdünya Ticarət Təşkilatı
Abreviatura
3
Pul siyasəti icmalı 2013/ II rüb
2013-cü ilin I yarımilliyində Azərbaycan Respublikasının Mərkəzi Bankı
öz fəaliyyətini ölkədə makroiqtisadi sabitliyin davam etməsi və iqtisadiyyatın
şaxələnməsi şəraitində həyata keçirmişdir.
Cari ilin birinci yarısında ölkədə iqtisadi artım davam etmiş, xarici iqtisadi
mövqe əlverişli olmuşdur. Qeyri-neft sektorunun artım dinamikası daha da
sürətlənmişdir. Dövlətin sosial-iqtisadi inkişafa və infrastruktura göstərdiyi
aktiv dəstək iqtisadi artıma mühüm töhfə vermişdir. Dövr ərzində ölkənin
strateji valyuta ehtiyatlarının artımı davam etmiş və kifayətlilik üzrə beynəlxalq
normaları əhəmiyyətli üstələmişdir.
2013-cü ilin I yarısında Mərkəzi Bank fəaliyyətini inflyasiyanın aşağı təkrəqəmli
səviyyədə saxlanması, manatın məzənnəsinin sabitliyi, maliyyə sabitliyinin və
dayanıqlığının qorunması kimi hədəflərin həyata keçirilməsinə yönəltmişdir. Orta
illik inflyasiya cəmi 2% təşkil etmiş və əhali gəlirlərinin real artımı üçün əlverişli
zəmin yaratmışdır. İnflyasiya tərəfdaş ölkələrdəki inflyasiyadan əhəmiyyətli
dərəcədə aşağı olmuşdur. Manatın məzənnəsinin sabitliyi inflyasiyanın təkrəqəmli
səviyyədə saxlanmasında mühüm rol oynamışdır. Manatın sabitliyi şəraitində
aşağı inflyasiya qeyri-neft iqtisadiyyatının və ixracının beynəlxalq rəqabət
qabiliyyətinə müsbət təsir etmişdir.
XÜLASƏ
4
Qlobal iqtisadi proseslər və milli iqtisadiyyat
I. QLOBAL İQTİSADİ PROSESLƏR VƏ MİLLİ
İQTİSADİYYAT
1.1. Dünya iqtisadiyyatında meyillər
Dünya iqtisadiyyatında artım davam edir,
lakin, bu artım gözləniləndən aşağıdır və
regionlar üzrə qeyri-bərabər templərdə baş
verir. Geniş miqyaslı stimullaşdırıcı siyasət
tədbirlərinə baxmayaraq, Avrozonanın resessiya
xəttindən çıxa bilməməsi qabaqcıl ölkələrdə
fundamental struktur problemləri haqda ciddi
düşünməyə əsas verir.
İlkin qiymətləndirmələrə görə, 2013-cü ilin
birinci yarısında qlobal iqtisadi artım 2.75%
təşkil etmişdir ki, bu da gözləniləndən aşağıdır.
Artımın zəifliyi əsasən Avrozonada böhranın
təxmin ediləndən daha da dərin olması, ABŞ-
da fiskal konsolidasiyanın özəl tələbə neqativ
təsirləri və inkişaf etməkdə olan ölkələrdə
(İEOÖ) xarici tələbin aşağı düşməsi ilə
əlaqədardır.
Avrozonada cari ilin I rübü ərzində 1.1%-
lik resessiya müşahidə olunsada, II rübdə
burada cüzi artım (0.5%) gözlənilir. Regionda
iqtisadi artımın əsas drayveri Almaniya
(2.2%) qalmaqdadır. Ən dərin resessiya isə
Yunanıstan-da (-1.8%), İspaniyada (-1.2%)
və İtaliyada (-1.1%) müşahidə edilir. İyun
ayında Morgan Stanley Capital International
təşkilatı son illər baş verən prosesləri və
iqtisadiyyatın formalaşmış strukturunu nəzərə
alaraq Yunanıstanı “inkişaf etmiş ölkə”
statusundan “inkişaf etməkdə olan ölkə”
statusuna endirdiklərini elan etmişdir.
İlkin qiymətləndirmələrə əsasən, inkişaf etmiş
ölkələr arasında ən sürətlə artan iqtisadiyyat
Yaponiya iqtisadiyyatıdır (4.7%). Yaponiyada
bir müddət əvvəl irəli sürülən “abenomiks
1
”
konsepsiyası ilkin mərhələdə özünü doğruldur.
Belə ki, yarımillik ərzində xalis ixrac
və istehlakın artımı hesabına iqtisadi artım
gözləniləndən daha yüksək olmuşdur.
2012-ci ildəki azalmanın ardınca qlobal
ticarətdə cüzi artım müşahidə olunmuşdur.
Formalaşan müsbət dinamikanı nəzərə alaraq,
BVF 2013-cü il üçün qlobal ticarətin həcminin
3.1% (2012-ci illə müqayisədə 0.6 faiz bəndi
çox) artacağını proqnozlaşdırır.
Qlobal iqtisadi artımın mövcud tempi
dünyada məşğulluq səviyyəsinin əhəmiyyətli
*ilkin qiymətləndirmə
Mənbə: Barclays Capital və BVF-nin məlumatları əsasında
Mənbə: ÜTT
5
1
“Abenomics” konsepsiyası illik inflyasiya hədəfinin 2% həddində müəyyənləşdirilməsi, ucuz məzənnə siyasəti, neqativ faiz dərəcəsi, yumşaq pul siyasəti, dövlət
investisiyalarının genişləndirilməsi kimi siyasət istiqamətlərini təmin etməklə, iqtisadi artımın sürətləndirilməsini ehtiva edir.