16
1. Cədvəli iş vərəqinə köçürün və tamamlayın.
№
Quruluş
səviyyəsi
Təşkil olunduğu komponentlər
Əsas xüsusiyyətləri
1
…
7
2. Cədvəlin xanalarına uyğun gələn quruluş səviyyələrinin nömrəsini qeyd edin.
a)
b)
c)
d)
e)
f)
g)
h)
3. Canlının quruluş səviyyələrini göstərən rəqəmləri sadədən mürəkkəbə olmaqla dü-
zün.
1. İnsan orqanizmi
2. Hüceyrənin tərkibinə daxil olan zülallar, yağlar və karbohidratlar
3. Neyron
4. Dərrakəli insan
5. Ürəyin quruluşu
6. Vəzili epiteli
4. Əlavə mənbələrdən istifadə edərək sitologiya, histologiya və biokimya elmlərinin tədqiqat
üsulları və müasir dövrdə nailiyyətləri barədə elektron təqdimat hazırlayın.
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN
1. Molekulyar
2. Hüceyrə
3. Toxuma-orqan
4. Orqanizm
5. Populyasiya-növ
6. Biogeosenotik
7. Biosfer
a) Həyatın ən ali quruluş səviyyəsi.
b) Orqanizmin həyat fəaliyyəti proseslərinin sinir-humoral tənzimi.
c) Sitoplazmanın hərəkəti müşahidə olunur.
d) İrsi məlumatın ötürülməsi başlayır.
e) Şimal marallarının miqrasiyası.
f) Nüvənin bölünməsi həyatın bu quruluş səviyyəsində özünü büruzə verir.
g) Alma ağacının çiçəklənməsi müşahidə olunur.
h) Zülalların quruluşunu və funksiyalarını öyrənirlər.
18
H
ÜCEYRƏNİN KİMYƏVİ TƏRKİBİ
Cədvəli nəzərdən keçirin. Suallara cavab verin.
Element
Canlı orqanizmlərdə, %
Yer qabığında, %
Dəniz suyunda, %
Oksigen
65–75
49,2
85,8
Karbon
15–18
0,4
0,0035
Hidrogen
8–10
1,0
10,67
Azot
1,5–3,0
0,04
0,37
Fosfor
0,2–1,0
0,1
0,003
Kükürd
0,15–0,2
0,15
0,09
Kalium
0,15–0,4
2,35
0,04
Xlor
0,05–0,10
0,2
0,06
Kalsium
0,04–2,00
3,25
0,05
Maqnezium
0,02–0,03
2,35
0,14
Natrium
0,02–0,03
2,4
1,4
Dəmir
0,01–0,015
4,2
0,00015
– Canlılarda olan hansı elementin miqdarı digərləri ilə müqayisədə dəniz suyunda daha çoxdur?
– Nə üçün canlı orqanizmlərdə oksigen və hidrogenin miqdarı dəniz suyundakına yaxındır?
– Cədvəldə verilmiş hansı iki elementin miqdarı canlı orqanizmlərdə digərlərindən daha çox
dəyişir?
Hüceyrənin element tərkibi. Dövri sistemdə olan təxminən 110 elementdən
80-ə qədəri hüceyrədə rast gəlinir. Lakin bunlardan yalnız 27 elementin hüceyrədə
müxtəlif funksiya yerinə yetirdiyi müəyyən edilmişdir. Hüceyrədə kütlə payı
1
Fəaliyyət
3
– Kimyəvi element
nədir?
– Kimyəvi elementlə
maddənin fərqi
nədədir?
Cansız təbiətlə müqayisədə hüceyrədə canlı təbiət üçün
səciyyəvi olan hər hansı bir xüsusi kimyəvi element yoxdur.
Bu səbəbdən də atom səviyyəsində canlı
və cansızlar arasında heç bir fərq ya-
ranmır. Bu, canlı və cansız təbiətin vəh-
dətini göstərir. Onlar arasında fərq yalnız
molekulyar səviyyədə meydana çıxır.
I fəsil
CANLI
ORQANİZMLƏRİN
KİMYƏVİ TƏRKİBİ
19
• I fəsil •
Canlı orqanizmlərin kimyəvi tərkibi
•
0,001%-dən çox olan elementlər
makroelementlər, 0,001%-dən 0,000001%-ə
qədər olanlar isə
mikroelementlər hesab olunur.
Makroelementlərə
oksigen, karbon, hidrogen, azot,
fosfor, kalium, kükürd, xlor, kalsium, maqnezium, nat-
rium və
dəmir aid edilir. Bu elementlər hüceyrədə vacib
rol oynayır. Məsələn, maqnezium xlorofilin, dəmir isə he-
moqlobinin struktur komponentidir. Kalsium və fosfor
sümük toxumasının hüceyrəarası maddəsinin yaran-
masında iştirak edərək sümüklərə möhkəmlik verir.
Bundan başqa, kalsium qanın laxtalanmasında iştirak
edən amillərdən biridir. Sink, mis, yod, flüor, kobalt,
selen və bu kimi elementlər
mikroelementlər adlanır.
Mikroelementlərin miqdarca az olmasına baxmayaraq
onlar hüceyrədə baş verən maddələr mübadiləsində
mühüm rol oynayır. Belə ki, sink mədəaltı vəzi
hormonunun –
insulinin tərkibinə daxildir. Yod isə orqa-
nizmin maddələr mübadiləsini və böyüməsini tənzim-
ləyən qalxanabənzər vəzi hormonunun –
tiroksinin əsas
komponentlərindən biridir.
Hüceyrədə kimyəvi elementlər ionlar, yaxud maddə-
lər şəklində orqanizmin qurulmasında iştirak edir. Məsə-
lən, karbon, hidrogen və oksigen karbohidrat və yağların
tərkibinə daxildir. Zülallarda bu elementlərdən əlavə,
azot, kükürd, dəmir, maqnezium, yod və s.
elementlər də
olur. Su və natrium-xlorid kimi qeyri-üzvi maddələrə həm canlı, həm də cansızlarda
rast gəlinsə də, üzvi birləşmələr, əsasən, canlı təbiət üçün səciyyəvidir.
Cədvəli diqqətlə nəzərdən
keçirərək hüceyrənin tərkibini
elementlərə görə səciyyələndirin.
Elementləri hüceyrədə faizlə
miqdarına və əhəmiyyətinə görə
qruplaşdırın:
Makroelementlər (0,001%-dən çox)
Mikroelementlər (0,001%-dən
0,000001%-ə qədər)
– Canlı orqanizmlərdə makroele-
mentlər hansı maddələrin tərki-
bində
rast gəlinir və onlar
canlıların fəaliyyətində hansı rol
oynayır?
2
Fəaliyyət
•
makroelement
•
mikroelement
A ç a r s ö z lə r
Hüceyrələrdə kimyəvi
elementlərin tərkibi
Hüceyrədə kimyəvi elementlərin kütlə payı
Element
İşarəsi
Kütlə payı (%-lə)
Oksigen
O
65–75
Karbon
C
15–18
Hidrogen
H
8–10
Azot
N
1,5–3,0
Fosfor
P
0,2–1,0
Kalium
K
0,15–0,4
Kükürd
S
0,15–0,2
Xlor
Cl
0,05–0,10
Kalsium
Ca
0,04–2,00
Maqnezium
Mg
0,02–0,03
Natrium
Na
0,02–0,03
Dəmir
Fe
0,01–0,015
Sink
Zn
0,0003
Mis
Cu
0,0002
Yod
J
0,0001
Flüor
F
0,0001